Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3785/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa 05.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgüloğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4192/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X 01/32 saylı əmri ilə İddiaçı xx.xx.2019-cu il tarixdən iki il müddətinə metodist vəzifəsinə qəbul edilmişdir.
2. X xx.xx.2023-cü il tarixli, 356 K saylı əmrilə X1 ilə bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsasına görə xitam verilmiş və o tutduğu metodist vəzifəsindən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh X qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, X saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması, o cümlədən işə bərpa olunacağı tarixə qədər aylıq 1175 manat olmaqla əmək haqqının hesablanaraq ona ödənilməsi və əvəz etmələr üzrə dərs saatlarına görə ödənilməmiş 12727 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilmə sini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, işəgötürənin xx.xx.2023-cü il tarixli, 356 K saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-ci maddəsinin 1-ci hissəsinə əsaslanaraq həmin tarixdən qanunsuz olaraq xitam verilmişdir. xx.xx.2023-cü il tarixli məktubda müqavilənin xitam veriləcəyinə dair xəbərdarlıq məktubu iddiaçıya göndərilmişdir. İddiaçı əmrin surətini aldıqdan sonra 18 saylı Bakı Mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində cavabdehin nümayəndəsinə hüquqlarının pozulmasını bildirsə də, o, haqlı olduqlarını və qərarlarının dəyişilməz olduğunu bildirmişdir. X əsası 2018-ci ildə Koreya Respublikasının “KT Konsorsium” şirkəti ilə imzalanan saziş əsasında qoyulub. Mərkəz üçün yeni bir ədəd inzibati, iki ədəd tədri s emalatxanaları və həmçinin iki ədəd yataqxana tikildi. İddiaçı bu vaxtadək işi ilə əlaqədar hər hansı səhlənkarlığa, məsuliyyətsizliyə yol verməmişdir. Əksinə, hər tədbirdə öndə olmuş, daim Mərkəzi təmsil etmişdir. Bu illər ərzindəki fəaliyyətini nəzərə alaraq, iddiaçı işinə xitam verilməsinin ədalətli deyil. 5 illik əmək fəaliyyətinin tamamında cavabdeh tərəfindən əmək münasibətlərinə birtərəfli qaydada xitam verilməsi qanunsuz və qərəzlidir. Qanunsuzdur ona görə ki, əmək funksiyalarının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi. Aralarında müddət müəyyən edilmədən əmək müqaviləsi bağlanılmalı idi. Bağlanılmamağına səbəb kimi isə, həmişə ikili maliyyələşmə və əmək haqqların ikili ödənişli göstərilib. Onlara VÖEN açdırılıb və əmək haqqının bir hissəsi xidmət haqqı kimi ödənilib. Bütün bunların səbəbi kimi isə, Mərkəzin yeni yaranması və maliyyələşmənin bir hissəsinin Koreya dövləti tərəfindən edildiyi bildirilib. İddiaçı ilə əmək müqaviləsi 2019-cu ilin sentyabr ayında bağlansa da, cavabdehlə əmək münasibətləri 2018-ci ilin sentyabr ayından yaranmışdır. Sadəcə, Mərkəzin fəaliyyətinin gec qurulması müqavilənin bağlanmasını gecikdirmişdir. Həmin dövrdə müəllimlər sıfırdan dərs proqramları və materialları hazırlamışlar. Yeni tədris ili başlayanda isə onlarla müqavilə bağlanıldı və onlar dərslərə başladılar. İddiaçı işdən çıxarılmağından 1 ay öncə Mərkəzdə baş verən qanun pozuntuları və təlimçilərə olan qərəzli münasibətlə bağlı bir qrup təlimçi ilə bərabər Təhsil Nazirliyinə müraciət etmiş və həmin şikayətin yazılmasında iddi açını təşkilatçı hesab etdikləri üçün işdən azad ediblər.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsində qeyd etdikləri tamamilə əsassızdır. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə tərəflərin hüquq və bərabərlik prinsipinə əməl edilməklə qarşılıqlı razılığı ilə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixədək 460 manat əmək haqqı müəyyən edilməklə müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı metodist vəzifəsinə təyin edilmişdir. Həmin tarixdə tərəflərin qarşılıqlı razılığı ilə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixədək (2 il) avtomatik olaraq uzadılmışdır. Əmək Məcəlləsinin 55-ci maddəsinin tələblərinə əsasən xx.x x.2022-ci il tarixdə iddiaçının əmək haqqı artırılaraq 912,02 manat, xx.xx.2022-ci il tarixdə isə 967,22 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçıya bildirişlə məlumat verilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinin müddəti bitib və ona xitam veriləcəkdir. Lakin iddiaçı əmrin surətini götürməkdən imtina etmişdir. Əmək kitabçası iddiaçıya şəxsən xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün ona qabaqcadan xəbərdarlıq edilməklə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68 “b” maddəsinə əsasən, həmin Məcəllənin 73.1-ci maddəsini nəzərə alınmaqla xitam verilmişdir. Tərəfin razılığı ilə əmək müqaviləsi müddətli olaraq bağlanmış və iddiaçı heç vaxt müddəti mübahisələndirməmiş, əmək müqaviləsi bağlanan zaman əmək müqaviləsinin müddətli olmasına heç bir narazılıq bildirməmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1069/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim N. Nəbizadə) iddia rədd edilmişdir.
7. Məhkəmə iş materiallarında olan sənədlərə istinad edərək qeyd etmişdir ki, əvəzetmə saatları ilə ödənişlərin sistemsiz və bəzi aylar üzrə ziddiyyətli olması aşkardır, lakin nəticə etibarı ilə alınmalı olan məbləğlərin iddiaçıya ödənilməsi müəyyən edilir. İddiaçı özü əlavə ödənilən məbləğlərin əvəz etmələrə görə ödənilmədiyini iddia etsə də, qeyd olunan xüsusat iş materiallarında öz əksini tapmır və hüquqi şəxsin məhkəməyə təqdim edilmiş mühasibatlıq sənədləri ilə təkzib edilir. Belə ki, iddiaçının aldığı əmək haqqı sabit olmuş və cav abdehin əmək müqaviləsinin müddəalarından çıxış edilərsə, ona hər hansı əlavələrin ödənilməsi kimi öhdəliyi olmamış və həmin əlavə ödənişlərin təyinatı müəyyən edilmədən sırf iddiaçının “ödənişlərin əvəzetmələrə aidiyyəti yoxdur” dəlilinə əsaslanaraq 7000 manata yaxın pulun cavabdehdən tutularaq ona ödənilməsi qanunsuz və əsassız olardı.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə, Əmək Məcəlləsinin 42.1, 43.1, 45.1, 47 “f”, 68.2 “b”, 73-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.İddiaçı apellyasiya şikayə tini onunla əsaslandırmışdır ki, o, faktiki olaraq 5 il müddətinə əmək fəaliyyətinə cəlb olunmuşdur. Lakin, onunla müddətsiz əmək müqaviləsi bağlanılmaq əvəzinə işdən azad ediblər. Onun əmək funksiyalarının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi. Aralarında müddət müəyyən edilmədən əmək müqaviləsi bağlanılmalı idi. Bağlanılmamağına səbəb kimi isə həmişə ikili maliyyələşmə və əmək haqqlarının ikili ödənişli olması olub. Onlara VÖEN açdırılıb və əmək haqqının bir hissəsi xidmət haqqı kimi ödənilib. Bütün bunların səbəbi kimi isə, Mərkəzin yeni yaranması və maliyyələşmənin bir hissəsinin Koreya dövləti tərəfindən edildiyi bildirilib. Onunla əmək müqaviləsi 2019-cu ilin sentyabr ayında bağlanılsa da, cavabdehlə aralarında əmək münasibətləri 2018-ci ilin sentyabrından yaranmışdır. Sadəcə, Mərkəzin fəaliyyətinin gec qurulması müqavilənin bağlanılmasınıgecikdirmişdir. Həmin dövrdə müəllimlər təlimlərdə, Mərkəzin təchizatında iştirak etmişlər, sıfırdan dərs proqramları və materialları hazırlamışlar. Yeni tədris ili başlayanda isə, onlarla müqavilə bağlanıldı. Bundan əlavə onun işdən azad olunması ona qarşı qərəzdən irəli gəlir. Çünki, işdən çıxarılmağından 1 ay öncə Mərkəzdə baş verən qanun pozuntuları və təlimçilərə olan qərəzli münasibətlə bağlı bir qrup təlimçi ilə bərabər Təhsil Nazirliyinə müraciət edilmişdi. Həmin şikayətin yazılmasında onu təşkilatçı hesab ediblər və cəzalandırıblar. Birinci instansiya məhkəməsində bütün bu hallara aydınlıq gətirildi. Lakin, məhkəmə öz qararında bunların heç birinə münasibət bildirməyib. O nun 2019-cu ildən Mərkəzin işinə cəlb edilmədi barədə işin faktiki hallarına münasibət bildirməyib. Yalnız qarşı tərəfin təqdim etdiyi əmək müqaviləsinə və formal tərtib olunmuş arayışa əsaslanaraq qərar qəbul edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4192/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərovvə E.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1069/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 12.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı bildirmişdir ki, cavabdehlə aralarında əslində müddət müəyyən edilmədən əmək müqaviləsi bağlanılmalı idi. Müddətli əmək müqaviləs i hər iki tərəfin razılığı ilə bağlanmışdır. İddiaçı əmək müqaviləsi bağlanan zaman aralarında bağlanan əmək müqaviləsinin müddətli olduğunu bilirdi və müqavilə tərəflərin qarşılıqlı razılığı ilə imzalanmışdır. Əmək müqaviləsinin müddətli olmasını iddiaçı heç vaxt mübahisələndirməmişdir. Həmçinin iddiaçı cavabdeh tərəfindən qərəzli olaraq əmək müqaviləsinə xitam verilməsini qeyd etsə də, aparılmış məhkəmə araşdırmaları ilə cavabdeh tərəfindən iddiaçıya hər hansı qərəzin nümayiş etdirilməsi müəyyən edilməmiş, həmçinin iddiaçı tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. 13.Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı özü əlavə ödənilən məbləğlərin əvəz etmələrə görə ödənilmədiyini iddia etsə də, qeyd olunan xüsusat iş materiallarında öz əksini tapmır. Belə ki, iddiaç ının aldığı əmək haqqı sabit olmuş və cavabdehin əmək müqaviləsinin müddəalarından çıxış edilərsə, ona hər hansı əlavələrin ödənilməsi kimi öhdəliyi olmamış və həmin əlavə ödənişlərin təyinatı müəyyən edilmədən, iddia olunan pulun cavabdehdən tutularaq ona ödənilməsi aşkar əsassız olardı. 14.Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1, 43.1, 45.1, 47 “f”, 68.2 “b”, 73-cü maddələrinə, habelə MPM-in 14.2, 77.1, 372.1, 372.2, 372.6, 372.7, 380.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 15.İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 16.İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, ilk əmək müqaviləsini xx.xx.2019-cu il tarixdə bağlayıb, bundan sonra dəfələrlə dəyişiklik olub, əmək haqqı dəyişdirilib. Məhkəməyə təqdim etdiyi sübutlara əsasən əmək haqqının 460 manat olması, azad olunarkən isə 967 manat təşkil etməsidir. Bu sübutları cavabdeh qəsdən məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinə əlavə etdiyi bildirişdə əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyi göstərilir. Lakin əmək müqaviləsi 2 il müddətinə bağlanılmışdır və müddət xx.xx.2022-ci il tarixdə başa çatır. Bu zaman xx.xx.2023-cü il tarixdə işdən azad edilməsi qanunsuz olmuşdur. Həmçinin məhkəmə iclasından 2 saat əvvəl ərizə və təcili yardım arayış ı ilə işin təxirə salınması barədə məhkəməyə müraciət etsə də, məhkəmə iclası təxirə salınmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Cavabdehin vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz göndərərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 18.Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 19.Maddə 43.1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 20.Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 21.Maddə
47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; 22.Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; 23.Maddə
73. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 24.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 27.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 28.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 29.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 30.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 31.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 32.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tət biq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 33.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 34.Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən ta m mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 35.Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 36.İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasla rın olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. 37.Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsi hər iki tərəfin razılığı ilə bağlanmışdır. 38.İddiaçı özü də izahatında əmək müqaviləsi bağlanan zaman cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinin müddətli olduğunu bilirmiş və müqavilə tərəflərin qarşılıqlı razılığı ilə imzalanmışdır. Əmək müqaviləsinin müddətli olmasını iddiaçı heç vaxt mübahisələndirməmişdir. Həmçinin iddiaçı cavabdeh tərəfindən qərəzli olaraq əmək müqaviləsinə xitam verilməsini qeyd etsə də, aparılmış məhkəmə araşdırmaları ilə cavabdeh tərəfindən iddiaçıya hər hansı qərəzin nümayiş etdirilməsi müəyyən edilməmiş, həmçinin iddiaçı tərəfindən bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. 39.Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı özü əlavə ödənilən məbləğlərin əvəz etmələrə görə ödənilmədiyini iddia etsə də, qeyd olunan xüsusat mülki iş materiallarında öz əksini tapmır. Belə ki, iddiaçının aldığı əmək haqqı sabit olmuş və əmək müqaviləsinin müddəalarından çıxış edilərsə, cavabdehin iddiaçıya hər hansı əlavələrin ödənilməsi kimi öhdəliyi olmamışdır. Belə olan halda əlavə ödənişlərin təyinatı müəyyən edilmədən, iddia olunan pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi aşkar əsassızdır. 40.Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəllilərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 41.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellya siya Məhkəməsi Mülki kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(103)-4192/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.