Məhkəmə qərarları › İş №2(102)-3783/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3783/2024

19.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3783/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) 19.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X3 və Xəzər Rayon İcra Hakimiyyəti cəlb edilməklə) mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi və mənzilin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının 2(103)-3283/2024 nömrəli iş üzrə 29 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri Əzizbəyov rayon X7 İcraiyyə komitəsinin 11 noyabr 1988-ci il tarixli, 16 nömrəli qərarı əsasında İddiaçı st.Qala, DOS-2, ev 4, yaşayış sahəsi 28 kv.m olan 2 otaqlı, 2 saylı mənzilə dair 16 dekabr 1988-ci il tarixli, 250646 nömrəli order verilmişdir. Orderdə mənzilin otaqlarının sayı 2, sahəsi 28 kv.m. qeyd edilmişdir.

2. Yasamal rayon İH-nin 28 iyul 2006-cı il tarixli, 056 nömrəli sərəncamı ilə X2 (5 nəfə ailə üzvü olan) Qala hərbi şəhərcikdə yerləşən DOS-4, bina 4, ev 2 (3 otaqdan ibarət, 32 kv. m olan) order verilmişdir.

3. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Baçısının 3 oktyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X1 adına Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən 7 avqust 2006-cı il tarixli, 003826 nömrəli orderin verilməsi aşkar edilməmişdir.

4. Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin 17 may 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Xəzər rayonu, Qala qəsəbəsi, DOS-2 küçəsi, ev 4, mənzil 2-də Cavabdeh1 və Cavabdeh2 yaşayırlar.

5. Xəzər Rayon İcra Hakimiyyətinin 23 oktyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınan məlumatda DOS-2 və DOS-4 binalarının Sovetlər İttifaqı dövründə Müdafi Nazirliyinin tabeçiliyində olmuş, daha sonra həmin ərazidə yerləşən hərbi baza köçürülmüş və tabeçiliyində olmuş DOS binalarının hər hansı bir idarə və təşkilatın balansına verilmədiyi bildirilmişdir. Qala qəsəbəsi, DOS-2, ev 4 ünvanında yerləşən 2 saylı mənzilə dair İddiaçı 16 dekabr 1988-ci il tarixli, ******* nömrəli orderin verilməsinə əsas olmuş sənədlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verildiyi bildirilmişdir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 10 iyul 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qala stansiyası, DOS-2, ev 4, mənzil 2, eləcə də Qala hərbi şəhərciyi, DOS-4, ev 2, bina 4 ünvanları Müdafiə Nazirliyinin balansına aid deyildir.

7. Xəzər Rayon İcra Hakimiyyətinin 19 iyul 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qala qəsəbəsinin “Stansiya Qala” adlanan ərazisində yerləşən mənzillər Rayon İcra Hakimiyyətin in balansında olmadığından DOS-2, ev 4 və DOS-4, ev 2 ünvanlarının mövcud olub-olmadığını və həmin ünvanlarda yerləşən mənzillərin eyni mənzillər olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin və onlarla yaşayan digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Qala stansiyası, “DOS-2” küçəsi, 4 saylı evin, 2 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi və mənzil üzərində hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət Azərbay can Respublikası Müdafiə Nazirliyi sistemində hərbi qulluqçu olmuşdur. Həmin vaxtı Əzizbəyov rayonu (indiki Xəzər rayonu) ərazisində yerləşən hərbi hissədə qulluq etdiyindən mənzil növbəsinə dayandığı Bakı şəhəri Əzizbəyov rayon X7 İcraiyyə Komitəsinin 11 noyabr 1988-ci il tarixli qərarı əsasında ona 16 dekabr 1988-ci il tarixli, 250646 nömrəli Order verilməklə Qala stansiyası, “DOS-2” küçəsində yerləşən 4 nömrəli evin, 2 saylı mənzili (2 otaqlı 28 kv.m sahəsi) verilmişdir. O, ailə üzvləri ilə birlikdə həmin mənzildə 1993-cü ilə qədər yaşamışdır. Sonra işi ilə əlaqədar Respublikanın müxtəlif rayonlarına təyinatla göndərildiyindən mənzili Zəngilan və ya Qubadlı rayonundan olan, hazırda adını unutduğu bir şəxsə verərək, mənzil alana və ya mənzillə təmin olunana qədər orada yaşamasını, mənzil dən çıxacağı halda ona məlumat verməsini xahiş etmişdir. Hazırda əmək pensiyasına çıxmışdır. Mənzilə qayıtmaq istədikdə ona məlum olmuşdur ki, həmin şəxs ona məlumat vermədən mənzili hazırkı cavabdehlərə verməklə çıxıb getmişdir. Tərəfindən Xəzər RPİ-nin 1-ci PŞ-nə və Xəzər Rayon İH-nin Qala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə sorğu göndərilmiş, müəyyən edilmişdir ki, ona məxsus mənzildə cavabdehlər qanunsuz olaraq yaşayırlar. Onların ona orderlə verilmiş mənzildə yaşaması mülkiyyət hüquqlarını pozur. Dəfələrlə mənzilə gedərək, cavabdehlərin mənzildən çıxmalarını tələb etsə də, onlar həmin evdən çıxmırlar. Mülkiyyət hüquqlarından yararlana və başqa vasitələrlə hüququnu bərpa edə bilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur qalır.

10. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(003)2242/2023 nömrəli qərardadı ilə X3 və Xəzər Rayon İcra Hakimiyyəti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

11. Məhkəmə tərəfindən mübahisə predmetinə daxil olan mənzilə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisə predmetinə daxil olan mənzildə hazırda iş üzrə cavabdehlər yaşayırlar. Cavabdehlərin bildirdiklərinə görə mənzildə tikinti işləri aparılmış, hazırda mənzil 1 zaldan, 1 yataq otağından, mətbəx və sanitar qovşağından ibarətdir.

12. İşin baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Qala stansiyası, “DOS-2” küçəsi, 4 saylı evin, 2 saylı mənzilind ən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi və mənzil üzərində hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərə son qoyulması tələbi ilə bərabər mənzilin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin də cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, evə yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, cavabdehlər mənzilin daxili divarlarının yerini dəyişmişlər. Mənzil əvvəl 2 otaqlı olmaqla qabaq tərəfində bütöv aynabənd olmuş, evin arxa tərəfə 2 pəncərəsi və əlavə çıxış qapısı olmuşdur. Ona görə hesab etmişdir ki, mənzil əvvəlki vəziyyətinə qaytarılmalıdır. Bunun məhkəmə qaydasında tələb edilməsi üçün hazırkı iddia ərizəsində iddia tələbinin dəqiqləşdirilməsinə zərurət vardır.

14. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, e2(003)123/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim İ.Cəfərzadə)

15. Məhkəmə müəyyən etmişdir ki, mübahisə predmetinə daxil olan mənzil iddiaçıya X5 Əzizbəyov icraiyyə komitəsinin 250646 nömrəli, 16 dekabr 1988-ci il tarixli orderi əsasında verilmişdir. İddia ərizəsində qeyd olunanlara əsasən iddiaçı 1993-cü ilədək həmin mənzildə yaşamış, daha sonra işi ilə əlaqədar həmin evi tərk etmişdir. Hazırda həmin mənzildə uzun müddətdir ki, iş üzrə üçüncü şəxs olan X3, öz ailəsi ilə birlikdə yaşamış və hazırda həmin mənzildə iş üzrə cavabdehlər yaşayırlar. X1 mübahisə predmeti olan mənzildə yaşamasına əsas isə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş order olmuşdur ki, həmin orderin həqiqətdən Yasamal Rayon İcra H akimiyyəti tərəfindən verilməsi iş üzrə müəyyən edilməmişdir. Odur ki, məhkəmə həmin orderin iş üzrə hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsini mümkün hesab etmir.

16. Məhkəmə qeyd etmişdir ki, iş üzrə iddiaçı mübahisə predmeti olan mənzildən 1993-cü ildən sonra istifadə etməsi, həmin mənzilə geri qayıdaraq yaşamaq niyyətində olması və ya həmin mənzilinin onun sahibliyində olması barədə hər hansı bir hərəkətlərin onun tərəfindən edilməsi iş üzrə müəyyən edilməmiş və bu barədə hər hansı bir sübut iddiaçı tərəfindən də təqdim edilməmişdir. Bununla da müəyyən olunur ki, iş üzrə iddiaçı daimi əsaslarla mübahisə predmeti olan mənzili tərk etmişdir (başqa yaşayış sahəsinə köçmüşdür). Ona görə də məhkəmə, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsin in 87-ci maddəsinin tələblərini əsas tutaraq hesab etmişdir ki, iddiaçının mübahisə predmeti olan mənzildə yaşamasına (istifadə etməsinə) əsas olmuş hal aradan qalxmaqla iddiaçının həmin mənzilə olan hüquqi əsası itirilmişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin 2-ci bəndinə, Mülki Məcəllənin 152.1-ci maddələrinə, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 51-ci maddələrinə, 60-cı maddəsinin 1-ci hissəsinə, 87-ci maddəsinə, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilm əsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsini tətbiq edərkən nəzərə almamışdır ki, icarədar hərbçi kimi (praporşik-gizir) işi ilə əlaqədar digər yaşayış məntəqəsinə daimi yaşamaq üçün deyil, müvəqqəti olaraq getmişdir. Qanunverici həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuş müddəanın icarədara (İddiaçı) aid olan hüquq olduğunu və bunun yalnız kirayədara münasibətdə tətbiq edilə biləcəyini müəyyən etsə də, məhkəmə kirayədarı müəyyən etməmiş, habelə onun belə bir iddiasının olubolmamasını müəyyən etmədən, yaşayış sahəsini özbaşına tutmuş şəxslərə (cavabd ehlərə) münasibətdə həmin maddəni tətbiq etməklə, həmin şəxslərin mübahisəli yaşayış sahəsini özbaşına (qanunsuz) tutmasına haqq qazandırmışdır. Mübahisə predmetinə daxil olan mənzil iddiaçıya Əzizbəyov rayon X7 İcraiyyə Komitəsinin 11 noyabr 1988-ci il tarixli qərarı ilə 16 dekabr 1988-ci il tarixli, 250646 nömrəli Order əsasında verilmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı 1993-cü ilədək həmin mənzildə yaşamış, daha sonra işi ilə əlaqədar müvəqqəti olaraq digər yaşayış məntəqəsinə getmişdir. Cavabdehlər Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 7 avqust 2006-cı il tarixli, 003826 nömrəli xidməti order əsasında həmin mənzildə yaşadıqlarını bildirsələr də, məhkəmənin sorğusuna verilmiş cavaba əsasən Cavabdeh1 atası X1 (üçüncü şəxs) adına Yasamal Rayon İcra Hakimiyyəti tə rəfindən 7 avqust 2006cı il tarixli, 003826 nömrəli orderin verilməsi aşkar edilmədiyindən, məhkəmə həmin orderin iş üzrə hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsini mümkün hesab etməmişdir. Yəni, cavabdehlər mübahisəli yaşayış sahəsini özbaşına tutduqlarından onlar həmin yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdır. Ona görə də iddiaçının mübahisə predmeti olan mənzildə yaşamasına (isifadə etməsinə) əsas olmuş halın aradan qalxması, iddiaçının həmin mənzilə olan hüquqi əsasının itirilməsi səbəbindən məhkəmənin iddianın təmin edilməməsi barədə qətnaməsi qanunsuz olmuşdur. Məhkəmə tərəfindən hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsə də, cavabdehlərin məhkəməyə təqdim etdikləri Yasamal rayon İcra Hakimiyyətinin adından verilmiş saxta 7 avqust 200 6-cı il tarixli, 003826 nömrəli xidməti ordera əsasən cavabdehlər mübahisəli yaşayış sahəsini 2006-cı ildə özbaşına tutmuşlar. Həmin vaxta qədər iddiaçının mübahisəli yaşayış sahəsinə dair istifadə hüququ heç kim tərəfindən mübahisələndirilməmiş, ona verilmiş orderin etibarsız hesab edilməmişdir. Yəni iddiaçının yaşayış sahəsinə (əmlaka) sahiblik və istifadə hüququ olduğundan, lakin iradəsi olmadan cavabdehlərin onu sahiblikdən və istifadədən məhrum etməsi qadağan edilmiş özbaşınalıq sayılmalı və MM-nin yuxarıda göstərilən normaları tətbiq edilməklə iddia tələbi təmin edilməli olduğu halda məhkəmə əsassız olaraq iddiaçının cavabdehlərə qarşı olan iddiasnı təmin etməmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3283/2024 nömrəli iş üzrə 29 iyul 2024-cü il tarixli qətnam əsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.(hakimlər: Rüstəmli Məhəmməd - sədrlik edən və məruzəçi, Sadıqov Vahid və İsgəndərov Akif) 21.Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, iddiaçı iddia etdiyi mənzilin həqiqətən də ona verilmiş orderdə əks olunan mənzil olub-olmaması, həmçinin mənzilin hazırda hansı qurumun balansında olması məqsədilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Xəzər Rayon İcra Hakimiyyətinə sorğular göndərilmiş, habelə Xəzər Rayon İcra Hakimiyyətinin Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və tərəflərin iştirakı ilə mübahisəli mənzil yerində müayinə edilmiş, lakin qeyd olunanları müəyyən etmək mümkün olmamışd ır. 22.Belə ki, iddiaçıya verilmiş orderdə ünvan st.Qala, DOS-2, ev 4, yaşayış sahəsi 28 kv.m olan 2 otaqlı, 2 saylı mənzil qeyd edilmiş, cavabdehə təqdim edilmiş orderdə isə Qala hərbi şəhərciyi, DOS-4, bina 4, ev 2, 3 otaqdan ibarət, 32 kv.m sahəsi olan mənzil qeyd edilmişdir. 23.Cavabdehə verilmiş orderin mötəbərliyi Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməsə də, yerində müayinə zamanı həmin binada qonşu mənzilin sakini X6 tərəfindən təqdim edilmiş order də Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş və ünvan olaraq Qala Qəsəbəsi, DOS, ev 4, 2 otaqlı, 32 kv.m sahəsi olan 1 saylı mənzil qeyd edilmişdir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilin iddiaçıya verilmiş orderdə göstərilən mənzil olduğu qəbul edilsə belə, iddiaçının nümayəndəsi (oğlu) məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, mübahisəli mənzil şəhərə uzaq olduğu üçün atası Nərimanov rayonunda şəxsi vəsaiti ilə ev almış, sonra Nərimanov rayonunda yaşamışlar.

25. Qeyd edilməlidir ki, iddiaçıya order verilən vaxt qüvvədə olan mənzil qanunvericiliyin məqsədi vətəndaşların mənzil hüququnun təmin edilməsinə, mənzil fondundan səmərəli istifadə olunmasına və onun qorunmasına kömək etmək olmuşdur.

26. Beləliklə, iddiaçının nümayəndəsinin izahatı ilə təsdiq olunur ki, mübahisəli mənzili iddiaçı könüllü olaraq tərk etmiş, buna səbəb həmin mənzilə iddiaçının ehtiyacının aradan qalxması və daimi yaşayış üçün başqa mənzilə köçməsi olmuş, iddiaçı uzun müddət mübahisəli mənzil ilə maraqlanmamış, cavabdehlər isə artıq uzun müddətdir ki, təmir-tikinti işlərini apararaq həm in mənzildə yaşayırlar.

27. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyinin tələblərinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edildiyindən, yəni iddiaçı artıq iddia etdiyi mənzilin icarədarı sayılmadığından hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan SSR Mənzil Məcəlləsi (xx.xx.1982-ci il tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 48, 53, 60, 87, 100-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarına və MPM-nin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3283/2024 nömrəli iş üzrə 29 iyul 2024-cü il tarxili qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələr nəzərə almamışdır ki, icarədar həribçi kimi (proporşik-gizir) işi ilə əlaqədar digər yaşayış məntəqəsinə daimi yaşamaq üçün deyil, müvəqqəti olaraq getmişdir.

31. Bundan əlavə, apellyasiya məhkəməsi mənzilin hazırda hansı qurumun balansında olduğunu müəyyən etmək mümkün olmadığından, eyni zamanda cavabdehin də mübahisəli mənzilin icarədarı olmadığ ı qənaətinə gəlməklə və yaşayış sahəsini özbaşına tutmuş şəxslərə (cavabdehlərə) münasibətdə həmin maddəni tətbiq etməklə, həmin şəxslərin mübahisəli yaşayış sahəsini özbaşına (qanunsuz) tutmasına haqq qazandırmışdır.

32. Lakin, məhkəmələr qanuni əsasla iddiaçıya verilmiş yaşayış sahəsinə onun mülkiyyəti kimi yanaşmamış, mübahisənin həlli üçün əsassız olaraq 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsini tətbiq etməklə, iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə çıxarmışdır.

33. Məhkəmə kollegiyası qətnamənin əsaslandırma hissəsində də prosessual hüquq normalarının tələblərinə zidd olaraq iddiaçının nümayəndəsinin izahatını təhrif etmişdir. Nümayəndə izahatında onların ailə üzvləri ilə birlikdə həmin mənz ildə 1993-cü ilə qədər yaşadıqlarını, atasının hərbiçi olaraq işi ilə əlaqədar respublikanın müxtəlif rayonlarına göndərildiyindən mənzili tərk etdiklərini bildirdiyi halda, qətnamədə mübahisəli mənzilin guya uzaq olduğuna görə atasının Nərimanov rayonunda şəxsi vəsaiti ilə ev alaraq sonra Nərimanov rayonunda yaşadıqları qeyd edilmiş və buna əsaslanaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı daimi əsaslarla mübahisə predmeti olan mənzili könüllü tərk etmişdir (başqa yaşayış sahəsinə köçmüşdür).

34. Kassator şikayətini 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10, 48, 51, 60, 87-ci və Mülki Məcəllənin 152.1, 152.3, 157.2, 158.1.2, 164.1, 164.2 və 165.1-ci maddələri ilə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 35.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə ara şdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

37. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qətnaməni qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan SSR Mənzil Məcəlləsi (xx.xx.1982-ci il tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan)

38. Maddə

48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X7nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

39. Maddə

53. İcarədar i lə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

40. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

41. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

42. Maddə

100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşla rın köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon X7 icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999-cu il tarixli Qərarı:

43. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahə sinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 44.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 45.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 46.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. 47.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 48.Maddə 416.1. Kassas iya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 49.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 50.Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 51.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 52.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

53. Apellyasiya məhkəməsi işin halları baxımından belə nəticəyə gəlmişdir ki, iddiaçıya order verilən vaxt qüvvədə olan mənzil qanunvericiliyin məqsədi vətəndaşların mənzil hüququnun təmin edilməsinə, mənzil fondundan səmərəli istifadə olunmasına və onun qorunmasına kömək etmək olmuşdur. Mübahisəli mənzili iddiaçı könüllü olaraq tərk etmiş, buna səbəb həmin mənzilə iddiaçının ehtiyacının aradan qalxması və daimi yaşayış üçün başqa mənzilə köçməsi olmuş, iddiaçı uzun müddət mübahisəli mənzil ilə maraqlanmamış, cavabdehlər isə artıq uzun müddətdir ki, təmir-tikinti işlərini apararaq həmin mənzildə yaşayırlar.

54. Yuxarıda göstərilən normaların tələbi baxımından icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edildiyindən, yəni iddiaçı artıq iddia etdiyi mənzilin icarədarı sayılmadığından hazırki iddianı qaldırmağa suby ektiv hüququ yoxdur.

55. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kas sasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3283/2024 nömrəli iş üzrə 29 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar