Məhkəmə qərarları › İş №2(102)-3780/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3780/2019

19.06.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3780/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı, iddiaçının vəkili MH, üçüncü şəxsin vəkili ƏSnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2018-ci il tarixli qətnaməsindən üçüncü şəxs ŞM tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 iyun 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim H.Səfərov, iş № 2(004)-8 458/2017 saylı mülki iş) iddia təmin edilərək, “X9” MMC tərəfindən Bakı şəhəri, ÜNVANdə yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 (üç) otaqlı 87 saylı mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin və həmin mənzilə dair maneələrin aradan qaldırılmasının Cavabdeh2 MMC-yə həvalə edilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 MMC-dən alınıb İddiaçına verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən, məruzəçi), R.Qurbanov və A.İmanov, 2(103)-1694/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, “X9” MMC tərəfindən Bakı şəhəri, ÜNVANdə yerləşən, ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 (üç) otaqlı 87 saylı mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin və həmin mənzilə dair maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs ŞM apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin vəkili ƏS kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, iddiaçının vəkili MH kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə b axılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddianın təmin edilərək "xxxx" MMC tərəfindən Bakı şəhəri,ÜNVANdə yerləşən ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı 87 saylı mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi və həmin mənzilə dair maneələrin aradan qaldırılması cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzilin dəyərini tamamilə "xxxx" MMC-yə ödəmiş, mənzili təmir etdirməklə m ənzil onun sahibliyində və istifadəsindədir. X5 mübahisə premeti olan mənzilə dair nə müqavilənin, nə də maliyyə arayışının əsli və ya təsdiq olunmuş surətini məhkəmə kollegiyasına təqdim etməmişdir və məhkəmə kollegiyası 09.04.2010-cu il tarxili müqavilənin surətini mötəbər subut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. İş materiallarından görünür ki, mübahisəli mənzil barədə "xxxx" MMC ilə ŞM arasında bağlanmış 09.04.2010-cu il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən 1(bir) saylı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 102.4 kv.m-dən ibarət olan 3 otaqlı 87 saylı mənzil ŞMnın sahibliyin ə və istifadəsinə verilmişdir. ŞMnın dəlillərindən görünür ki, o Yasamal rayon məhkəməsində "xxxx" MMCyə qarşı mübahisəli mənzil üzərində sahiblik və istifadə hüquqlarının tanınmasına qarşı məhkəmədə iddia qaldırmış və müqavilənin əslini məhkəməyə təqdim etmişdir. Mübahisəli mənzildə o yaşamaqla mübahisəli mənzili təmir etmişdir. İş materiallarının 128-ci vərəqəsində olan "xxxx" MMC-nin təsisçisi MZun apellyasiya məhkəməsinə təqdim etdiyi ərizədən də görünür ki, ŞMya mübahisəli mənzil qanuni əsaslarla satılmaqla həmin mənzil 09.04.2010-cu il tarixdən ŞMnın istifadəsində və sahibliyindədir. Sonradan həmin mənzil barədə başqa şəxslərə verilmiş müqavilələr qanunsuz və əsassızdır. Kassasiya şikayətinə əlavə edilmiş Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 21.12.2018-ci il tarixli qətnaməsində n görünür ki, "xxxx" MMC ilə hazırki iş üzrə X4 arasında bağlanmış 14 mart 2014-cü il tarxili satıcı qrafasındakı MMC-nin direktoru X2 imzası saxtalaşdırılmış və bu səbəbdən qeyd edilən müqavilə etibarsız hesab edilmişdir. Kassasiya şikayətinə əlavə edilmiş Bakı şəhəri,Yasamal rayon məhkəməsinin 21.12.2018-ci il tarixli qərardadından görünür ki, "xxxx" MMC ilə hazırki iş üzrə iddiaçı X1 arasında bağlanmış 14 mart 2014-cü il tarixli müqavilədə rəsmi sənədlər saxtalaşdırıldığından işin araşdırılması üçün xüsusi qərardad qəbul edilərək aidiyyati üzrə araşdırılması üçün istintaq orqanına göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən koope rativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reystrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Hazırki mübahisə ilə əlaqədar qeyd edilməlidir ki, mübahisəli mənzil barədə 25.05.2010-cu il tarixində "xxxx" MMC ilə X3 arasında müqavilə bağlamağa satıcının hüququ olmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi mübahisəli mənzil 09.04.2010-cu il tarixində ŞMna satılmışdır. İstər 25.05.2010-cu il tarixli, istərsə də 14.03.2014-cü il tarixli müqavilələr bağlanarkən mübahisəli mənzilin ŞMna satılmasına dair 09.04.2010-cu il tarixli müqavilənin qüvvədən düşməsinə dair hər hansı bir amil mövcud olmamışd ır. Lakin işə baxan məhkəmə tərəflər arasında olan hüquq mübahisəsinə hüquqi qiymət verərək bunu nəzərə almamış, nəticədə tətbiq edilməli olan hüquq normasını deyil, tətbiq edilməli olmayan hüquq normasını tətbiq etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəmənin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyildir. Ona görə də qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə qiymət verilməklə qanuni qərar qəbul edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs ŞMnın kassasiya şikayəti qismə n təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar