Məhkəmə qərarları › İş №2(102)-3773/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3773/2022

04.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3773/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3773/2022 (Açar sözlər: işə bərpa, tələbə qiymət verilməməsi) Bakı şəhəri, 04 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh “X1 "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9448/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 04 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”)17 avqust 2020-ci il tarixdə, 99 nömrəli əmr əsasında, “X1 "xxxx" ASC (bundan sonra “cavabdeh”) tərəfindən müddətli əmək müqaviləsi bağlamaqla elektro-mexanik vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı 17 dekabr 2020-ci il tarixdə, 194 nömrəli əmr əsasında, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilə müddəti ilə) işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 17 dekabr 2020-ci il tarixli, 194 saylı əmrin ləğv edilməsi, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi, məbləğin qanunvericiliyə uyğun hesablanması, məcburi iş buraxma müddəti üçün 17 dekabr 2020-ci il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, “Azərkörpü”ASC-nin 14 yanvar 2009-cu il tarixli əmri ilə iddiaçı qazma maşınlarının elektriki peşəsinə işə qəbul edilmişdir. 2010-cu ilin 01 iyul tarixində müəssisənin adı dəyişdirilərək “X6” MMC adı ilə yeni müəssisə yaradıldığı ndan həmin vəzifəyə iddiaçının yenidən əmri verilmişdir. 09 yanvar 2013-cü il tarixdən isə iddiaçının işlədiyi təşkilat “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlanır. Beləliklə hər 3 ildən bir vergi orqanları ilə olan problemin həlli üçün cəmiyyətin adının dəyişməsi gündəliyə gəlib. Vergidən yayınmaq üçün kiçik müəssisələr təşkil edilmişdir.

5. Əvvəllər əmrlə müddətsiz işlədiyi halda, xx.xx.2019-cu il tarixli əmrlə iddiaçıya müddətli əmək müqaviləsinin tətbiqi gündəmə gəlib. Məhz bu səbəbdən 5 ildən artıq müddətsiz müqavilə ilə işlədiyi halda iddiaçı müddətli müqavilə imzalamaq zorunda qalmışdır.

6. İddiaçı elektromexanik vəzifəsində işinin davam etdirilməsi üçün məcbur olub təklif edilən müqavilələri imzalamalı olmuşdur. Bununda nəticəsi olaraq 17 avqust 2020-ci il tarixdə guya iddiaçının öz xahişi ilə işdən azad edilməyinə yeni əmr yazılıb, elə həmin günə başqa əmrlə işə qəbul edib. xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xutam verilmişdir. işdən çıxarılmağını rəsmiləşdirmişlər. Beləliklə, iddiaçı 2009-cu ildən işləsə də, 2020-ci ildə tamamilə qanunsuz sənədləşmə aparıb müqavilə ilə formal iş üsuluna keçmişlər. İddiaçı bir dəfə gəlir eldə etmək məcburiyətindən belə müqaviləyə imza atmışdır.

7. Bununla belə, 2020-ci ilin iyun ayı istisna olmaqla, aprel, may, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında iddiaçıya əmək haqqı verilməmişdir. İddiaçı dəfələrlə rəhbərliyə müraciət edib kirayədə yaşamağını, oğlunun ön cəbhədə olmasını bildirsə də, məhəl qoyan olmamışdır

8. İddiaçının iş yeri olduğundan pandemiya ilə əlaqədar hər ay verilən 190 manat yardımı da ala bilməmişdir. İddiaçının işləmək istəməməsini əsas gətirərək, 17 dekabr 2020-ci il tarixdə müqavilə başa çatdıqda işdən çıxarılacağını bildirmişlər. İddiaçı 15 dekabr tarixdə bunun yalan və əsassız olması ilə bağlı rəhbərliyə ərizə yazsa da, bu gün də cavab ala bilməmişdir. Nə qədər müraciət etsə də, iddiaçıya əmrin və müqavilənin surətini verməmişlər.

9. İddiaçı məcbur olub məsələnin araşdırılması üçün X5 Xidmətinə 15 yanvar 2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. İddiaçıya göndərilən 22 aprel 2021-ci il tarixli, **********7 saylı məktubda qeyd edilir ki, iddiaçı ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən çıxarılmışdır və maaşın ödənilməsində qanun pozuntusuna yol verdiklərindən vəzifəli şəxslər İ XM-nin 192.4-cü bəndi ilə məsuliyyətə cəlb edilmişlər. Maaşın qanunvericiliyə uyğun hesablanıb ödənməsinə dair məktub yazmışlar. Bununla belə hələ ki, nəticə yoxdur.

10. İddiaçı çox çətinliklədə olsa da bu günlərdə əmək kitabçası və müqavilənin surətini ala bilmişdir. Əmək kitabçasında işdən azad edilmə səbəbi Əmək Məcəlləsinin 62-ci maddəsinin “b” bəndi göstərilsə də, Müfəttişliyin məktubunda “a” bəndi göstərilir. Müqavilə ilə tanış olduqda bəlli olub ki, iddiaçı ilə bağlanan 17 avqust 2020-ci il tarixli müqavilədə bir aylıq müddət yazılıb, hər ay avtomatik müddət artırılıb.

11. İddiaçıya ünvanlanmış teleqramda işləmək istəməməsi səbəbindən müqavilənin icraasına xitam verilməsi göstərilsə də, əmrdə müddətin qutarması ilə əlaqədar işdən çıxarılmağı göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsində daimi işçinin işdən azad edilib, müddətli müqavilə ilə işləməsi nəzərdə tutulmamışdır. 2019-2020-ci illərdə iddiaçıya tətbiq edilən müqavilə üsulu qanunsuz olmuşdur.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 68, 70 və 72-ci maddələrinə istinad etmişdir.

13. Cavabdehin nümayəndəsi iddiaya etiraz edib. Etirazın dəlilləri: - iddiaçı qeyd edib ki, 1 aylıq müqavilə bağlana bilməzdi. Halbuki əmək müqaviləsinin müddəti tərəflərin iradə ifadəsi azadlığı əsasında seçilir; - iddiaçının özü də qeyd edir ki, müqavilə razılaşıb, müqaviləni də imzalayıb; - iddiaçının işdən çıxarılması məsələsinə gəldikdə, cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq edilib, müqavilənin bitməsi barədə iddiaçının məlumatı olub, qanunvericiliyin tələbinə uyğun olaraq da müqaviləyə xitam veri lib.

14. Cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə də verib. Ərizə onunla əsaslandırlıb ki, iddiaçı 18 yanvar 2021-ci ildə Əmək Müfəttişliyinə, daha sonra məhkəməyə müraciət edib, bununla da Əmək məcəlləsini 296-cı maddəsində nəzərdə tutulan 1 aylıq iddia müddətini ötürüb.

15. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(004)4442/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Kərim Xudayev)

16. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçının 17 dekabr 2020-ci il tarixli 194 nömrəli əmrin mövcudluğu barədə məlumatı olmuş, bu hal iddia ərizəsində, X5 Xidmətinin Bakı şəhər İdarəsinin iddiaçıya ünvanlanmış 18 yanvar 2021-ci il tarixli cavab məktubunda, həm də iddiaçının izahatında öz əksini tapmı şdır. İddiaçı 2021-ci ilin yanvar ayında 17 dekabr 2020-ci il tarixli 194 nömrəli əmrin mövcudluğunu bilməklə, hüququnun pozulduğunu aşkar etmiş, lakin həmin vaxtdan məhkəməyə müraciət etdiyi vaxtadək 3 aydan çox müddət keçməklə (29 aprel 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir), iddiaçı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək vaxtını ötürmüşdür.

17. Birinci instansiya məhkəməsi qeyd olunanları, həmçinin cavabdehin nümayəndəsinin müddətin tətbiqi barədə ərizəsini nəzərə alaraq, hesab etmişdir ki, iddia rədd edilməlidir.

18. Birinci instansiya məhkəməsi eyni zamanda onu da qeyd edib ki, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək bağlanmışdır. Yəni, müddətli əmək müqaviləsidir. Əmək müqaviləsinin müddəti 1 ay müəyyən edilmişdir.

19. Birinci instansiya m əhkəməsi iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə qiymət verərək göstərib ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Əmrin qanunsuz hesab edilməsi üçün əsas yoxdur. İddiaçı işinin daimi olduğunu qeyd etsə də, iş materialları ilə onun əvvəllər də, həmin müəssisədə öz iradəsi ilə müddətli əmək müqaviləsi bağladığı müəyyən edilmiş, müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə keçirilməsi üçün qanuni əsaslar isə müəyyən edilməmişdir. Odur ki, iddia tələbi əsassız olduğu üçün də rədd edilməlidir.

20. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddia tələbinin iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə 17 dekabr 2020-ci il tarixli 194 nömrəli əmrin ləğv edilməsi hissəsinin təmin edilməs i üçün hüquqi əsaslar müəyyən etmədiyindən iddianın işdən azad edildiyi gündən işə bərpa edildiyi günədək məcburi işburaxmaya görə ona əmək haqqının cavabdehdən tutularaq iddiaçıya verilməsi hissələri üzrə araşdırma aparılmasına və bu tələblərə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsnini “b” bəndi, 45-ci maddəsinin 1-ci hissəsi, 47-ci maddəsini “f” bəndi, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 73-cü maddəsinin 1-ci hissəsi, 83-cü maddəsinin 1-ci hissəsi, 296-cı maddəsi, Mülki Məcəllənin 3752-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçının əmək kitabçasında işdən azad edilməsinin səbəbi Əmək Məcəlləsinin 62.2-ci maddənin “b” bəndi göstərilsə də Müfəttişliyin məktubunda “a” bəndi göstərilir. Müqavilə ilə tanış olduqda bəlli olur ki, 17 avqust 2020-ci il tarixli müqavidə müddət bir aylıq yazılıb. Hər ay müddət artırılıb; - iddiaçıya ünvanlanmış teleqramda işləmək istəməməsi səbəbindən müqavilənin icraasına xitam verilməsi göstərilsə də, əmrdə müddətin qutarması ilə əlaqədar işdən çıxarılması göstərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsində daimi işçinin işdən azad edilib müddətli müqavilə ilə işləməsi nəzərdə tutulmayıb; - 2019-2020-ci illərdə iddiaçıya tətbiq edilən müqavilə üsulu qanu nsuz olmuşdur. Cavabdeh 70-ci maddədə sadalanan halların heç biri olmadan iddiaçını işdən azad etməklə Qanunun tələblərini pozmuşdur.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9448/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Xəyal Sarıyev)

25. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 15586 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarma sı əsası ilə xitam verilmişdir. Hazırkı iş üzrə həmin əmrinin ləğv edilməsinə qanuni əsaslar yoxdur. İddiaçının bildirdiyi faktiki hallar, onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bundan əlavə iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir.

26. Apellyasiya şikayətinin dəlillərini – iddiaçının 14 yanvar 2009-cu il tarixdə “Azərkörpü” ASC-də qazma maşınlarının elektriki vəzifəsinə işə qəbul edilməsi, 01 iyul 2010-cu il tarixdə müəssisənin adının dəyişdirilərək “X6” MMC adı ilə yeni müəssisə yaradıldığından həmin vəzifəyə yenidən əmr verilməsi, 09 yanvar 2013-cü il tarixdən isə işlədiyi təşkilatın “X1 "xxxx" ASC adlanması, bununla da, iddiaçının 5 ildən artıq müddətsiz işlədiy i halda onunla əmək müqaviləsinin formal olaraq müddətli bağlanması – əsassız sayan apellyasiya instansiyası məhkəməsi bu dəlillərlə bağlı qeyd edib ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərə əsasən “X1 "xxxx" ASC-nin əvvəlki adı "xxxx" ASC olmuş, xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. "Azərkörpü” ASC-nin 01 iyul 2010-cu il tarixdə adı dəyişdirilərək “X6” MMC adı ilə fəaliyyətini davam etdirməsi təsdiq olunmur. İddiaçının əmək kitabçasının surətinə əsasən o, “AvroX3 "xxxx" ASC ilə əmək müqaviləsi bağlamazdan əvvəl “X2” MMC-də müddətli əmək müqaviləsi ilə əmək münasibətində olmuşdur. Kassasiya şikayətin in və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətinin dəlilləri: - məhkəmə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsini düzgün tətbiq etməyib. Məhkəmə iddiaçının 15 yanvar 2021-ci ildə X5 Xidmətinə etdiyi şikayətə 22 aprel 2021-ci ildə cavab aldığını və müddətin də həmin vaxtdan başlanmalı olduğunu nəzərə almayıb; - iddiaçının 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları ərzində işləməsi, öz əmək funksiyalarını yerinə yetirdiyinə baxmayaraq, məhəkə ona həmin dövrlər ü çün əməkhaqqı ödənilməsi barədə tələb qiymət verməyib, bunun səbəblərini araşdırmayıb. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması. Maddə

296. Fərdi əmək mübahisələrinin həllində idd ia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməs inin işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən tələblər üzrə qanuni nəticəyə gəlmişdir.

35. Belə ki, iddia tələbi işə bərpa barədədir. İddiaçı tələbinin faktiki əsası kimi onunla bağlanmış olan əmək müqaviləsinin onun iradəsindən kənar olaraq müddətli bağlanmasına və əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olmasına istinad etmişdir. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulmasının sübut edilməsindən asılıdır.

36. İşin müəyyən edilən hallarından isə görünür ki, iddiaçı ilə əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək bağlanmışdır, əmək müqaviləsi müddətli olmaqla, müddət 1 ay müəyyən edilib, müddətin bitməsi ilə də müqavilə xitam olunub. İddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmaqla, əmrin qanunsuz hesab edilməsi üçün əsas yoxdur. Həmçinin o da müəyyən edilib ki, iddiaçı əvvəllər də həmin müəssisədə öz iradəsi ilə müddətli əmək müqaviləsi bağlayıb, müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə keçirilməsi üçün qanuni əsaslar yoxdur.

37. Üstəlik, işin müəyyən edilmiş hallarına görə iddiaçı iddia müddətini də ötürmüşdür.

38. Göründüyü kimi, apellyasiya instansiyası işə bərpa barədə iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün qiymətləndirmə aparmış və işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını həmin hissədə düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən madd i hüquq normasının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın işə bərpa tələbinin təmin edilməsini istisna etmişdir.

39. Həmçinin məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi tələbi işə bərpa tələbinin təmin edilməsindən asılı tələb olduğu üçün həmin hissədə iddiaya hüquqi qiymət verilməsinə zərurət olmaması barədə gəlinən nəticə də düzgün olmuşdur.

40. Məhkəmə kollegiyası qeyd edilən hissə ilə bağlı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinin düzgün tətbiq edilməməsi, iddia müddətinin iddiaçının X5 Xidmətindən 22 aprel 2021-ci ildə cavab aldığı vaxtdan hesablanmalı olması barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır.

41. Belə ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş halla r istisna olmaqla, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məcəllənin 294-cü maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Məcəllənin 294-cü maddəsinin 4-cü hissəsinə görə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən b aşlanır. ”42. Göründüyü kimi, Əmək Məcəlləsi fərdi əmək mübahisəsini həll edən orqan kimi bir qayda olaraq məhkəmələri nəzərdə tutur. Bundan istisna o vaxt ola bilər ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan yaradılmış olsun.

43. Qanun məhkəmədən kənar (məhkəməyə qədər) fərdi əmək mübahisəsini həll edən orqan olaraq yalnız bir istisnanı nəzərdə tutur. Bu istisna odur ki, fərdi əmək mübahisələrini həll edən orqan yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmış olsun.

44. Əmək münasibətlərini nizama salan, sahəvi Qanun olan Əmək Məcəlləsi hər hansı digər orqanı fərdi əmək mübahisələrini nizama salan orqan kimi qəbul etmir. Bu baxımdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X5 Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrini həll edən orqan kimi qəbul edilə bilməz. Bu baxımdan, iddia müddətinin axımının həmin orqanın qərarının alındığı vaxtdan hesablanmalı olması bərədə kassasiya şikayətinin dəlilləri əsasızdır. 45. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında da eyni hüquqi mövqe göstərilib. X4 məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olub ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin in fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X5 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. X5 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqa nların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.

46. Bu baxımdan, məhkəmə kollegiyası işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə tələbin edilməməsi hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı sayır.

47. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi, məbləğin qanunvericiliyə uyğun hesablanması hissəsi ilə bağlı iddia tələbinin təmin edilməyən hissəsində qətnamə əsaslı deyil.

48. Belə ki, işdən görünür ki, nə birinci, nə də apellyasiya instansiya məhkəməsi iddianı bu hissədə təmin etməsələr də, həmin hissədə iddiaya, ümumiyyətlə, qiymət verməmiş, həmin iddianı nəyə görə təmin etmədiklərini qətnamədə əsaslandırmamış, həmin tələbi açıq saxlamışlar. Halbuki iddianın bu hissəsi işə bərpa tələbindən asılı olan tələb deyil, iddiaçı işdən çıxarılanadək ona hesablanıb verilməli olan əmək haqqının ödənilməməsini bildirir.

49. Prosessual qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edild iyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və”digər”hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və”digər”hüquqi aktlar göstərilməlidir. (MPM, 88 və 218.1220.4.)

50. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci i l tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə ”o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 52. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, ”məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olu nsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

53. Məhkəmə kollegiyasının mövqeyinə görə qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, o nun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

54. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi, məbləğin qanunvericiliyə uyğun hesablanması tələbinin təmin edilməməsi barədə hissəsini əsaslı hesab etmir.

55. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi, məbləğin qanunvericiliyə uyğun hesablanmasına aid hissədə ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanmalıdır.

56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9448/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, deka br aylarına olan əmək haqlarının ödənməsi, məbləğin qanunvericiliyə uyğun hesablanmasına aid hissədə ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar