Məhkəmə qərarları › İş №2(102)-3786/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3786/2021

16.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3786/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı1, vəkili Vəkil1 Oktay oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli qərardadından iddiaçıların kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin 2(036)-469/2020 saylı iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ü.O.Qənbərov) iddia qismən təmin edilmiş, A 481674 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədi Azərbaycan Respublikası Əmlak Məsələləri DK DƏDRX tərəfindən verilmiş 18.09.2020-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş planda ardıcıl olaraq 8;5;2;3 rəqəmləri ilə işarələnmiş 579,0 km ərazinin İddiaçı1 aid olan torpaq sahəsinə bitişik 376,5,0 kv.m hissənində ləğv edilməsi və **********69 reyestr nömrəli daşınmaz əmlak üzərində X1 mülkiyyət hüququna dair daşınmaz əmlakın reyestr qeydinin müvafiq olaraq ləğv edilərək 423,5 kv/m torpaq sahəsinin qeydiyyatı saxlanılmaqla dəyişdirilməsi; rəyə əlavə edilmiş planda ardıcıl olaraq 8;5;6;7 rəqəmləri ilə işarələnmiş torpaq sahəsinin (İmişli bələdiyyəsi tərəfindən İddiaçı1 satılmış 1000 kv/m torpaq sahəsinin) ərazisindən 6;7 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrindən 5;8 rəqəmi ilə işarələnmiş döngə nöqtələri istiqamətində ölçülüb cəmi 699,0 kv/m torpaq sahəsi ayrılaraq iddiaçıya verilməsi və həmin torpaq sahəsindən cavabdehlərin çıxarılaraq ərazisinin hüdudları boyunca tikilmiş daş hasar onların öz hesabına sökülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1216/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qərardadı ilə (hakimlər İ.Q.Əsədov, M.K.Həsənov, Z.A.Zeynalov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə - A 481674 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin AR ƏMDK DƏDRX tərəfindən verilmiş 18.09.2020-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş planda ardıcıl olaraq 8;5;2;3 rəqəmləri ilə işarələnmiş 579,0 km ərazinin İddiaçı1 aid olan torpaq sahəsinə bitişik 376,5,0 kv.m hiss ənində ləğv edilməsi, **********69 reyestr nömrəli daşınmaz əmlak üzərində X1 mülkiyyət hüququna dair daşınmaz əmlakın ********** nömrəli reyestr qeydinin müvafiq olaraq ləğv edilərək 423,5 kv.m torpaq sahəsinin qeydiyyatı saxlanılmaqla dəyişdirilməsi hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı verdiyi kassasiya şikayətində qərardadın ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi müvafiq qərardadı qəbul edərkən mübahisənin icraata xitam verilən hissədə inzibati xarakterli olması və birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyətinin düzgün müəyyən edilməməsi qənaətinə gəlmişdir. Daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılan qeydiyyat, inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunduğunu nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki iddianın - plan və ölçünün, reyestr qeydinin ləğvi hissəsi inzibati xarakterlidir və birinci instansiya məhkəməsi hazırki halda iddianı icraata qəbul edərkən məhkəmə aidiyyəti məsələsini düzgün müəyyən etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM-nin) 2.2-ci maddəsinin tələbinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında iddialara baxılır. (2.2.1 və 2.2.5ci maddələr). Apellyasiya məhkəm əsi qeyd etmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr tərəfindən aparılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1 -ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 19 may 2014-cü il tarixli qərarında göstərilir ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərinə görə əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin adına plan və ölçü sənədi verilmiş, mülkiyyət hüququ qeydə alınmış, mülkiyyət hüq uqunu təsdiq edən müvafiq çıxarış verilmişdir. İddiaçının tələbi ilk növbədə cavabdeh adına plan və ölçü sənədi və mülkiyyət hüququnun qeydiyyatı ilə bağlıdır. Digər tələb - torpaq sahəsindən çıxarılma və hasarın söküİməsi əvvəlki tələbdən törəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya rəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Bundan başqa, müəyyən edilir ki, cavabdehin adına mülkiyyət hüququnu təsdiq edən arayışın verilməsinə əsas olmuş müəyyən sə nədlər (torpağın ayrılması barədə bələdiyyət qərarı) vardır. Apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh A.Cəfərovun adına torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyə qərarı da hazırda qüvvədədir. Sözügedən qərarın preyudisiallığı vardır. İddiaçı bələdiyyə qərarının qanuniliyini də mübahisələndirməmişdir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına düzgün qiymət verməmiş, həmin iddianı səhvən mülki iddia kimi icraata götürmüşdür. Halbuki, sözügedən iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildi. Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar