Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3779/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa barədə 05.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1039/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt şəhər 11 nömrəli tam orta mə ktəbin 06 yanvar 2015-ci il tarixli, 02 nömrəli əmrinə əsasən, İddiaçı - ali təhsilli (magistr dərəcəli) ingilis dili müəllimi ilə, pedaqoji stajı 2 il 4 ay, xx.xx.2015-ci il tarixindən məktəbə analıq məzuniyyəti yerinə inküliziv sinifdə müəllim köməkçisi təyin edilməsi barədə əmək müqaviləsi bağlanılması əmr edilmişdir.
2. X X arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən, sonuncu X xx.xx.2015-ci ildən xx.xx.2018-ci il tarixədək “inklüziv sinifdə analıq məzuniyyəti yerinə müəllim köməkçisi” vəzifəsinə təyin edilmişdir.
3. Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 30 oktyabr 2023-cü il tarixli, 201 nömrəli müddətli əmək müqaviləsinin ləğvi barədə əmrinə əsasən, İddiaçı məktəbin inklüziv sinfində müddətli əmək müqaviləsi ilə işləyən müəllim köməkçisinin müddəti bitd iyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən xitam verilmiş və ona son haqq-hesabın ödənilməsi əmr edilmişdir. 4. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, 30 oktyabr 2023-cü il tarixli, 201 nömrəli əmr ilə X Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək müqaviləsinə xitam verilmişdir.
5. X tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə ünvanlanmış məktuba əsasən, X müəllim köməkçisi İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə (müddətli əmək müqaviləsi nə xitam verilməsi qaydası) əsasən ləğv edilmişdir. Lakin Əmək və Məşğulluq altsistemində (ƏMAS) yanlışlıqla Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin “b” bəndi seçilmişdir. Qeyd olunanları nəzərə alaraq yaranan nöqsanların aradan qaldırılmasına köməklik göstərilməsi xahiş olunmuşdur.
6. X X ünvanlanan “sənədlərin təqdim edilməsi barədə” 30 noyabr 2023-cü il tarixli, 860 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə (əmək müqaviləsinin bitməsi) əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir, qeyd olunanları nəzərə alaraq əmək kitabçasının təqdim edilməsi üçün X gəlməyi və ya əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə dair ərizənin təqdim olunması xahiş olunmuşdur.
7. X1 Xidməti Abşeron-Xızı regional şöbəsinin İddia çı ünvanladığı 07 dekabr 2023-cü il tarixli məktuba əsasən, “müraciətdə qeyd edilən məsələlərə aydınlıq gətirilməsi məqsədilə təsdiqedici sənədlərinizi və izahat verməyiniz üçün Sizin müraciətdə qeyd etdiyiniz ünvana xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Lakin Siz izahat vermək üçün Şöbəyə gəlməmişsiniz. Tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən, Sizinlə 11 saylı tam orta məktəb arasında xx.xx.2015-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasə n müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi (müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. X şöbəyə təqdim olunan sənədlərə baxılmaqla inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən həmin məlumatlarda inzibati xəta əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xəta törədilməsi faktının olub-olmam asının araşdırılması ilə əlaqədar olaraq məktəbin direktoru xx.xx.2023-cü il tarixdə saat 11:00-da X1 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət edilmişdir. 8. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, X xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı Cavabdehə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, əvvəla, iddiaçının çalışdığı iş cavabdeh məktəbdə inklüziv təhsil üzrə müəllim köməkçisi vəzifəsi olmuşdur. Nazirlər Kabinetinin 08 senty abr 2005-ci il tarixli, 269 s nömrəli və 03 may 2007-ci il tarixli, 113s nömrəli sərəncamlarına əsasən, X təşkil olunan pilot inklüziv siniflər üçün ayrılan müəllim köməkçisi ştat vahidləri Nazirlər Kabinetinin 03 fevral 2005-ci il tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə inkişaf proqramı (2005-2009-cu illər)” çərçivəsində həyata keçirilən pilot layihələrin icra müddəti üzrə nəzərdə tutulub. Hər inkişaf proqramı 2005-2009-cu illəri əhatə etsə də, bu proqram çərçivəsində həyata keçirilən pilot layihələr sonradan da davam etdirilib. Başqa sözlə, inklüziv siniflər üzrə sağlamlıq imkanları məhdud şagirdlərin ümumtəhsil məktəblərində təhsillərini davam etdirməsi prosesi b itməyib, davam edir. Çünki bu layihənin bitməsi ilə bağlı hər hansı əmr yoxdur. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verilməsi qanunsuz və əsassız olmuşdur. İkincisi, iddiaçı məcburi köçkün statusuna malik olmaqla, himayəsində 2 azyaşlı övladı var. Bundan başqa, onkoloji xəstə olan, tam əmək qabiliyyətsiz 2-ci qrup əlil anası da onun himayəsindədir, maddi baxımdan onun da dolanışığını iddiaçı təmin edir. Üçüncüsü, işin hallarından da göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi bir sıra ciddi qanun pozuntuları ilə müşayiət olunmuşdur. Belə ki, 3 avqust 2022-ci ildə iddiaçıya bildiriş təqdim edilib, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam veriləcəyi bildirilmiş,amma bu bildirişin əksinə olaraq müqaviləyə xitam verilməyib, hətta onunla 22 oktyabr 2022-ci ildə iddiaçının xəbəri və onun imzası olmadan yeni, bir illik müqavilə imzalanmışdır. Məhz bu əsasa görə də X1 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin 7 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "11 saylı tam orta məktəbdən şöbəyə təqdim olunan sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcədə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq məktəbin direktoru 6 dekabr 2023-cü il tarixdə saat 11:00-da X1 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət edilm işdir". Həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət idarəsinin 21 iyun 2023 və 29 avqust 2023-cü il tarixli, eləcə də Sumqayıt şəhər prokurorluğunun 4 noyabr 2023-cü il tarixli iddiaçıya göndərilmiş məktublarında onun göndərdiyi şikayətlərin, o cümlədən cavabdeh məktəb barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 313 və 314.1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinə əlavə edildiyi və nəticəsi barədə ona məlumat veriləcəyi qeyd edilmişdir. Dördüncüsü, cavabdeh məktəbdə 26 nəfər müəllim köməkçisi vəzifəsində çalışıb. Onlardan 6 nəfərlə əmək müqaviləsinə işçilərin razılığı ilə xitam verilsə də, qalan 20 nəfər həm cavabdeh məktəbdə, həm də digər orta məktəblərdə pedoqoji işlə təmin edilib. Ancaq iddiaçıya belə bi r şans verilməyib və yaxud da ona başqa bir iş təklif edilməyib. Beşincisi, 30 oktyabr 2023-cü il tarixli, 201 saylı əmr Azərbaycan Respublikası ƏM-nin 84-cü maddəsinin 1-ci bəndinin tələblərinə cavab verməmiş, həmin maddənin məzmununa uyğun tərtib edilməmişdir.
11. Birinci instansiya məhkəməsində cavabdeh məktəbin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Yəni iddiaçı işdən azad edilməsi faktını xx.xx.2023-cü il tarixdə bilsə də, məktəbə qarşı mediasiya prosesini xx.xx.2023-cü il tarixdə başlatmış, hazırki tələblə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, bununla da qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bundan əlavə qeyd etmişdir ki, iddiaçı cavabdeh məktəbdə əmək fəaliyyətinə xx.xx.2015ci il tar ixli 7 nömrəli əmrə və xx.xx.2015-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən analıq məzuniyyətində olan işçinin yerinə inklüziv sinifdə tərbiyəçi müəllim köməkçisi vəzifəsinə işə qəbul olunmaqla başlamışdır. Həmin müddətli əmək müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək olmuş, müvafiq əmək müqaviləsi bildirişi də elektron informasiya sisteminə işlənilmişdir. İddiaçı 03 aprel 2017-ci il tarixdən 06 avqust 2017-ci il tarixədək hamiləliyə və doğuşa görə ödənişli sosial məzuniyyətə çıxmış, 7 avqust 2017-ci il tarixdən 3 iyun 2018-ci il tarixədək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olmuş, 4 iyun 2018-ci il tarixdən 4 iyun 2020-ci il tarixədək uşağa qulluğa görə qismən ödənişli məzuniyyəti uzadılmış, 3 iyul 2019-cu il tarixdən 5 noyabr 2019-cu il tarixədək 2-ci uşağa görə hamiləliyə və doğuşa görə ödənişli sosial məzuniyyətə çıxmış, 6 noyabr 2019-cu il tarixdən 19 noyabr 2019-cu il tarixədək hamiləliyə və doğuşa görə ödənişli sosial məzuniyyətinin müddəti uzadılmış, 19 noyabr 2019-cu il tarixdən 24 avqust 2022-ci il tarixədək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olmuşdur (2-ci uşağa görə), 18 avqust 2022-ci il tarixdən 18 fevral 2023-cü il tarixədək ödənişsiz məzuniyyətdə (öz hesabına) olmuş və 29 oktyabr 2023-cü il tarixədək ardıcıl olaraq əmək qabiliyyətinin olmaması vərəqəsi (xəstəlik vərəqi) müddətində olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə işə başlamışdır. xx.xx.2015-ci il tarixli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitdiyi və iddiaçı xx.xx.2023-cü il tarixdə işə çıxdığı üçün məktəbin xx.xx.2023-cü il tarixli, 20 1 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmişdir. İddiaçıya dərhal bu barədə məlumat verilmiş, əmək kitabçasını təhvil alması şifahi və rəsmi formada ona təklif edilmişdir. İddiaçı onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xx.xx.2023-cü il tarixdən bilmişdir. Məktəb tərəfindən xx.xx.2023-cü il tarixli, 201 nömrəli əmrə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilsə də, elektron informasiya sisteminə texniki yanlışlıq olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi daxil edilmişdir. Həmin yanlışlığın aradan qaldırılması üçün də müvafiq icra hakimiyyəti orqanına yazılı məktub göndərilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı onunla əmək müqaviləsi bağlandıqdan sonra cəmi 2 il 3 ay ərzində faktiki olaraq əmək funksiyalarını icra edib işləməklə əmək müqaviləsinə xitam verildiyi tarixədək məzuniyyət hüququndan istifadə etdiyi üçün işdə olmamış, daha sonra xəstəlik vərəqəsinə əsasən 6 ay işə çıxmamış, bu səbəbdən də məktəb tərəfindən onunla bağlanılmış müddətli əmək müqaviləsinə müddətin bitdiyi xx.xx.2018-ci il tarixdə də xitam verilməsi üzrlü səbəblərdən mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdi r.
12. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1944/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı BəylərovaTürkanə Rafiq qızı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. Buna görə də işəgötürənin BəylərovaTürkanə Rafiq qızı barəsində əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olunması haqqında əmrin ləğvi üçün əsas yoxdur.
14. Belə ki, iddiaçı X X əmək fəaliyyətinə xx.xx.2015-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən analıq məzuniyyətində olan işçinin yerinə inklüziv sinifdə tərbiyəçi müəllim köməkçisi vəzifəsinə işə qəbul olunmaqla başlamışdır. Həmin müddətli əmə k müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək olmuş, iddiaçı 3 aprel 2017-ci il tarixdən 6 avqust 2017-ci il tarixədək hamiləliyə və doğuşa görə ödənişli sosial məzuniyyətə çıxmış, 7 avqust 2017-ci il tarixdən 3 iyun 2018-ci il tarixədək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olmuş, 4 iyun 2018-ci il tarixdən 04 iyun 2020-ci il tarixədək uşağa qulluğa görə qismən ödənişli məzuniyyəti uzadılmış, 03 iyul 2019-cu il tarixdən 05 noyabr 2019-cu il tarixədək 2-ci uşağa görə hamiləliyə və doğuşa görə ödənişli sosial məzuniyyətə çıxmış, 6 noyabr 2019-cu il tarixdən 19 noyabr 2019-cu il tarixədək hamiləliyə və doğuşa görə ödənişli sosial məzuniyyətinin müddəti uzadılmış, 19 noyabr 2019-cu il tarixdən 24 avqust 2022-ci il tarixədək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olmuş, 18 avqust 2022-ci il tarixdən 18 fevral 2023-cü il tarixədək ödənişsiz məzuniyyətdə (öz hesabına) olmuş və 29 oktyabr 2023-cü il tarixədək ardıcıl olaraq əmək qabiliyyətinin olmaması vərəqəsi (xəstəlik vərəqi) ilə işdə olmamışdır. İddiaçı xx.xx.2023- cü il tarixdə işə başlamışdır.
15. Göründüyü kimi tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitdiyi və iddiaçı xx.xx.2023-cü il tarixdə (xəstələndiyi və məzuniyyətdə olduğuna görə) işə çıxdığı üçün cavabdehin xx.xx.2023-cü il tarixli, 201 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmi şdir.
16. Həmçinin, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv olunması barədə əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla da, əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli əmrə əsasən (əmrin məzmunu ilə iddiaçının deməsinə görə xx.xx.2023-cü il tarixdə tanış olmuşdur) işdən azad olunmuş, 22 dekabr 2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə əlaqədar müraciət etmiş, 19 yanvar 2024-cü il tarixdə ona mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək müddəti ötürülmüşdür.
17. Məhkəmə onu da qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək dayandırılmış hesab edilməlidir.
18. Beləliklə, məhkəmə sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq qeyd etmişdir ki, əmrin ləğv olunması üçün əsaslar olmadığından,iddia həmin hissədə təmin edilməməlidir.
19. Birinci instansiya məhkəməsi “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” barədə tələbləri də əsassız hesab etmişdir. Belə ki, məhkəmə, araşdırılan iddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbin in "işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi" hissəsinin törəmə tələblər olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğvi" hissəsinin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” hissələrində də təmin edilə bilməz.
20. Birinci instansiya məhkəməsi belə olan halda qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə təmin edilməli və iddia tələbi rədd edilməlidir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 3, 11, 42, 45, 47, 68, 73, 296-cı maddələrinə, Mülki Məcəllənin 372.1, 372.2,, 375.1, 375.2,-ci maddələrinə, habelə Mülki Prose ssual Məcəllənin 14.2, 76.1, 76.2,217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun adına xx.xx.2022-ci il tarixdə imzalanmış əmək müqaviləsinin şərtlərini nəzərə almadan, həmin əmək müqaviləsinin hansı müddətə bağlandığını araşdırmadan qərar qəbul edərək səhv nəticəyə gəlmiş və Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, mübahisələndirilən qətnamənin 17-ci bəndində qeyd olunmuşdur ki, “iş materiallarında olan xx.xx.2023-cü il tarixli ə mək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 30 oktyabr 2023-cü il tarixli, 201 nömrəli əmr ilə İddiaçı Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək müqaviləsinə xitam verilmişdir”. Lakin həmin bildirişdə işəgötürənin, müqavilə nömrəsinin, vəzifəsinin və işə başlama tarixnin fərqli olduğu müəyyən olunmuşdur. Bu xitam bildirişinin Sumqayıt şəhər Təhsil Şöbəsi ilə bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə aid olmadığı açıq-aydın şəkildə görünmüşdür. Belə olan halda birinci instansiya məhkəməsinin mübahisəli əmri ləğv etməməsi qanunsuz və əsassız olmuşdur. Göründüyü kimi sübutlara düzgün qiymət verməyən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tələbləri pozulmuşd ur. İddia müddətinin onun tərəfindən buraxıldığı qənaətinə gələn birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan maddi hüquq normasını hazırkı mübahisəyə tətbiq etməyərək səhv nəticəyə gəlmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə məlumatı olduğunu qeyd edən birinci instansiya məhkəməsi müvafiq əmrin və ya qanunda qeyd olunan sənədlərin cavabdeh işəgötürən tərəfindən ona verilməməsi faktını nəzərə almamışdır. xx.xx.2023-cü il tarixli 201 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surətini xx.xx.2023-cü il tarixdə əmək müfəttişliyində qəbul etməmiş, digər sənədlərin ümumiyyətlə ona verilməməsinə birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Əmək müfəttişliyində xx.xx.2023-cü il tarixdə əmrin surətini aldıqdan 2 gün sonra mediasiyaya müraciət etmiş və mediasiyanın arayışının verildiyi xx.xx.2024-cü il tarixdən 11 gün sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ümumilikdə 13 gün ərzində məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbinə görə hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi gündür. Lakin iddia müddətinin keçməsi ilə bağlı ərizə verən cavabdeh qeyd olunan sənədlərin ona nə vaxt verilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbinə zidd olaraq onun məlumatı olduğuna əsaslanaraq iddia müddətini ötürdüyünü qeyd etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı hüququnun pozulmasının aşkar edildiyi günü d üzgün müəyyən etməyərək səhv nəticəyə gəlmiş və bununla da maddi hüquq normasının tələblərini pozmuşdur. Müqavilə müddətinin bitməsi ilə əmək müqaviləsinə xitam verilməsi barədə imzalanmış xx.xx.2023-cü il tarixli 201 saylı əmri qanuni və əsaslı sayan birinci instansiya məhkəməsi onun xəbəri olmadan bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin hansı müddətə və hansı şərtlərlə bağlandığını ümumiyyətlə araşdırmamış, həmin əmək müqaviləsi sübut olaraq araşdırılmadan hüquqi qiymət vermişdir. Sadəcə cavabdeh tərəfin dediklərini əsas götürmüş və bununla da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Bundan əlavə iddia müddətinin tətbiqi ilə bağlı iddia ərizəsində qeyd olunanları ümumiyyətlə araşdırmamış, cavabdeh tərəfindən heç bir sübut təqdim ol unmamasını nəzərə almayaraq yenə prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur.
24. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1039/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov vəL.E.Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1944/2024 nömrəli, xx.xx.2024 -cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında əmək müqaviləsinin ləğv olunması ilə əlaqədar fərdi əmək mübahisəsi yaranmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı işdən çıxarılmasının qanunsuz və əsassız olduğunu, cavabdeh isə iddiaçı ilə əmək mü qaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə tam əməl olunduğunu bildirmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə 3 il müddətinə bağlanmış müqavilə xx.xx.2018-ci il tarixə qədər qüvvədə olmuşdur. Lakin iddiaçı xx.xx.2017-ci il tarixdən sonra davamlı olaraq sosial məzuniyyət, uşağa qulluğa görə analıq məzuniyyəti, öz hesabına əmək məzuniyyətində olduğundan işə çıxdığı 30 oktyabr 2023-cü il tarixdə onun müddətli əmək müqaviləsinə xitam verilmişdir. Bu baxımdan yuxarıda qeyd olunmuş Əmək Məcəlləsinin 68-ci maddəsinin və 73-cü maddəsinin 2-ci bəndinə əsasən onun əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə zidd deyildir.
27. Məhkəmə kollegiyası i ddiaçının apellyasiya şikayətində onun xəbəri olmadan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında buna münasibətdə mübahisələndirilən əmək müqaviləsinin mövcud olmamasını, sadəcə işəgötürən tərəfindən yanlışlıqla elektron sistemə daxil edilməsini, imzanın da iddiaçıya məxsus olmamasını bildirmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətində qeyd edilən iddia müddətinin ötürülməməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən onun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyi məlum olması X1 Xidmətinə xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə müraciət etdiyi ərizələrdə bu barədə qeyd etməsi ilə müəyyən edilmişdir. Həmçinin iddiaçı əmə k kitabçasının ona verilmədiyini bildirsə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh məktəb tərəfindən iddiaçıya əmək kitabçasını götürmək barədə təkliflər edilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı xx.xx.2023-cü il tarixli əmrə əsasən (əmrin məzmunu ilə iddiaçının deməsinə görə xx.xx.2023-cü il tarixdə tanış olmuşdur) işdən azad olunmuş, 22 dekabr 2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə əlaqədar müraciət etmiş, 19 yanvar 2024-cü il tarixdə ona mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə mür aciət etmişdir. Göründüyü kimi 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək müddəti ötürülmüşdür.
29. Apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar qeyd etmişdir ki, həmin müddət üzrlü səbəblərdən ötürülmüş olsa belə, iddiaçı məhkəmə kollegiyasının iclasında xx.xx.2017-ci il tarixdən sonra xx.xx.2023-cü il tarixədək, yəni 6 ildən çox olan müddətdə bir gün də olsun iş yerində əmək funksiyasını yerinə yetirməmiş, işə çıxdığı xx.xx.2023-cü il tarixdə isə işə götürən tərəfindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə düzgün olaraq xitam verilmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cavabdeh məktəbə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair iddia sını təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə öz hüquqi mövqeyini Əmək Məcəlləsinin 68, 73, 296, 297, 300-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikay əti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti Əmək Məcəlləsinin 49.1, 296.3 və MPM-in 88-ci maddələrinə istinad edilməklə apelyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə onunla əsaslandırılmışdır ki, birinci intansiya məhkəməsi iddiaçının adına xx.xx.2022-ci il tarixdə imzalanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinin iddiaçı tərəfindən imzalanmadığını, onun hansı şərtlərlə və hansı müddətə bağlanıldığını araşdırmadan qərar qəbul edərək səhv nəticəyə gəlmiş və Əmək Məcəlləsinin 49-1-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı bu məqamı pozuntu hesab etməyərək qətnaməni qüvvədə saxlam ışdır. Apellyasiya instansiyası məhkəməsi həm qətnamədə, həm də apellyasiya baxışı zamanı iddiaçının hamiləliyini və analıq məzuniyyəti hüququndan qanuni istifadəsini dəfələrlə “qanunsuzluq” kimi irad tutmuş, bununla da cavabdeh tərəfin fikirlərinə “mənəvi” dəstək olmuşdur. İddiaçı bu müddət ərzində heç bir halda qanunsuz və üzrsüz səbəblərdən işdən qalmamışdır. Digər tərəfdən, söhbətin açıq-aşkar etibarsız bir müqavilədən getdiyi bir vəziyyətdə yenə də müqavilənin müddətinin bitməsi məhkəmə tərəfindən dəlil kimi göstərilmişdir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı hüququn pozulduğu günü dəqiqləşdirmədən səhv nəticəyə gəlmiş və maddi hüquq normasının tələblərini açıq-aşkar pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının xəbəri olmada n bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin mövcudluğunu araşdırmamış, həmin etibarsız müqavilə ilə bağlı çoxsaylı sübutlar təqdim olunsa da, həmin sübutlar nəzərə alınmamış, cavabdeh tərəfin dedikləri əsas götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı verilmiş sübutları nəzərə almamış, yenə də cavabdeh tərəfin şifahi söylədiklərini “mütləq həqiqət” kimi qəbul edərək səhv qənaətə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
37. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müdd əti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
38. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
39. Maddə 68, hissə 2, “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
40. Maddə 73, hissə
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikd ən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur
41. Maddə 73, hissə
2. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179- cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işə götürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
42. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol ve rilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiya sı məhkəməsinin hüquqi mövqeyi
53. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
54. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
55. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında əmək müqaviləsinin ləğv olunması ilə əlaqədar fərdi əmək mübahisəsi yaranmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı işdən çıxarılmasının qanunsuz və əsassız olduğunu, cavabdeh isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə tam əməl olunduğunu bildirmişdir.
56. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə 3 il müddətinə bağlanmış müqavilə xx.xx.2018-ci il tarixə qədər qüvvədə olmuşdur. Lakin iddiaçı xx.xx.2017-ci il tarixdən sonra davamlı olaraq sosial məzuniyyət, uşağa qulluğa görə analıq məzuniyyəti, öz hesabına əmək məzuniyyətində olduğundan işə çıx dığı 30 oktyabr 2023-cü il tarixdə onun müddətli əmək müqaviləsinə xitam verilmişdir. Bu baxımdan yuxarıda qeyd olunmuş Əmək Məcəlləsinin 68-ci maddəsinin və 73-cü maddəsinin 2-ci bəndinə əsasən onun əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə zidd deyildir.
57. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətində qeyd edilən iddia müddətinin ötürülməməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən onun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyi məlum olması X1 Xidmətinə xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə müraciət etdiyi ərizələrdə bu barədə qeyd etməsi ilə müəyyən edilmişdir. Həmçinin iddiaçı əmək kitabçasının ona verilmədiyini bildirsə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh məktəb tərəfindən iddiaçıya əmək kitabçasını götürmək barədə təkliflər edilmişdir.
58. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
59. İddiaçı işəgötürənin xx.xx.2023-cü il tarixli əmrinə əsasən (əmrin məzmunu ilə iddiaçının deməsinə görə xx.xx.2023-cü il tarixdə tanış olmuşdur) işdən azad olunmuş, 22 dekabr 2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə əlaqədar müraciət etmiş, 19 yanvar 2024-cü il tarixdə ona mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
60. Göründüyü kimi 1 təqvim ayı ərzində məhkəməyə mürac iət etmək müddəti ötürülmüşdür və apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar qeyd etmişdir ki, həmin müddət üzrlü səbəblərdən ötürülmüş olsa belə, iddiaçı xx.xx.2017-ci ildən xx.xx.2023-cü il tarixədək, yəni 6 ildən çox olan müddətdə bir gün də olsun iş yerində əmək funksiyasını yerinə yetirməmiş, işə çıxdığı xx.xx.2023-cü il tarixdə isə işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2ci hissəsinə əsasən xitam verilmişdir.
61. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi barədə iddiasını təmin etməməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.
62. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəllilərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 iyul 2024-cü il tarixli, 2(105)-1039/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.