Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3787/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı1 Cavabdeh1 qarşı “pul tələbi”nə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(104)-3918/2019 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh1 3.000 (üç min) ABŞ dolla rı məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1660/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 3.000 (üç min) ABŞ dolları məbləğində pulun qətnamə icra olunan günə Azərbaycan manatının məzənnəsi ilə və 30 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçının xeyrinə tutulması qət edilmişdir. (hakim Emin Axundov) Cavabdeh1 qətnamədən apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-3918/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1660/2019 saylı, xx xxxx 2019-cu il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi) Loğman Süleymanov, Azər Bayramov) Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarını pozmaqla qəbul etmiş, iddia müddətinin ötürülməsi barədə ərizəni nəzərə alıb, iddianı rədd etməməklə səhvə yol vermişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəs inə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı1 iddiasına görə cavabdeh 2014-cu ilin noyabr ayının 25-də 2017-ci ilədək qaytarmaq şərti ilə ondan 3.000 ABŞ dolları məbləğində pulu borca almış, lakin vədinə əməl edib borcunu qaytarmamışdır. Pulu cavabdehə bank vasitəsilə göndərib, bunu təsdiqi kimi kassa məxari c orderi var. Cavabdehin nümayəndəsi iddiaya etiraz olaraq göstərmişdir ki, həmin pulu iddiaçı qızı Mədinə Kərimovanın birinci nikahdan olan övladının təhsil haqqını ödəmək üçün göndərib. Cavabdeh də həmin pulu bankdan götürüb təhsil haqqını ödəyib. Həmçinin cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, əvvəla, iddiaçıdan borc almadığını, hətta fərz olunsa belə ki, iddiaçı cavabdehə borc verib həmin borcun 3 il müddətinə verilməsi barədə sübut olmadığı üçün iddia müddətinin keçməsini bildirmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehə 3000 ABŞ dolları pul göndərilməsi, həmin məbləğin 70 ABŞ dollarının xidmət haqqı kimi tutulması, cavabdehin 2930 ABŞ dolları pulu qəbul etməsini, eləcə də iddiaya etirazının əsası kimi istinad etdiyi halları isə cavabdehin sübut edə bilməməsini, iddiaçının pulu 2017-ci ilədək qaytarılmaq şərtilə cavabdehə verməsini, bununla da iddia müddətinin keçməməsini müəyyən edərək, iddianı təmin etmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1., 385.1, 427, 442, 448.2, 1097, 380 və 384.0.2-ci maddələri ilə əsaslandırmışdır. Barəsində şikayət verilən qətnamədən görünür ki, apelyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və işin müəyyən edilən hallarına uyğun olaraq tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşmış, əlavə olaraq, cavabdehin 3000 ABŞ dolları pulu iddiaçıya ödəməsini təsdiq edən sübutun olmamasına istinadən qətnaməni dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi və prosessual hüquq no rmalarını düzgün tətbiq etmişdir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı cavabdehə 3000 ABÇ dolları pulu bank vasitəsilə cavabdehə göndərib. Bu faktı cavabdeh də inkar etmir. İşin mübahisəli halı pulun cavabdehə borc məqsədilə göndərilib-göndərilməməsidir. Cavabdeh həmin pulun iddiaçının nəvəsinin təhsil haqqını ödəmək üçün göndərildiyini və pulu bankdan çıxarıb təhsil haqqını ödəməsini bildirmişdir. Cavabdeh etirazında iddiaçı tərəfindən göndərilən pulun təhsil haqqı olması və pulu bankdan götürdükdəm sonra təhsil haqqını ödəməsini bildirsə də, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən halından görünür ki, cavabdeh etirazının əsası kimi istinda etdiyi bu halları sübuta yetirə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəl lənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, etirazının əsasının sübuta yetirilməsi cavabdehin üzərinə düşdüyü və buna baxmayaraq, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə Mülki Məcəllənin qeyd edilən maddələrini düzgün tətbiq etmişdir. Çünki qeyd edilən normaların dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, məhkəmə kollegiyası qətnamənin maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılması barədə kassasiya şika yətinin dəlillərini qəbul etmir. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Kassasiya şikayətində istinad edilən digər dəlil də – iddia müddətinin tətbiqi barədə ərizənin nəzərə alınmaması – əsaslı deyil. Belə ki, birinci instansiya məhkıəməsi iddia müddətini tətbiqi barədə ərizəyə qiymət verərək qeyd etmişdir ki, iddiaçı pulu 2017-ci ilədək qaytarılmaq şərtilə verməsini bildirdiyi üçün hüququnun pozulması da həmin dövrdən başlamışdır. Bu halda da iddia müddətinin tətbiq barədə ərizə nəzərə alınmamalıdır. Apelyasiya instansiyası da həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Buna görə də kassasiya şikayətinin hə min dəlillərinə ayrıca qiymət verilməsi və göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)-3918/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qəra
Məhkəmə qərarları › İş №2(102)-3787/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3787/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver