Məhkəmə qərarları › İş №2(102)-3784/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3784/2020

11.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3784/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qazax Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(023)-441/2017 saylı qətnaməsi ilə (hakim Q.R.Abbasov) iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirli yinin Gəncə rayon Mənzil İstismar Hissəsinin Cavabdeh qarşı cavabdehin 3 nəfər ailə üzvləri ilə birlikdə Qazax rayonu, Qazaxbəyli kəndi ərazisində salınmış qəsəbədə ümumi sahəsi 60 kv.m olan iki otaqlı mənzillə təmin olunmasını nəzərə alaraq, məskunlaşdığı xüsusi təyinatlı Qazax şəhəri, Qazax-3 hərbi şəhərcik, bina 64, 4 nömrəli mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Əliyeva (sədrlik edən, məruzəçi), R.Muradov və Ə.Məmmədov, 2(104)3038/2017 saylı mülki iş) hazırkı iş üzrə Qazax Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(023)-441/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlə r Ş.Əliyeva (sədrlik edən, məruzəçi), R.Muradov və Ə.Məmmədov, 2(104)3038/2017 saylı mülki iş) Cavabdehli qızının Gəncə Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil İstismar Hissəsinin Cavabdeh qarşı cavabdehin 3 nəfər ailə üzvləri ilə birlikdə Qazax rayonu, Qazaxbəyli kəndi ərazisində salınmış qəsəbədə ümumi sahəsi 60 kv.m olan iki otaqlı mənzillə təmin olunmasını nəzərə alaraq, məskunlaşdığı xüsusi təyinatlı Qazax şəhəri, Qazax-3 hərbi şəhərcik, bina 64, 4 nömrəli mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, apelyasiya məhkəməsinin qətnaməsini xx xxxxxxx 2019-cu il tarixdə rəsmi qaydada qəbul etmişdir. Ona görə hesab edir ki, kassasiya şikayəti verilməsi üçün müddəti ötürməmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma ki mi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Apeyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti araşdırılarkən məlum olmuşdur ki, kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Belə ki, iş materialının 80-ci vərəqində olan poçt göndərişinin verilməsi haqqında xəbənamədən görünür ki, Cavabdehli qızına göndərilmiş Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh adlı şəxs tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə şəxsə n alınmışdır. Bundan sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək həmin qətnamənin surətini təkrarən onun ünvanına göndərilməsini xahiş etmiş və qətnamənin surəti xx xxxxxxx 2019-cu il tarixdə qəbzə imza etdirilməklə ona təkrarən təqdim olunmuşdur. Kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər poçta xx xxxxxx 2019-cu il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü hissəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Göründüyü kimi cavabdeh və onun vəkilinin kassasiya şikayəti şikayət vermə müddəti qanunda nəzərdə tutulan 2 ay ötürülməklə verilmiş, bununla yanaşı müddətin üzürlü səbəbdən buraxılması barədə vəsatət və bunu təsdiq edən sənəd kassasiya şikayətinə əlavə edilməmişdir. Odur ki, apelyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdehli qızının kassasiya şikayəti qeyri-mümkün hesab edilməklə kassasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar