Məhkəmə qərarları › İş №2(102)-3786/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3786/2023

02.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3786/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X7 ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1531/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinə 02 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1.X5 və "xxxx" MMC arasında bağlanan xx.xx.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən "xxxx" MMC-nin ünvan 1 ünvanda inşa etdiyi binadan, ümumi sahəsi 81,5 kv metr olan 2 otaqlı 38 nömrəli mənzili X2 alınmışdır. Mənzilin dəyəri tam ödənilmiş, bu barədə X4 xx.xx.2011-ci il tarixli maliyyə arayışı verilmişdir. 2.Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli Koorperativ Mənzil Tikintisi haqqında müqaviləyə əsasən Şaiq MTK, ünvan 2 ünvanda inşa ediləcək yaşayış binasın ın 38 saylı mənzilini İddiaçı verməyi, İddiaçı isə hər ay 665 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışı vardır. 3.Göstərilən mənzilin MTK tərəfindən X4 təhvil verilməməsi əlaqədar məhkəmə mübahisələri olmuşdur. 4.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)5464/2012 saylı qətnaməsi ilə ünvan 3 ünvanda inşa olunan 14 mərtəbəli 1 girişli yaşayış binasının 81,5 kv m yaşayış sahəsi olan 38 nömrəli mənzilin X4 verilməsi qət olunmuşdur. 5.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi ilə "Şərur” MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-5464/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmşıdır. 6.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2013-cü il tarixli 2(102)-4307/2013 nömrəli qərarı ilə "Şərur” MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə qeyd edilən qərarına görə "xxxx" MMC tərəfindən başlanılmış tikintinin, sonradan kim tərəfindən davam etdirilməsindən asılı olmayaraq, müqavilədə göstərilən 38 nömrəli mənzil iddiaçı X4 verilməlidir. 7.Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)3852/2020 saylı qətnaməsi ilə iddiaçı X3 Cavabdeh MTK-ya qarşı “mənzilin özəlləşdirilməsinə dair zəruri sənədlərin verilməsi” tələbinə dair iddiası təmin edilmişdir.

8. Cavabdeh MTK-nın sədrinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, X3 ad ına mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş ünvan 4 ünvandakı binanın 38-ci mənzilidir. Mənzilin yenidən nömrələnməsi nəticəsində 38 saylı mənzil 44 №-li olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 9.İddiaçı cavabdeh "Şaiq” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzilin Cavabdeh MTK tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK-nın xx.xx.2011-ci il tarixli ümumi yığıncağının protokoluna əsasən kooperativin üzvlüyünə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış eyni tarixli müqaviləyə əsas ən MTK Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 34 B ünvanında inşa edilən binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı, sahəsi 81,25 kv metr olan mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzilin dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi tam icra etmiş, buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Belə ki, cavabdeh iddiaçıya mənzili təhvil vermiş, iddiaçı mənzili qismən təmir etmiş, lakin sonradan müəyyən olunmuşdur ki, həmin mənzilə dair başqa şəxsin adına dövlət reyestrindən çıxarış mövcuddur. Hal-hazırda cavabdeh mənzili iddiaçıya təhvil verməkdən imtina edir. İddiaçı mənzilin kommunal xərclərini ödəmiş, həmin mənzildə quraşdırılmış su, işıq və qaz sayğacları iddiaçının adına qeydiyyata alın mışdır.

11. Birinci instansiya məhkəməsinin iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin əsassız olduğunu göstərmiş və bu səbəbdən də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi göstərmişdir ki, mübahisəli mənzilin hazırki nömrəsi 44-dür və X4 məxsusdur. Bununla bağlı Ali Məhkəmənin qərarı da mövcuddur. İlkin olaraq mənzilin nömrələnməsi 3-cü mərtəbədən başlanılmış, 1-ci və 2-ci mərtəbədəki qeyri-yaşayış sahələri nəzərə alınmamış, sonra yenidən nömrələnmə olmuş, 2-ci mərtəbədən başlanılmış, daha sonra yenə də 3-cü mərtəbədən başlanılmaqla nömrələnmə həyata keçirilmişdir. Hal-hazırki 44 saylı mənzil əvvəlki 38 saylı mənzildir. İddiaçının mənzili "xxxx" MTK-dan aldığını, 38 saylı ev üçün 29000 manat məbləğində pulu "xxxx" MTK-ya ödədiyini, Cavabdeh MTK ilə "xxxx" MTK arasında əməkdaşlıq olduğunu, "xxxx" MTK barəsində cinayət işi açıldığını, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvandakı binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı sahəsi 81,25 kv metr mənzilin Cavabdeh MTK tərəfindən X4 verildiyini, mərtəbə problemi olduğunu, qeyriyaşayış sahəsindən sayıldıqda səhv olduğunu bildirmişdir.

12. Birinci instansiya məhkəməsində icraat zamanı X5 cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.Əyyubov) 2(004)5576/2021 saylı iş üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

14. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşd ırması zamanı iddiaçının iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzilin, mənzillərin yenidən nömrələnməsi nəticəsində 9-cu mərtəbədə yerləşən 44 saylı mənzil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, mübahisəli mənzilə tərəflərin iştirakı ilə yerli baxış keçirilən zaman mübahisəli mənzilin köhnə nömrə ilə 38, yeni nömrə ilə 44 saylı mənzil olması və mübahisənin bu mənzillə bağlı olması müəyyən edilmişdir. Mübahisəli mənzilə dair ilkin müqavilə xx.xx.2011-ci il tarixdə "xxxx" MMC ilə X5 arasında, sonrakı müqavilə isə xx.xx.2011-ci il tarixdə "Şaiq” MTK ilə İddiaçı arasında bağlanılmış, həmin mənzilə xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Re yestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmaqla X3 adına çıxarış verilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)5464/2012 saylı qətnaməsi ilə ünvan 7 ünvanda inşa olunan 14 mərtəbəli 1 girişli yaşayış binasının 81,5 kv m yaşayış sahəsi olan 38 nömrəli mənzilin X4 verilməsi qət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-5464/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və Ali Məhkəmnin Mülki kollegiyasının xx.xx.2013-cü il tarixli 2(102)-4307/2013 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin adı çəkilən qərarında "Kamran B.Ə” MMC tərəfindən başlanılmış tikintinin, sonradan kim tərəfindən davam etdirilməsindən asılı olmayaraq müqavilədə göstərilən 38 nömrəli mənzil iddiaçı X4 verilməli olduğu da qeyd edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin Mülki Məcəlləsinin 139, 146, 152 və 178-ci maddələrinə, Mənzil Məcəlləsinin 112-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 119.1 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri tam icra etmişdir və cavabdehə heç b ir borcu yoxdur. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Belə ki, cavabdeh ona bir mənzil təhvil vermiş, mənzili qismən təmir etmiş və sonradan məlum olmuşdur ki, həmin mənzilə dair başqa şəxsin dövlət reyestrindən çıxarışı vardır. Hal-hazırda isə cavabdeh mənzilin təhvil verilməsindən imtina edir. Həmçinin təhvil verilmiş mənzilin kommunal xərclərini ödəmiş, həmin mənzildə quraşdırılmış su, işıq və qaz sayğacları onun adına qeydiyyata alınmışdır. Göründüyü kimi tərəfindən müqavilə öhdəliyi tam icra edilmiş, lakin cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilməmişdir. Mübahisəli mənzillə bağlı hüquqları yaranmışdır. Həmin hüquqların adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə bağlı isə qeyd edir ki, müqavilə öhdəliyini tam icra etdiyində n və həmin mənzil təhvil verildiyindən mənzilə mülkiyyət hüququ əldə etmişdir. Mənzilin iki şəxsə satılması isə cinayətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, məhz həmin mənzilin başqa şəxsə satılması və yaxud da mənzilin başqa şəxsin mülkiyyətində olması cavabdehi müqavilə öhdəliyinin icrasından azad etmir. Məhkəmə iş materiallarında olan sübutları obyektiv araşdırmamış və buna görə də düzgün olmayan nəticəyə gəlmişdir.

18. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, iddia edilən mənzilin - Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda Cavabdeh MTK tərəfindən inşa olunan binanın 1-ci girişində, 9cu mərtəbəsində yerləşdiyini, İddiaçı Cavabdeh MTK tərəfindən satılmış mənzilin isə müqavilə üzrə həmin binanın 1-ci girişinin, 8-ci mə rtəbəsində göstərildiyini nəzərə alaraq, iddia olunan mənzil ilə müqavilə üzrə satılmış mənzilin ayrı-ayrı mənzillər olduğu müəyyən edilir. Eyni zamanda X1 mənzilin xx.xx.2021-ci il tarixli 06 saylı protokoldan çıxarışa əsasən binanın 9-cu mərtəbəsində yerləşdiyini və baxış zamanı təqdim olunmuş mənzilin binanın 9-cu mərtəbəsində yerləşdiyini nəzərə alaraq, X4 faktiki istifadəsində olan və satılmış mənzillər eyni mərtəbədə yerləşir. Lakin iddia olunan mənzilin qapısı bağlı olduğundan, həmin mənzilin ilkin müqavilədə və çıxarışda (texniki pasportda) göstərilən yaşayış sahələrinin eyni və ya fərqli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Mənzillərin ünvanlarının təyin olunması tikinti ekspertinin səlahiyyətinə aid deyildir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakiml ər F.Ş.Talışinski sədrlik edən və məruzəçi, A.N.İmanov və Q.A.Əsgərov) 2(103)-1521/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5576/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı “müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzilin cavabdeh "Şaiq” MTK tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir.

20. Apellyasiya məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, eksper t rəyinə əsasən iddia olunan mənzil ilə müqavilə üzrə satılmış mənzilin ayrı-ayrı mənzillər olduğu müəyyən edilmiş, iddiaçının müqavilə öhdəliklərinə dair hər hansı məhkəmə mübahisəsi olmamışdır. İddianın rədd edilməsinə əsas üçüncü şəxsə mənsub mənzilin iddia edilən mənzillə eyni olması olmuşdur. Lakin üçüncü şəxs X5 ilə mənzilə dair müqavilə "Kamran B.Ə” MMC arasında bağlanmış və ümumi sahəsi 81,5 kv m göstərilmiş, sonradan xx.xx.2021-ci il tarixli Şaiq MTK üzvlərinin ümumi yığıncağının 06 №-li protokolundan çıxarışa əsasən X3 Cavabdeh MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 34B saylı yaşayış binasında, 1-ci giriş, 9-cu mərtəbə, ümumi sahəsi 81,25 kv metr yaşayış sahəsi 38,03 kv metr 2 otaqlı, 44 saylı mənzilin verilməsi qərara alınmış v ə dövlət reyestrində 44 saylı mənzil kimi qeydiyyata alınmışdır. İddiaçıya verilən maliyyə arayışı ilə isə 38 mənzilin tikinti sahəsi 81,25 kv metr, yaşayış sahəsi isə 36,45 kv metr göstərilmişdir.

21. Müqavilədəki qeyd edilən mənzilin ünvanı (nömrəsi) dövlət qeydiyyatından keçmədiyindən şərti müəyyən edilmiş və qeyd edilən mənzillərin, yəni iddiaçıya və Füzuli Tağıyevə aid sənədlərdə göstərilən mənzillərin eyni olması ehtimalı olduğu təqdirdə belə bu hal cavabdeh MTK-nın müqavilə öhdəliklərindən irəli gələn vəzifələrinin xitamına əsas ola bilməz. Yəni, iddiaçının müqaviləsində şərti olaraq qeyd edilmiş mənzillə təmin edilməsi mümkün olmadığı halda belə cavabdeh tərəfindən oxşar mənzillə iddiaçını təmin etmək hüquqları sonuncunun vəzifələrindən irəli gələn öhdəliklə bağlıdir.

22. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 112, 113, 139-158, 144-1.4, 164, 178, 324, 328, 385-388, 560, 656-654-cü maddələrinə, Mənzil Məcəlləsinin 113-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14, 77, 82, 88 və 384-386-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh MTK (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayətinin onunla əsaslandırılmışdır ki, D.Bünyadzadə 34B ünvanında inşa edilən binada yerləşən mübahisəli 38 saylı mənzilə dair ilkin olaraq 32560 manat dəyəri MM-nin 178.8-ci maddəsinə əsasən tam ödənilərək ev müqavilə üzrə xx.xx. 2011-ci il tarixdə "xxxx" MMC ilə X5, sonraki müqavilə ilə 3 iyun 2008-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında həmin binanın 38 saylı mənzilinə görə xx.xx.2011-ci il tarixdə, yəni Cavabdeh MTK ilə İddiaçı arasında "xxxx" MMC-yə ödənilmiş 28700 manat nəzərə alınmaqla yeni müqavilə bağlanmışdır. Mübahisəli mənzilə tərəflərin iştirakı ilə yerli baxış keçirilən zaman mübahisəli mənzilin köhnə nömrə ilə 38, yeni nömrə ilə 44 saylı mənzil olması və mübahisənin bu mənzillə bağlı olması bildirilmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilə dair ilkin müqavilə xx.xx.2011-ci il tarixdə "xxxx" MMC ilə X5 arasında, sonrakı müqavilə isə "xxxx" MMC-dən 3 iyun 2008-ci il tarixli müqavilənin əvəzinə xx.xx.2011-ci il tarixdə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış həmin mənzilə xüsusi m ülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla X3 adına 628871 saylı Çıxarış verilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-5464/2012 saylı qətnaməsi ilə ünvan 7 ünvanda inşa olunan 14 mərtəbəli 1 girişli yaşayış binasının 81,5 kv metr yaşayış sahəsi olan 38 nömrəli mənzilin X4 verilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-5464/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli 2(102)-4307/2013 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin adı çəkilən qərarında "xxxx" MMC tərəfindən başlanılmış tikintinin, sonradan kim tərəfindən davam etdirilməsinə baxmayaraq, müqavilədə göstərilən 38 nömrəli mənzil iddiaçı X4 verilməli olduğu da qeyd edilmişdir. Həmçinin 38 saylı mənzilin özəlləşdirilməsi üçün zəruri sənədlərin Füzuli Tağıyevə verilməsinə dair Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3852/2020 saylı qətnaməsi mövcuddur. Əmlak mülkiyyət hüquqi ilə Füzuli Tağıyevə verildiyi üçün öhdəliyin daha əvvəl kreditor Füzuli Tağıyevin xeyrinə əmələ gəlməsi, həmçinin sonuncunun daha əvvəl iddia qaldırması, qətnamə çıxarılarkən apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamaqla yəni tətbiq olan qanun tətbiq edilməyərək maddi hüquq forma sı pozulmuşdur. Birinci instansiya məhkəməsi F.Tağıyevin 38 saylı mənzili ilkin almasını müəyyən etsə də, apellyasiya məhkəməsi buna da münasibət bildirməmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası xx.xx.2022-ci il tarixli qərardadla MPM-nin 97-ci maddəsinə əsasən məhkəmə ekspertiza təyin edərkən işdə iştirak edən şəxslərin ekspertiza keçirilməsində iştirakı, baxılmalı olan sualların məhkəməyə təqdim edilməsi təmin olunmamışdır. İşdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumatlandırılmamışdır. Tam olmayan ekspertiza rəyi MPM-nin 101 və 103-cü maddələrinə əsasən məhkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilməmişdir. Ekspert onun üzərinə qoyulan vəzifələrini yerinə yetirmək üçün zəruri biliyə malik olmadıqda, MPM-nin 63-cü maddəsinə əsasən rəy verməkdən imtina etməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli tam olmayan rəyində göstərilmişdir ki, mənzillərin ünvanlarının təyin olunması tikinti ekspertinin səlahiyyətinə aid deyildir. Belə olan halda işə baxan apellyasiya məhkəməsi MPM-nin 64-cü maddəsinə əsasən zəruri texniki, digər bilik və düşüncəyə malik şəxsi mütəxəssis qismində cəlb etməmişdir. Bununla da məhkəmə xx.xx.2022-ci il tarixdə 2(103)-1531/2022 saylı qətnaməni qəbul edərkən rəhbər tutduğu qanuna istinad olunmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ g əlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

28. Maddə139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

29. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

31. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

32. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlil lər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə Cavabdeh MTKnın kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

42. Belə ki, iddianı təmin edən apellyasiya məhkəməsi hesab etmişdir ki, ekspert rəyinə görə iddiaçının təhvil verilməsini tələb etdiyyi Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 34B saylı binanın 1-ci giriş, 8-ci mərtəbəsində yerləşən 38 saylı mənzil ilə həmin binada üçüncü şəxs Füzuli Tağıyevin mülkiyyətinə verilmiş 44 saylı mənzilin fərqli mənzillər olduğu müəyyən edilmiş, 38 saylı mənzilə Füzuli Tağıyevə aidiyyatı olmadığına görə həmin mənzil iddiaçıya təhvil verilməlidir.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin bu qənaəti natamam ekspert rəyinə əsaslanmaqla işin hallarına uyğun deyildir.

44. Üçüncü şəxs X3 iddiası ilə bağlı baxılan işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından, mənzillə əlaqədar X3 adına verilmiş hüquqmüəyənedici sənədlərdən, cavabdeh tərəfindən təqdim olunmuş arayış və digər sənədlərdən, cavabdeh tərəfin izahatlarından, habelə birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə yerində baxış protokolunda n görünür ki, Füzuli Tağıyevlə MTK və iddiaçı ilə MTK arasında bağlanmış 01 yanvar 2011-ci il və 30 sentyabr 2011-ci il tarixli müqavilələr eyni mənzilə, yəni ünvan 9 ünvanda inşa olunmuş binanın 1-ci girişi 8-ci mərtəbəsində, ümumi sahəsi 81,5 kv metr olan 38 nömrəli mənzillə aiddir, məhkəmə qərarlarına əsasən son nəticədə həmin mənzil Füzuli Tağıyevə mülkiyyətinə verilmiş və onun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Binadakı mənzillərin yenidən nömrələnməsi ilə əlaqədar məhkəmə mübahisələrinin predmeti olmuş 38 nömrəli mənzilə 44 nömrəsi, 32 nömrəli mənzilə isə 38 nömrəsi verilmişdir. İddiaçı də iddia ərizəsində məhz MTK ilə bağladığı müqavilədə göstərilən, yəni əvvəlki nömrəsi 38, hazırkı nömrəsi 44 olan mənzilin ona təhvil verilməsini tə ləb etmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ekspert rəyinə görə isə iddiaçının 30 sentyabr 2011-ci il tarixli müqaviləyə əsasən təhvil verilməsini tələb etdiyi mənzil binadakı mənzillərin yenidən nömrələnməsindən sonrakı vəziyyət üzrə müəyyən edilmiş, həmin mənzilin 8-ci mərtəbədəki 38 nömrəli mənzil olması qənaətinə gəlinmişdir ki, bu da işin hallarına uyğun deyildir. İş materiallarına görə yeni nömrələnmə ilə 8-ci mərtəbədəki 38 nömrəli mənzilin iddiaçı ilə bağlanmış 30 sentyabr 2011-ci il tarixli müqavilənin predmeti olan mənzil olması müəyyən edilmir. Həmin mənzilin kimə məxsus olmasını aydınlaşdırılmamış, mənzilin sahibi işə cəlb olunmadan apellyasiya məhkəməsi onun hüquq və mənafelərinə toxunan məsələni həll etmişdir.

46. İşin yuxarıda qeyd olunan faktiki h allarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Baekı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1531/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar