Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3779/2021 22.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, X1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: həyətyanı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, torpaq sahəsindən çıxarılma və müdaxilənin qarşısının alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-267/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı 1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Torpağın mülkiyyətə verilməsinə dair JN 504A kod 60800018 nömrəli şəhadətnaməyə əsasən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə Ağcabədi rayonunun Avşar kəndi ərazisində 0,48 ha torpaq sahəsi X7, X8, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmişdir. Ağcabədi rayon Məhkəməsinin 06 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, Ağcabədi rayonunun Avşar kəndində Cavabdeh evinə olan ümumi istifadədəki gediş-gəliş yolundaki maneələrin (tullantılar, daş-kəsək və s) cavabdehlər X9, İddiaçı1 və İddiaçı2 hesabına aradan qaldırılması, gediş-gəliş yolunun açılması və yol kimi istifadə edilən torpaq sahəsinin boşaldılması qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunaraq alınmış 18 may 2020-ci il tarixli rəyindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN 504A kod 60800018 nömrəli şəhadətnaməyə əsasən İddiaçı2 və qeyrilərinin (4 nəfərin) mülkiyyətində olan Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün ölçmə işləri aparılmışdır. Ölçmə işləri aparılan zaman qeyd olunan 0,48 ha həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması müəyyən olunmamışdır. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Həmin torpaq sahəsinin ümumi yola çıxışı mövcuddur və həmin yoldan gediş-gəliş yolu kimi iddiaçılar tərəf indən sərbəst istifadə edilməsinə maneə yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, Nağıyeva (Qarayeva) Mehriban Qaçay qızı və İddiaçı2 Cavabdeh qarşı "həyətyanı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, torpaq sahəsindən çıxarılma və müdaxilənin qarşısının alınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-cı il tarixli 14 saylı qərarı ilə mərhum ataları X3 ailə tərkibində ailə üzvləri olan mərhum bacıları X4, İddiaçı2 və İddiaçı3 JN-504A KOD 60800018 nömrəli Torpağa Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında verilmiş 0,48 hektar torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi (Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997- cı il tarixli 14 saylı qərarı ilə mərhum ataları X3 ailə tərkibində onlara JN-812 KOD 60800018 nömrəli Torpağa Mülkiyyət Hüququna X15 əsasında verilmiş pay torpaq sahəsindən çıxılması nəzərə alınmaqla), cavabdeh X5 mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması və cavabdehin torpaq sahəsinə etdiyi qanunsuz müdaxilənin qarşısının alınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarına əsasən 4 nəfərdən ibarət ailə üzvlərinə Ağcabədi rayon Avşar kəndi ərazisindən 0,48 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair onların adlarına JN 504A kod 60800018 nömrəli şəhadətnamə verilmişdir. Özünə məxsus gediş-gəliş yolu olmasına baxmayaraq cavabdeh onlara aid torpaq sahəsini gediş-gəliş yolu kimi istifadə etməklə zəbt etmişdir. Torpaqdan çıxmasını cavabdehdən tələb etsələr də bu mümkün olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin 13 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Quliyev, iş № 2(017)-99/2020) iddianın təmin edilməməsi, torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyərini təşkil edən 90 manat məbləğində ekspertiza xərci iddiaçılar İddiaçı1, Nağıyeva (Qarayeva) Mehriban Qaçay qızı və İddiaçı2 alınaraq, «Kapitalbank»-ın 1 saylı Xətai filalı, Kod 200071 VÖEN (bank) ********** Müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2X Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN **********, AZ23AİİB******************** nömrəli hesaba köçürülməsi, həmçinin, aparılmış tədqiqatı n dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci iddiaçılar İddiaçı1, Nağıyeva (Qarayeva) Mehriban Qaçay qızı və İddiaçı2 alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 nömrəli hesaba köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların cavabdehə qarşı iddiaları qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1, X6 və İddiaçı2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-99/2020 saylı, 13 iyul 2020-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev, iş № 2(106)267/2021) apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar İddiaçı1, X1 və İddiaçı2 Cavabdeh qarşı “həyətyanı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, torpaq sahəsindən çıxarılma və müdaxilənin qarşısının alınması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-99/2020 saylı, 13 iyul 2020-ci il tarixli qətnaməsi, iddiaçılar İddiaçı1, Mehriban Nağıyeva və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, torpağın mül kiyyətə verilməsinə dair JN 504A kod 60800018 nömrəli şəhadətnaməyə əsasən İddiaçı2 və qeyrilərinin (4 nəfərin) mülkiyyətində olan Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunmur, həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür, torpaq sahəsinin ümumi yola çıxışı mövcuddur və həmin yoldan gediş-gəliş yolu kimi iddiaçılar tərəfindən sərbəst istifadə edilməsinə maneə yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apel yasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)267/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən İddiaçı1 kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin şəxsin şikayətində göstərilənlərə münasibətdə yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 5.3.-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 238.1.-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.2.-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 239.1.-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə i stifadə edilməsi yolverilməzdir. 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşl ər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. İşdə olan sübutların araşdırılmasının nəticəsi olaraq aşkar olaraq müəyyən e dilmişdir ki, iddiaçıların torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı müdaxilə olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-267/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3779/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3779/2021
22.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver