Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3784/2023 11.09.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə İddiaçı MMC-nin vəkili Vəkil Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-648/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdi: İddiaçı MMC-nin vəkili Vəkil Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-648/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətini təsdiq edən sənəd əlavə edilməlidir. Mülki Məcəllənin 362.5-ci maddəsinə görə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Hazırki kassasiya şikayətini İddiaçı MMC-nin nümayəndəsi kimi Vəkil imzalasa da, həmin şəxsin İddiaçı MMC-nin adından şikayəti imzalamaq səlahiyyəti verən etibarnamə MMC-nin direktor müavini kimi qeyd edilən X.F.Məhərrəmov tərəfindən imzalanmışdır. Həmçinin direktor müavininin MMC-nin adından etibarnaməni imzalam aq səlahiyyətini təsdiq edən sənədlər də şikayətə əlavə olunmamışdır. Buna görə də kassasiya şikayətini imzalamış vəkilin nümayəndə kimi səlahiyyətinin olub-olmaması görünmür. Başqa sözlə, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş qaydaya riayət edilməmişdir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci, 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərin ə uyğunluğunu yoxlamadan kassasiya instansiyasına göndərməklə həmin Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl etməmişdir. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həl li üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin vəkili Vəkil Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-648/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3784/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-3784/2023
11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver