Məhkəmə qərarları › İş №2(102)-3775/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3775/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3775/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(104)-4493/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Q.Mustafayev, iş № 2(062)-180/2018) İddiaçı1 Cavabdeh1 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 8974 manat alınıb İddiaçı1 verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: L.S.Süleymanov, R.Z.Mamedov və A.V.Bayramov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər xx xxxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 2008-ci ildə bir uşaqları olmuşdur. Nikahda olduqları dövrdə Tovuz şəhərində 2017-ci ildə üç otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi tikdirmiş, ev mülkiyyət hüququnun subyekti kimi qeydiyyata alınmamış, tərəflərin ailə münasibətləri pozulmuşdur. 2017-ci ilin noyabr ayında İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək başqasına məxsus olan torpaq sahəsində valideynlərinin maddi köməyi ilə fərdi yaşay ış evi tikdirməklə evin tikintisinə 21.130 manat məbləğində vəsait sərf etməsini əsas göstərməklə həmin məbləğin və dövlət rüsumuna görə 30 manatın Cavabdeh1 alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kasasiya şikayəti verərək mübahisəli evin özbaşına tikili olmaqla iddiaçının deyil, onun valideynlərinin vəsaiti hesabına inşa edilməsini, məhkəmə kollegiyasının isə onun izahatını təhrif etməklə sübutlara düzgün qiymət vermədən iş üzrə səhv nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında cavabdehin vəkili kasasiya şikayət ini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarınd an görünür ki, mübahisəli ev müvafiq icazələr alınmadan tərəflərin birgə vəsaiti hesabına inşa edilmiş, hazırda onların ailə münasibətləri pozulmaqla İddiaçı1 valideynlərinin yanında yaşayır. İş üzrə alınmış mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, evin tikinti-təmir işlərinə sərf edilən vəsait bazar qiymətlərinə uyğun olaraq təxminən 17.948,2 manat təşkil edir. Evin tikintisinə sərf edilmiş vəsait tərəflərin mülkiyyəti olduğundan, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, həmin evin tikintisinə sərf edilmiş vəsaitin yarısının cavabdehdən alınaraq iddiaçıya verilməsi əsaslı olmuşdur. Kasasiya şikayətində evin tikintisinə iddiaçı və onun valideynləri tərəfindən vəsait qoyulması inkar olunsa da, müəyyən olunmu şdur ki, evin yarı dəyərinin müqabilində cavabdeh tərəfindən iddiaçıya 7000 manat təklif olunmuş, lakin iddiaçı həmin məbləğlə razılaşmamışdır. İşin yuxarıda göstərilən hallarına əsasən kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə iş üzrə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar