Məhkəmə qərarları › İş №2(102)-3777/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3777/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3777/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yeni tikilən binada alınan mənzilin çatışmayan sahəsinə görə pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(103)2097/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin in zibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 20 aprel 2016-cı il tarixli 35 nömrəli müqavilə ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə inşa etdiyi binanın, 6 blok, 38 saylı, 4 otaqdan ibarət, ümumi sahəsi 164,6 kv.m olan mənzili İddiaçı satmağı, sonuncu isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri tərəflərin razılığı ilə hər kv.m. üçün 1000 olmaqla ümumilikdə 164600 manat miqdarında müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə və sonradan Azərbay can Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 20 aprel 2016-cı il tarixli, 35 saylı "Çoxmərtəbəli yaşayış binasında pay mənzilinin tikintisinə dair” iddia ərizəsi üzrə müqaviləyə görə cavabdehə əlavə olaraq ödənilmiş 29260 manat pulun alınaraq iddiaçıya ödənilməsi, habelə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 6cı blokunun 8-ci mərtəbəsində yerlən 4 otaqdan ibarət 38 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə tələb olunan sənədlərin: maliyyə arayışı, MTK-nın üzvlərinin ümumi yığıncağının iclas protokolundan çıxarış, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və digər zəruri sənədlərin ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış müqavilə şərtlərinə əsasən cavabdeh mənzilin 164,6 kv.m deyil, 184 kv.m olmasını bildirərək əlavə 20 kv.m üçün 20000 manat pul vəsaitinin də MTK-ya ödənilməli olduğunu bildirmiş, iddiaçı isə yalnız müqavilədə nəzərdə tutulmuş pul vəsaitini ödəyə biləcəyini demişdir. Payçı İddiaçı müqavilə şərtlərinə və tərəflər arasında olan razılaşmaya əməl edərək, müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 177600 manat pul vəsaitini cavabdehə ödəmiş və cavabdeh həmi n məbləğin ödənilməsinə dair maliyyə arayışı vermişdir. Hazırda isə məlum olmuşdur ki, tərəflər arasında imzalanmış 20 aprel 2016-cı il tarixli müqavilədə mənzilin ümumi sahəsi 164.6 kv.m göstərilsə də, reallıqda mənzilin ümumi sahəsi 148,34 kv.metrdir. Dəfələrlə iddiaçı cavabdehə müraciət edərək mənzilin sahəsinin 148,34 kv.m olmasını nəzərə alaraq əlavə ödənilmiş 29260 manat pul vəsaitinin geri qaytarılmasını xahiş etmiş, lakin müraciətləri cavabsız və nəticəsiz qalmışdır.

4. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 29 oktyabr 2021-ci il tarixli rəyinə əsasən, Cavabdeh MTK tərəfindən inşa olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 4 otaqlı 38 saylı mənz ilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının tələbləri nəzərə alınmaqla sahəsi 148,34 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə inşa edilmiş binanın 6 blokunda yerləşən 38 saylı mənzilinin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 164,6 kv.m təşkil etdiyi müəyyən edilmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(005)-3736/2021 nömrəli qətnam əsi ilə (hakim G.A.Əsədova) iddia qismən təmin edilmiş, Cavabdeh Mənzil-Tikinti Kooperativindən 13000 manat məbləğində artıq ödənilmiş pulun tutulub iddiaçıya verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 6 blokunun 8-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 38 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tələb olunan maliyyə arayışının, MTK-nın üzvlərinin ümumi yığıncağının iclas protokolundan çıxarışın, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktının və digər zəruri sənədlərin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəll əsinin 6.2, 139.1.6, 152.1, 152.5, 157.1. 178.8, 182.1, 385.1, 386.1, 442, 445, 448.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112, 113.1, 113.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.

7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı ümumi sahəsi 164,6 kv.m olan mənzil təhvil verilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarının surətindən müəyyən edilmişdir ki, İddiaçı MTK-ya ümumilikdə 177600 manat məbləğində ödəniş etmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən mənzilin 1 kv.m-i üçün 1000 manat müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd edilən mənzilə görə 177600 manat deyil, 164600 manat ödəniş edilməli idi. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən mənzilə görə artıq ödənilmiş 13000 manat məbləğində pul Cavabdeh MTK-dan alınaraq iddiaçıya qaytarılmalıdır.

8. Həmçinin İddiaçı həmin müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh Mənzil-Tikinti Kooperativi həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə ye tirməmiş, iddiaçının bəhs olunan müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan sənədləri: maliyyə arayışı, MTK-nın üzvlərinin ümumi yığıncağının iclas protokolundan çıxarış, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və digər zəruri sənədləri verməməklə mülki qanunvericiliyin normaları baxımından öhdəliyini lazımınca icra etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(005)-3736/2021 nömrəli qətnaməsinin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(103)-2097/2022 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və F.Ş.Talışinskidən) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(005)-3736/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, Cavabdeh də müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə inşa edilmiş binanın 6 blokunda yerləşən 38 saylı mənzilinin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 164,6 kv.m təşkil edən mənzili İddiaçı təhvil vermişdir. Hazırki halda cavabdeh tərəfindən müqavilədə göstərilən ölçüdən az mənzilin verilməsi təkzib olunur. Belə ki, iş materiallarında olan tərəflər arasında iradə ifadəsi əsasında bağlanmış müqavilənin şərtlərindən də görünür ki, alqı-satqı xüsusi şərtlər əsasında deyil, məhz ümumi sahədən ibarət olmuş və iş materiallarına olan ekspert rəyi ilə Bakı şəhər, Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə inşa edilmiş binanın 6 blokunda yerləşən 38 saylı mənzilinin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 164,6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin iddia tələbi qeyd edilən hissəsində təmin edilməməsi barədə gəlmiş olduğu qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(103)-2097/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 125-ci maddələri, Mülki Məcəllənin 1.2-ci maddəsi, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsi, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 220.4-cü maddələri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndi pozulmuşdur. Belə ki, məhkəmə ekspert rəyini Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-ci maddəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04 dekabr 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə uyğun qiymətləndirməmiş, mənzilin müəyyən edilmiş sahəsi 148,34 kv.m olduğu halda, ümumi sahəni 164,6 kv.m kimi əsas götürmüşdür.

14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydası nda baxılmışdır.

15. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalə tli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

17. Kassasiya baxışının hədlərini müəyyən edərkən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilsə də, cavabdeh tərəfindən apellyasiya şikayətini verməmişdir. Apellyasiya şikayətini iddiaçı vermiş və iddianın təmin edilməyən hissəsini mübahisələndirmiş və apellyasiya məhkəməsinin baxışının hədləri yalnız iddianın təmin edilməyən hissəsi ilə məhdudlaşdırılmışdır. Apellyasiya şikayəti təmin edilmədiyindən və kassasiya şikayəti eyni dəlillərlə verildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respubli kasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

20. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tiki nti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin ç əkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasə n hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının tələbi mübahisələndirilən hissədə əsassızdır.

24. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının sahibliyinə və istifadəsinə verilməli mənzilin ümumi sahəsi 164,6 kv.metr müəyyən edilmişdir.

25. İş üzrə keçirilmiş ekspertizanın nəticələrinə əsasən isə müəyyən olunmuşdur ki, cavabdehin inşa etdiyi və iddiaçıya aid mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dek abr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının tələblərinə uyğun 148,34 kv.m, mənzilinin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi isə 164,6 kv.m təşkil etmişdir.

26. Yəni müəyyən olunur ki, hazırki mübahisə mənzilin faktiki sahəsi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının qərarı ilə təsdiq olunmuş qaydalara uyğun hesablanmış sahə arasında olan fərqin dəyərinin ödənilməsindən irəli gəlir. İddiaçı məhz həmin sahəyə görə ödənilmiş vəsaitin ona qaytarılmasını tələb edir.

27. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə tərəflər arasında bağlanmış müqavilə şərtlərinin icrasından irəli gəldiyi ndən ona məhz həmin müqaviləyə uyğun hüquqi qiymət verilməlidir. Müqavilənin 1.1-ci maddəsinə əsasən isə cavabdeh iddiaçıya 164,6 kv.metr olan mənzili satmağı, iddiaçı isə məhz həmin sahənin dəyərini ödəməyi öhdələrinə götürmüşlər.

28. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının tətbiq edilməli olmasına dair kassasiya şikayətinin dəlili əsassızdır.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə q anuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(103)-2097/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar