Məhkəmə qərarları › İş №2(102)-3778/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3778/2022

03.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3778/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 cavabdeh 18 saylı Bakı Peşə Liseyinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3778/2022 Açar sözlər: işə bərpa tələbi, əmək müqaviləsinin müddətsiz bağlanması Bakı şəhəri, 03 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1491/2022 nömrəli iş üzrə 09 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X4 ilə (bundan sonra – iddiaçı) cavabdeh 18 saylı Bakı Peşə Liseyi (bundan sonra – cavabdeh) arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı xx.xx.2013-cü il tarixdən liseyin istehsalat təlimi ustası vəzifəsinə təyin edilmişdir. 2. xx.xx.2018-ci il tarixli əmr ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 3. xx.xx.2018-ci il tarixdə tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı yenidən istehsalat təlimi ustası vəzifəsinə təyin edilmiş, həmin müqavilənin müddəti bir neçə dəfə, sonuncu dəfə isə xx.xx.2020-ci il tarixədək uzadılmış və xx.xx.2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” hissəsinə əsasən, yəni əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir.

4. Hazırda iddiaçı cavabdehlə aralarında ilk əmək müqaviləsinin müddətsiz bağlanmasına baxmayaraq, sonradan onunla yenidən, lakin artıq müddətli əmək müqaviləsinin bağlandığını və bu halın, yəni onunla müddətli əmək müqaviləsinin bağlanmasının qanunsuz olduğunu iddia edir və onunla bağlanmış əmək müqaviləsinin müddətin bitməsi əsası ilə ləğv edilməsini qanunsuz hesab edərək, bu barədə əmrin ləğv edilməsini, tutduğu vəzifəyə işə bərpa edilməsini və məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzrlü hesab edilməs i, cavabdehin 23- 5/20 saylı, 16 sentyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun təlim ustası vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 2013-2020-ci illərdə 18 nömrəli Bakı Peşə Liseyində istehsalat təlim ustası vəzifəsində çalışmışdır. Onun xəbəri olmadan 16 sentyabr 2020-ci ildə liseyin rəhbərliyi onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndinə əsasən xitam verilmişdir. İddiaçı rəhbərliklə arasında baş verən anlaşılmazlıq səbəbindən onun əmək müqaviləsinə xitam verildiyini qeyd etmişdir.

7. Azərbaycan Respublikası Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olu nmuşdur.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Abdiyev) 2(001)-4870/2021 nömrəli iş üzrə 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixdə əmək müqaviləsi müddətsiz bağlanmış və bundan sonra həmin müqaviləyə xx.xx.2018-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə ləğv edilsə də, bundan 2 ay 17 gün sonra, yəni xx.xx.2018-ci il tarixdə aralarında bağlanmış yeni, lakin artıq müddətli əmək müqaviləsinə əsasən iddiaçı yenidən istehsalat təlimi ustası vəzifəyə işə qəbul edilmişdir. Hər bir halda, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqavil əsinə xitam verilməsi belə bir qısa müddətdə iddiaçının yenidən eyni vəzifəyə işə qəbul edilməsini istisna etməlidir. Digər tərəfdən xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi müddətli, yəni 6 ay müddətinə bağlansa da, müddət bir neçə dəfə uzadılmış və müddət etibarı ilə iddiaçı 1 il 9 ay müddətində cavabdehlə əmək münasibətlərində olmuşdur. İddiaçının tutduğu istehsalat təlimi ustası vəzifəsi iddiaçı ilə ilk müqavilə bağlandığı tarixdən əvvəl də mövcud olmuş və hazırda da mövcuddur. Liseydə əmək fəaliyyəti ilə məşğul olan bütün, o cümlədən belə vəzifələr tutan işçilərin hər biri ilə əmək müqavilələri müddətli bağlanmamışdır. Məsələn, cavabdehin nümayəndəsi qismində çıxış edən X5 ilə əmək müqaviləsi müddətsiz bağlanmışdır.

10. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verməsi hüququnu reallaşdırmaqla yanaşı qismən olsa da iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol vermiş olmuşdur.

11. İddiaçı ilə əmək müqaviləsinin xx.xx.2018-ci il tarixdə müddətli bağlanması ilə bağlı məhkəmə vurğulayır ki, iddiaçı xx.xx.2013-cü il tarixdən (xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müddət istisna olmaqla) xx.xx.2020-ci il tarixədək, yəni həm ilk əmək müqaviləsi, həm də sonrakı əmək müqaviləsi üzrə eyni vəzifəni tutmuş və eyni əmək funksiyalarını yerinə yetirmişdir.

12. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir.

13. İddiaçının əmək funksiyası isə öz xüsusiyyətinə, icrası şərtlərinə, müddətinə və xarakterinə görə daimi kimi qiymətləndirilir. İddiaçı 7 ildir ki, həmin vəzifə üzrə əmək funksiyalarını yerinə yetirir və həmin vəzifə hazırda da mövcuddur. Başqa sözlə, iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi işin şərtlərinə görə daimi xarakterə malik olduğu cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuşdur. Bu səbəbdən iddiaçının əmək funksiyaları həmin maddənin “a-ə”, “g” və “ğ” bəndlərində sadal anan hallara uyğun gəlmir. Həmin maddənin “f” bəndi ilə bağlı qeyd olunmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45-ci və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı.

14. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə də tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz.

15. Belə ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq müna sibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur.

16. Bu baxımdan məhkəmə hesab etmişdir ki, 5 ildən (xx.xx.2013-cü il - xx.xx.2020-ci il) artıq müddət ərzində fasiləsiz olaraq Liseydə eyni vəzifədə işləmiş, bununla da 45-ci maddənin 5-hissəsinin tələbləri baxımından əmək müqaviləsi müddətsiz hesab edilmiş iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən (işçilərin sayı və ya ştatları ixtisarı əsası ilə) 2 ay 17 gün sonra, yəni xx.xx.2018-ci il tarixdə onun yenidən istehsalat təlimi ustası vəzifəyə işə qəbul edilməsi ilə bağlı onunla 6 ay müddətinə müddətli əmək müqavilənin bağlanması, sonradan da bu müddətin bir neçə dəfə xx.xx.2020-ci il tarixədək uzadılması qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və müddətli hesab oluna bilməz.Bu da öz növbəsində tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinin etibarsız olmasına dəlalət etməklə, onun müddətsiz bağlanmış hesab edilməsini şərtləndirir.

17. Bununla belə, məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilən müddəaların tələblərini rəhbər tutub belə qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixli, 23-5/20 saylı əmr Əmək Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən iddia tələbi “əmrin ləğv edilməsi” his səsində əsaslıdır və təmin edilməli, 18 saylı Bakı Peşə Liseyinin “əmək müqaviləsinin ləğvi” barədə xx.xx.2020-ci il tarixli, 23-5/20 saylı əmri ləğv edilməlidir.

18. Məhkəmə iddia tələbinin “işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” hissəsində də əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, iddiaçı X4 18 saylı Bakı Peşə Liseyinin istehsalat təlimi ustası vəzifəsinə işə bərpa edilməli, iddiaçı X3 məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh 18 saylı Bakı Peşə Liseyi tərəfindən ödənilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16, 45, 4768, 70, 71, 76-cı, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır b) Apellya siya instansiyası məhkəməsində icraat

20. Həmin qətnamədən cavabdeh 18 saylı Bakı Peşə Liseyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2(103)1491/2022 nömrəli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşayaraq qeyd etmişdir ki, 5 ildən (xx.xx.2013-cü il - xx.xx.2020-ci il) artıq müddət ərzində fasiləsiz olaraq Liseydə eyni vəzifədə işləmiş, bununla da 45-c i maddənin 5hissəsinin tələbləri baxımından əmək müqaviləsi müddətsiz hesab edilmiş iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən (işçilərin sayı və ya ştatları ixtisarı əsası ilə) 2 ay 17 gün sonra, yəni xx.xx.2018-ci il tarixdə onun yenidən istehsalat təlimi ustası vəzifəyə işə qəbul edilməsi ilə bağlı onunla 6 ay müddətinə müddətli əmək müqavilənin bağlanması, sonradan da bu müddətin bir neçə dəfə xx.xx.2020-ci il tarixədək uzadılması qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və müddətli hesab oluna bilməz. Bu da öz növbəsində tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinin etibarsız olmasına dəlalət etməklə, onun müddətsiz bağlanmış hesab edilməsini şərtləndirir.

23. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16, 45, 4768, 70, 71, 76-cı, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

24. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassator şikayətini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin (a) bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək hüququ vardır. Əmək Məcəlləsinin 47-ci maddəsinin (f) bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların q arşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Göründüyü kimi, Əmək Məcəlləsi tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsinin etibarsızlıq şərtini yalnız, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilmədiyi təqdirdə müəyyən edir. Yəni, məhkəmə yalnız məhkəmə iclasında tədqiq olunan sübutlara əsaslanmaqla, əgər müddətli əmək müqaviləsi, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilmədən bağlanılıbsa həmin müqavilənin müddətli hesab edilə bilməməsini müəyyən edir. Məhkəmə iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən 2 ay 17 gün sonra, yəni xx.xx.2018-ci il tarixdə onun yenidən istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilməsi ilə bağlı onunla 6 ay müddətinə müddətli əmək müqaviləsinin bağlanması, sonradan da bu müddətin bir neçə dəfə xx.xx.2020-ci il tarixədək uzadılması əsası ilə, cavabdehin qanunvericiliyin tələblərini pozması və müqavilənin müddətli hesab edilməsini mümkün olmaması qənaətinə gələrək, Əmək Məcəlləsinin 47-ci maddəsinin (f) bəndini işin faktiki hallarına düzgün tətbiq etməmiş, maddi hüquq normasını birtərəfli qaydada şərh etmişdir.

26. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 5 ildən (xx.xx.2013-cü il xx.xx.2018-ci il) artıq müddət ərzində fasiləsiz olaraq Liseydə eyni vəzifədə işləmiş, bununla da Əmək Məcəlləsinin 45-ci maddənin 5-ci hissəinin tələbləri baxımından əmək müqaviləsi müddətsiz hesab edilmiş iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən 2 ay 17 gün sonra, yəni xx.xx.2018-ci il tarixdə onun yenidən istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilməsi ilə bağlı onunl a 6 ay müddətinə müddətli əmək müqaviləsinin bağlanması, sonradan da bu müddətin bir neçə dəfə xx.xx.2020-ci il tarixədək uzadılması qanunvericiliyə uyğun hesab edilə və müddətli hesab oluna bilməz. Lakin məhkəmə iş materiallarını düzgün araşdırmamış, iddiaçının 2013-2018-ci illərdə müddətsiz əmək müqaviləsi ilə çalışdığını göz ardı edərək, iş üzrə aidiyyəti olmayan məsələyə toxunaraq, öz qərarını əsaslandırmışdır. Bundan əlavə, məhkəmənin iddiaçının işdən azad edildikdən 2 ay 17 gün sonra yenidən eyni işə qəbul edilməsinin, əslində ştatların sayının ixtisarı ilə işdən azad edilmə barədə əmrin formal olmasına dəlalət etdiyinə işarə etməsinə baxmayaraq, 18 saylı Peşə Liseyinin 14 avqust 2018-ci il tarixli 39/18 nömrəli əmri ilə məlum olur ki, liseyin istehsalat təlimi ustası X7 uşağa 3 (üç) yaşına qədər qulluğa görə 18 avqust 2018-ci il tarixdən 14 may 2021-ci il tarixədək sosial məzuniyyətə buraxılmış, 18 saylı Peşə Liseyinin 19 dekabr 2018-ci il tarixli 69-2/18 nömrəli əmri ilə X2 istehsalat təlimi ustalığından götürülərək anbar müdiri vəzifəsinə keçirilmişdir. Göründüyü kimi, iddiaçının ştatı ixtisar edildikdən sonra istehsalat təlimi ustası vəzifəsinə təyin edilən şəxslərdən biri sosial məzuniyyətə çıxmış, digəri anbar müdiri vəzifəsinə keçirilmiş və həmin ştat üzrə yaranan vakant yer üzrə əvvəllər həmin vəzifə üzrə işləmiş iddiaçıya təklif olunmuş və bu səbəbdən iddiaçı yenidən eyni vəzifəyə keçirilmişdir. Odur ki, məhkəmənin cavabdehin iddiaçının əmək müqaviləsinə ştatların ixtisarı ilə əlaqədar xitam verilməsi barədə əmrinin formallığına dair gəldiyi qənaət əsassızdır. Həmçinin, məhkəmə hazırki mübahisənin predmetini təşkil edən 16 sentyabr 2020-ci il tarixli 23-5/20 nömrəli əmrin ləğvedilməsi ilə bağlı məsələni deyil, baxılan işə aidiyyəti olmayan məsələləri məhkəmə baxışına əlavə edərək, iş üzrə aidiyyəti olmayan iddiaçının barədə əvvəlki illərdə qəbul edilən əmrlərə istinad edərək, əmək müqaviləsinin müddətli hesab edilə bilməyəcəyini bildirmişdir. Bundan başqa, məhkəmə iddiaçı X1 iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərkibində olan qurum kimi 18 saylı Bakı Peşə Liseyi tərəfindən yuxarıda qeyd edilmiş optimallaşdırma barədə fərman əsasında saxlanma xərclərinin və işçilərinin say həddinin optimallaşdırılmasının bir hissəsi olaraq bir sıra vəzifələrin xarakterinin dəyişdirilməsinə, optimallaşdırma tədbiri olaraq m üəssisə tərəfindən istehsalat təlimi ustası vəzfiəsinin xarakterinin və müddətinin müddətli iş olaraq xarakterizə edilməsinə münasibət bildirməmişdir. Belə ki, optimallaşdırılması aparılan peşə təhsili müəssisələrində təhsil işçilərinin diaqnostik qiymətləndirilməsi həyata keçirilmiş, bir sıra peşə təhsil müəssisələri birləşdirilmiş, yeni təhsil müəssisələri yaradılmış, peşə təhsil müəssisələrində bir sıra vəzifələr üzrə vakant yerlərin və işçilərin sayı azaldılmış, dövlət büdcəsindən maliyələşən dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması və maliyyə şəffaflığının təmin edilməsi ilə bağlı tədbirlər görülmüşdür. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə üzrə vakant ştat yerləri Təhsil Nazirliyi tərəfindən hər il qabaqcadan təsdiq edilir və buna uyğun olaraq, işçilərlə müvafiq əm ək müqavilələri bağlanır. Belə olduğu təqdirdə, işçilərlə müddətli əmək müqaviləsinin bağlanmasını istisna edən hansısa bir haldan söhbət gedə bilməz.

27. Kassator şikayətini əsaslandırarkən Əmək Məcəlləsinin 11, 47-ci maddələrinə istinad etmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin rədd olunmasını xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

29. Maddə 16, 1-ci hissə.

1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgü zar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

30. Maddə 16. 4-cü hissə. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.

31. Maddə 45. 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

32. Maddə 45. 4-cü hissə. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

33. Maddə 45. 5-ci hissə Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 34. f) Maddə 47, “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

35. Maddə

68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hi ssəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

36. Maddə 70, bənd b). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

37. Maddə 300. 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2. Kassasiya şikayə tində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, o cümlədən cavabdehin mübahisəyə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tətbiq olunması barədə və digər dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası məhkəmələrin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəm əsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Cavabdeh kassasiya şikayətində məhkəmə iclasının vaxtı və yeri barədə ona lazımi qaydada məlumat verilmədiyini bildirsə də, SMS xəbərdarlıqla məlumatlandırma barədə bildiriş işə əlavə olunmuşdur.

49. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1491/2022 nömrəli iş üzrə 09 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar