Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3788/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2025-ci il tarixl i, 2(103)4888/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 67 saylı mənzili Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 04 sentyabr 1992-ci il tarixli, 768 saylı sərəncamına əsasən İddiaçı və onun ailə üzvlərinə (arvadı X6, qızları X2 və X3) verilmişdir. Buna dair 14 sentyabr 1992-ci il tarixdə 014908 nömrəli order verilmişdir.
2. Cavabdeh2 və Cavabdeh1 Şuşa rayonundan məcburi köçkündürlər, 1992-ci il tarixdən qeyd olunan mənzildə məcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Biri nci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 1 saylı evin 67 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, mənzil iddiaçının şəxsi mülkiyyətindədir. Həmin mənzil keçmiş Azərbaycan SSR Azərbaycan Təchizat Nazirliyində işləyən zaman ona 14 sentyabr 1992-ci il tarixli 014908 nömrəli orderə əsasən verilmişdir. Mənzili aldıqdan sonra cavabdehlər zor gücünə həmin ünvanda qeydiyyatsız olaraq Şuşa rayonundan məcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşmışlar. İddiaçı cavabdehlərdən mənzildən çıxmağı tələb etsə də, çıxmayacaqlarını bildirmişlər. İddiaçı 2ci qrup əlil kimi ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən şəraitsiz yataqxanada yaşayır. Cavabdehlər onun mülkiyyət hüquqlarını məhdudlaşdırırlar.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(011)2636/2025 nömrəli qətnaməsi ilə (hakim P.Zamanlı) iddianın təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 67 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir.
6. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mənzilin iddiaçıya order əsasında verilməsi və cavabdehlərin məcburi köçkün olduqdan sonra iddiaçıya verilmiş mənzildə məskunlaşmaları işin mübahisəsiz hallarıdır. İddiaçının milli qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ dövlət qeydiyyatına alınmas a da, beynəlxalq qanunvericilik baxımından onun mənzilə dair mülkiyyətə gözləntisi olduğundan, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Konstitusiya müddəaları və beynəlxalq hüquq normaları mülkiyyət hüququnun ən üstün hüquq olaraq qorunmasını tələb edir. Yalnız xüsusi hallarda və qanunla müəyyən edilmiş qaydada, habelə dövlətin təhlükəsizliyi və ya cəmiyyətin maraqlarının qorunması məqsədilə mülkiyyət hüququ məhdudlaşdırıla, yaxud müsadirə edilə bilər. Hazırkı mübahisə üzrə qeyd edilən halların hər hansı biri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu halda, iddiaçı mülkiyyətində olan mənzilini cavabdehlərdən geri tələb etməkdə haqlıdır. Mənzilin mülkiyyətçisinin iddiaçı olması işin yuxarıda da qeyd edildiyi kimi işin mübahisəsiz halıdır. Mənzilin cav abdehlərin sahibliyində olması da iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlər 1992-ci il tarixdən Şuşa rayonundan məcburi köçkün olduqdan sonra iddiaçıya verilmiş mənzildə məskunlaşmışlar və hazırda da orada yaşayırlar. Mənzilin cavabdehlərin sahibliyində qanunsuz olması ilə bağlı məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, cavabdehlərin mənzilə dair hər hansı məzmunda hüquq müəyyənedici sənədləri mövcud deyil. Cavabdehlərin daimi yaşadıqları evlərindən və doğma torpaqlarından məcburi köçkün düşdükləri 1992-ci ildən sonrakı müddətdə iddiaçıya məxsus mənzildə yaşamağa başlamışlar.
7. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlərin məcburi köçkün kimi mənzildə yaşamaları qanuni əsas hesab edilə bilməz. Belə ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Eləcə də, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşmaları isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. İşin şərh edilən halları MM-nin 157.2-ci maddəsində əks olunmuş hər üç dispozitiv şərtin mövcud olmasını təsdiq edi r. Odur ki, iddiaçının ona məxsus mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin mənzildən çıxarılmalı, mənzil iddiaçıya təhvil verilməklə iddia təmin edilməlidir.
8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1, 4-cü hissələrinə, 43-cü maddəsinin 1.2-ci hissələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 103.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə si və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 1987-ci il tarixdən Şuşa rayon X1 direktoru vəzifəsində çalışır. Respublikanın “Əməkdar mədəniyyət işçisidir”. 1992-ci ilin may ayında Şuşa ermənilər tərəfindən işğal edildikdən sonra Bakı şəhərində məskunlaşmaq məcburiyyətində qalıb və Mədəniyyət Nazirliyi tərəfindən Bakı şəhərinin Nərimanov rayonu ərazisində kollektivinin fəaliyyət göstərməsi üçün yer ayrılaraq fəaliyyətləri bərpa edilib. Qeyd olunan mübahisəli mənzildə 1992-ci ilin may ayından Xətai rayon İcra Hakimiyyətinin və o vaxtkı Qaçqınlar Cəmiyyətinin birgə köməkliyi və yardımı ilə məskunlaşmışlar. Bütün binada Şuşa şəhərindən məcburi köçkün düşmüş əhali məskunlaşdırılmışdır. Heç kimə, o cümlədən də iddiaçıya heç bir order və ya digər hüquqmüəyyənedici sənəd verilməmişdir. Sonradan alınan və geri tarixə yazılan order qanunsuz verilmişdir. Çünki Respublika rəhbərliyinin göstərişinə əsasən məcburi köçkünlərin məskunlaşdığı mənzillərə daxili vəziyyəti gərginləşdirməmək məqsədilə orderlərin verilməsi qadağan edilmişdir. Həmin dövrdən müvafiq dövlət strukturları bütün köçkün ailələri kimi bu ailənin də məskunlaşdığı ünvan üzrə qeydiyyatını aparmış və aidiyyəti sənədlər saxlanılır. Həmin mənzildə yaşadıqları dövrdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 04 sentyabr 1992-ci il tarixli sərəncamına əsasən iddiaçılara mübahisəli mənzil sahəsi verilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 04 sentyabr 1992-ci il tarixli sərəncamı 01 oktyabr 2009-cu il tari xədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərarlarına zidd olmaqla qəbul edilmişdir. İşğal olunmuş bütün torpaqlar, o cümlədən Şuşa şəhəri Ali Baş Komandan, ordu və xalqın qəhrəmanlığı sayəsində düşmən tapdağından azad edilmiş və ərazi bütövlüyü təmin olunmuşdur. Cavabdeh Şuşa həsrəti ilə yaşamış və Şuşada hazırda tikinti gedir, əhalinin mənzillə təminatı 2027-ci ilə nəzərdə tutulmuşdur. İddiaçı t ələbində qeyd etdiyi kimi həqiqətən ona o dövrdən mənzil verilmişdisə, niyə bu 33 il ərzində bir dəfə də olsa, yaşadıqları mənzilə gəlməmiş və varlığını bildirməmişdir. Bunun sadəcə bir cavabı vardır - saxta yollarla alınmış sənədin icrası üçün fürsət gözləmək. Şuşada ona mənzil verilən kimi yaşadığı mənzili dövlətə təhvil verəcək. Həmin mənzil məskunlaşan zaman yarımçıq bina olmuş, tərəfindən mənzil təmir edilmiş və tam yararlı vəziyyətə gətirilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2025-ci il tarixli, 2(103)-4888/2025 nömrəli qətnaməsi ilə (hakim S.Səlimovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.İsgəndərov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansi ya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 1 saylı evin 67 saylı mənzili 14 sentyabr 1992-ci il tarixli 014908 nömrəli orderə əsasən, İddiaçı ailə üzvləri ilə birlikdə ayrılmış, iddiaçı həmin ünvanda qeydiyyatdadır, həmin order ləğv edilməmiş, hazırda da qüvvədədir.
13. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçının ailə üzvləri ilə birlikdə istifadəsinə verilmiş həmin mənzilində Şuşa şəhərindən məcburi köçkün olan Cavabdeh1 əri Cavabdeh2 ilə birlikdə 1992-ci ildən müvəqqəti məskunlaşmaqla yaşayırlar.
14. Göründüyü kimi iddiaçıya ailə üzvləri ilə birlikdə ayrılan mənzildə cavabdehlər heç bir hüquqi əsasları olmadan uzun müddətdir yaşayırlar. 1
5. Apellyasiya kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 1 saylı evin 67 saylı mənzili iddiaçıya qanunla müəyyən olunan qaydada ayrıldığından, onun mənzilə dair mülki qanunvericiliyin tələblərinə, mübahisə obyektinə dair hüquqi sənədə əsaslanan mülkiyyətə gözləntisi olduğundan, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçı haqlı olmuşdur. 16. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir.
17. Apellyasiya kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehlərin iddiaçıya ayrılan mənzildə hüquqi əsasları olmadan uzun müddət yaşamaları öz təsdiqini tapdığından, iddiaçının tələblərini təmin edən birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslıdır.
18. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi olduğundan, hazırkı qətnamə cavabdehlərin Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilmələri üçün əsasdır.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 1 3, 25, 29, 33, 60-cı, Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.2, 157.4, 158.1, 158.2, 158.4-cü, Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 48-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 384.0.1, 385.2-cı maddələrinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra presedent qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
20. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2025-ci il tarixli, 2(103)-4888/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən Azərbaycan Respublikası Konstitusiyasının 27-ci, 01 oktyabr 2009cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci, Mülki Prosessual Məcəllənin 8, 9, 14 və 376.2-ci maddələri pozulmuşdur.
22. Belə ki, Şuşa şəhərində yerli sakinlərin mənzillə təminatı proqrama əsasən 2027-ci ilə nəzərdə tutulur. Kassatorun həmin dövrə qədər yaşaması üçün yeri yoxdur. Birinci instansiya məhkəməsi iddiaçının tələbini öyrənməmiş, ətraflı araşdırma aparmamış, yalnız Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli Qərarına özünə sərf edən tərzdə istinad etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(102)- 2506/2018 nömrəli qərarda göstərdiyi halları və tövsiyəsini araşdırmamışdır. Həmin qərarda qeyd edilmişdir ki, “xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.” İstər birinci, istərsə də, apellyasiya instansiyaları məhkəmələri Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakını təmin etməmiş, nəticə üzrə gələcəkdə üzərinə vəzifə qoyulacaq şəxsin mövqeyini öyrənməmiş, formal qətnamə qəbul etməklə yuхаrıdа göstərilən prоsеssuаl hüquq nоrmаsının tələblərini pоzmuşdur.
23. Kassasiya şikayətinə Azərba ycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarını n prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 29. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müva fiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başq a yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. 30. “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası ki mi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə tam razılaşır.
34. Qeyd olunmalıdır ki, mübahisəli mənzil müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə iddiaçının istifadəsinə ayrılmaqla, sonuncunun həmin mənzilə gözlənti istifadə hüququ olması işin müəyyən olunan halıdır. Əksinə, cavabdeh həmin sahədən istifadə hüququnun olmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir.
35. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa məhkəməsi həmin qərarda qeyd etmişdir ki, ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir, halbuki, bu cür sahiblik faktını qanunsuz elan edib. Belə olan halda, Məhkəmə hesab edir və tərəflər də buna etiraz etmir ki, ərizəçinin mülkiyyət hüququna müdaxilə baş verib. Ərizəçi yalnız kirayə hüquqlarına malik olduğu üçün bu müdaxilə nə müsadirəni, nə də mülkiyyətdən istifadəyə nəzarəti təşkil edir, lakin 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndinin birinci cümləsinin tətbiq dairəsinə düşür.
36. Belə olan halda, iddianı təmin etməkdən ibar ət işin faktiki hallarını araşdıran məhkəmələrin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələrin dispozisiya şərtlərinə uyğun olmuşdur.
37. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilk olaraq onun ailə üzvləri ilə birlikdə uzun müddət ərzində mübahisəli mənzildə yaşaması və başqa yaşayış sahəsi ilə təmin edilmədən, bu mənzildən çıxarılmasının onun mənafelərinə uyğun olmamasından ibarətdir.
38. Qeyd olunmalıdır ki, məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçının qanuni sahibliyində olan mənzili zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir.
39. Bu m övqeydən çıxış edən “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsində göstərilmişdir ki, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bil ər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. 40. “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 17-ci maddəsinə görə məcburi köçkünlərin müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının (Qaçqınlar və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin) vəzifəsi olduğundan və bununla bağlı hazırkı icraatda mübahisə olmadığından, kassasiya şikayətinin qeyd olunan dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
41. Həmçinin, kassasiya şik ayətinin dəlillərində cavabdeh mübahisəli mənzilin iddiaçının və ailə üzvlərinin istifadəsinə ayrılmasına dair sərəncamın qanuni olmamasını bildirsə də, qanunvericiliklə müəyyən olunmuş qaydada həmin inzibati aktı mübahisələndirməmişdir.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2025-ci il tarixli, 2(103)-4888/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.