Məhkəmə qərarları › İş №2(102)-3787/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3787/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3787/2021 22.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızına və Cavabdeh2 Rəfael oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh X2 vəkili Vəkil iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1052/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 04 aprel 2009-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh1 və İddiaçı müqavilə bağlamışdır. Müqavilədə göstərilir ki, Cavabdeh1 2008-ci ilin iyun ayında İddiaçı aldığı 60000 ABŞ dollarını qaytara bilmədiyi üçün özünə məxsus, Gəncə şəhəri H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektlərinin kəsişməsində 31,5 m2 və ünvan 1 ünvanda yerləşən 30 m2 mağazaları İddiaçı verir. Həmin mağazalar gələcəkdə satılarsa 60 000 ABŞ dolları İddiaçı və ya onun ailə üzvlərinə çatacaq, qalan məbləğ isə Cavabdeh1 və ya onun ailə üzvlərinə çatacaq. Əgər mağazalar icarəyə verilərsə 1450 ABŞ dolları İddiaçı yaxud onun ailə üzvlərinə çatmalı, qalan hissəsi isə Cavabdeh1 və ya onun ailə üzvlərinə çatmalıdır. Bak ı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-268/2019 saylı 13.09.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh1 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 04.06.2010-cu il tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06.08.2015-ci il tarixli hökmü ilə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.01.2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının müddəti 12 il həddində müəyyən edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 15.07.2019-cu il tarixli qərarı ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 13.05.2009-cu il tarixdən hesablanmış, 13.09.2019-cu il tarixdə cəzasının qalan his səsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rəfael oğlu və Cavabdeh3 qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 60.000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə verərək iddianın həcmini azaltmış və yalnız Cavabdeh1 60.000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 60.000 ABŞ dolları barədə borc müqaviləsi bağlamışdır. Müqavilədə göstərilir ki, Cavabdeh1 2008-ci ilin iyun ayında İddiaçı aldığı 60 000 ABŞ dollarını qaytara bilmədiyi üçün özünə məxsus olan, Gəncə şəhəri H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektlərinin kəsişməsində 31,5 m2 və ünvan 1 ünvanda yerləşən 30 m2 mağazaları İddiaçı verir. Həmin mağazalar gələcəkdə satılarsa 60 000 ABŞ dolları İddiaçı və ya onun ailə üzvlərinə çatacaq, qalan məbləğ isə Cavabdeh1 və ya onun ailə üzvlərinə çatacaq. Əgər mağazalar icarəyə verilərsə 1450 ABŞ dolları İddiaçı yaxud onun ailə üzvlərinə çatmalı, qalan hissəsi isə Cavabdeh1 və ya onun ailə üzvlərinə çatmalıdır. Bağlanmış müqaviləyə X4, X5 şahidlik etmişdir. Bundan başqa Cavabdeh1 Samux rayonu Qarayeri qəsəbəsində iddiaçının evində X6 şahidliyi ilə İddiaçı 60.00 0 ABŞ dolları borcunun olmasını və onu hissə-hissə ödəyəcəyini etiraf etmişdir. Həmin gün, yəni 13 may 2009-cu ildə Cavabdeh1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra R.X7 Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 13 sentyabr 2019-cu il tarixdə o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə azad edilmişdir. Cavabdeh hazırda iddiaçıya borclu olduğu pulu qaytarmaqdan imtina edir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim T.Qocayev, iş № 2(043)-341/2020) iddia təmin olunmuş, Cavabdeh1 60.000 (altmış min) ABŞ dolları pul ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə alınaraq İddiaçı ödənilməsi, Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 04 aprel 2009-cu il tarixli müqavilə mövcud borcun etirafı barədə mücərrəd müqaviləsidir. Cavabdeh həmin müqavilədə iddiaçıya 60.000 ABŞ dolları məbləğində borcu olduğunu və həmin borcu qaytara bilmədiyini etiraf etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 04 aprel 2009-cu il tarixli müqavilədə öhdəliyin icrası üçün müddət tarixlə göstərilməmiş, cavabdehə məxsus olan Gəncə şəhəri H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektlərinin kəsişməsində 31,5 m2 və ünvan 1 ünvanda yerləşən 30 m2 mağazaların satılması zamanı borcun ödəniləcəyi qeyd edilmişdir. Öhdəliyin icrası üçün müddətinin başlanma sı anı mağazaların satılması anı qəbul edilməlidir. Əgər həmin mağazalar satılmış olsa idi, iddiaçının artıq öz hüquqlarının pozulmasını bilməli olduğu qəbul ediləcəkdi. Həmin mağazaların satılması ilə bağlı isə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən şahid Samir Vəliyevin ifadəsindən də cavabdehin cəzaçəkmə müəssisəsində olduğu dövrdə İddiaçı olan borcunu azadlığa çıxarkən tam ödəyəcəyini bildirdiyi müəyyən edilir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddia müddətinin axımının başlandığı an kimi hüquq münasibətlərinin yarandığı anı, yəni müqavilənin bağlandığı 04 aprel 2009-cu il tarixi götürür. Halbuki, müqavilədə öhdəliyin dərhal icra edilməli olması ilə bağlı heç bir göstəriş yoxdur. Əksinə müqav ilədən öhdəliyin qeyri-məhdud zaman kəsiyində icra edilməli olması aydın olur. Nə obyektiv amil baxımından, nə də subyektiv amil baxımından iddia müddətinin axımının başlanması anı cavabdehin ərizəsində göstərdiyi kimi hüquq münasibətlərinin yarandığı vaxtdan hesablana bilməz. İddia müddətinin axımının başlanması cavabdehin cəzadan azad olunduğu vaxtdan hesablanmalıdır. Məhz bu vaxtdan iddiaçının cavabdehə verdiyi möhlətin başa çatdığı qəbul edilməlidir. Həmin vaxtdan iddia irəli sürülənədək üç ildən çox keçmədiyindən iddia müddətinin tətbiq olunması üçün əsas yoxdur. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev, A.Hüseynzadə, iş № 2(104) -1052/2021) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli, 2(043)-341/2020 saylı qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh Rafael X1 adlı şəxslə birlikdə İddiaçı məxsus olan və Gəncə şəhərində yerləşən “Günəş” yeməkxanasını 60.000 ABŞ dollarına almağa razılaşmışlar. Sonradan Cavabdeh1 öz payına düşən pulu verə bilmədiyi üçün onunla Bəxtiyar adlı şəxs arasında razılaşma olmuşdur ki, Bəxtiyar Rafaelə 57.400 ABŞ dolları qarşılığında spirtli içkilər və əlavə 3.000 ABŞ dolları pul versin, o, həmin spirtli içkiləri satdıqdan sonra 60.000 ABŞ dollarını Ədalətə ödəsin, mağaza isə bütövlükdə Bəxtiyarın mülkiyyətində qalsın. Lakin cavabdeh bundan sonra da iddiaçının pulunu ödəməmiş və iddiaçının evində tərəflər belə razılığa gəlmişlər ki, Cavabdeh1 İddiaçı aldığı 60.000 ABŞ dollarını qaytara bilmədiyi üçün ona məxsus olan Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektlərinin kəsişməsində 31,5 m2 və ünvan 2 ünvanda yerləşən 30 m2 mağazaları sonuncuya verməyi öhdəsinə götürmüş və bu barədə 04.04.2009-cu il tarixdə müqavilə bağlanmışdır. Müqavilədə həmçinin qeyd edilmişdir ki, həmin mağazalar gələcəkdə satılarsa 60.000 ABŞ dolları İddiaçı və ya onun ailə üzvlərinə çatacaq, qalan məbləğ isə Cavabdeh1 və ya onun ailə üzvlərinə çatacaq. Əgər mağazalar icarəyə verilərsə 1.450 ABŞ dolları İddiaçı və ya onun ailə üzvlərinə çatmalı, qalan hissəsi isə Cavabdeh1 və ya onun ailə üzvlərinə çatmalıdır. Lakin müqavilədə adıçəkilən mağazal arın sənədləri qaydasında olmadığı üçün iddiaçı onları realizə edə bilməmiş və cavabdehdən pulunu tələb etmiş, o isə bundan yayınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 04.04.2009-cu il tarixli müqavilə ilə onların arasında öhdəlik hüquq münasibətləri yaranmış və Cavabdeh1 həmin müqavilədə iddiaçıya 60.000 ABŞ dolları borcunun olmasını etiraf edərək, onun qaytarılması üçün öhdəlik götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi daha sonra hesab etmişdir ki, 04 aprel 2009-cu il tarixli müqavilədə öhdəliyin icrası üçün müddət tarixlə göstərilməmiş, cavabdehə məxsus olan Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektlərinin kəsişməsində 31,5 m2 və ünvan 3 ünvanda yerləşən 30 m2 mağazaların satılması zamanı borcun ödəniləcəyi qeyd edil mişdir. Ona görə də, öhdəliyin icrası üçün müddətinin başlanması anı mağazaların satılması anı qəbul edilməlidir. Əgər həmin mağazalar satılmış olsa idi, iddiaçının artıq öz hüquqlarının pozulmasını bilməli olduğu qəbul ediləcəkdi. Həmin mağazaların satılması ilə bağlı isə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən şahid Samir Vəliyevin ifadəsindən də cavabdehin cəzaçəkmə müəssisəsində olduğu dövrdə İddiaçı olan borcunu azadlığa çıxarkən tam ödəyəcəyini bildirdiyi müəyyən edilir. Cavabdeh iddia müddətinin axımının başlandığı an kimi hüquq münasibətlərinin yarandığı anı, yəni müqavilənin bağlandığı 04 aprel 2009-cu il tarixi götürür. Halbuki, müqavilədə öhdəliyin dərhal icra edilməli olması ilə bağlı heç bir göstəriş yoxdur. Əksinə müqavilədən öhdəliyin qeyri-məhdud zaman kəsiyində icra edilməli olması aydın olur. Məhkəmə hesab edir ki, nə obyektiv amil baxımından, nə də subyektiv amil baxımından iddia müddətinin axımının başlanması anı cavabdehin ərizəsində göstərdiyi kimi hüquq münasibətlərinin yarandığı vaxtdan hesablana bilməz. İddia müddətinin axımının başlanması cavabdehin cəzadan azad olunduğu vaxtdan hesablanmalıdır. Məhz bu vaxtdan iddiaçının cavabdehə verdiyi möhlətin başa çatdığı qəbul edilməlidir. Həmin vaxtdan iddia irəli sürülənədək üç ildən çox keçmədiyindən iddia müddətinin tətbiq olunması üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşaraq, qeyd etmişdir ki, cavabdeh 04.04.2009-cu il tarixli müqavilədə iddiaçıya qaytarmalı olduğu 60.000 ABŞ dolları pulun qaytarılması anını müqavilədə adıçəkilən mağazaların satılması ilə əlaqələndirmişdir ki, bu da öhdəliyin icrası üçün müddətinin başlanması anının mağazaların satılması anından hesablanmalı olmasını göstərir. Həmin mağazaların satılması isə iş materialları ilə müəyyən edilmir. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında həmin mağazaların sənədləri qaydasında olmadığından onları götürə və ya sata bilmədiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, cavabdeh həbs edildikdən sonra iddiaçı Rafaelin ailə üzvlərindən borcunu tələb etmiş, Rafael isə cəzaçəkmə müəsisəsindən dəfələrlə ona xəbər göndərərək tezliklə azadlığa çıxacağını, borcunu həbsdən çıxan kimi qaytaracağını bildirməklə, cəzasının daha da ağırlaşmaması üçün ondan şikayət etməməsini xahiş etmiş, həmçinin, iddiaçının pu lunun ödənilməsini gecikdirdiyinə görə ona məxsus mağazaların icarəsindən 2010-cu il ərzində hər ay 500 ABŞ dolları olmaqla, 11 ay üzrə 5.500 ABŞ dolları iddiaçıya pul vermiş, 2013-cü ildə də cavabdehin göstərişi ilə ailə üzvləri iddiaçıya 500 ABŞ dolları pul vermiş, 2015-ci ildə cavabdehin göstərişi ilə ona məxsus kəsik vaqon parçasını iddiaçı 4.000 ABŞ dollarına satmış, həmin puldan 1.500 ABŞ dolları cavabdehin borclu olduğu Solmaz adlı qadına, 400 ABŞ dollarını isə cavabdehin ailəsinə vermiş, 2.100 ABŞ dollarını özünə götürmüşdür. İddiaçı da borcun ödənilməsinə yönəlik edilmiş hərəkətləri (ödənişləri) nəzərə alaraq, cavabdehin həbsdə olmasını və onun şikayəti əsasında cəzasının ağırlaşmaması üçün mərhəmətlilik göstərmiş və cavabdehə onun cəzaçəkmə müəssisəsindən çıxanadək borcu tələb et məsində möhlət vermişdir. Ona görə də, kollegiya hesab edir ki, iddia müddətinin axımının başlanmasının cavabdehin cəzadan azad olunduğu vaxtdan hesablanmalı olmasına dair birinci instansiya məhkəməsi haqlı olmuşdur. Həmin vaxtdan iddia irəli sürülənədək isə üç ildən çox keçmədiyindən iddia müddətinin tətbiq olunması üçün əsas yoxdur. Belə ki, cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli, 7(005)-268/2019 saylı qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, iddiaçı ilə hazırkı iddia ilə 21.11.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassas iya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)1052/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və yenidən baxılması üçün geri qaytarılmasını xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, o heç vaxt iddiaçıdan 60000 ABŞ dolları pulu borc almamışdır və onlar arasında heç bir müqavilə bağlanmamışdır. Hətta belə bir müqavilənin bağlanması güman edilmiş olsa belə iddia müddəti buraxıldığı üçün iddia təmin oluna bilməzdi. İddiaçı hazırkı iddia tələbi ilə 11 il sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə instansiyalarının hazırkı işdə müddətin axımının məhz cavabdehin həbsdən azad olunduğu müddəti götürməsi barədə gəldikləri nəticə əsassızdır. Bəxtiyar cavabdehə nə 57400 ABŞ dolları qarşılığından spirtli içkilər və əlavə olaraq 3000 ABŞ dolları pul verməmiş, nə də cavabdeh həmin spirtli içkiləri satdıqdan sonra Ədalətə obyektin pulu olan 60000 ABŞ dolları ödəməyi öhdəsinə götürməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılmasını üçün həmin məhkəməyə göndərilməsini xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun poz ulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyy ənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən ö hdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməs i öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə mü əyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsas ən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə görə - iddiaçının təqdim etmiş olduğu borc sənədi onun tərəfindən imzalanmamış, onun iddiaçı tərəfə h ər hansı məbləğdə borcu olmamış, üçüncü şəxs isə ona hər hansı məbləğdə əmlak verməmiş, ümumiyyətlə onun borc öhdəliyi mövcud olmamış, məhkəmənin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinin nəzərə alınmaması zamanı maddi hüquq normalarının tələbləri pozulmuş və bununla bağlı əsaslandırması işin araşdırılmış hallarına uyğun olmamışdır. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi müxtəlif qərarlarında vahid mövqedən çıxış edərək qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə baxarkən ilkin olaraq müvafiq olaraq subyektiv hüququn mövcudluğu və cavabdeh tərəfin tələb üzrə məsuliyyətinin mövcudluğu müəyyən olunmalıdır. Hər iki şikayəti cavabdeh tərəf iddiaçının hazırkı tələbin irəli sürülməsi üçün subyektiv hüququnun mövcudluğunun aydınlaşdırılması və özünün isə iddiaçı qarş ısında heç bir borc öhdəliyinin olmaması ilə əsaslandırılmışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi ilkin olaraq dəlillərin yoxlanmasının təmin edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş və lakin icrası təmin olunmamış ekspertiza təyin olunmasına dair qərardadın icrasının hansı səbəbdən yerinə yetirilməməsini aydınlaşdırmalı və müvafiq dəlillərdən çıxış edərək yenidən ekspetiza təyin olunması məsələsini müzakirə etməli idi. Digər tərəfdən iddiaçı tərəfindən bəyan edilən və cavabdeh tərəfindən qəbul olunmayan işin hallarından aydın olur ki, iddiaçı üçüncü şəxs tərəfindən cavabdehə verilməsini iddia etdiyi pul məbləğinin borc olaraq müqaviləyə daxil edildiyini və bu əsasla borc münasibətərinin yarandığını iddia edir, cavabdehin isə bu öhdəliyə görə yazılı sənəd verdiyini bildirərək həmin məbləği tələb edir. Bu halda məhkəmə adı çəkilən şəxsin işə cəlb edilməsi məsələsini tərəflərlə birlikdə müzakirə edərək belə bir münasibətin olması, onun tərəfindən cavabdehə hər hansı məbləğdə əmlak və ya pul vəsaitinin verilməsini aydınlaşdırmalı olduğu halda bu istiqamətədə heç bir hərəkət etməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, yazılı borc sənədində borc məbləğinin verilməsi deyil, əvvəl alınmış borcun əvəzləşdirilməsinin təsdiq olunması və borc məbləğinin əvəzinə iki ədəd qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən iddiaçıya təqdim olunması göstərilir. Bu baxımdan həmin qeyri-yaşayış sahələrinin hazırda kimin sahibliyində olması və hansı səbəblərdən sənəddə göstərildiyi kimi satılmasının mümkünsüzlüyü aydınlaşdırılmalı olduğu halda apellyasiy a instansiyası məhkəməsi yalnız iddiaçının izahatında göstərilənlərə istinad edərək, digər mövcud sübutlar əsasında həmin halların təsdiq olunub-olunmaması yoxlanılmadan əmlakların satılmaması nəticəsinə gəlmişdir. Cavabdeh tərəfin digər dəlilli isə onun tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiq olunmasına dair ərizəsinin təmin edilməməsini maddi hüquq normalarının tələbləri baxımından düzgün hesab etmir. Apellyasiya instansiya məhkəməsi iki əsasla iddia müddətinin tətbiq olunmasına dair ərizənin təmin olunmamasının yolverilən hesab etmişdir. Bunlardan birincisi «öhdəliyin icrası üçün müddətinin başlanması anı mağazaların satılması anı qəbul edilməlidir. Əgər həmin mağazalar satılmış olsa idi, iddiaçının artıq öz hüquqlarının pozulmasını bilməli olduğu qəbul ediləcəkdi. Həmin mağaz aların satılması ilə bağlı isə hər hansı sübut təqdim edilməmişdir.» İkincisi isə « … nə obyektiv amil baxımından, nə də subyektiv amil baxımından iddia müddətinin axımının başlanması anı cavabdehin ərizəsində göstərdiyi kimi hüquq münasibətlərinin yarandığı vaxtdan hesablana bilməz. İddia müddətinin axımının başlanması cavabdehin cəzadan azad olunduğu vaxtdan hesablanmalıdır. Məhz bu vaxtdan iddiaçının cavabdehə verdiyi möhlətin başa çatdığı qəbul edilməlidir. Həmin vaxtdan iddia irəli sürülənədək üç ildən çox keçmədiyindən iddia müddətinin tətbiq olunması üçün əsas yoxdur.» Göstərilənlərlə bağlı məhkəmənin gəlmiş olduğu nəticəsi anlaşılan olmamaqla faktiki olaraq hər iki halın cavabdehin hərəkət və hərəkətsizliyi ilə əlaqələndirilməsi yolverilən hesab edilə bilməz. Ona görə ki, subyekt iv hüququn sahibi iddiaçıdır və tələb etmək hüququ ona aiddir. Belə olan halda cavabdehin həbsdə olması bu hüququn həyata keçirilməsinə nə kimi mane törətməsi müəyyən deyildir. Qeyd edilməlidir ki, cavabdehin həbsdə olması heç bir halda müvafiq iddia tələbinin irəli sürülməsinə mane yarada bilməz. Bu halda apellyasiya instansiyası məhkəməsi öhdəliyin icrası ilə bağlı möhlətin verilməsini qeyd edir, lakin belə bir möhləti müəyyən edən qarşılıqlı razılaşmanın olub-olmaması aydınlaşdırılmır. İddia müddətinin tətbiqini yolverilməz hesab edən apellyasiya instansiyası məhkəməsinin digər mövqeyi isə cavabdehə məxsus olan qeyri-yaşayış sahələrinin satılmaması ilə bağlıdır. Bu nəticəyə gələrkən isə həmin məhkəmənin hər hansı sübutlara malik olması və məhz həmin sübutlar əsasında bu mövqeyini formal aşdırmasını müəyyən etmək mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi həmin halı iddia müddətinin tətbiq edilməsini mümkün etmədiyi nəticəsinə gəlirdisə mövcud sübutların qiymətləndirilməsini təmin etməli, faktiki olaraq belə öhdəliyin mövcudluğu, qeyri-yaşayış sahələrinin satılmamasının səbəbləri və faktiki istifadə edən şəxsləri müəyyən etməli və bu cür öhdəliyin mövcud olduğu halda cavabdehin bu etdiyi maneələrin nədən ibarət olması aydınlaşdırlımalı idi. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldı rılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işi n hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1052/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar