Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3771/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(*04)-679/2023 nömrəli iş üzrə ** aprel 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin (bundan sonra - Bərdə RMX) 2* aprel 2020-ci il tarixli əmrinə əsasən iddiaçı əmək müqaviləsi əsasında Bərdə RMX Doğum evinin *-ci mamalıq şöbəsinin həkim mama-ginekoloq vəzifəsinə təyin edilmişdir.
2. Bərdə RMX-nin 29 mart 202*-ci il tarixli *00 nömrəli əmri ilə iddiaçı icbari tibbi sığortaya keçidlə əlaqədar olaraq mama-ginekoloq həkim vəzifəsinə təyin edilmişdir.
3. X3 2*.07.2022-ci il tarixli şikayət ərizəsində göstərilmişdir ki, qardaşı nın həyat yoldaşı X5 doğuşu üçün xəstəxananın doğum evində iddiaçı tərəfindən xəstəyə təsir, təhqir, saymazlıq olmuşdur, xəstəyə qarğış edir, xəstənin həkimi olmamasına baxmayaraq xəstəyə müdaxilə edir. Xahiş edir ki, həkim barəsində tədbir görülsün; 4. 28 iyul 2022-ci il tarixdə tərtib edilmiş akta görə, Almaz adlı həkim növbədə olarkən qəbul şöbəsinə doğuş sancısı ilə xəstə müraciət etmiş, lakin xəstə Almaz həkimdən imtina edərək, Şəfəq adlı həkimi tələb etmiş, Şəfəq adlı həkim qəbul şöbəsinə göndərildikdə Almaz adlı həkim qışqıraraq xəstəyə, xəstə yaxınına və Şəfəq adlı həkimə “bu gün növbətçi mənəm, xəstəni mən qəbul etməliyəm” demiş və lazımsız səs-küy salmışdır.
5. Bərdə RMX Tibbi şuranın 0* avqust 2022-ci il tarixli 67 nömrəli protokoluna əsasən, doğum evində həkim mama-ginekoloq iş ləyən iddiaçı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxılması, Tibbi şuranın qərarına münasibət bildirmək üçün Bərdə RMX-nin həmkarlar təşkilatına göndərilməsi qərara alınmışdır.
6. İddiaçı Bərdə RMX-nin direktoruna ünvanlanmış 26 iyul 2022-ci il tarixli ərizə ilə 0* avqust 2022-ci il tarixdən *6 gün müddətinə əmək məzuniyyətindən istifadə etməsinə icazə verilməsini xahiş etmişdir.
7. Bərdə RMX X* 02 avqust 2022-ci il tarixli iclasının 03 nömrəli protokolundan çıxarışa görə, əmək intizamını və etik davranış qaydalarını heç bir üzürlü səbəb olmadan kobud surətdə pozduğuna, öz əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Doğum evində həkim mama-ginekoloq işləyən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam v erməyi nəzərdə tutan müdiriyyətin qərarının məqsədəuyğun olduğu tövsiyyə edilmişdir. 8. 04 avqust 2022-ci il tarixli akta əsasən, 04 avqust 2022-ci il tarixdə saat **.30 radələrində həkim mama-ginekoloq İddiaçı Bərdə RMX PHŞ-in insan resursları şöbəsinə dəvət olunmuş, İddiaçı bildirilmişdir ki, əmək və icra intizamını kobud surətdə pozduğuna, etik davranış qaydalarına riayət etmədiyinə, vətəndaşlarla, iş yoldaşları ilə dava-dalaş saldığına, rəhbər haqqında müxtəlif instansiyalara şər, böhtan xarakterli ərizələr yazdığına görə 0* avqust 2022-ci il tarixdə Tibbi Şurada müzakirə olunduqdan və 02 avqust 2022-ci il tarixdə Həmkarlar Təşkilatının razılığı alındıqdan sonra onunla bağlanmış əmək müqaviləsinə müdriyyət tərəfindən xitam verilməsi nəzərdə tutulur. Bərdə RMX PHŞ-nin rəhbərliyi İddiaçı humanistlik göstərərək Bərdə RMX Ailə Sağlamlıq Mərkəzində həkim mama ginekoloq vəzifəsində işləməsini təklif etsə də, ona edilən təklifi qəti surətdə rədd edərək, razılaşmamış, işçilərə qarşı şər, böhtan xarakterli ifadələr işlətmiş, təhdid etmişdir. Bundan sonra səs-küy salaraq, qışqıraraq, hamının başına oyun açacağını deyərək çıxıb getmişdir.
9. Bərdə RMX-nin 04 avqust 2022-ci il tarixli 28*2-k nömrəli əmrinə görə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə RMX-nin 04 avqust 2022-ci il tarixli PHŞ/6.28-3-2022-25* nömrəli əmrinin ləğ v edilməsi, işə bərpa edilməsi və boşdayanma günlərinə görə əməkhaqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bərdə Rayon Məhkəməsinin 2(02*)-3436/2022 nömrəli iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Əhmədov)iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı *996-cı ildən 05 avqust 2022-ci il tarixə kimi Bərdə rayon X2 evində həkim mama ginekoloq işləmiş, 05 avqust 2022-ci il tarixdən Bərdə rayon Mərkəzi Xəstəxanasının İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.
14. Gəncə Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 2(*04)-679/2023 nömrəli iş üzrə ** aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Həsənov (sədrlik edən və məruzəçi), L.Süleymanov, A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilmiş, cavabdehin 04 avqust 2022-ci il tarixli 28*2-k nömrəli əmri ləğv edilmiş, iddiaçı Bərdə RMX Doğum evi üzrə doğum şöbəsinin həkim mama-ginekoloq vəzifəsinə bərpa edilmiş, 04 avqust 2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı iddiaçıya ödənilməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhk əməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamış, məhkəmə yalnız iş üzrə bəzi halları və qanun normalarını sadalamaqla kifayətlənmiş, İddiaçı iddia tələbinin hansı səbəblə rədd edildiyi barədə heç bir əsaslandırma aparmamışdır. Halbuki, MPM-in 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir.... Məhkəmə kol legiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı 2* aprel 2020-ci il tarixli müvafiq əmrə əsasən əmək müqaviləsi əsasında Bərdə Rayon X2 evinin *-ci mamalıq şöbəsinin həkim mama-ginekoloq vəzifəsinə təyin edilmişdir. Tibbi Ərazi Bölmələrinin X7 Hüquqi şəxs Bərdə Rayon Mərkəzi X6 Şəxsinin 29 mart 202*-ci il tarixli *00 nömrəli əmri ilə İddiaçı 0* aprel 202*-ci il tarixdə İcbari Tibbi Sığortaya keçidlə əlaqədar olaraq mama ginekoloq həkim vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 04 avqust 2022-ci il tarixli, 28*2-k nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmə əsası ilə İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin, iş materiallarında olan 04 avqust 2022-ci il tarixli, 28*2-k nömrəli “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrdə onun əmək funksiyasını yerinə yetirməməsinin nədən ibarət olduğu və konkret olaraq hansı pozuntuya yol verdiyi üçün işdən azad edildiyi əsaslandırılmasa da, əmrin əsası kimi göstərilən və surəti iş materiallarına əlavə edilmiş materiallarından aydın olur ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbini doğum evində icazəsiz özbaşına növbəni tərk etməsi, iş yoldaşlarını təhqir və şantaj edərək onların iş fəaliyyətini pozması, eləcə də, xəstələri təhqir etdiyi üçün onun barəsində şikayət xarakterli müraciətlərin olması təşkil etm işdir. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirdiyindən həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyində işçi Əmək Məcəlləsi ilə və ya digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirməməsinin və ya əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsinin nəticəsi olaraq hüquqi məsuliyyət növü kimi intizam və ya digər məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Kollegiya qeyd edir ki, hazırkı işdə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş iş materialla rında olan icazəsiz özbaşına növbəni tərk etmə, iş yoldaşlarını təhqir və şantaj etmə, onların iş fəaliyyətini pozması, eləcə də, xəstələri təhqir etməsi barədə aktlar və izahatlarada göstərilənlər təsdiqini tapmış olsaydı belə cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi həmin faktların aşkar edildiyi vaxtdan bir ay keçənədək İddiaçı barəsində intizam tənbehi tətbiq etmə səlahiyyətində olmuşdur. Lakin, hazırkı işdə istinad edilən pozuntuların aşkar edildiyi vaxtdan bir ay keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə intizam tənbehi verilmişdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, *9.04.202*, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə tərtib edilmiş izahat və aktlarda göst ərilənlər iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi qiymətləndirilə bilməz.... Məhkəmə kollegiyası həmçinin iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş 2*.07.2022-ci il tarixldə onun doğum evində xəstəyə təsir, təhqir, saymamazlıq və qarğış etməsi, həmçinin 28 iyul 2022-ci il tarixdə İddiaçı növbədə olarkən qəbul şöbəsinə doğuş sancısı ilə müraciət etmiş xəstə başqa həkim tələb etdiyi üçün xəstəyə qışqıraraq “bu gün növbətçi mənəm, xəstəni mən qəbul etməliyəm deməsi və lazımsız səs-küy salması” ilə bağlı aşağıdakıları qeyd edir. Əmək Məcəlləsinin 7*-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlə nkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd olunmalıdır ki, əmək qanunvericiliyində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin şərtləri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş ona irad tutulan 2022-ci ilin 27 və 28 iyulda baş vermiş hərəkətlər nəticəsində iş yerində işin, istehsalın, əmək və i cra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmur. Bununla yanaşı kollegiyanın qənaətinə görə iddiaçının 2022-ci ilin 27 və 28 iyulda yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuntular - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır. Belə ki, əmək qanunvericiliyinə görə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqav ilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının */4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur. Məhz işin bu hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur. Lakin, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan hallarına qiymət verilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Həmçinin məhkəmə kollegiyası iddia tələbinin məcburi iş buraxma üçün əməkhaqqı ödənilməsi hissəsinə də hüquqi qiymət verərək qeyd edir ki, həmin hissədə d ə iddia təmin edilməlidir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edildiyi halda, apellyasiya instansiyası maddi hüquq normalarını düzgün tətbiq etməmiş, əmək qanunvericiliyinin tələblərini pozmuşdur. İddia tələbi sübut olmadığı halda apellyasiya məhkəməsi iddianın təmin edilməsi barədə qərara gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri iddia ərizəsinin və apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə *25. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə *29. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ *. Hər kəs, onu n mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə **. İşəgötürənin əsas hüquqları *. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları *. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müə yyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 7*. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının no rmal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə
74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilər ək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin *-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; Maddə
80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar *. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X* qabaqcadan razılığı alınmaqla ləğv edilir; Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri *. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələ rində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.*. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə *06.*. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 4*7.*. Kassasiya məhkəməsi işə baxarkən: 4*7.*. *. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 4*8.*. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh e dilməsinə dair” *5.07.20**-ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
29. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, əmək qanunvericiliyinin tələblərinin pozulması barədə dəlilləri dəqiqləşdirilmədiyi, məhkəmə tərəfindən konkret olaraq hansı normanın işin hansı faktiki halına münasibətdə düzgün tətbiq etmədiyi, səhv tətbiqi n nədən ibarət olduğu göstərilmədiyi üçün, əsaslı deyil.
30. Şikayətin iddia sübut olmadığı halda apellyasiya məhkəməsinin iddianı təmin etməsinə dair dəlili də əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində çoxsaylı sübutlar araşdırılaraq, müvafiq hüquqi qiymət verilmişdir.
31. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(*04)-679/2023 nömrəli iş üzrə ** aprel 2023-cü il tarixli qətna məsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.