Məhkəmə qərarları › İş №2(102)-378/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-378/2024

05.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-378/2024 05.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X3 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi, inzibati aktın qüvvəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev X2 ibarət tərkibdə, iddiaçı “X3 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4258/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsin dən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Suraxanı Rayonu X1 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli 18 saylı qərarı ilə, Cavabdeh (bundan sonra – cavabdeh) Bakı şəhəri, Kirov qəsəbəsində 1200 kv.m torpaq sahəsi (bundan sonra – torpaq sahəsi) ayrılmışdır.

2. Hazırkı iş üzrə cavabdehin Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – İcra Hakimiyyəti) qarşı torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilərək ona verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 09 mart 2023-cü il tarixli, 2-1(103)-903/2023 saylı qərarı ilə iddia təmin olunaraq, hazırkı iş üzrə cavabdehə Bakı ş əhəri Suraxanı rayonu X1 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli, 18 saylı qərarına əsasən ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin (planı və ölçü sxeminin) tərtib edilərək verilməsi öhdəliyinin İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 3. “X3 Kompani S.A” Şirkəti (bundan sonra – iddiaçı və ya Şirkət) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı mədən küçəsi, 417784.00 4475601.00 m C koordinatlar üzrə yerləşən tikilinin (bundan sonra – mübahisəli ev) özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdi r

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının müvafiq nümayəndəliyin nəzarətçiləri tərəfındən şirkətin qanuni istifadəsində olan hazırkı torpaq sahəsinə baxış keçirilərkən fərdi yaşayış evinin tikintisi aşkarlanmış və icazə ilə bağlı cavabdeh tərəfindən heç bir rəsmi sənəd təqdim edilməmişdir. Cavabdehin təqdim etdiyi sərəncam tikinti işlərinin aparılması üçün əsas deyil. İddiaçının Bakı Ərazi Şöbəsinin işçiləri tərəfindən araşdırma aparılan zaman sözügedən torpaq sahələrinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işinin aparılması faktları təsdiqini tapmış və bu barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlumat verilmişdir. İcra Hakimiyyəti vətəndaşa evin tikintisi ilə əlaqədar icazə verə bilməz, çü nki torpaq onların yox, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) balansındadır. Həmçinin, həmin torpaq sahəsinin sərəncam ilə verilmiş torpaq sahəsi ilə eyni olması barədə koordinatlar, plan-cizgi mövcud deyil. Göstərilən sənədlərin hər biri 2005-ci ildən əvvəl əldə edilmiş sənədlərdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2005-ci ildən bu torpaqlar ARDNŞ-ın balansına keçirilib.

5. Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, 1991-ci ildə ona torpaq sahəsinə dair sərəncam verilib, həmin torpaq sahəsində ev tikmiş və 9 nəfər ailəsi ilə birlikdə orada yaşayır. Evləri balaca olduğu üçün özünə həyətdə başqa ev tikməyə başlamışdır. Hazırda İcra Hakimiyyəti tikinti işləri aparmaqlarına icazə vermir, buna görə də 4-5 daş tikib dayandırmışdır. İcr a Hakimiyyətinin icazə verməməsinə səbəb ondan sərəncamın surətini və torpağa aid aktla, plan-cizgini tələb etməsi olmuşdur. Arxiv sənədlərində isə sərəncam olsa da, plan-cizgi və akt olmayıb. Bununla bağlı məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin verdiyi qərar əsasında torpaq sahəsinin yerləşmə sxeminin (planı və ölçü sxeminin) tərtib edilərək, ona verilməsi öhdəliyi İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Hazırda qərardan şikayət verilib və iş Ali Məhkəmənin icraatındadır. Həmin torpaq sahəsi 1988-ci ildə, sərəncam isə 1991-ci ildə ona verilib və 35 ildir ki, torpaq sahəsində yaşayır. Onun bütün sənədləri qaydasındadır.

6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-863/2023 nömrəli, 05 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova) iddia rədd edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək, uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Mədaxil qəbzlərindən də göründüyü kimi, cavabdeh istifadəsində olan torpaq sahəsinə görə kommunal xərcləri və torpaq vergisini də müntəzəm olaraq ödəyir və borcu yoxdur. İddiaçı tərəf bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına heç bir maneçilik törətməmiş və susmaqla əslində onun həmin torpa q sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılığını bildirmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, daşınmaz əmlaka məhdud əşya hüququ əldə etməyin üsullarından biri qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquqdur. Hazırkı işdə cavabdeh istifadəsindəki torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu Bakı Şəhəri Suraxanı Rayonu X1 İcraiyyə Komitəsinin qərarı ilə əldə etmişdir. Deməli, cavabdehin sahibliyi qanuni hesab edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 146.1, 152.2-ci, “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 1 saylı protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” iş üzrə xx.xx.2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88, 217.4, 218.3, 220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları hərtər əfli, tam və obyektiv aydınlaşdırmamış, məhkəmənin müəyyən etdiyi hallar sübut edilməmiş və məhkəmə qətnaməsində göstərilən nəticələr işin həqiqi hallarına uyğun gəlmədiyi halda əsassız və qanunsuz qətnamə çıxarmışdır. İddiaçı ARDNŞ ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Sazişin 25.1-ci maddəsinə əsasən, “...Bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikası Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla)”. Qeyd olunan mübahisəli torpaq sahəsi də kontrakt sahəsinin hüdudları daxilindədir. Bu, məhkəməyə təqdim edilən sənədlərdən (mübahisəli torpaq sahəsinin fəaliyyətdə olan neft quyularının mühafizə zonasında yerləşməsi barədə arayış, 1976-cı il tarixli xəritə və s.) və məhkəmə araşdırmasından tam aydın olsa da, məhkəmə bu fakta düzgün hüquqi qiymət verməmiş və nəticədə əsasız qətnamə qəbul etmişdir. Eyni zamanda, cavabdeh tərəfindən həmin ərazidə yaşadığı evdən əlavə tikinti işlərinin aparıldığı da məhkəməyə təqdim edilən foto şəkillər ilə müəyyən edilir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır və məhkəməyə təqdim edilən sənədlərdən mübahisəli torpaq sahəsinin kontrakt ərazisinin hüdudları daxilində yerləşməsi, cavabdehin nə tikiliyə, nə də ki tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması məhkəməyə təqdim edilən sənədlərdən aydın olsa da, məhkəmə bunları nəzərə almamışdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4258/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), F.Abdıyev və Nümayəndə) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

17. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericili kdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

18. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

19. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

21. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalar ını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

22. Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əhmədova Azərbaycana Qarşı” iş üzrə xx.xx.2021-ci il tarixli qərarı

23. Məhkəmə hazırkı işdə müşahidə edir ki, yerli məhkəmələr evin sökülməsini və ərizəçinin evi boşaltmasını qərara alarkən yalnız o fakta əsaslanmışdır ki, ev dövlət mülkiyyətində olan torpaqda özbaşına tikilmişdir. Ərizəçinin şikayətl ərində sözügedən evin onun və qızının yeganə yaşayış yeri olmasını və əgər evdən çıxarılsalar evsiz qalacaqlarını, çünki onların başqa ev almaq üçün heç bir vəsaitləri olmamasını mübahisələndirməsinə baxmayaraq, yerli məhkəmələr bu arqumentə tamamilə əhəmiyyət verməmiş və bir-birinə zidd maraqları ölçə bilməmişdir. Əlavə olaraq, hazırkı iş kimi işlərdə mütənasiblik dövlət orqanlarının torpaq sahəsini nə kimi istifadə edəcəkləri ilə ayrılmaz bağlıdır. Hazırkı işdə nə Azneft məhkəmədə qaldırdığı iddiada, nə də Hökümət arqumentlərində torpaq sahəsinin neft əməliyyatları və başqa inkişaf məqsədləri üçün təcili lazım olduğunu iddia etməmişdir. Mülki Prosessual Məcəllə

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.

1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

30. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası işə şikayət həddində baxaraq hesab edir ki, kassasiya şikayətində irəli sürülmüş dəlillər əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İş üzrə şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv olunmasına əsas verən prosessual hüquq normalarının kobud şəkildə pozulma sı halları müəyyən edilmir.

34. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı Məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehə Bakı Şəhəri Suraxanı Rayonu X1 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli 18 saylı qərarı ilə yaşayış evinin tikilməsi üçün ayrılmış, Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 09 mart 2023-cü il tarixli, 2-1(103)-903/2023 saylı qanuni qüvvəyə minmiş qərarı ilə həmin torpaq sahəsinin yerləşmə sxeminin (planı və ölçü sxeminin) tərtib edilərək verilməsi öhdəliyi İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.

35. Bakı Şəhəri Suraxanı Rayonu X1 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli 18 saylı qərarının qanunsuz olduğu barədə kasasiyanın dəlillərinə hazırkı icraat (mülki məhkəmə icraatı) çərçivəsində qiymə t verilə bilməz və nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Qanunun 64.2-ci maddəsinə müvafiq olaraq isə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

36. Qeyd olunan sənədlərə istinadla məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli tikilinin yerlə şdiyi torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün 1991-ci ildən cavabdehə ayrılmış və uzun illərdir cavabdeh qanuni istifadəsində olan həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək, ailəsi ilə yaşayır.

37. Bununla yanaşı, baxılan iş üzrə iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu əsaslandırmamışdır.

38. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı “X3 Kompani S.A” Şirkəti tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4258/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar