Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3772/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(104)-4088/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Ş.Paşayev, iş № 2(076)-2116/2019) İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı azyaşlı uşaqları ilə birlikdə cavabdehlərin yaşadığı Şəmkir rayonunun Konüllü kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və e vdən istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddiası təmin edilərək İddiaçı məxsus cehiz əşyalarının həmin evdən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ş.Muradov, Ş.M.Əliyeva və Ə.İ.Məmmədov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İlkin iddia tələbi üzrə İddiaçı xx xxx 2011-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan ərinin və onun valideynlərinin yaşadıqları Şəmkir rayonunun Könüllü kəndindəki evlərinə köçmüş və birgə nikahdan 2011 və 2014-cü illərdə iki uşaqları olmuşdur. 201 8-ci ildə onların ailə münasibətləri kəsilmiş və xx xxxxx 2019-cu il tarixdə onlara nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. 2019-cu ilin may ayında İddiaçı cavabdehlərin razılığı ilə onlara məxsus evdə cavabdehlərlə birgə təsərrüfat aparmaqla yaşamasını əsas göstərməklə uşaqları ilə birlikdə evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddia verərək cavabdeh İddiaçı toydan sonra mübahisəli evdə az bir müddət ərzində yaşayıb ondan sonra oğlu Cavabdeh1 yaşadığı Rusiya Federasiyasına köçməsini və nikahlarının pozulmasını, lakin cavabdehə məxsus cehiz əşyaların onlarda qalmaqla cavabdehin həmin əşyaları könüllü aparmaqdan imtina etməsini əsas göstərməklə cavabdeh İddiaçı məxsus əşyaların evdən çıxarılmasına dair qətnam ə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İlkin iddia tələbi üzrə İddiaçı kasasiya şikayəti verərək mübahisəli evin onun köçdüyü vaxtdan bir neçə il sonra - 2013-cü ilin iyun ayında cavabdehlərin mülkiyyətinə keçməsini, ona qədər evin özbaşına tikili olmasını və evdən istifadə hüququ ilə əlaqədar münasibətlərinin həmin vaxtda yaranmasını, belə olduqda qanunun analogiyasından istifadə edilməklə mübahisənin xx xxxxxxx 2009-cu il tarixdə qəbul edilmiş Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin qüvvəsinə uyğun həll edilməli olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və onun iddia tələbinin təmin, cavabdehin qarşılıqlı iddiasının isə rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etm işdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yeni apelyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflər arasında evdən istifadə hüququ ilə əlaqədar münasibət 2011-ci ildə, iddiaçının Cavabdeh1la nikaha girib ora köçdüyü zaman yaranmış və həmin dövrdə ev mülkiyyət hüququnun subyekti olmamışdır. Evə dair cavabdehlərin birgə mülkiyyət hüququnu bildirən Reyestrdən Çıxarış isə onların adlarına xx xxxx 2013cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qanunun həmin normasının tələbinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi mübahisənin həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarının tələblərinə uyğun həll edilməsini qanuni və əsaslı hesab etmişdir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə isti fadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Apelyasiya instansiyası tətbiq edilməli olan hüquq normasına münasibətdə düzgün nəticəyə gəlsə də, nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən həmin normanın qüvvəsi sona qədər düzgün tətbiq edilməmişdir. Belə ki, 30.4-cü maddəyə görə yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanılır. Lakin apelyasiya in stansiyası məhkəməsi qanunun həmin normasının tələbinə əməl etməyərək iddiaçının mübahisəli yaşayış sahəsindən müəyyən müddət ərzində istifadə hüququnun saxlanılması imkanını yoxlamamış və ona müvafiq hüquqi qiymət verməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə ola n xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3772/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3772/2020
12.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver