Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-379/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 LLLoğlu və YYYna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququnun hüquqi əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 LLLoğlu və YYYna qarşı ”mənzildən çıxarılma və ondan istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2(103)6506/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 iddiaçının qardaşı arvadı, digər Cavabdeh3 qardaşının oğludur. Cavabdeh2 isə Cavabdeh3 arvadıdır. 2. ünvan 1 32 saylı evin 55 saylı mənzil iddiaçının mülkiyyətindədir. Belə ki, həmin mənzili iddiaçı xx.xx.2002-ci il tarixli alğı-satqı müqaviləsi əsasında X1 78.570.000 manata almış, mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2002-ci il tarixdə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınaraq, ÖM seriyalı, 128277 saylı qeydiyyat vəsiqəsi verilmişdir.
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçının mükiyyətində olan ünvan 1 ünvanda yerləşən 32 saylı evin 55 saylı mənzil ində qeydiyyatda olmaqla orada yaşayırlar. Digər Cavabdeh2 həmin mənzildə qeydiyyatsız yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və YYYna (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938-ci keçid küçəsində yerləşən 32 saylı evin 55 saylı mənzilindən özlərinə məxsus ev əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin iddiaçıya təhvil verilməsi və cavabdehlərin həmin mənzildən istifadə hüquqları olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı mübahisəli mənzili X2 alıb. Mənzil alınan v axtda Cavabdeh1 və uşaqlarının Bakı şəhərində yaşamağa evləri olmamışdır. İddiaçı onların xahişi ilə əvvəlcə müvəqqəti olaraq həmin evdə yaşamağa, daha sonra uşaqların məktəbə getmələri ilə əlaqədar onların müvəqqəti qeydiyyata düşmələrinə icazə vermişdir. İddiaçı hazırda Rusiya Federasiyasında yaşayır, xəstədir, öz evinə gəlib yaşamaq istəyir. Lakin cavabdehlər həmin mənzilin üzərində mülkiyyətçinin hüquqlarını həyata keçirməsinə mane olur.
6. Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, əri X9 xx.xx.2002-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938-ci keçid küçəsi 32 saylı evin 55 saylı mənzilini iddiaçının adına almışdır. İddiaçı isə xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi küçəsindəki 5/1 saylı fərdi yaşayış evini X5 adın a almışdır. Ərindən həmin mənzili öz adına keçirməsini istədikdə, əri cavab vermişdir ki, bacısı ilə aralarında elə söhbət yoxdur, bacısı ona inanmasa idi, məhlə evini onun adına almazdı. İddia ərizəsində göstərilir ki, cavabdehlərin həmin yaşayış sahəsinə istifadə hüquqları yoxdur. Bu necə ola bilər ki, o və oğlu həmin ünvanda qeydiyyatda olmaqla yaşadıqları və gəlini atasının evində qeydiyyatda olmasına baxmayaraq, onunla birlikdə qeyd olunan ünvanda yaşadığı halda, onların öz evlərindən istifadə hüquqları olmasın? Həmçinin 18 ildə evdə qeydiyyatda olmaqla yaşadıqları halda müvəqqəti qeydiyyat ola bilməz. Gürcüstan Respublikasından gələn vətəndaşların uşaqları məktəbə götürülərkən Bakı şəhərində qeydiyyat tələb olunmamışdır. Mübahisə predmeti olan mənzildə halhazırda onkoloji xəstə olmaq la özü, 2016-cı il aprel döyüşlərinin iştirakçısı olan oğlu Cavabdeh3 LLLoğlu, yeni ana olmuş gəlini X4 yaşayırlar. İddiaçı deyil, onun oğlu və YYYadlı gəlini Samara şəhərində notariusda saxta etibarnamə düzəltdirib Azərbaycana göndərməklə, evlərini satıb, onları küçəyə atıb, həmin pulu Rusiya Federasiyasında bizneslərinə xərcləmək istəyirlər. Digər tərəfdən, iddiaçının qeydiyyatda olduğu, ünvan 2 ünvanında alman layihəsi ilə tikilmiş, çox rahat iki otaqlı evi var. Onları 2010-cu ildə qardaş ilə bacı arasında yaranmış pul mübahisəsinin qurbanı etmək istəyirlər. Artıq 18 ildir ki, həmin evdə yaşamaqla, bütün kommunal xərcləri ödəyirlər. Əri səhlənkarlıq edib, bacısına inanmasaydı, evi öz adlarına keçirsə idi, bu söhbətlər yaranmazdı.
7. Cavabdehlər Cavabdeh3 və YYY birinci instansiya məhk əməsinin iclasında iştirak etməmişlər.
8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(008)-880/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim: H.Mahmudova) iddia təmin edilərək, cavabdehlərin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 32 saylı evin 55 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması, mənzilin iddiaçıya təhvil verilməsi, cavabdehlərin mənzildən istifadə hüquqları olmayan hesab edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halından göründüyü kimi mübahisə predmeti olan mənzil İddiaçı tərəfindən alğı-satqı müqaviləsi nəticəsində əldə edilmiş və həmin mənzil üzərində onun xüsusi mülkiyyət hüququ xx.xx.2002-ci il tarixdə daşınmaz əmlakı n dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər hazırkı iddiaya etirazlarını onunla əsaslandırırlar ki, sözügedən mənzili əslində Cavabdeh1 əri X9 almış, lakin bacısı İddiaçı adına rəsmiləşdirmişdir. Sonradan isə həmin evi cavabdehlər öz adlarına keçirə bilməmişlər, lakin 2002-ci ildən bəri həmin mənzili öz mülkiyyətləri hesab etmiş, mənzili əsaslı təmir etdirmiş və gəlin belə köçürmüşlər.
10. Əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
11. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4cü maddəsi çıx ış edir.
12. Həmin normanın mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
13. Eyni zamanda, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir.
14. İşin hallarına əsasən İddiaçı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938 keçid küçəsi ünvanında yerləşən 32 saylı evin 55 saylı mənzili üzərində davamlı şəkildə maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi d ə baxıla bilər.
15. Tələbin “istifadə hüququ olmayan hesab edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edib ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Məhkəmə, hüquq tətbiqetmə təcrübəsində istifadə hüququnun yaranmasının müxtəlif rejimlərinin olduğunu diqqətə alıb qeyd edib ki, Konstitusiya Məhkəməsi yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisənin hansı normativ-hüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirmişdir.
16. Hazırkı işin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, məh kəmə cavabdehlərin sözügedən mənzilə dair istifadə hüquqlarının yaranma tarixini və Konstitusiya Məhkəməsinin analoji işlərlə bağlı hüquqi mövqeyini nəzərə alaraq qeyd edib ki, Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Lakin hazırkı iş üzrə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, məhkəmə hesab edir ki, onların həmin mənzilə istifadə hüquqları yaranmamışdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 228.1, 228.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Cavab deh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Ona görə ki, həmin evdə iddiaçının qardaşı arvadı Tamaranın, oğlu, gəlini, azyaşlı nəvəsi ilə birgə daimi qeydiyyatda olaraq yaşamaları, 20 ilə yaxın bu mənzilin Cavabdeh1 və ailə üzvlərinin sahibliyində və istifadəsində olması, bütün kommunal xərclərin ödənilməsi nəzərə alınmayıb. İşgüzar adətlərə uyğun olaraq evin dəyəri o vaxtkı qiymətlərə uyğun olaraq qardaşı Vəliyev LLLtərəfindən arvadının iştirakı ilə iddiaçıya ödənilməsi, iddiaçının Bakı şəhərində alman layihəli 2 otaqlı mənzili olması və həmin ünvanda qeydiyyatda olması faktları ara şdırılmayıb. Yazılı müqavilə olmasa da, şifahi razılaşmaya əsasən evə faktiki sahibliyi 20 ilə yaxındır ki, iddiaçının qardaşı arvadı Cavabdeh1 və onun ailə üzvləri edir. Cavabdeh1 20 ilə yaxın yaşadıqları, daimi qeydiyyatda olduqları, bütün kommunal xərcləri ödədikləri, 2 dəfə əsaslı təmir etdirdikləri mənzilə əmlak hüquqları pozulur. İddiaçı evin pulunu bazar qiyməti dəyərinə alıb-xərcləyib. Vəkilə etibarnaməni verən də iddiaçı deyil, onun YYYadlı gəlinidir. İddiaçının məqsədi 4 nəfərdən ibarət azərbaycanlı ailəsini küçəyə atıb, onların evlərini satıb, Rusiyadakı bizneslərini genişləndirməkdir. Qətnamə çıxarılarkən iddiaçının mülkiyyət hüququ nəzərə alınsa da, Cavabdeh1 bu hüququ nəzərə alınmayıb. İddiaçının məhkəmə baxışında iştirak etməməsi, onun vəkili və nümayəndəsinin 20 il ərzində bu ailədaxili gedən proseslərdən xəbərsiz olması mübahisənin vəziyyətinin müzakirə edilməsinə imkan verməmişdir. Qətnamə çıxarılarkən yalnız iddiaçının hüquqları nəzərə alınmışdır. Cavabdehin isə sahiblik və istifadə hüquqları pozulmuşdur. Qətnamə çıxarılarkən iddiaçı və cavabdehin qarşılıqlı münasibəti nəzərə alınmamışdır.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 13 oktyabr 2022-ci il tarixli, 2(103)-6506/2022 nömrəli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, bi rinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
22. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzildə uzun müddət ərzində yaşasalar da, onların bu mənzildən istifadə hüquqları mövcud olmamışdır. Bu səbəbdən cavabdehlərin iddiaçıya məxsus olan mübahisəli mənzildə onun razılığı olmadan yaşayaraq istifadə etmələri iddiaçının mülkiyyət hüququnu əsassız yerə məhdudlaşdırır və qanunla müəyyən edilmiş mülkiyyətçi hüquqlarının pozulması ilə nəticələnmiş olur.
23. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı xüsusi mülkiyyə tində olan mənzildən həmin mənzildə yaşayan və bu mənzilə münasibətdə hər hansı hüquq əldə etməmiş cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Cavabdeh1 verdiyi apellyasiya şikayətində sözügedən mənzilin əslində onun əri X9 tərəfindən əldə edildiyini, lakin bacısı olan iddiaçının adına rəsmiləşdirildiyini, sonradan isə həmin evi öz adlarına keçirə bilmədiklərini qeyd etsə də, bununla bağlı əsaslı dəlillərini və mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
24. Beləliklə, məhkəmə kollegiyası müəyyən etmişdir ki, sadalanan halların mövcud olması müəyyən edilsə belə, bu, hazırkı iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 228.1, 228.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 372.6, 372.7, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti belə əsaslandırılıb ki, yazılı müqavilə olmasa da, şifahi razılaşmaya əsasən evə faktiki sahibliyi 20 ilə yaxındır ki, iddiaçının qardaşı arvadı Cavabdeh1 və onun ailə üzvləri edir. Həmçinin, Cavabdeh1 20 ilə yaxın yaşadıqları, daimi qeydiyyatd a olduqları, bütün kommunal xərcləri ödədikləri, 2 dəfə əsaslı təmir etdikləri mənzilə əmlak hüquqları pozulur. İddiaçı evin pulunu bazar qiyməti dəyərində alıbxərcləmişdir. Vəkilə etibarnaməni verən də iddiaçı deyil, YYYadlı gəlinidir. Onun məqsədi 4 nəfərdən ibarət ailəni küçəyə atıb, onların evlərini satıb, Rusiyadakı biznesini genişləndirməkdir.
28. Kassator bildirmişdir ki, o, hüquq və vəzifələrinin izahı barədə bildirişi apellyasiya instasiyası məhkəməsindən almamışdır. Hüquqlarının ona izah edilməməsi onun sübut təqdim etmək, şahid dəvət etmək və vəsatətlər vermək kimi hüquqlarının pozulması ilə nəticələnmişdir. Digər tərəfdən, iddiaçının ikili vətəndaşlığının olması, məhkəmə iclasında izahat verməməsi bütün faktiki halları araşdırmağı mümkün etməmişdir. Bundan başqa, müvafiq tapşır ıq göndərilsə idi, iddiaçının Rusiyada yaşadığı yerin məhkəməsi tərəfindən bu iş üzrə ətraflı izahatı alınardı və bir çox ziddiyyətli məsələlərə aydınlıq gətirilərdi.
29. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 158.1, 158.4, 213.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 47.4, 385.1.2, 456.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçının hüquqi varisinin vəkili, həmçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə kasasiya şikayətinə etiraz edərək, kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Prosessual məsələlər
31. İş üzrə İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etdiyinə görə, məhkəmə kol legiyasının qərardadı ilə iddiaçı hüquqi varisi (övladı) X6 ilə əvəz edilmişdir.
32. Həmçinin iddiaçının hüquq varisi müəyyən edilənədək icraatın dayandırılması barədə Cavabdeh1 vəsatəti təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının hüquqi varisi müəyyən edildiyinə görə, icraatın dayandırılması üçün zərurət aradan qalxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
33. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
34. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya ba şqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
35. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
37. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nə zərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə təl əb edə bilər.
40. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
41. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
44. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.
45. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasınd a tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzər də tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
55. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ape lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Belə ki, işin mübahisəsiz olaraq müəyyən olunan halları bu qərarın 1-3-cü paraqraflarında qeyd olunmuşdur. İddia tələbi iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən cavabdehlərin çıxarılmasından ibarətdir.
58. Bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, daha sonra cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
59. Baxılan işdə də məhkəmələr müəyyən etmişdir ki, mübahisəli yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
60. Məhkəmələr cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yoxlamış və müəyyən etmişdir ki, cavabdehlərin yaşayış sahəsindən istifadə etmək barədə iddiaçı ilə müqavilə bağlanmamışdır və buna görə də onların mənzildən istifadə hüquqları yaranmamışdır.
61. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi bu nəticə ilə razılaşır. Çünki Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin məzmunundan göründüyü kimi, həmin normalar mülkiyyətçinin hüquqlarını daha çox müdafiə edərək, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə istifadə hüququ arzulayan şəxs arasında notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur və eyni za manda bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir. Tərəflər arasında isə bu cür müqavilə bağlanmamışdır.
62. Buna görə də məhkəmə kollegiyası kassatorun şifahi razılaşmaya əsasən evə faktiki 20 ilə yaxın sahiblik etməsi və yaşaması, bütün kommunal xərcləri ödəməklə 2 dəfə əsaslı təmir etməsi barədə dəlillərini qətnamənin ləğvi üçün əsas hesab etmir.
63. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehlərin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
64. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə et mək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
65. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.
66. Məhkəmə kollegiyası kassatorun mənzildə 20 ilə yaxın daimi qeydiyyatda olması barədə dəlilini də qətnamənin ləğvi üçün əsas saymır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respub likasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında qeydiyyatın hüquqi nəticələri ilə ba ğlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
68. Göründüyü kimi, mənzildə qeydiyyatın olması, həmin şəxsin mənzildən istifadə hüququnun yaranmasına əsas hesab olunmur. Buna görə də məhkəmə kassatorun mənzildən istifadə hüququnun olmadığı barədə düzgün nəticəyə gəlmişdir.
69. Kassatorun hüquq və vəzifələrinin izahı barədə bildirişi apellyasiya instasiyası məhkəməsindən almaması, buna görə sübut təqdim etmək, şahid dəvət etmək və vəsatətlər vermək kimi hüquqlarının pozulması ilə nəticələnməsi barədə dəlilləri də əsasszıdır. Çünki Cavabdeh1 apelyasiya instansiyası məhkəməsində vəkillər təmsil olunmuş, v əkilə hüquq və vəzifələrərin əks olunduğu bildiriş elektron kabinet vasitəsi ilə çatdırılmış, apelyasiya instansiyası məhkəməsində iştirakı təmin olunmuşdur.
70. Kassatorun iddiaçı tərəfindən verilmiş etibarnamənin saxtalığı barədə dəlilləri də qəbul olunmur. Çünki etibarnamə notarius tərəfindən təsdiqlənmiş, etibarnamənin verilməsində iddiaçının bilavasitə iştirak etdiyi etibarnamədə əksini tapmışdır. Bunun əksini təsdiq edən və ya irəli sürülmüş iddianın iddiaçı tərəfindən bəyənilməməsini cavabdeh tərəf sübut etməmişdir.
71. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün t ərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
73. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2(104)6506/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.