Məhkəmə qərarları › İş №2(102)-379/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-379/2025

20.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-379/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: alimentin geri qaytarılması 20.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4784/2024 nömrəli iş üzrə 8 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. İddiaçı il ə X5 arasında xx.xx.2012-ci il tarixdə rəsmi nikah bağlanmış, birgə nikahdan 23 may 2012- ci il təvəllüdlü X9 adlı uşaq doğulmuşdur.

2. Bakı şəhəri, Pirallahı Rayon məhkəməsinin 2(094)-239/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi ilə nikahın pozulması, tərəflərin birgə nikahlarından olan uşağın anası X2 yanında saxlanılması, xx.xx.2014-cü il tarixdən başlayaraq 23 may 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir.

3. Daha əvvəl alimentin məbləğinin artırılması ilə bağlı bir neçə qətnamə qəbul olunmuş, son olaraq Bakı şəhəri, Xəzər Rayon məhkəməsinin 2(003)-2551/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlamaqla xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

4. Bakı şəhəri, Xəzər Rayon məhkəməsinin 2(003)-348/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş X9 barəsində Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında qeydə alınmış 1305 nömrəli akt qeydində ata haqqında məlumatlar ləğv edilmişdir.

5. Doğum haqqında akt qeydinə görə uşaq haqqında məlumat qrafasında “X7”, ata haqqında məlumat qrafasında X8, ana qrafasında Cavabdeh qeyd edilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-348/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ata haqqında məlumatlar ləğv edilmiş və məlumatlar ananın dediyinə görə yazılmışdır.

6. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin e-2(003)-1432/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsi ilə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən İddiaçı Bakı şəhəri, Xəzər Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-2551/2020 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü Səidə Lalayevaya görə hər ay ödənilməsi qət edilmiş aliment öhdəliyindən azad edilmişdir. 7. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna görə Aviasiya Təhlükəsizlik Baş İdarəsinin işçisi İddiaçı əmək haqqından 8.468 manat aliment borcu tutularaq X2 bank hesabına köçürülmüşdür.

8. Pirallahı rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna görə, Bakı şəhəri, Xəzər Rayon məh kəməsi tərəfindən verilən və Pirallahı rayon İcra şöbəsinin icraatında olmuş xx.xx.2020-ci il taixli, 2(003)-2551/2020 saylı icra sənədinə əsasən borclu İddiaçı işlədiyi təşkilat tərəfindən gəlirlərindən tutulması yolu ilə 8.468 manat, bilavasitə özü tərəfindən nağd şəkildə ödənilməsi yolu ilə 1.615 manat olmaqla tələbkar Cavabdeh cəmi 10.083 manat məbləğində aliment pulu ödənilmişdir.

9. Qəbzlərə əsasən müxtəlif vaxtlarda olmaqla xx.xx.2012-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə ümumilikdə 14.904 manat aliment ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra- cavabdeh) onun xeyrinə 15.037 manat ödənilmiş alimentin tutulması barədə q ətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, iddiaçıda birgə nikah dövründə anadan olmuş uşağın bioloji atası olması barədə ciddi şübhələr yaranmış və buna dair kifayət qədər dəllilər olduğuna görə o, doğum haqqında şəhadətnamədə ata qeydində onun adının silinməsi üçün Bakı şəhəri, Xəzər Rayon məhkəməsinə müraciət etmiş və onun iddia ərizəsi təmin edilmiş, daha sonra iddiaçı aliment öhdəliyindən azad olunmuşdur. Beləliklə, xx.xx.2014-cü ildən xx.xx.2020-ci il tarixədək Cavabdeh xeyrinə onun uşağı olmadığı halda Səid Lalayevin saxlanması üçün 15.037 manat aliment ödəmişdir.

12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-693/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev ) iddia qismən təmin edilmiş, cavabdehdən 14.904 manat ödənilmiş alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, uşağı saxlamaq vəzifəsi kənar şəxsin deyil, məhz valideynlərin borcudur. İddiaçının xx.xx.2012-ci il təvəllüdlü X6 atası olmadığı və onun uşağı saxlamağa borclu olmadığı halda bu illər ərzində ondan tutulmuş aliment qanunsuz olmuşdur. Bu səbəbdən iddia qismən təmin edilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75.1, 109.1, 109.2, 109.2.1, 109.2.2, 109.2.3, 109.3-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsin də icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan nə yalan məlumatların verilməsi nə də saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment almamışdır. Aliment Bakı şəhəri, Pirallahı rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tutulmuşdur. Həmin mülki işin protokollarına diqqət yetirdikdə aydın olur ki, İddiaçı iddianı qəbul etmiş, xx.xx.2012-ci il təvəllüdlü İddiaçı Səid oğlunun anasının yanında qalmasına və hər ay 100 manat sabit pul məbləğində alimentin ödənilməsinə etiraz etməmiş və bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etmişdir. Eyni zamanda i stər atalığın ləğvi tələbinə baxan məhkəmədə, istərsə də hazırkı mübahisəli qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsində hazırkı iş üzrə iddiaçı tərəfindən xx.xx.2012ci il təvəllüdlü İddiaçı Səid oğlunun onun uşağı olmadığını hansı tarixdən bildiyi araşdırılmamışdır. Sual yaranır ki, əgər İddiaçı uşağın ondan olmamasını bilirdisə, bəs bu halda nə üçün məhkəməyə müvafiq iddia tələbi ilə müraciət etmirdi və nə üçün bunu 2021ci il tarixdə etmişdir? Alimentin geri ödənilməsinin mümkünlüyü ilə bağlı Ailə Məcəllənin 109-cu maddəsində qeyd edilən şərtlər hazırkı işin hallarına uyğun gəlmir. Belə ki, hazırkı iş üzrə iddiaçıdan aliment tutulmasına əsas olan Pirallahı rayon Məhkəməsinin 2(094)239/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin saxtalaşdırılması faktı ilə bağlı məhkəmə hök münün olması və sözügedən qətnamənin ləğv edilməsi halı iş materialları ilə müəyyən edilmir. İcra hərəkətləri də məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən verilmiş icra sənədinə əsasən aparılır. Alimentin tutulmasının hüquqi (qanuni) əsası olmuşdur. Belə olan halda isə hazırki tələb özü-özlüyündə uğurlu sayıla bilməz. Əks halda, qanuni qüvvəyə minmiş məhkəmə qərarları bir-birini təkzib etmiş olar (bir məhkəmə qərarı ilə alimentin tutulmalı olması, digəri ilə isə alimentin tələb olunmasının qanunsuz sayılması) ki, bu da prosessual hüquq normalarının tələblərinə uyğun olmazdı. Göründüyü kimi ödənilmiş alimentin geri tələb olunması yalnız qanunda nəzərdə tutulmuş istisna halların mövcudluğu ilə bağlıdır. İddiaçı isə həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsasland ıra və sübut edə bilməyib.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4784/2024 nömrəli, 8 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaq qeyd etmişdir ki, Ailə Məcəlləsinin 109.2-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; mə hkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda.

19. Göründüyü kimi qanunvericilikdə alimentin ödənilmiş məbləğinin hansı istisna hallarda geri tələb edilə bilməsi konkret olaraq göstərilmişdir. Baxılan iş üzrə isə göstərilən halların heç biri baş verməmiş, qanuni qüvvəsini almış məhkəmə qətnamələri əsasında müəyyən edilmiş aliment məbləğləri tutulmuşdur. Belə olan halda ödənilmiş alimentin geri tələb edilməsi barədə iddiaçının tələbi əsassız olmuşdur.

20. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Ailə Məcəlləsinin 109.1, 109.2.1, 109.2.2, 109.2.3, 109.3-cü maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarında qeyd olunan məhkəmə aktlarına əsasən aliment alan tərəfindən yalan məlumatların verilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan məhkəmə aktlarını nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmamasını və iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

24. Maddə 109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz.

25. Maddə 109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olundu qda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda.

26. Maddə 109.3. Bu Məcəllənin 109.2.1-109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya inst ansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini poz duğunu, iddianın rədd edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaq qeyd etmişdir ki, Ailə Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 1) aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 2) məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 3) aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edi lməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda.

38. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, ailə qanunvericiliyində alimentin ödənilmiş məbləğinin hansı istisna hallarda geri tələb edilə bilməsi konkret olaraq göstərilmişdir. Hazırkı iş üzrə isə göstərilən halların heç biri baş verməmişdir, yəni qanuni qüvvəsini almış məhkəmə qətnamələri əsasında müəyyən edilmiş aliment məbləğləri tutulmuşdur. Belə olan halda ödənilmiş alimentin geri tələb edilməsi barədə iddiaçının tələbi əsassız olmuşdur.

39. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddi açının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün həmin dəlillərin təkrar araşdırlmasına lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 oktyabr 2024-cü il tarixli, 2(103)-4784/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar