Məhkəmə qərarları › İş №2(102)-3776/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3776/2024

19.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3776/2024 19.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2nə qarşı iddia tələbləri barədə birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin boşaldılması, alğı-satqı müqaviləsi, əqdin etibarsızlığı, yalan əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı mənzilin boşaldılması və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələblərinə dair Su mqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-911/2024 nömrəli iş üzrə 9 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 19 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kooperativ binada mənzil tikintisi barədə xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanında inşa olunmuş 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı ümumi sahəsi 57 kv.metr olan 38 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) hər kv.metri üçün 342 manat olmaqla, cəmi 19.494 manat pul ödəməklə inşa edib İddiaçı təhvil verməyə dair öhdəlik götürmüşdür.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünə əsasən, X5 Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları toplamaq yolu ilə X5 qəti olaraq 3 il müdd ətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə mülki iddialar təmin edilmiş və X2 14494 manat pulun İddiaçı xeyrinə tutulması qərara alınmışdır.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli qərarı ilə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar) xitam verilmişdir.

4. Kooperativ binada mənzil tikintisi barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən isə "xxxx" MMC mübahisəli mənzili hər kv.metri üçün 561 manat olmaqla, cəmi 32000 manat pul ödəməklə inşa edib X1 təhvil verməyə dair öhdəlik götürmüşdür.

5. Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tari xli, 2(012)-2404/2018 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin rəhbərliyi tərəfindən mübahisəli mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(105)-260/2021 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, "xxxx" MMC tərəfindən mübahisəli mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir.

7. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)4409/2021 saylı qərarı ilə qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh1 qarşı mənzilin boşaldılması barə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında inşa olunmuş 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı ümumi sahəsi 57 kv.metr olan 38 saylı mənzildən məcburi çıxarılması və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini iuşin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, o, 04 iyul 2007-ci il tarixdə mübahisəli mənzili "xxxx" MMC-dən 19494 manat müqabilində almış, şirkətə heç bir borcu qalmamışdır. Həmin şirkətin rəhbərliyi, ona məxsus mənzili başqa müqavilə ilə iş üzrə cavabdehə satmaqla onunla 04 aprel 2019-cu il tarixdə müqavilə bağlamış, ondan 32000 manat pul almışdır. Bütün bunlara baxmayaraq, mənzilin ilk sahibi kimi kənarda qalaraq, cavabdeh həmin mən zili zəbt etmişdir və hazıradək orada yaşamaqda davam edir. Halbuki, o, öz hüquqlarının bərpası və mənzilin qaytarılması üçün illərdir məhkəmə instansiyaları keçməklə, mənzilin əsl sahibi kimi tanınmışdır. İlkin müqavilə bağladığı şirkət, yəni "xxxx" MMC sonradan 2013-cü ildə "xxxx" MMC ilə əvəz olunmuşdur. İşin hallarında qeyd edilən məhkəmə aktları mübahisələri nəticəsində həmin mənzil onun sahibliyinə qaytarılmışdır. Qəbul olunmuş qərarın icrası zamanı məlum olmuşdur ki, ona məxsus mənzildə iş üzrə cavabdeh yaşayır, mənzilin təhvil verilməsi mərhələsində icra məmuru cavabdehin mənzildən çıxarılması səlahiyyətinin olmamasını bildirmiş, işin məhkəmə müstəvisində həll edilməsini tövsiyə etmişdir.

10. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh2 MMC-yə qarşı müqavilənin etibarsız hesab e dilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair İddiaçı ilə "xxxx" ("xxxx" MMC) arasında imzalanmış 04 iyul 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh1 tələbini işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırmışdır ki, 04 aprel 2019-cu il tarixdə "xxxx" MMC ilə onun arasında bağlanmış kooperativ binada mənzil tikintisi üçün müqavilə ilə 32000 manat məbləğ müqabilində mübahisəli mənzili almışdır. Mənzilin qeyd edilən məbləği onun tərəfindən tam şəkildə ödənilmiş, buna görə də 04 aprel 2019-cu il tarixdə MMC tərəfindən 93 nömrəli maliyyə arayışı verilmişdir. 2019-cu il tarixdə mənzil ona təhvil verilmişdir. 2019-cu il tarixdən etibarən həmin mənzili təmir edərək ailə üzvlə ri ilə birlikdə həmin mənzildə yaşayır. Sonradan ona məlum olmuşdur ki, İddiaçı ilə "xxxx" MMC arasında ona məxsus mənzillə bağlı məhkəmə mübahisələri olmuş, lakin o, məhkəmə proseslərinin heç birinə cəlb edilməmişdir. Məhkəmələr onu işə cəlb etmədən onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qərarlar qəbul etmişlər. Mənzil onunla MMC arasında müqavilə bağlandıqdan sonra məhz ona təhvil verilmiş, mənzili təmir etdirərək orada yaşamağa başlamışdır. Hazırda da həmin ünvanda yaşayır. İddiaçı iddiasının onun iştirakı olmadan təmin edilməsi onun mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına və mülkiyyətdən məhrum olunmasına gətirib çıxarmışdır. Məhkəmə onu işdə iştirak etməyə cəlb etməmiş, onun qanuni sahibliyində və istifadəsində olan mənzillə bağlı İddiaçı tərəfindən verilən idd iaya öz etirazını bildirmək və sübutlarını təqdim etmək hüququndan məhrum edilmişdir. Bu səbəbdən də o, İddiaçı ilə "xxxx" MMC (Fuad LTD) arasında imzalanmış müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı 08 sentyabr 2015-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, MMC ilə İddiaçı arasında bağlanmış 04 iyul 2007-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilin 19494 manata İddiaçı satılması razılaşdırılmış, lakin İddiaçı tərəfindən mənzilin dəyərindən 14494 manat ödənilmişdir. Həmin hökmlə göstərilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı mülki iddiası təmin olunaraq həmin mənzil üçün ona ödənilmiş 14494 manat pul vəsaitinin qaytarılması qərara alınmışdır. Göründüyü kimi, hökm 201 5-ci il tarixdə çıxarılmış, o isə həmin mənzili hökm çıxarıldıqdan 3 il sonra, yəni 2019-cu ildə almışdır. Hökmlə təsdiq olunmuşdur ki, (səh. 19) İddiaçı həmin mənzilin dəyərini tam ödəməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı 08 sentyabr 2015-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı ilə bağlanmış 04 iyul 2007-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilin 19494 manata İddiaçı satılması razılaşdırılsa da, İddiaçı tərəfindən mənzilin dəyərindən ödənilən 14494 manat binanın inşasına sərf edilməmiş, formal olaraq MMC ilə müqavilə imzalanmış, ödənilmiş pul vəsaiti şirkətin direktoru tərəfindən mənimsənilmişdir. Bu səbəbdən də İddiaçı pul vəsaitinin "xxxx" MMC-dən deyil, onun direktoru X3 tutulması müəyyən edilmişdir. Bütün bu hallar göstərir ki, tərəfl ər arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1425/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 İddiaçı və Cavabdeh2 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair e2(009)-1425/2023 saylı mülki iş İddiaçı X1 qarşı mənzilin boşaldılması və cavabdehin məcburi qaydada çıxarılması tələbinə dair 2(012)-3338/2023 saylı mülki işlə əlaqəli olduğundan birləşdirilərək baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir.

13. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli 2(012)-159/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh1 mübahisəli mənzildən çıxarılması və həmin mənzilin boşaldıl araq İddiaçı təhvil verilməsi, Cavabdeh1 iddiasının təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilk öncə 04 iyul 2007-ci il tarixli müqavilənin legitimliyi araşdırılmalı, sonra isə əmlakın boşaldılması məsələsinə hüquqi qiymət verilməlidir. Hazırkı işdə mübahisə predmetini "xxxx" MMC (hazırda "xxxx" MMC) ilə mübahisəli mənzilə dair İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə təşkil edir. Qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, mübahisə predmetini təşkil edən mənzil İddiaçı məxsusdur və bu əmlak "xxxx" MMC tərəfindən ona təhvil verilməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, qeyd olunan qətnamə ilə mübahisəli mənzilin İddiaçı məxsus olması müəyyən e dilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzil 04 aprel 2019-cu il tarixli müqavilə ilə Cavabdeh1 satılmışdır, halbuki "xxxx" MMC (hazırda "xxxx" MMC) ilə İddiaçı arasında bağlanan müqavilə hazırda qüvvədədir, bu müqavilənin ləğv olunması haqqında razılaşma, həmin müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifi, bu təklifdən digər tərəfin imtinası iş materiallarında yoxdur və müqavilə məhkəmə qaydasında ləğv olunmamış, əksinə həmin əqdin mötəbərliyi məhkəmə aktları ilə təsdiq olunmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin mənzilin sahiblik və istifadə hüququ ilə yüklü olmasına baxmayaraq, yenidən Cavabdeh1 satılmasına dair 04 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsızdır, çünki həmin müqavilə ilə özgəninkiləşdirilən mənzil artıq qüvvəyə minmiş məhkəmə q ətnaməsinə əsasən İddiaçı tərəfindən dəyəri ödənilməklə əldə olunan əmlak kimi qiymətləndirilmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli daşınmaz əmlak hazırda nə "xxxx" MMC-nin, nə də Cavabdeh1 mülkiyyətində (sahiblik və istifadəsində) ola bilməz və Cavabdeh1 04 aprel 2019-cu il tarixli müqaviləyə istinad edərək qaldırdığı hazırkı tələbi əsassızdır.

16. Bundan başqa, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-4409/2021 saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi həmin iş üzrə çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Q.Ə.Məmmədov və zərər çəkmiş şəxslər M.C.Nəzərov, R.İ.Əjdərova və M.O.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı R.Ə.Hadıyev tərəfindən verilmiş apellyasiya protestinə baxılması üçün 28 oktyabr 2015-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli qərarı ilə cinayət işinin icraatına Azərbaycan Respublikası CPMnin 39.1.5-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar) xitam verilmişdir. Göründüyü kimi, sözügedən cinayət işi (hökm qüvvəyə minmədən) təqsirləndirilən şəxs və zərər çəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiy a protestinə əsasən 28 oktyabr 2015-ci il tarixdən 11 ay 20 gün Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuşdur. Hökmün qüvvəyə minmədən şikayətlər verildiyindən hökm mülki iddiaya aid hissədə icraya yönəldilməmişdir. Apellyasiya icraatı mərhələsində həmin cinayət işinə baxılarkən hökm ləğv edilmiş və cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar) xitam verildiyindən, mülki iddialar üzrə müvafiq qərarlar qəbul edilməmişdir. Başqa sözlə, hazırkı iddianı qaldırarkən Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-cı il tarixli hökmünə istinad etməsi də əsassızdır.

17. Mübahisəli mənzil 04 aprel 2019-cu il tarixli müqaviləyə və maliyyə arayışına əsaslanmaqla Cavabdeh1 istifadəsinə verilmişdir. Həmin müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığından etibarsızdır. Qüvvədə olan qanunvericiliyə görə maliyyə arayışı ciddi maliyyə hesabat blankı hesab olunmur, həmin mənzilin dəyərinin MMC-yə ödənilməsi barədə o, məhkəməyə kassa mədaxil orderini təqdim etməmişdir. Bu hallara məcmu halda qiymət verərək məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilin Cavabdeh1 satılmasına dair 04 aprel 2019-cu il tarixli müqaviləyə istinad edilməklə qaldırılmış hazırkı iddia əsassızdır, çünki həmin müqavilə yalan əqd olaraq əhəmiyyətsizdir.

18. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 337, 389.1, 390, 404.1, 404.2, 425.1, 646.1, 752.1, 752.2-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 76, 82.3, 88, 119.1, 11 9.2, 217.4, 218.3cü maddələrinin, həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarının tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, onun iddiasının təmin edilməsi, İddiaçı iddiasının isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə əqdin yalan olmasını bildirsə də, fikrini əsaslandıra bilməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə və qanunvericiliyə əsasən MMC-lər ilə bağlanmış m ənzil tikintisinə dair müqavilələr üzrə mənzilin dəyərinin ödənildiyi halda şirkət tərəfindən maliyyə arayışı təqdim olunur. Həmin maliyyə arayışı mənzilin dəyərini ödənilməsini təsdiq edən sübut qismində məhkəmə tərəfindən qiymətləndirilir. Lakin məhkəmə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışının surətini sübut qismində qəbul etsə də, Cavabdeh1 məhkəməyə kassa mədaxil orderini təqdim etmədiyini bildirərək 04 aprel 2019-cu il tarixdə "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış kooperativ binada mənzil tikintisi üçün müqaviləni-əqdi yalan əqd olaraq qiymətləndirmişdir. Halbuki Cavabdeh1 tərəfindən mənzilin dəyərinin tam şəkildə ödənilməsini MMC tərəfindən verilmiş maliyyə arayışı, mənzilin tam təmir olunaraq orada yaşamasını isə məhkəməyə təqdim etdikləri mənzilə dair fo toşəkillər, işıq və suya dair qəbzlər, yerli baxış keçirilərkən mənzilin təmirli olması və illərdir Pərvanənin sahibliyində istifadəsində olması təsdiq edirdi. Bütün bu hallar 04 aprel 2019-cu il tarixdə "xxxx" MMC ilə Cavabdeh1 arasında imzalanmış kooperativ binada mənzil tikintisi üçün müqavilə yalan əqd olmayaraq, tərəflər arasında həqiqi iradə ifadəsini əks etdirmiş və görünüş üçün və ya digər əqdi pərdələmək üçün bağlanmamasını təsdiq edir. Məhkəmə isə Cavabdeh1 ilə MMC arasında bağlanmış müqaviləni yalan ədq olduğunu göstərsə də, hansı araşdırma əsasında bu hüquqi nəticəyə gəlməsini qərarda əsaslandırmamışdır. İşin hallarından görünür ki, məhz əqdin yalan olması üçün Konstitusiya Məhkəməsinin qərarında qeyd edilən hər hansı bir hal Cavabdeh1 ilə "xxxx" MMC arasında imzalanmış müqav ilə üzrə mövcud deyil. Əgər Pərvanənin əsl hüquqi niyyəti mənzil almaq deyildirsə və görüntü üçün müqavilə bağlamışdırsa niyə mənzilin alınması üçün şirkətə 32000 manat pul vəsaiti ödəmiş, mənzilin təmirinə isə 25.000 manatdan yuxarı pul vəsaiti sərf etmişdir? Əgər görüntü üçün müqavilə bağlanmış olsa idi Pərvanə tərəfindən mənzilin dəyəri olan 32000 manat pul vəsaiti ödənilməz, mənzilin təmiri üçün 25.000 manatdan yuxarı pul vəsaiti sərf edilərək təmir olunmazdı, illərdir mənzildə yaşayaraq, su işıq, qaz üçün pul vəsaiti ödəməzdi. Məhkəmə isə bütün halları görməzdən gələrək maddi hüquq pozuntusuna yol verərək Mülki Məcəlləsinin 430.2-ci maddəsinə istinad edərək Cavabdeh1 iddia tələbini rədd etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər q ərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə prosesual pozuntuya yol verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)68/2015 saylı 08 sentyabr 2015-ci il tarixli hökmünü nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsi Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəyyən edilən halların preyudisial əhəmiyyət daşımasına hüquqi qiymət verməmiş və bununla da Cavabdeh1 Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquqlarını pozmuşdur.

21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-911/2024 nömrəli, 9 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Ə.Məmmədov (sədrlik edən və məruzəçi), L.E.Rəhimli və İ.K.Dəmirov) apellyasi ya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 389.1, 399.1, 421.1, 423.1, 442.1, 452.1, 752.1, 752.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 (vəkili Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya ş ikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi baxdığı işə səthi yanaşmış, mülki işin içində cinayət əməllərinin olmasına baxmayaraq heç bir araşdırma aparmamış, MTK-nin direktoru barəsində xüsusi qərardad çıxarmamış, formal mülahizələrə dayanan qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 68/2015 saylı 08 sentyabr 2015-ci il tarixli hökmünə istinad edir, həmin hökmlə İddiaçı zərərçəkmiş şəxs qismində tanındığını qeyd edir. Lakin burda diqqət yeriliməli məqam ondan ibarətdir ki, mübahisəli mənzil Cavabdeh1 xx.xx.2019-cu ildə MTK-nın yeni təsisçisi və direktoru tərəfindən satılmışdır. Yəni mübahisəli mənzil ilk olaraq MTK-nın əvvəlki təsisçisi və direktoru tərəfind ən 2007-ci il tarixində İddiaçı satılmışdır. MTK-nın yeni direktoru artıq sözügedən məzillə bağlı məhkəmə hökmü olduğunu bilə-bilə əvvəlki direktor kimi qanunsuz olaraq mənzili 2019-cu ildə təkrar Cavabdeh1 satmışdır. Məhkəmə MTK-nın hazırkı direktoru və təsisçilərinin əvvəlki direktorun yolunu davam etdirərək eyni cinayəti törətməkdə davam etməsinə göz yummuş, MTK-nın yeni direktoru və təsisçisi barəsində xüsusi qərardad çıxarmamışdır. Cavabdeh1 vicdanlı alıcıdır. MTK-nın keçmiş direktoru barəsində cinayət işi açılanda mənzil Cavabdeh1 satılmamışdır, odur ki, o, cinayət işində zərərəçəkmiş şəxs kimi tanına bilməzdi. Cavabdeh1 mənzili 2019-cu ildə MTK-nın yeni direktorundan əldə etmiş, təmir etdirmiş bu günə qədər də sözügedən mənzildə yaşamağa davam edir. Bundan əlavə iş materiallarında olan məhkəmə qərarlarına diqqət yetirildikdə aydın olur ki, həmin qərarlarda cavabdeh MTK-nın yeni təsisçisi və direktoru məhkəmə qərarlarından şikayət verən zaman şikayətlərində mübahisəli mənzilin 2019-cu ildə başqa şəxsə, yəni Pərvanə Hüseynovaya satılmasını qeyd etməmiş, mənzilin başqa şəxsə məxsus olması barədə heç bir cümlə belə yazmamışdır. Bununla da MTK-nın yeni direktoru öz cinayət əməlini ört basdır eləməyə çalışmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 178.8. (01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

28. Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 29. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 30. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 31. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 32. 337.4. etib arsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 33. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

34. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

35. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

36. Maddə 421.1. Müqavilənin dəyişdirilməs i və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

37. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

38. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

39. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan ş ərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

40. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

41. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya insta nsiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

48. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbi q olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı mübahisə predmeti olan mənzil üzərində mülkiyyət hüququ qazanmışdır. Belə olan halda iddiaçı, mülkiyyətin müdafiəsi çərçivəsində əşyaya qanunsuz sahiblik edən cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılmalarını və mənzilin ona təhvil verilməsini tələb etməkdə haqlıdır.

51. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübut lar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

53. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin halla rının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-911/2024 nömrəli iş üzrə 9 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar