Məhkəmə qərarları › İş №2(102)-3790/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3790/2023

24.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3790/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu, X2 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1249/2023 saylı iş üzrə 30 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2005-ci ildən daşınmaz əmlakın dövlət reyestrind ə aparılmış qeydə əsasən, ünvan 1 ünvandakı mənzilin (bundan sonra – mübahisəli mənzil) mülkiyyətçisidir.

2. Tərəflər qardaşdırlar və Cavabdeh (bundan sonra – cavabdeh) mübahisəli mənzili öz sahibliyində saxlayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mübahisəli mənzildən cavabdehin çıxarılması və mülkiyyət hüququnu həyata keçirməyə cavabdehin maneə törətməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini işin yuxarıda qeyd edilən hallarına istinadən belə əsaslandırmışdır ki, cavabdeh mübahisəli mənzilə qanunsuz olaraq yiyələnmək, bu mənzili mənimsəmək istəyir. Belə ki, ondan tələb edilməsinə baxmayaraq mənzildən çıxmır, xüsusi m ülkiyyət hüququ ilə iddiaçıya məxsus olan əmlakı barədə hüquqlarını həyata keçirməyinə mane olur. Həmçinin cavabdeh öz mənzilinin eyvanı ilə iddiaçının mənzilinin eyvanı arasındakı arakəsməni heç bir qanuni əsas olmadan açmışdır və buradan iddiaçının evinə daxil olur. Cavabdehin bu hərəkətləri tamamilə qanunsuzdur və iddiaçının mülkiyyət hüquqları cavabdehin qanunsuz və iddiaçının iradəsi ziddinə olan müdaxiləsindən qorunmalıdır.

5. Məhkəmə iclasında cavabdeh iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, o, mübahisəli mənzilə 2004-cü ildən sonra qeydiyyata düşmüşdür. İddiaçının ona 18.000 ABŞ dolları borcu vardır. Bundan əlavə iddiaçıya məxsus mübahisəli mənzilin təmiri üçün 14.000 manat kredit götürüb təmir etdirmişdir. Ona görə də evdən çıxmağa etiraz etmir, lakin çək diyi xərcin və iddiaçıya verdiyi 18.000 ABŞ dollarına görə kompensasiya tələb edir.

6. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********14 saylı məktubundan görünür ki, H.Əliyev prospekti ev 24 ünavnında yerləşən 57 saylı mənzil Gəncə şəhər İcra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 166 saylı sərəncamı və Azərbaycan Respublikası Gəncə şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 saylı Mənzil-İstismar Sahəsinin xx.xx.2005-ci il tarixli, 147 nömrəli Forma-2 arayışına əsasən iddiaçının adına qeydiyyata alınaraq xx.xx.2005-ci il tarixli 22578 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(125)-264/2023 nömrəli (hakim: M.Mustafayev) qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin məhkəmədə baxılmağa hazırlanması zamanı cavabdeh tərəfindən həmin evdən istifadə hüququnun olması ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olması, yaxud həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə sübutlar təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ünvan 2 ünvanında yerləşən 57 saylı mənzil mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alındığından və cavadbehin həmin mənzilə hər hansı hüququ olmadığından iddia təmin edilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 139.2, 146.1, 157.2, 157.4, 228.1, 228.2-ci maddələrinə istinadla əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hazırkı mübahisəyə qüvvədən düşmüş Mənzil Məcəlləsinin normaları tətbiq edilməli idi. Çünki Mülki Məcəllənin 228-ci maddəsində göstərilmiş notarial tələb olunan razılıq və daşınmaz əmlakın dövlət reyestrində qeydin aparılması tələbi y alnız hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı olan evlərə aiddir. Eləcə də cavabdeh mübahisəli evə qeydiyyata alınarkən evin sənədi tam hazır olmadığından hazırkı mübahisəyə məhkəmənin yanaşması doğru olmamışdır.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə birlikdə mübahisəli mənzildə böyüyüb başa çatmışlar. Həmin ev analarının adına olub və sonuncu 2005-ci ildə öldükdən sonra ev İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı həmin evi ona vermişdir, o da bunun qarşılığında iddiaçıya Rusiya Federasiyasında obyekt vermişdir. Sonradan iddiaçı ilə aralarında mübahisə yaranmışdır.

13. Sədrlik edənin sualına cavab olaraq cavabdeh bildirmişdir ki, Gəncə şəhəri, Heydər Əliyev (keçmiş Ş.İ.Xətai) prospekti, ev 24-də yerləşən 67 nömrəli mənzil onun deyil, həyat yoldaşının adınadır.

14. Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mübahisəli ev 2005-ci ildə iddiaçının adına qeydə alınmışdır. Sonuncu Rusiya Federasiyasında olan zaman cavabdehdən xahiş etmişdir ki, onun da evinə nəzarət etsin. Mübahisəli ev onların tərəflərin ata mülkü olmayıb. Tərəflərin ata yurdları Gəncə şəhərində bazarın yanında olmuş, həmin ev satılandan sonra 2 ev alınıb, həmin evlərdən biri iddiaçının adına olan mübahisəli mənzilidir, digəri isə həmin ünvanda olan ev 24-də yerləşən 67 nömrəl i hansı ki, cavabdehin arvadının adına olan mənzildir. Ona görə cavabdehin mübahisəli evdə istifadə hüququ olmamışdır. Ona görə hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə etməsi iddiaçının mülkiyyət hüququna müdaxilədir.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1249/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.T.Həsənov (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin dəlillə r formal mülahizə olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə “icarədar və ailə üzvləri” arasında yaranmış hüquq münasibətləri nöqteyi-nəzərindən yanaşmalı olduğu təqdirdə fərqli mövqe sərgiləmişdir. Belə ki, 53-cü maddənin tələbinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüq uqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideynləri hesab olunur. Cavabdeh də icarədarla birlikdə yaşamaqla ailə üzvü hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə tələblərinin pozulması onda ifadə olunmuşdur ki, həmin maddəyə görə istifadə hüququnun yaranması üçün notarial qaydada təsdiqlənən razılaşma tələb edilir. Mənim isə həmin evə istifadə hüququm yaranarkən ev sənədsiz olduğundan hazırki mübahisəyə qüvvədən düşmüş Mənzil Məcəlləsi tətbiq edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu təqdirdə bunu etməyərək iş üzrə kifayət qədər qaraşır ma aparmadan, sübutları kifayət qədər tədqiq etmədən qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olamamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosesual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 407.2. Kassasiya şikayətində işin ha llarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. üçün apellyasiya Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Gəncə şəhəri, H.Əliyev prospekti, ev 24, mənzil 57 daşınmaz əmlakın dövlət reyestrindəki xx.xx.2005-ci il tarixli qeydə əsasən iddiaçının xüsusi mülkiyyətindədir, cavabdehin mənzilə sahibliyi üçün qanuni əsaslar yoxdur.

29. Belə ki, Gəncə şəhəri, H.Əliyev prospekti, ev 24-də yerləşən 67 nömrəli mənzil xx.xx.2004-cü ildə daşınmaz əmlakın dövlət reyestrində cavabdehin xx.xx.1991-ci ildən nikahda olduğu X1 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.

30. Məhkəmələr yuxarıda qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişlər ki, mövcud vəziyyət cavabdehin mübahisəli mənzildən istifadə hüququna malik olmasını istisn a edir və cavabdeh öz hərəkəti ilə iddiaçının mülkiyyətində olan daşınmaz əşyadan istifadəsinə maneçilik yaradır.

31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

32. Belə ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi lə tələb edə bilər (§ 20).

33. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır, ona görə ki, şəxsin özünün mülkiyyətində və ya qanuni istifadəsində başqa yaşayış yerinin olması, onun başqa mənzilə (daha əvvəl yaranmış) istifadə hüququnun aradan qalxmış sayılması üçün əsasdır.

34. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1249/2023 saylı iş üzrə 30 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar