Məhkəmə qərarları › İş №2(102)-3776/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3776/2020

21.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3776/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Ərizəçi İddiaçı, vəkili Məmmədova Pərvanə Əziz qızının, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndəsi Əliyev Vüsal Rafiq oğlunun və vəkili Əliyev Seyfəddin Sadıx oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-xxx/2019 nömrəli qətnaməsindən ərizəçi İddiaçı tərəfindən verilmiş kasasiy a şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdam rayon Məhkəməsinin (hakim E.Bayramov) xx.xx.2018-ci il tarixli, 2(013)-xxx/2018 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilərək, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan müddət ərzində hərbi prokurorluq orqanlarında işlədiyi müddətin hərbi qulluqçu statusu hesab edilməklə hərbi xidmət dövrüq olması faktının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Mamedov, A.Hüseynzadə, Ə.Abdullayev) xx.xx.2019-cu il tarixli, 2(104)-xxx/2019 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tar ixli, 2(013)-xxx/2018 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, ərizənin rədd edilməsi qət edilmişdir. Ərizəçi İddiaçı iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1998-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan müddət ərzində hərbi prokurorluq orqanlarında işlədiyi müddətin hərbi qulluqçu statusuna malik olmaqla hərbi xidmət dövrü olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edil mişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Ərizəçi İddiaçı və vəkili Məmmədova Pərvanə Əziz qızı kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəf kimi iştirak etməmiş və qəbul ediləcək qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir etmədiyi üçün nə iddiaçı kimi ərizəçi tərəfindən, nə cavabdeh tərəfindən, nə də ki, məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər işdə iştirak etməyə cəlb edilməmişdir. Ərizəçinin hərbi qulluqçu kimi pensiya hüququ əldə etməyi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun hüquq və vəzifələrinə toxunmur. Çünki ona hərbi qulluqçu kimi pensiya təyin etmək hüququ Azərbaycan Respublikası Hərbi Prokurorluğuna deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə məxsusdur. O, hərbi prokurorluq orqanlarında işlədiyi 20 il 2 ay müddətində Dövlət Sosial Müdafiə Fonduna hər ay əmək haqqından 3% məbləğində pul ödəmişdir və ona verilən pensiya məbləği də hərbi prokurorluğun büdcəsindən deyil, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi hesabına həyata keçirilir. Daha dəqiq, ərizəçiyə ödənilən pensiya məbləğinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna heç bir aidiyyəti yoxdur. Bu isə onu göstərir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun ərizəçi barəsində qəbul olunmuş qətnamədən apellyasiya şikayəti verməsi Azərbaycan Respublikası MP M-nin 357.2-ci maddəsinin tələblərinə zidd olmuşdur. Bundan başqa, Ağdam rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 2018-ci ilin dekabr ayının 19-da şəxsən ərizəçi tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğuna təqdim olunmuş və qətnamə əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən onun barəsində məlumat vərəqəsi tərtib edilmiş və pensiya təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş şöbəsinə göndərilmişdir. Hətta 2019-cu ilin fevral ayında ərizəçi barəsində xidmət illərinin hesablanmasında texniki səhvlərə yol verildiyi üçün təkrarən Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən məl umat vərəqəsi tərtib edilərək hərbi prokurorluğun rəhbərliyi tərəfindən rəsmi məktubla Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular Xüsusi Rütbəli Şəxslərlə Şəxslərlə İş İdarəsinə göndərilmişdir. Nə 2018-ci ilin dekabr ayında, nə də ki, 2019-cu ilin fevral ayında Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən Ağdam rayon məhkəməsinin 27 avqust 18-ci il tarixli qətnaməsinə hər hansı münasibət bildirilməmişdir. 1998-ci ildə mövcud olmuş qanunvericiliyin tələblərinə görə hərbi prokurorluq orqanları əməkdaşlarına hərbi rütbələrin verilməsi Azərbaycan Respublikası Hərbi Prokurorunun təqdimatı ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin əmrinə əsasən həyata keçirilirdi və hərbi prokurorluğun şəxsi heyəti Silahlı Qüvvələrin ştat sa yına daxil edilirdi, onlar həqiqi hərbi xidmətdə olan şəxs hesab olunurdu. Eyni zamanda həmin vaxt ərizəçinin hərbi xidmətə çağırılmağı ilə bağlı heç bir etirazı olmamışdır. Həmçinin o, həmin dövrdə faktiki olaraq hərbi xidmət vəzifələrini yerinə yetirmiş və onun vaxtında hərbi xidmətə çağrılmaması hüquqlarının pozulması ilə nəticələnmişdir. Gəncə Apellyasiya Məhkəməsi isə ərizəçinni pozulmuş hüquqlarının bərpasını nəzərdə tutan Ağdam rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsini qanunsuz və əsassız olaraq ləğv etmişdir. Gəncə apellyasiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, iddiaçının müəyyən edilməsini xahiş etdiyi faktla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrində bütün məlumatlar, həmin məlumatları təsdiq edən bütün sənədlər vardır. Lakin qeyd edilməlidir k i, ərizəçinin 1998-ci ilin mart ayının 06-dan 2008-ci ilin mart ayının 04-nə kimi hərbi prokurorluq orqanlarında işlədiyi dövrün hərbi xidmət olması faktını təsdiq edən rəsmi sənədi əldə edə bilmədiyi üçün həmin dövrün hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-xxx/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edlməsini xahiş etmişlər. Daha sonra ərizəçi İddiaçı məhkəməyə kasasiya şikayətinə əlavə ünvanlamış, ərizədə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-xxx/2019 n ömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edlməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı və vəkili Məmmədova Pərvanə Əziz qızı kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nüm ayəndəsi Əliyev Vüsal Rafiq oğlu və vəkili Əliyev Seyfəddin Sadıx oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-xxx/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin mad di və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi ərizənin rədd edilməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, ərizəçinin ərizəsi heç bir əsas verən sübutla təsdiq olunmur, əksinə işin halları belə bir halın olmasını mümkün saymır. İşin halları və iş materiallarına əlavə edilmiş sübutlardan aydın görünür ki, iddiaçının müəyyən edilməsini xahiş etdiyi faktla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrində bütün məlumatlar, həmin məlumatları t əsdiq edən bütün sənədlər vardır. Əgər ərizəçinin müəyyən olunmasını tələb etdiyi fakt hüquqi əhəmiyyətli fakt deyildirsə həmin ərizəyə fakt təsdiqi kimi baxılması qanunvericiliyin tələbinə tamamilə ziddir. Tələb olunan hüquqi faktın hüquqi əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki faktın müəyyən olunması məhkəmə qaydasında müəyyən edilməli hüquqi fakt deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək, hüquqi əhəmiyyəti olmadığı halda faktın təsdiq edilməsi barədə ərizəni təmin etmişdir. Kasasiya kollegiyası qeyd edir ki, apelyasiya kollegiyası düzgün olaraq hesab etmişdir ki, iş materiallarından iddiaçının müəyyən edilməsini xahiş etdiyi faktla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrin də bütün məlumatlar, həmin məlumatları təsdiq edən bütün sənədlər vardır. Belə olan halda isə işə məhkəmədə baxılmalı deyildir. Yəni ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktla bağlı sənədlər mövcud olduğu halda, ərizəçi ilkin olaraq aidiyyəti orqana hazırki tələbi ilə bağlı müraciət ünvanlamalı, imtina cavabı aldığı halda aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Kassasiya kollegiyası apellyasiya kollegiyasının qənaəti ilə razılaşmayaraq bildirir ki,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd edilən hüquq normalarından müəyyən olunur ki, şəxsin ərizəsi əsasında məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edir ki, həmin faktlar başqa qaydada alına bilinmir, əgər itirilmişsə də bərpası mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, işə məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddial ara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Odur ki, hazırki tələb üzrə işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tuta raq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)xxx/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar