Məhkəmə qərarları › İş №2(102)-3785/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3785/2022

11.10.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3785/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İddiaçı cavabdeh X qarşı QƏRAR Açar sözlər:kompensasiyanın ödənilməsi barədə 11.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(103)2364/2022 saylı qətnaməsindən cavabdeh X kassasiya şikayəti üzrə işə 11 oktyabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağ lanmış 19 yanvar 2017-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə əsasən, Bank əmanətçi İddiaçı daxil olmuş 16.000 manat əmanəti qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürüb. Həmçinin, Bank həmin pulu əmanətçi İddiaçı qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada ona faizlərin hesablanması, ödənilməsi və onun tələbinə əsasən Banka depozitə qoyulan pulu ona qaytarmağı təmin etməyi öhdəsinə götürüb. Sözügedən müqavilə 6 ay müddətinə, illik 15 faiz ilə bağlanıb. "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 19 yanvar 2017-ci il tarixli bank əmanəti müqaviləsinə dair əlavə sazişə əsasən, əmanətçi İddiaçı 6 aylıq müddətinə illik 15 faizlə Banka yerləşdiyi əmanət 16.000 manat məbləğindədir. 05 fevral 2018-ci il tarixli qəbzə əsasən, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nə münasibətdə 17.081,73 manat kreditor tələbi qeydə alınıb və 0287 nömrəli kreditor tələblərinin qeydiyyatı barədə 05 fevral 2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 17.081,73 manat tələbi qeydə alınıb. "xxxx" ASC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən 02 aprel 2018-ci il tarixli Çıxarışa əsasən, İddiaçı kompensasiya olunmuş məbləğ 12.102 manat, kompensasiya olunmayan məbləğ isə 17.067,95 manat müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdeh X qarşı LPO "xxxx" ASC-i üçüncü şəxs qismində cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 19 yanvar 2017-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə əsasən, Bankda olan 17.081,73 manat əmanətinin dəyəri həcmində ona kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, "xxxx" ASC ilə onun arasında bağlanmış 19 yanvar 2017-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə əsasən, o, Banka 16 000 manat əmanət qoyub və sonradan həmin əmanətin müddəti uzadılıb və onun Bankda olan əmanətinin ümumi məbləği 17.081,73 manat olub. Maliyyə Bazarlarına Nəzarət X1 22 dekabr 2017-ci il tarixli qərarına əsasən, "xxxx" ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilib. Bundan sonra o, həmin Bankda olan əmanətinin qaytarılması üçün cavabdehə müraciət edib və cavabdeh onun müraciətindən imtina edib, əsas kimi onun Bankda ol an əmanətinin illik faiz dərəcəsinin 15,5 faiz olmasını göstərib. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2-ci maddəsinə əsasən, qorunan əmanət– sığorta hadisəsi baş verdikdə X tərəfindən qorunan əmanətçiliyə kompensasiya olunan əmanətidir. Cavabdehə müraciət edərək, ona məxsus əmanətə görə ona kompensasiya ödənilməsini tələb etsə də, cavabdeh ona kompensasiya ödəməkdən imtina edib. Halbuki, onun Banka qoyduğu əmanət, cəlb edildiyi günə “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş faizdən, yəni 15 faizdən artıq olmayıb. Sonradan iddiaçı, iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" ASC ilə aralarında bağlanmış 19 yanvar 2017-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə əsasən, "xxxx" ASC-də olan 12.334 manat əmanətinin dəyəri həcmində ona kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh isə iddiaya etiraz edərək göstərib ki, hazırki iş üzrə iddiaçıya 12.102 manat kompensasiya ödənilib. Həmçinin onun 17.068 manat tələbi qeydə alınıb. (16.000 manat 15.5 faiz açılmışdır + 1.067 manat faiz). Ödəniş qrafikinə əsasən, iddiaçıya 4.751,75 manat tranş üzrə ödəniş icra olunub. Hal-hazırda iddiaçının tələbi 12.334 manat təşkil edir. Bu əmanətin qalıq hissəsinə aid tələb isə “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 76, 77 və 82-ci maddələrinə uyğun olaraq müvafiq qaydada qeydə alınaraq, kreditorların reyestrinə daxil edilib və növbəlilik çərçivəsində ödəniləcəkdir. Həmçinin kreditorların reyestri Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının qərardadı ilə təsdiq edilib. Təsdiq edilmiş kreditor tələblərinin qeydiyyatına dair qərardaddan şikayət verilməsi nəzərdə tutulduğu halda iddiaçı həmin qərardadı ümumiyyətlə mübahisələndirməyib. Təsdiq edilmiş kreditor tələblərinin növbədənkənar ödənilməsi tələbinə dair iddia isə İPM-yə əsasən, birinci instansiya məhkəməsi qismində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən tanınır. Fond əmanətçilər üçün kompensasiya olunacaq məbləğlə bağlı ərizələri kompensasiya haqqında bildirişin dərc edildiyi gündən 1 il ərzində qəbul edir. Lakin, iddiaçının bu tələblə bağlı ərizəsi Fonda ünvanlanmayıb. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.3-cü maddəsinə əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Eyni zamanda hazırkı iş üzrə iddiaçı (məhkəmədənkənar mübahisələrin tənzimlənməsi) qaydasına əməl olunması üçün Fonda müraciət etməyib. “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət etməlidir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (C.C.Musayeva) iddia təmin edilərək, əmanət üzrə kompensasiya olaraq 12.334 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 12.364 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, bu kategoriyadan olan işlərə baxarkən ilk növbədə əmanətin sığortalı olub-olmamasına, əman ət müqaviləsində faiz dərəcəsinin X2 qərarında nəzərdə tutulmuş həddə olubolmamasına və həmin əmanət məbləğinin növbəlik qaydasında yox birbaşa X alınması mümkünlüyünü nəzərə almalıdır. Bundan başqa, qeyd edilməlidir ki, 0287 saylı qəbz ilə iddiaçının Ləğv prosesində olan "xxxx" ASC-nə kreditor tələbi ilə 05 fevral 2018-ci il tarixdə müraciət etdiyi, yəni iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddətin ötürülmədiyi müəyyən edilir. Həmçinin cavabehin iddiaçının hazırki tələbinə kreditor tələb olduğu üçün Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmədə, yəni Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında baxılmalı olmasına dair dəlili ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən, X funksiya və vəzi fələrinin əsas istiqaməti sığorta hadisəsi baş vermiş Bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsi kimi müəyyən edilib. İşdən görünür ki, iddiaçının hazırki tələbi ləğv prosesində olan Bankla iddiaçı arasında 19 yanvar 2017-ci il tarixdə bağlanmış “Bank əmanəti müqaviləsi”nə əsasən yerləşdirilmiş əmanət üzrə kompensasiyanın ödənilməsindən ibarətdir. Belə olan halda iddiaçı əmanət üzrə kompensasiya ödənilməsi tələbinə dair iddia ilə X cavabdeh qismində cəlb etməklə düzgün olaraq ümumi məhkəməyə müraciət edib. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2,1.1, 2.1.2, 2.1.3, 2.1.11, 28.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiya məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırıb ki, müəyyən edilmiş həddən yuxarı olmayan illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. “Əmanətlərin Sığortalaması haqqında” Qanunun 8.1.20-ci maddəsinə əsasən, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Xn Himayəçilik Şurasının 01 mart 2016-cı il tarixli qərarı ilə milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz müəyyən edilir. 19 yanvar 2017-ci il tar ixli “Bank əmanət müqaviləsi” bağlanan anda iddiaçı tərəfindən yerləşdirilən əmanət X Himayəçilik Şurasının 02 mart 2016- cı il tarixli qərarına uyğun olaraq milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini, yəni 15 faizi aşmadığından, həmin qərarın qüvvədə olduğu vaxt qorunan əmanət statusunda olub. Lakin, müqavilə qüvvədə olduğu dövrdə, X Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla, 01 iyul 2019-cu ildən 01 iyun 2020-ci il tarixədək milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12,5 faiz müəyyən edilib. Beləliklə, həmin andan etibarən iddiaçı tərəfindən yerləşdirilən əmanət qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini aşıb və sığortalı əmanətlər kateqoriyasından çıxıb. LPO "xxxx" ASC-də sığorta hadisəsi 22 dekabr 2017-cı il tarixdə baş verdiyindən həmin vaxt qüvvədə olan qanunvericilik tətbiq olunur. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Məlumdur ki, qanunvericilik ləğv olunmuş banklara münasibət də xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. İddiaçının tələbi kreditor tələbi kimi qeydə alınıb və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericiliklə müəyyən olunmuş formada qəbul edilib. Beləliklə, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkə məsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsmaslandırıb ki, 19 yanvar 2017-cı il tarixli “Bank əmanəti” müqaviləsi bağlanarkən, qəbul edilmiş əmanətlər “Əmanətlərin sığortalanması haqqında” Qanununa və X2 Qərarına əsasən (cəlb olunan günə X2 16 sentyabr 2016-cı il tarixli Qərarına əsasən qorunan əmanətlər üçün faiz dərəcəsi milli valyutada 15 faiz olub) qorunan əmanətlər olduğundan, həmçinin, müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilə müddətinin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilməsi əvvəlcədən razılaşdırıldığından, müqavilə müddəti bitdi kdən sonra onların eyni şərtlərlə avtoprolonqasiya olunduğu gün, yəni 19 yanvar 2017-ci il tarixdən sonra da “əmanət qorunan” əmanət statusunu itirməyib. Belə olan halda, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib və apellyasiya şikayətinin dəlillərinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini öz mövqeyini Mülki Məcəllənin 21.1, 944.1, 947.2, 950-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayəti onunla əsaslandırılıb ki, 19 yanvar 2017-ci il tarixli “Bank əmanət müqaviləsi” bağlanan anda iddiaçı tərəfindən yerləşdirilən əmanət Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 02 mart 2016- cı il tarixli qərarına uyğun olaraq milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini, yəni 15 faizi aşmadığından, həmin qərarın qüvvədə olduğu vaxt qorunan əmanət statusunda olub. Lakin, müqavilə qüvvədə olduğu dövrdə, X Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla, 01 iyul 2019-cu ildən 01 iyun 2020-ci il tarixədək milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12,5 faiz müəyyən edib. Beləliklə, həmin andan etibarən iddiaçı tərəfindən yerləşdirilən əmanət qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini aşıb və sığortalı əmanətlər kateqoriyasından çıxıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər; 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.4-cü maddəsinə əsasən, əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.2-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1 -ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və maddi hüquq normalarının təfsirində səhvə yol verib. Belə ki, əvvəla işin mübahisə olunmayan hallarına görə, iddiaçı ilə Bank arasında bağlanmış 19 yanvar 2017-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə əsasən, iddiaçı Banka illik 15 fizlə 6 ay müddətinə 16.000 manat əmanət qoyub. Əmanət qoyularkən illik 15 faiz dərəcəsi olduğu üçün qounan əmanət st atusunda olub. Lakin, sonradan sözügedən müqavilə qüvvədə olduğu dövrdə X Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla, 01 iyul 2019-cu ildən 01 iyun 2020-ci il tarixədək milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12,5 faiz müəyyən edib. İddiaçı ilə Bank arasında bağlanmış sözügedən müqavilənin 1.4-cü bəndinə görə, əmanət 19 yanvar 2017-ci ildən 19 iyul 2017-ci il tarixədək 6 ay müddətinə qəbul edilib. Həmin Müqavilənin 5.2-ci bəndində göstərilir ki, müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Apellya siya instansiyası məhkəməsi, iddiaçı ilə Bank arasında bağlanmış sözügedən müqavilənin şərtlərini təfsir edərkən, müqavilənin müddətinin 19 iyul 2017-ci il tarixdə bitməsini, müqavilənin qeyd olunan şərtinə görə müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürəlmədikdə, bu müqavilənin eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilməsini nəzərə almadan, Bankın müqavilənin müddətini birtərəfli qaydada, iddiaçıya məlumat vermədən, müqavilə şərtlərinin dəyişdirilməsinə dair əlavə saziş bağlamadan uzatmasına dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin mənasına görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır. Bu zaman məhkəmə bütün müvafiq halları, o cümlədən müqaviləyə qədərki danışıqları, yazışmaları, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, habelə tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır. Göründüyü kimi, sözügedən müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin müddəti bitdikdən sonra iddiaçı əmanətini götürmədiyi üçün müqavilə Bank tərəfindən eyni şərtlərlə, lakin həmin günə Bankda qüvvədə olan 12,5 faiz dərəcəsi ilə avtoprolonqasiya edilib. Apellyasiya instansiyası məhkəməsi bu hala, yəni müqavilənin müddətinin bitdiyi günə Bankda qüvvədə olan faiz dərəcəsini, habelə hə min andan etibarən iddiaçı tərəfindən yerləşdirilən əmanət qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini aşdığı üçün, sığortalı əmanətlər kateqoriyasından çıxarılmasını nəzərə almayıb. Daha sonra, işdən görünür ki, Bankda sığorta hadisəsi baş verdikdən sonra iddiaçının Bank qarşısında olan kredit tələbi, yəni əmanətin qalıq hissəsi “Banklar haqqında” Qanunun 76, 77-ci maddələrinə əsasən qeydə alınıb və həmin Qanunun 82-ci maddəsinin tələblərinə uyğun olaraq növbəlilik qaydasında icra edilir. İşin bu halları iddiaçının iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi, habelə cavabdehin yazılı etirazı və ona əlavə edilmiş Bank hesabından çıxarışla da təsdiq olunur. Belə ki, həmin Çıxarışa görə, 29 dekabr 2019-cu ildən 01 oktyabr 2021-ci il tarixədək olan dövrün əvvəlinə idd iaçının nominal qalıq əmanəti 17.086,68 manat təşkil edib və Bankın tərtib etdiyi qrafikə əsasən iddiaçıya 4.751,25 manat tranş üzrə ödəniş icra edilib. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə işin bu halları üzrə heç bir araşdırma aparmayıb və işə əlavə edilmiş sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi qiymət verməyib. Halbuki, həmin maddənin mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətin in yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara Mülki Prossesual Məcəllənin 88ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiym ət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(103)-2364/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar