Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3782/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-xxx/2019 nömrəli qətnaməsindən iddiaçılar X6 və İddiaçı6 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin (hakim Q.Əbilov) xx.xx.2019-cu il tarixli, 2(021)-xxx/2019 nömrəli qətnaməsi ilə iddiaçılar X2, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh X4 qarşı “torpaq sahəsinin sərhədlərinin müəyyən olunması, cavabdehin tikdiyi tikililərin sökülərək oradan çıxarılması və torpağın özlərinə qaytarılması” tələbinə dair iddiası təmin edilməməsi, ekspert rəyinin dəyəri 100 manatın iddiaçılar X1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Əliyeva, R.Muradov, R.Mamedov) xx.xx.2019-cu il tarixli, 2(104)-xxx/2019 nömrəli qətnaməsi ilə iddiaçılar X6 və İddiaçı6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-xxx/2019 saylı qətnaməsinin iddiaçılar X6 və İddiaçı6 münasibətdə dəyişdi rilmədən saxlanması qət edilmişdir. İddiaçılar X6 və İddiaçı6 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən birgə kasasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar X6, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onların mülkiyyətində olan Bərdə rayon Bəcirəvan kəndində yerləşən 3.38 ha pay torpaq sahəsindən çıxarılması və cavabdehin tikdirdiyi tövlə və damın öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 da cavabdeh kimi cəlb edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artı rılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onlara məxsus zəbt olunmuş torpaq sahəsindən X3 çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tövlənin və yaşayış üçün tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 onlara aid 3.38 ha pay torpaq sahəsinin sərhədlərinin rəsmən müəyyən edilməsi, onlara aid hissəsindən cavabdehin tikdirdiyi tikililərin, hasarların şəxsi hesablarına sökülərək çıxarılması və torpaqlarının özlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar X6, İddiaçı6 və onların vəkili Mehdiyev Müşfiq Mü rşüd oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, bununla da prosessual hüquq normaları pozulmuş və nəticədə əsassız qətnamə çıxarılmışdır. Belə ki, İddiaçı1 həyat yoldaşı X15 vəfat etmiş, lakin cavabdeh X7 həmin torpaq sahəsini zəbt etmiş və orada tövlə və dam tikmişdir. İddiaçılar cavabdehə qanuni sənədlərlə onlara məxsus olmasını bildirsələr də, nəticəsi olmamış, cavabdeh onların mülkiyyətində olan torpaqdan çıxmamışdır. Dəfələrlə ekspertiza təyin edilsə də, onlara məxsus 3.38 ha pay torpaqlarının sərhədləri müəyyən edilmiş iddiaçılara tanıdılmamışdır. Birinci instansiya məhkəməsi torpaqşünaslıq ekspertizası təyin etmədən, torpağı kiminsə zəbt edibetməməsini araşdırmadan, 2018-ci il tarixli saxta eksper t rəyinə əsaslanaraq qeyri-qanuni qətnamə qəbul etmişdir. Bundan əlavə, işə baxan hakim ekspertiza təyin etmədən 100 manat ekspertiza xərcinin ödənilməsini qət etməklə qanun pozuntusuna yol vermişdir. Beləliklə aydın olur ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları araşdırmadan cavabdehin xeyrinə qətnamə qəbul etmişdir. İddiaçıların mülkiyyət hüquqlarının pozulmasına baxmayaraq, işdə olan sübutları tam və müqayisəli şəkildə tədqiq etməyən apelyasiya məhkəməsi iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-xxx/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilm əsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçılar X6, İddiaçı6, onların vəkili Mehdiyev Müşfiq Mürşüd oğlu, digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 və cavabdeh X7 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki,iş materiallarından görünür ki, Bərdə rayon Bəcirəvan kəndində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Torpağa mülkiyyət hüququna dair JN262 (KOD ********) Dövlət aktı ilə mülkiyyətə verilmiş 3.38 ha torpaq sahəsi təsərrüfatın layihəsində və Dövlət aktında göstərilən yerdə həmin ölçüdə olmaqla özlərinin istifadələrindədir və həmin torpaq sahəsi X7 tərəfindən istifadə olunmur. Eyni zamanda torpaq sahəsi Bələdiyyənin KPİ-yə aid torpaq sahəsi ilə həmsərhəddir. Bundan əlavə iş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsi tərəfindən iddiaçılara Azərbaycan Respublikasının MPM-nin 54.1-ci maddəsinə əsasən cavabdeh Çingiz Verdi yevin əsl cavabdehlə əvəz edilməsi təklif edilmiş, lakin iddiaçlar buna razı olmadıqlarına görə işə Azərbaycan Respublikasının MPM-nin 54.2-ci maddəsinin tələbınə görə verilən tələb üzrə baxılmışdır. Ona görə də, məhkəmə kollegiyası iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və onu qanuni və əsaslı hesab etmişdir. Apelyasiya kollegiyası iddiaçıların apelyasiya şikayətində göstərdiyi “ekspertiza təyin etmədən 100 manat ekspertiza xərcinin ödənilməsini qət etməklə qanun pozuntusuna yol vermişdir“ dəlilini isə əsassız hesab etmişdir. Çünki iş materiallarından görünür ki, hazırkı iş üzrə Bərdə Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli xx.xx.2018-ci il tarixli qərardadı ilə məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir və e kspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmin Mərkəzdən alınmış 29643 nömrəli xx.xx.2018- ci il tarixli rəyə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir (i.v.38). Birinci instansiya məhkəməsi də, Azərbaycan Respublikası MPM-in 119.1 -ci maddəsinin tələbinə görə həmin xərcin iddiaçılardan müştərək qaydada tutulması barədə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinə əlavə edilmiş (i.v.110) 96.3 manat məbləğində pul isə ekspertiza xərci deyil, iddiaçılara məxsus pay torpaqlarının təkrar ölçülməsi üçün ödənilmişdir. Şərh olunanlara əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-in 77.1 -ci maddəsinə əsasən öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda iddiaçılar tərəfindən cavabdeh X8 tərəfindən onlara məxsus torpaq sahəsini zəbt etməsi və orada hər hansı tikili inşa etməsi sübut edilə bilmədiyinə, həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğuna, həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə isə, məhkəmə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmadığına və həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalı o lmasına görə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair gəldiyi nəticə düzgün olmuşdur, apelyasiya şikayətinin dəlilləri ancaq formal mülahizələrdən ibarətdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri əsasında kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, iddiaçılar apelyasiya kollegiyası tərəfindən qətnamə qəbul edilərkən hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsini əsaslandıra bilməmiş, yalnız apelyasiya kollegiyasının onların mülkiyyət hüquqlarını pozmaqla qətnamə qəbul etməsini göstərmişdir. Bu hal isə iş materia lları ilə öz təsdiqini tapmır. Beləliklə kasasiya şikayəti də apelyasiya şikayətində olduğu kimi formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitu siyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X6 və İddiaçı6 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)xxx/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3782/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3782/2020
21.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver