Məhkəmə qərarları › İş №2(102)-3780/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3780/2024

19.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3780/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, barışıq sazişinin etibarsızlığı 19.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 avqust 2024-cü il tarixli, 2(103)-3961/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şi kayətinə 19 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında 26 may 2021-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Sazişin şərtlərinə əsasən İddiaçı və Cavabdeh1 atalarının mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən miras əmlakın 1/12 hissə üzrə vərəsəlik paylarından Cavabdeh2 xeyrinə imtina edirlər və həmin miras əmlak üzrə birinci növbəli vərəsə kimi Cavabdeh2 vərəsə payı ayrılmasına etiraz etməmişlər. Sazişə əsasən İddiaçı 2 azyaşlı uşağı ilə birlikdə həmin evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürür.

2. Sazişin şərtlərinə əsasən Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7637/2017 saylı, 2 avqust 2017-ci il tarixli icra sənədi üzrə özünün, həyat yoldaşı Cavab deh3, 14 fevral 2006-cı il təvəllüdlü X2 və 29 iyul 2007-ci il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzilindən istifadə hüquqlarından (mənzildə yaşamaq hüquqlarından) imtina edərək həmin mənzildən 10 gün müddətində ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı və uşaqları ilə birlikdə) qeydiyyatdan çıxmaları barədə öhdəlik götürürlər.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 may 2021-ci il tarixli, 2(102)-2654/2021 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmiş və mülki işin icraatına xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər - Cavabdeh1, Cav abdeh2 və Cavabdeh3 ilə 26 may 2021-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7637/2017 saylı, 2 avqust 2017-ci il tarixli icra olunmuş icra sənədi üzrə mübahisəni barışıq yolu ilə həll etmək məqsədi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 881-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı cavabdehlərlə 26 may 2021-ci il tarixdə barışıq sazişi imzalamış və saziş Bakı şəhəri 12 saylı Notariat Ofisində təsdiq edilərək qeydiyyata alınmışdır. Cavabdehlər tərəfindən qeyd olunan sazişin tələbləri icra edilməmişdir. Cavabdehlərlə bağlanmış barışıq sazişin in 6-cı bəndinə əsasən tərəflər sazişin 1-ci, 2-ci və 3-cü bəndləri ilə üzərlərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə, əqdin etibarsızlığının nəticələri ilə bağlı qanunvericilikdə müəyyənləşdirilmiş qaydalar tətbiq edilir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-88/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia rədd edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 339-347-ci və digər maddələrində müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hallar göstərilmişdir. Məhkəmə Məcəllənin etibarsızlıqla bağlı təsbit etdiyi dispozitiv şərtləri hazırkı mübahisəyə tətbiq edərək belə qənaətə gəlib ki, sazişin şərtlərinin cavabdehlər tərəfindən icra edilməməsi müqavilənin etibarsız say ılması üçün əsas deyil. Hazırkı hal sazişin məcburi icrasının tələb edilməsi üçün əsasdır. İddiaçı tərəfindən müqavilənin etibarsızlığına dəlalət edən digər əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir.

8. Məhkəmə iddiaçının məhkəmə iclasında barışıq sazişinin onun hüquqlarının pozulması ilə bağlanmasını, şərtlərin hər iki tərəfə eyni üstünlüklər vermədiyi ilə bağlı izahatı ilə bağlı qeyd etmişdir ki, barışıq sazişinin etibarsız sayılması üçün istinad olunan hal əsas sayıla bilməz. Odur ki, iddiaçı iddiasının əsasını təşkil edən halları məhkəmə araşdırması zamanı sübuta yetirə bilmədiyindən iddia rədd edilməlidir.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60.1, Mülki Məcəlləsinin 4.1,324.1, 324.4, 337.1, 337.2, 385, 442, 881.1, 881.2, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.1, 77.1, 88, 119.1, 216, 220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə əqdin etibarsızlığının yanılma təsiri altında olmasını diqqət yetirməmişdir. Barışıq sazişində tərəflər razılaşmışlar ki, “Tərəflər bu sazişin 1-ci, 2-ci və 3-cü bəndləri ilə üzərilərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə, əqdin etibarsızlığının nəticələri ilə bağlı qanunvercilikdə müəyyəşdirilmiş qaydalar (ikitərəfli restutisiya) tətbiq edilir. Bu razılaşmadan da görünür ki, məhz iddiaçı ya münasibətdə saziş ədalətsiz şərtlərlə bağlanmışdır. 4-cü bəndin, yəni Cavabdeh2 sazişi icra etməməsi, yəni qeydiyyatdan çıxmaması sazişin etibarsızlığına səbəb olmaması ilə sazişin bağlanması açıq-açığa iddiaçının yanılma və aldadılma ilə sazişi bağlamasına bariz nümunədir. İşin mübahisəsiz halı barışıq sazişinin icra edilməməsidir və sazişdə bu hal etibarsızlığa gətirib çıxara bilməsi qeyd edilmişdir. Barışıq sazişini imzalamaqda iddiaçının məqsədi o olmuşdur ki, atalarından miras qalmış 2 evi qardaşı X4 ilə aralarında razılıqla bölsünlər. Sazişi bağlayarkən iddiaçı bilməmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzil miras əmlaka daxil deyil. O zənn etmişdir ki, barışıq sazişinin nəticəsində həmin ev onun mülkiyyətinə keçəcək. Amma hazırda anası və bacısı o evdə yaşayır. Nəticədə iddiaçı heç nə əldə etməmişdir. İddiaçı barışıq sazişi imzalayan zaman barışıq sazişinin məzmunu barədə yanılmışdır. O sazişi imzalayan zaman əldə etməyi arzuladıqlarını əldə edə bilməmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzil onun olmuş, nə də Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 8 saylı ev. Cavabdeh heç üzərinə düşən öhdəlikləri icra etməmiş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti,36 saylı evin 43 saylı mənzildən ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxmışdır. İddiaçı 2 uşağını Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 8 saylı evdən qeydiyyatdan çıxması ilə bağlı sazişi imzalayarkən uşaqların atasının razılığı alınmamışdır. Halbuki qanuni nümayəndələrinin razılığının tələb olunması Konstitusiya Məhkəmə sinin müvafiq qərarında qeyd edilmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli məlumatında qeyd edilmişdir ki, “Məhkəmənin əqdə əsaslanan iddiaya baxarkən əqdin etibarlı olubolmamasını araşdırmaq vəzifəsi ilə hakimin barışıq sazişini təsdiqləməsi üçün MPM-də nəzərdə tutulmuş prosessual tələblərə- sazişinin qanuna zidd olmaması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamasını yoxlaması, saziş şərtlərinin məhkəmə iclasının protokoluna yazılması və protokolu tərəflərin imzalaması və s. riayət etmək vəzifəsi fərqləndirilməlidir. Barışıq sazişində tərəflər razılaşmışlar ki, “Tərəflər bu sazişin 1-ci, 2-ci və 3-cü bəndləri ilə üzərilərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə, əqdin etibarsızlığının nəticələri ilə bağlı qanunvercilikdə müəyyənləşdirilmiş qaydalar (iki tərəfli restutisiya) tətbiq edilir. İddiaçı müqavilə bağlayan zaman düşünüb ki, razılaşma ilə mülkiyyət hüququ əldə edəcək, ya da ora köçürüləcək. Evdə qeydiyyatda bacı, qardaş və anadır. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. İddiaçı atasınd an qalma evdən istifadə hüququnu itirir, digər əmlakla bağlı da hüquqlar əldə edə bilmir.İcra şöbəsində cavabdehlər heç bir hərəkət etməyiblər, 6 aydır icradadır. Yasamaldakı evdə iddiaçı və uşaqları qeydiyyatdadır. Uşaqlar hüquqlarını itirirlər. Məhkəmə uşaqların mənafeyini nəzərə almayıb. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların qanuni nümayəndələrinin müvafiq razılığı olmadan bağladıqları əqdlər etibarsız olsalar da, onların qanuni nümayəndələri sonradan ağlabatan müddət ərzində həmin əqdlərə razılıq verməklə (bəyənməklə) onları etibarlı hala gətirə bilərlər. Ata razılıq verməyib. Apelyasiya şikayətinin təmin olunmasını xahiş edirik. Barışıq sazişi bu gün icra edilsə, xanım vərəsəlik hüququndan məhrum olacaq. İddiaçı bildirib ki, notariat ofisində deyilib ki, Xətaidə ki evə köçürüləcək. Amma anası, bacısı, qardaşı çıxarılma ilə bağlı iddia qaldıra bilər. Köçürülmə göz boyama xarakteri daşıyır. Barışıq sazişinin təsdiq edilməsinin tələb edilməsi ilə bağlı atadan ərizə də alına bilərdi. Məhkəmə ədalətsiz qərar qəbul edib. İddiaçı düşünüb ki, orderli ev üçün çıxarış alacaqlar, satıb pulunu götürəcəklər ya da paylı şəkildə istifadə edəcəklər. Evin özgəninkiləşdirməsi zamanı qardaşın ərizəsini istəyəcəklər, o da ərizəsini vermir. Atanın ikinci yoldaşı olub, sonradan rəhmətə gedib onun da hüquqi varisi var. Məhkəmə bu halı araşdırmalı idi, tələbin olub-olmaması araşdırılmayıb. Düşünülüb ki, bacı ilə bölüşməyə məcburdur, ona görə saziş bağlanılıb. Atasından qalmış mirasdır, düşünüb bölüşülməlidir.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 çıxış edərək bild irib ki, iddiaçı ilə razıdır. Onlar qardaşına yaxşılıq etmək istədi. Qardaşı məhkəmədə uduzurdu, vərəsəlik hüquqlarını itirəcəkdi, vəkil ilə danışdı. Qardaşı onlarla danışmır. Evin çıxarışı yoxdur, orderi var. Sazişdə qeyd edilmişdir ki, 10 gün ərzində əməl edilməlidir. Amma qardaşı razılığa gəlmirdi. Qardaşının yoldaşı onları təhqir etdi. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Ev orderlidir. Sazişi ona görə bağladı ki, qardaşına pay düşsün, Xətaidəki ev onlara qalsın. 3 ildir mübahisə var, onlar yorulub. 43 nömrəli mənzildə o və anası yaşayır. Qardaşı mənzildə yaşamırdı, heç gəlmirdi. Məhkəmə qərarına əsasən köçürülmüşdür. Atasının ikinci yoldaşı dünyasını dəyişməmiş evin sənədlərini düzəltmək istəyirdi. Notariat ofisi özü onlara deyib ki, ərizə yazın. O, anasını məhkəməyə v ermişdi. Təxminən 3-4 il olardı. Bu hadisə barışıqdan qabaq olub. Sonra 43 saylı evin sənədlərin yığmağa çalışıb. Qardaşının yoldaşı imkan vermir. 3 ildir bacısı yalvarır, 10 gün ərzində sazişə əməl edilməli idi, illər sonra yox. İndi o da bacısını orada istəmir. Onlar barışıq sazişini qardaşına pay düşsün deyə bağlayıb. Sazişi ona görə bağlayıblar ki, iki bacı evin sənədlərin düzəldər, bölər, qardaşları da o bir evi götürər. Amma, barışıq olmadı. Qardaşları deyir ki, işlərini görəndən sonra çıxsınlar. Onlar ona inana bilməz.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 çıxış edərək bildirib ki, Ali Məhkəmənin qərarından sonra barışıq sazişi bağlanıldı. 12 saylı notariat ofisinə bacılar ərizə qoyublar. Hətta digər işdə 4 vərəsə var idi. Atasının ikinci yoldaşı olub. Rayon məhkəməsində də n otariat ofisinə getməyi hakim təklif etdi, amma razılaşmadılar. Yasamaldakı evə qeydiyyata düşə bilmir. Öz vərəsəlik payını ala bilmir. Çünki Notariat ofisi ona sənəd vermir. Notariat ofisində bacıların ərizəsi var. Həmin ərizə imkan vermir ki, o, qeydiyyatdan çıxsın. 43 saylı evdən qeydiyyatdan çıxmağa razıdır. Həmin evdə yaşamır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3961/2024 nömrəli, 5 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər–G.Axundova (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi iddiaçının bu sazişi bağlayarkən aldanılmış və yanılmış olması ilə bağlı qeyd etmişdir ki, mülki qanunvericili yə əsasən vacib əhəmiyyətli yanılma odur ki, şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Lakin hazırkı barışıq sazişinin şərtləri aydın şəkildə ifadə olunmuşdur. Cavabdeh2 müqavilə tərəflərini aldatması müəyyən olunmur. O cümlədən də iddiaçının yanılması öz təsdiqini tapmır. Qeyd edilməlidir ki, sazişin şərtlərinin Cavabdeh2 tərəfindən icra olunmaması sazişin etibarsızlığı üçün əsas deyil. Tərəflər barışıq sazişinin məcburi icrasını tələb edə bilərlər.

17. Məhkəmə kollegiyası iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzilin miras əmlaka daxil olmadığını bil məməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, dəlil əsassızdır. Belə ki, sazişin 3-cü bəndində Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 8 saylı ev miras əmlak kimi qeyd edilib, lakin sözügedən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzil isə miras əmlak kimi qeyd edilməyib. Bundan əlavə, tərəflərin izahatı ilə müəyyən olundu ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzildə iddiaçının anası və bacısı yaşayır. Cavabdeh2 yaşamır. Həmin evin çıxarışı yoxdur, həmin evə dair order vardır. Həmin sənəd də iddiaçının anasındadır. Göründüyü kimi iddiaçı qeyd edir ki, həmin evin mirasa daxil olmasını düşünürdü. Lakin həm həmin sazişdən, həm də tərəflər arasında əvvəllər olan məhkəmə mübahisəsi zamanı işin hallarından müəyyən olunmuşdur ki, sözügedən ev mirasa daxil deyildir.

18. Apellyasiya şikayətinin digər digər dəlilinə “barışıq sazişi nəticəsində iddiaçı heç nə əldə etməyib” münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, anası və o, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzildə yaşayır, qardaşı həmin evdə yaşamır. Bacısı ilə razılaşmışdırlar ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzilini sənədləşdirib öz aralarında böləcəklər, barışıq sazişini bu səbəbdən bağlayıblar. Göründüyü kimi müqavilə şərtləri tərəflərin iradəsinə uyğun olmuşdur. Tərəflər barışıq sazişinin şərtləri barədə bu qaydada razışlaşmışdırlar.

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.4, 324.5, 337.1, 337.2, 339.3, 347.1, 347.2, 347.2.1, 347.2.2, 347.2.3, 347.3, 347.4, 347.5, 347.6-cı, MPMin 14.2, 77, 88, 217.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçının kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifad əsidir.

24. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

25. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

27. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şə xsə qarşı mübahisə edilir.

28. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

29. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.

30. Maddə 347.3. Əqdin motivləri barəsində ya nılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir.

31. Maddə 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur.

32. Maddə 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir.

33. Maddə 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 4 16.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qə rarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli Qərardadı

43. Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması barədə iddiaya əqdin etibarsızlığına dair qanunda nəzərdə tutulan ümumi əsaslarla baxıla bilər. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mülki qanunvericiliyə əsasən vacib əhəmiyyətli yanılma odur ki, şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Lakin hazırkı barışıq sazişinin şərtləri aydın şəkildə ifadə olunmuşdur. Cavabdeh2 müqavilə tərəflərini aldatması müəyyən olunmur. O cümlədən də iddiaçının yanılması öz təsdiqini tapmır. Qeyd edilməlidir ki, sazişin şərtlərinin Cavabdeh2 tərəfindən icra olunmaması sazişin etibarsızlığı üçün əsas deyil. Tərəflər barışıq sazişinin məcburi icrasını tələb edə bilərlər.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək sə lahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

50. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 5 avqust 2024-cü il tarixli, 2(103)-3961/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar