Məhkəmə qərarları › İş №2(102)-3774/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3774/2023

24.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3774/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu, X4 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)- 1384/2023 saylı iş üzrə 24 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 Zülfüqar Akif oğlu ilə 14 mart 2002-ci ildə nikah bağla mış, birgə nikahlarından 09 iyul 2002-ci il təvəllüdlü X11 və 12 fevral 2006-cı il təvəllüdlü X10 adlı uşaqları doğulmuş, nikahları Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Cavabdeh2 anası Cavabdeh1 Tovuz rayonu Düz Cırdaxan kəndi S.S.İ qəsəbəsində istifadədə olan 0.0145 ha torpaq sahəsində 18 saylı, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci və 2-ci mərtəbəsində 77,3 kv.m ümumi sahəsi, 40.8 kv.m yaşayış, sahəsindən ibarət 3 otaqlı mənzil 07 oktyabr 2008-ci ildən tam mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X8 (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququ tanınmaqla mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia çı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 ilə xx.xx.2002-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Əri gizir hərbi rütbəsində hərbi qulluqçu kimi Gəncə şəhərində hərbi xidmətdə olduğundan onunla birlikdə birgə nikahlarından sonra 2003-cü ildə aldıqları özlərinə məxsus bir otaqlı mənzildə bir müddət Gəncə şəhərində yaşamışlar. Daha sonra 2009-cu ildə həmin mənzili sataraq ailələri üçün ünvan 1 evin 18 saylı mənzilini almışlar və yaşamaq üçün həmin mənzilə köçmüşlər. Nikahları pozulanadək bu mənzildə ailələri ilə yaşamışlar. Əri Cavabdeh2 hərbiçi olduğuna görə, yəni gələcəkdə dövlət tərəfindən mənzillə təmin olunması üçün mübahisəli mənzili qaynanasının adına rəsmiləşdirmişlər. Mübahisəli mənzilin qaynanasının a dına olması formal xarakter daşıyır. Cavabdeh1 həmin mənzildə onlarla birlikdə ümumiyyətlə yaşamamışdır. O, digər oğlu X14 ilə birlikdə yaşayır. Birgə nikahlarında iki uşaqları var. Nikahları Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. O, iki azyaşlı uşaqları ilə birlikdə 2009-cu ildən pasport qediyyatına alınmaqla ünvan 1 evin 18 saylı ünvanda yaşamış, Cavabdeh2 ilə mənzildən istifadə etmiş və birgə təsərrüfat aparmışdır. Nikahları pozulan tarixdən sonra cavabdeh onu və uşaqlarını mübahisəli mənzildən qovmuşlar. Sözü gedən mübahisə predmeti olan mənzil order əsasında qaynanasının adına rəsmiləşdirilmişdir. Lakin həmin mənzil faktiki olaraq onların ailəsinə məxsusdur.

5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və bildirmişd ir ki, mübahisə predmeti olan mənzili o, 07 oktyabr 2008-ci ildə X14 adlı şəxsdən almışdır. O, həmin mənzili alanda iddiaçı əri ilə birlikdə Gəncə şəhərində yaşayırdı. İddiaçının həmin evə hər hansı hüquqları mövcud deyil.

6. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və bildirmişdir ki, 2001-ci ildə Təranə ilə evlənmiş, ata yurduna gəlin köçmüşdür. Gəlin köçərkən ev atasının adına olmuşdur. Toydan bir həftə sonra Gəncə şəhərinə köçmüşlər. İki il kirayədə yaşamışlar. Daha sonra orderlə xidməti mənzil verilmişdir. 2009-cu ilədək Gəncə şəhərində yaşamış, ondan sonra Tovuz rayonundakı hərbi hissəyə iş yeri dəyişdirildiyindən mart ayında arvadı və uşaqları ilə birlikdə anasının adına olan evə köçmüşdür.

7. Tovuz rayon Məhkəməsinin (bundan sonra – birinci instansi ya məhkəməsi) 21 fevral 2023-cü il tarixli, 2(062)-279/2023 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından o, mübahisəli mənzilə dair istifadə hüququna malik deyildir.

9. Məhkəmə yetkinlik yaşına çatmış 2002-ci il təvəllüdlü Abbasov Röyalın evə köçürülməsinə münasibətdə qeyd etmişdir ki, həmin şəxs artıq yetkinlik yaşına çatdığından onun özünün qeyd edilən iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Hazırki iş üzrə iddiaçı isə onun əvəzinə iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik deyildir.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, fərdi yaşayış evindən istifadə hüququ yaranma yan şəxsin həmin evdən istifadə hüququ tanına və evə köçürülə bilməz.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.1-ci maddəsinə, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, iş materiallarından da göründüyü kimi, o, həmin vaxt hər iki uşağı (hazırda biri) ilə 2009-cu ildən nikahı pozulana kimi həmin mənzildə yaşamışdır. Başqa yaşayış yeri yoxdur. Eyni zamanda Cavabdeh2 ilə birgə nikahdan olan övladları xx.xx.2002-ci il təvəllüdlü X11 və xx.xx.2006-cı il təvəllüdlü X10 da onunla birgə yaşayırlar. Birinci instansiya məhkəməsi X2 gedən mənzilə istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə münasibət bildirərək, onun yetkinlik yaşına çatdığını və bununla bağlı onun iddia qaldırmağa subyektiv hüququnun olmadığını, onun özünün iddia qaldıra bilməsini bildirsə də, digər oğlu X5 həmin mənzildə istifadə hüququnun olması ilə bağlı heç bir araşdırma aparmamışdır. O, sözügedən mənzildə 2009-cu ildən öz evi kimi yaşamış və həmin mənzilin abadlaşdırılmasına, eyni zamanda təmirinə də külli miqdarda vəsait sərf etmişdir. Məhkəmə isə göstərilənləri nəzərə almadan iddianı rədd etmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-1384/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və A.H.Hüseynzadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci i nstansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçı mübahisəli ünvandakı yaşayış sahəsindən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sübut təqdim etməmiş və bu kimi hal məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır. Odur ki, iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

16. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hüquq normalarının düzgün tətbiq edilməməsinə dair dəlilləri ilə razılaşmamış və hesab etmişdir ki, həmin dəlillər iddiaçıların formal mülahizəsidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmadan, iddiaçının maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərinə səthi yanaşaraq, birinci instansiya məhkəməsinin əsassız mövqeyi ilə razılaşmışdır. Bununla da birinci instansiya məhkəməsinin qanunvericilik çərçivəsində imperativ şəkildə müəyyən olunmuş maddi və prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etməklə yol verdiyi nöqsanl ar apellyasiya məhkəməsi tərəfindən yenidən təkrarlanmışdır. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsi xx.xx.2002-ci il təvəllüdlü X2 gedən mənzilə istifadə hüququ tanınmaqla, mənzilə köçürülmə tələbinə münasibət bildirərək, onun yetkinlik yaşına çatdığını və bununla bağlı iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olmadığını, onun özünün iddia tələbi ilə müraciət etməsini bildirmişdir. Həmin qətnamədən verilən apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iddiaçının digər azyaşlı övladı xx.xx.2006-cı il təvəllüdlü X7 münasibətdə mövqe bildirməməsi xüsusilə qeyd edilsə də, eyni pozuntuya apellyasiya məhkəməsi də yol verərək xx.xx.2006-cı il təvəllüdlü X5 həmin mənzildən istifadə hüququnun olması ilə bağlı heç bir araşdırma aparmamışdır. Eyni zamanda məhkəmə nəzər ə almamışdır ki, tətbiq etdiyi Mülki Məcəllənin 228.5-ci maddəsi təsbit edir ki: “mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər.” Bundan başqa, hazırkı işdə məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, həmin qətnamədə MPM-in 76, 88, 217-ci maddələri düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

20. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

21. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istif adə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosess ual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

32. Belə ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (§ 25).

33. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, sözügedən mənzil 2008-ci ildə Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydə alınmış, iddiaçı isə həmin yaşayış sahəsinə 2009-cu ilin mart ayında köçüb yaşamışdır.

34. Həmin dövrdə qüvvədə olan qanuna əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir (§ 20-21).

35. Məhkəmələr iddiaçının mübahisəli mənzildən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrind ə qeydə alınmadığını müəyyən etdikdən sonra düzgün olaraq işə MM-in 228-ci maddəsini tətbiq etməklə iddianı rədd etmişlər.

36. Məhkəmə tərkibi, kassasiya şikayətində Abbasov Kamranla bağlı qeyd edilənləri qətnamənin ləğv edilməsi üçün əsas saymır. Ona görə ki, K.Abbasov yetkinlik yaşına çatmamış şəxsdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin ha llarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)- 1384/2023 saylı iş üzrə 24 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar