Məhkəmə qərarları › İş №2(102)-3772/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3772/2021

17.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3772/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə, istifadə hüququnun müəyyən müddətə saxlanılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(104)-2229 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 17 av qust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh 2014-cü ilin avqust ayının 24-də faktiki ailə qurmuş, nikahlarını 06.05.2016-cı il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin nikahından 25.06.2015-ci ildə Nur adlı uşaqları doğulmuşdur. İddiaçı cavabdehlə evlənən zaman sonuncuya məxsus ünvan 1 ünvanda yerləşən mənzilə gəlin köçmüş və ona məxsus cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Tərəflər ailədaxili münaqişə zəminində 2019-cu ilin avqust ayının 24də faktiki ayrılmışlar və iddiaçı azyaşlı uşağı ilə birlikdə evdən çıxmışdır. Aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, cavabvdehdən 3350 manat dəyərində qızıl-zinət əşyalarının naturada və ya onların dəyərinin alınaraq ona verilməsi və uşağı ilə birlikdə gəlin köçdüyü evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Sonradan İddiaçı ərizəsi əsasında iddia tələbi qızıl-zinət əşyaları tələbinə aid hissədə baxılmamış saxlanılmışdır.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin avqust ayının 24-də aralarında baş vermiş ailədaxili münaqişə zəminində cavabdeh onu məcburi olaraq azyaşlı uşağı ilə birlikdə evdən çıxarmış və o, həmin tarixdən etibarən dayısına məxsus evdə yaşamağa başlamışdır. Maddi vəziyyəti hazırda başqa yaşayış sahəsi əldə etməyə imkan vermir. Məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir.

5. Bərdə Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2(021)-601/2020 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi təmin edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə mübahisəsi gedən mənzilin mülkiyyətçisi Cavabdeh arasında olan nikah 15.10.2019-cu il tarixdə pozulmuş və beləliklə onunla mənzilin mülkiyyətçisi arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Cavabdehlə iddiaçı arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan iddiaçının yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır. Eyni zamanda, İddiaçı maddi vəziyyəti və ya diqqətəlayiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən Mən zil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması istisna edilir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(104)-2229 saylı qətnaməsi ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və A.H.Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddianın qismən təmin edilməsi, İddiaçı azyaşlı uşağı - 25.06.2015-ci il təvəllüdlü X4 ilə birlikdə Cavabdeh məxsus Bərdə şəhəri, H.Əliyev pr., 2/14 ünvanında yerləşən mənzilə köçürülməsi, həmin mənzilə köçürüldüyü vaxtdan yaşayış sahəsindən istifadə hüququnun 3 il müddətinə saxlanılması və həmin müddət başa çatdıqda onun yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının maddi vəziyyəti və diqqətəlayiq digər halları nəzərə alaraq, iddiaçının özünü yaşayış sahəsi ilə təmin etmək imkanı yoxdur, bu da hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiq edilməsini, yəni İddiaçı Cavabdeh məxsus ünvan 1 ünvan da yerləşən mənzildən istifadə hüququnun 3 il müddətə saxlanılmasını mümkün edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 11. iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mənzildən istifadə etmə müddətinin 3 il müəyyən olunması qanuni və əsaslı deyil, işin hallarına uyğun gəlmir. Özünü mənzillə təmin edə bilməyəcəyi halda sadəcə 3 il müddətinə istifadə hüququnun saxlanması əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında müəllimə işləyib əmək haqqı alması barədə deməmişdir. Əksinə, demişdir ki, müəllimlik təhsili olsa da, hazırda işləmir.

13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün həmin instansiyaya qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, İddiaçı guya apellyasiya instansiyasında məhkəmədə izahat verərək öz ailə üzvləri ilə dayısnın 7 nəfərlik ailə üzvü ilə birlikdə dayısının evində yaşadığnı bildirmişdir. Lakin İddiaçı məhkəmədə ümumiyyətlə belə izahat verməmişdir. Məhkəmə isə uydurduğu bu ifadəni subyektiv mülahizəsi olduğundan təsdiq edən hansısa sübuta istinad edə bilməmişdir. Apellyasiya instansiyasında məhkəməyə təqdim edilən və apellyasiya məhkəməsinin d ə öz qətnaməsində qeyd etdiyi, İddiaçı anası X2 ilə birgə yaşamasını təsdiq edən Bərdə rayonu, Şirvanlı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 12.06.2020-ci il tarixli rəsmi arayışı sübut qismində qəbul etməmiş və həmin rəsmi sənədin adını çəkməklə kifayətlənmiş, lakin qətnnamədə dövlət qurumu tərfindən verilmiş rəsmi sənədə münasibətini bildirməmişdir. Bundan başqa, tərəflərindən apellyasiya instansiya məhkəməsində bildirilmişdir ki, yeni ailə qurubdur və bir uşağı var. Yeni nikahdan sonra arvadı ilə birlikdə mübahisəli mənzildə yaşayırlar. Apellyasiya məhkəməsi hətta birinci instansiya məhkəməsinin qətnaməsi üzrə izahatları da təhrif etmişdir. Apellyasiya məhkəməsi öz qətnaməsndə təkrar olaraq yenə də qeyd etmişdir ki, guya iddiaçı məhkəmədə izahat verib ki, dayısnın evində 7 nəfər ail ə üzvləri ilə birgə yaşayır. Halbu ki, İddiaçı məhkəmədə belə bir izahatı olmayıbdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həqiqətə uyğun olmamaqla qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 verdikləri kassasiya şikayətini müdafiə edərək, təmin olunmasını, iddiaçının kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

17. İddiaçı məhkəmə iclasında vəkillə əmsil olunmadığına görə onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyası Maddə

33. Mənzil toxunulmazlığı hüququ 33.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 33.2. Qanunla m üəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Maddə

43. Mənzil hüququ 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə

2. Mənzil hüququnun əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquql arını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə

9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Maddə

30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razı laşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik etmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsini n və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 19. “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10. 2013-cü il tarixli Qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası M ülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mülkiyyətçi ilə yaşayış sahəsində yaşayan şəxslər arasındakı münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır. Bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. 20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 16.12.2014-cü il tarixli Qərarı Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıq ları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

22. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunma masını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli mənzilə cavabdehin ailə üzvü kimi, yəni arvadı kimi köçmüşdür və onun hüquqları Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin təsiri altına düşür.

27. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər.

28. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir.

29. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsini n 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur.

30. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

31. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisin in hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir.

32. Hazırki mübahisə üzrə iddiaçının özünün yaşayış evinin olmamasını, özünü başqa yerdə yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması aşkardır. Kassasiya şikayətində iddiaçının anasına məxsus evdə yaşaması barədə icra nümayəndəliyinin arayışına qiymət verilməməsi göstərilsə də, məhkəmə kollegiyası bu dəlilə tənqidi yanaşır.

33. Çünki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Vəkil3 ünvanlanmış 28.09.2020-ci il tarixli, **********25 saylı məktubdan görünür ki, X1 adına (iddiaçının anası) daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır.

34. Göründüyü kimi iddiaçının anasınında mülkiyyətində hər hansı fərdi yaşayış evi yoxdur, icra nümayəndəliyinin arayışında iddiaçının anasına məxsus evdə yaşaması barədə qeyd olsa da, evin onlara məxsus olmaması Ərazi İdarəsi tərəfindən verilmiş arayış ilə təsdiqini tapmışdır.

35. Yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər.

36. Kassasiya şikayətinin mübahisəyə Mənzil Məcəlləsinin 123-cü maddəsi, habelə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tətbiq edilməsi dəlili ilə bağlı göstərilir ki, bu yanaşma Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə ziddir. Tərəflər arasında hüquq münasibətləri 2009-cü ildən sonra yarandığından qüvvədə olan Mənzil Məcəlləsinin tətbiq edilməsi qanunidir.

37. Cavabdehin mülkiyyət hüquql arının pozulması dəlili ilə bağlı qeyd olunur ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır:

1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. İddiaçının mənzildən 3 il müddətinə istifadə hüququnun saxlanması du prinsiplərə zidd deyildir.

38. İddiaçının kassasiya şikayətində vurğuladığı istifadə hüququnun süxlandığı müddətin az olması barədə mülahizələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil əsassızdır. Çünki yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının evdən istifadə hüququnun müddətinin 3 il müəyyən olunması, bu cür differensasiyalaşdırılmış yanaşmaya əsaslanır və istifadə müddətinin 3 ildən çox saxlanmasını şərtləndirən əsaslar müəyyən olunmamışdır.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(104)-2229 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar