Məhkəmə qərarları › İş №2(102)-3790/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3790/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3790/2024 19.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Şamaxı rayonu İcra və Probasiya şöbəsi və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin mübahisələndirilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı cavabdehlər "xxxx" MMC-yə, Şamaxı rayonu İcra və Probasiya şöbəsinə və Cavabdeh3 qarşı “hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(103)1042/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-14517/2016 nömrəli məhkəmə əmri ilə 15.000 ABŞ dolları məbləğində pulun ödəniş günü qüvvədə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə X6 alınaraq İddiaçı ödənilməsi əmr edilmişdir.

2. Məhkəmə əmri icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmiş, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyinə görə məcburi icra tədbirləri görülmüş, borclunun mülkiyyətində Şamaxı rayonun Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsinin olduğu müəyyən edilmiş, icra məmurunun təqdimat ı əsasında Xətai Rayon Məhkəməsinin 8(011)32/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə borcluya məxsus əkin sahəsi üzərinə həbs qoyulmuşdur. Bundan sonra icra məmuru icra sənədinin icra olunması üçün aidiyyəti üzrə Şamaxı rayon İcra şöbəsinə göndərilməsi barədə qərar çıxarmışdır.

3. Şamaxı rayon İcra şöbəsi torpaq sahəsinin qiymətləndirilməsi üçün 09 mart 2021ci il tarixli qərarla qiymətləndirici dəvət etmiş, "xxxx" MMC tərəfindən torpaq sahəsinin qiyməti 3000 manat müəyyən edilmişdir. 4. xx.xx.2021-ci il tarixli İddiaçı ərizəsinə əsasən "xxxx" MMC tərəfindən 3000 manatla qiymətləndirilmiş əmlaka edilən təklifi qəbul edir.

5. İcra məmuru xx.xx.2021-ci il tarixli məktubla torpaq sahəsinin hərracda satılması üçün "xxxx" MMC-yə sifariş vermişdir.

6. Hərrac təşkilatı tərəfindən hərrac ın keçirilməsi xx.xx.2021-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə bildiriş göndərilmiş, habelə Birja Yenilikləri” qəzetində elan verilmişdir. Həmin tarixdə baş tutan hərracda torpaq sahəsi Cavabdeh3 4530 manata satılmış, hərracın nəticələri haqqında 09 iyun 2021-ci il tarixli protokol tərtib olunmuşdur.

7. Hərracdan əldə olunan vəsait İddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi olan X1 hesabına köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər "xxxx" MMC-yə (bundan sonra – MMC), Şamaxı rayonu İcra və Probasiya şöbəsinə və Cavabdeh3 qarşı “hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın və onun nəti cəsi barədə protokolun etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu X8 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli əmri əsasında verilmiş icra sənədi üzrə borcu ödəmədiyindən, icra məmuru təqdimatla Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ üzrə borcluya məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə 8(011)-32/2021 saylı qərardadı ilə təqdimat təmin edilərək, borclu Q.Əliyevin mülkiyyətində olan Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Cavabdeh1 “İcra haqqında” Az ərbaycan Respublikası Qanununun 51-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş torpaq sahəsinin qiymətləndirilməsi üçün xx.xx.2021-ci il tarixdə 1459/3 saylı məktubla "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC tərəfindən torpaq sahəsinin dəyəri 3000 manat müəyyən edilərək, bu barədə xx.xx.2021-ci il tarixli məktubla Cavabdeh1nə məlumat vermişdir. Cavabdeh1 xx.xx.2021- ci il tarixdə məktubla iddiaçıya müraciət edərək, 3000 manat dəyərində qiymətləndirilmiş borclu Q.Əliyevə məxsus, Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsi ona təklif edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Cavabdeh1nə yazılı müraciət edərək təklifi qəbul etdiyini bildirmişdir. Bundan sonra Cavabdeh1 xx.xx.2021-ci il tarixdə məktubla DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə müraciət edərək, “İc ra haqqında” Azərbaycan Respublikası Qanunun 53.1-ci maddəsinə əsasən borclu Q. Əliyevin mülkiyyətində olan və Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.03 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə dair müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Lakin bəlli olmayan səbəblərdən borclunun torpaq sahəsi onun adına rəsmiləşdirilmədən Cavabdeh1 borclunun torpaq sahəsinin açıq hərracda satılması üçün xx.xx.2021-ci il tarixli, 136913 nömrəli məktubla Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə X9 Məsuliyyətli Cəmiyyətinə sifariş məktubu göndərmişdir. Hərracın yekununa dair protokola əsasən hərrac təşkilatı xx.xx.2021-ci il tarixdə hərrac keçirmiş və hərracın qalibi Cavabdeh3 olmuşdur. Lakin əmlakın dəyəri Hərrac Mərkəzinin depozit hesabına ödənilməmiş, ümumiyyətlə hərracın yekunlar ı üzrə əmlakın alğı-satqısı barədə müqavilə bağlanmamışdır. Əslində isə əmlak özgəninkləşdirilməmiş, hərrac formal keçirilərək əmlakın özgəninkləşdirilməsinin görüntüsü yaradılmışdır. Bu hal Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********57 nömrəli məktubla da təsdiq edilmişdir. Belə ki, istinad edilən məktubda Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsinin X7 mülkiyyətində olması göstərilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçisi X8 isə xx.xx.2022-ci il tarixdə öldürülmüş və icra sənədi üzrə borcun əhəmiyyətli hissəsini ödəməmişdir. Göründüyü kimi hərrac kobud qanun pozuntusu ilə keçirildiyindən hər hansı hüquqi nəticə doğurmamışdır. Odur ki, hərrac və onun nəticəsi barədə protokol etibarsız sayılmalıdır.

10. Cavabdeh3 məhkəməyə yazılı etirazında qeyd olunur ki, Cavabdeh3 hərrac təşkilatının keçirdiyi hərracda iştirak etmiş və hərracın qalibi olmuş, hərracdan sonra alıcının yeni mülkiyyətçi kimi hüququnu təsdiq edən alğı-satqı qüvvəsinə malik protokol imzalanmışdır. Cavabdeh1 öz növbəsində hərracın qalibinin öz üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirdiyini müəyyən etdikdən sonra protokolu imzalamış və möhürləmişdir. Lakin əmlakın üzərinə hərracdan əvvəl qoyulmuş həbs qüvvədə olduğundan reyestr xidmətinin Cavabdeh3 adına yeni çıxarış verməsi mümkün olmamışdır. Xətai Rayon Məhkəməsinə həbsin götürülməsi ilə əlaqədar müraciət edilmiş və həbs götürülmüşdür. İddiaçı heç bir əsası olmadan həbsin götürülməsinə etiraz etmişdir. İddiaç ı Şamaxı rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, əmlakın hərrac yolu ilə satılmasını xahiş etmiş, hətta özü şəxsən hərracda iştirak etmiş və hərracdan sonra X3 Şamaxı rayon İcra şöbəsində onu təmsil etməyi, şöbənin depozit hesabında olan, ona çatacaq pul vəsaitini götürməyə dair etibarnamə vermişdir. G.Bağırova iddiaçının adından Şamaxı rayon İcra şöbəsinə depozit hesabına hərrac nəticəsində köçürülmüş 4530 manat pulun onun qeyd etdiyi kart hesabına köçürülməsi üçün ərizə ilə müraciət etmişdir. İcra şöbəsinin rəisi müraciəti nəzərə alaraq, müvafiq qurum və şöbələrə göstəriş vermiş və hərracdan əldə olunan 4530 manat pul vəsaiti iddiaçının nümayəndəsi G.Bağırovanın göstərdiyi hesaba köçürülmüşdür. Qeyd edilən hallar Şamaxı rayon İcra şöbəsinin məhkəməyə təqdim etdiyi sənədlərlə öz tə sdiqini tapmasına baxmayaraq, iddiaçı İcra şöbəsindən aldığı pulun ona borclu olan şəxsin Xətai Rayon Məhkəməsinin qərarı ilə müxtəlif vaxtlarda Xətai rayon İcra şöbəsinə ödədiyi pul vəsaitinin bir hissəsi olduğuna dair əsassız iddialarla çıxış edərək uzun müddətdir ki, Cavabdeh3 qanunla müəyyən edilmiş hərrac yolu ilə əldə etdiyi əmlak üzərində sərəncam vermə hüququnu məhdudlaşdırmağa çalışır. Ümumən iddiaçının hərracın nəticələrini mübahisələndirməyə subyektiv hüququ yoxdur.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)1550/2023 nömrəli qətnaməsi ilə (hakim S. Ədilova) iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia tələbində qeyd olunan dəlillər özü özlüyündə hərracın etibarsız hesab edilməsi üçün əsas hesab e dilə bilməz. Belə ki, iddia ərizəsinə əlavə olunmuş protokolda, o cümlədən məhkəmə sorğusuna əsasən əldə olunmuş protokolda müvafiq qaydada imza və möhür mövcuddur. Bu baxımdan, protokolun bir nüsxəsində imzanın və möhürün olmaması hazırki halda (işin digər faktiki halları ilə birgə yoxlanıldıqda) əhəmiyyət kəsb etmir. Digər tərəfdən hazırkı hərracın yalan əqd olması müəyyən olunmur. Məhkəmə belə nəticəyə gəlməsini mülki işin araşdırması zamanı müəyyən etdiyi aşağıdakı təkzibedilməz hallar ilə əsaslandırır. İddiaçı onun adından olan ərizənin başqa şəxs tərəfindən imzalandığını mübahisələndirsə də, işin faktiki halları ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli ərizədəki imza X4 tərəfindən imzalanmışdır. Belə ki, AR-İİ seriyalı 344334 nömrəli etibarnaməyə əsasən, iddiaçı icra qurumun un depozit hesabında olan pul vəsaitini almağı, buna dair imza etməyi və s. səlahiyyətləri X3 etibar etmişdir. Eləcə də həmin ərizədə iddiaçının adının olmasının, lakin X4 tərəfindən imzalanmasının müvafiq halda heç bir əhəmiyyəti yoxdur. Üstəlik də iddiaçı sonradan qeyd olunan ərizələrdəki imzaların özü və qızı tərəfindən icra olunmadığını mübahisələndirsə də, müvafiq ekspertizanın təyin edilməsi barədə vəsatətlə də məhkəməyə müraciət etməmişdir. Belə olan halda iddiaçının hazırda keçirilmiş hərracın formal olmasına istinad edərək, hərracı mübahisələndirməsi özü-özlüyündə əsassızdır. Qeyd olunan xüsusatlardan məlum olur ki, iddiaçı məhz özü hərracın keçirilməsini xahiş etmişdir. Belə olan halda yuxarıda qeyd olunanların kontekstində mübahisəyə yanaşdıqda müəyyən olunur ki, iddiaçı hərracı n etibarsız hesab edilməsini tələb etməkdə haqlı olmamışdır. Nəticə etibarilə məhkəmə tərəfindən hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmur və bununla bağlı iddiaçının tələbinin əsaslandırması da qanuni olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbinin məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla əsassız olduğu sübuta yetdiyindən təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53, 61, 62, 89-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 415, 416, 560-cı maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə” dair xx.xx.2022-ci il Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instan siyası məhkəməsində icraat

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işdə olan ərizələrdəki imzalar ona və qızı Günay Hüseynzadəyə aid deyildir. Bu faktın düzgünlüyünün müəyyən edilməsi ilə bağlı məhkəməyə verdikləri şifahi vəsatətə məhkəmə münasibət bildirməmiş və imzaların kim tərəfindən icra olunmasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etməmişdir. Hərrac və onun nəticəsinə dair protokolun etibarsız sayılmasına kifayət qədər əsasların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 415-416-cı maddələ rini tətbiq etməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1042/2024 saylı, xx.xx.2024-cü il qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işin faktiki hallarına əsasən mübahisəli torpaq sahəsi ilə bağlı "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-də keçirilmiş hərrac nəticəsində X7 mülkiyyətində Şamaxı rayonu, Nağaraxana kəndində 0.003 ha torpaq sahəsi 4530 manata cavabdeh (qalib alıcı) Cavabdeh3 hərracda satılmışdır. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, keçirilmiş hərrac kobud şəkildə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışd ır. Belə ki, o, Cavabdeh1nə yazılı müraciət edərək cavabdeh Qamət Əliyevə məxsus üzərinə həbs qoyulmuş torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi barədə təklifi qəbul etdiyini bildirmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 14 saylı ərazi idrəsinə müraciət edərək, borclu X7 mülkiyyətində olan və Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə dair müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Lakin bəlli olmayan səbəblərdən borclunun torpaq sahəsi onun adına rəsmiləşdirilmədən açıq hərracda satılması üçün Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə X9 Məsuliyyətli Cəmiyyətinə sifariş məktubu göndərilmişdir. Bu səbəbdən də iddiaçı hərracın etibarsız hesab edilməsini xahiş edir. Başqa söz lə, iddiaçının tələbinin əsasını hərracın keçirilməsi qaydası deyil, hərracdan satılan torpaq sahəsinin əvvəlcə ona təklif edilməsi, təklifin onun tərəfindən qəbul edilməsinə baxmayaraq, icra məmuru tərəfindən mübahisəli torpaq sahəsinin açıq hərraca çıxarılaraq, ondan xəbərsiz satılması səbəbindən həmin əmlak hərracdan satılarkən onun hüquqlarının pozulması təşkil edir.

18. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və mübahisələndirilən hərrac qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçirilmişdir. Yəni, hərrac "İcra haqqında” Qanunun 53 və 61.2-ci maddələrinə uyğun olaraq icra məmurunun sifarişi əsasında keçirilmişdir. Qeyd olunan Qanunun müddəalarına görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə h əbs qoyulmasından, götürülməsindən və satılmasından ibarət olmaqla, həmin hərəkətlərdən birincisi icra məmurunun təqdimatı əsasında məhkəmə tərəfindən, sonrakı hərəkətlər isə icra məmuru tərəfindən həyata keçirilir. Belə olan halda hərraca çıxarılmış əmlak “İpoteka haqqında”, “İcra haqqında” Qanunların və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir.

19. Bundan başqa, DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin cavab məktubuna əlavə edilmiş tələbkar İddiaçı Cavabdeh1nə ünvanlanmış ərizəsindən görünür ki, iddiaçı icra qurumundan ona yaradılan maneələri nəzərə alaraq, hərrac keçirilməsini xahiş etmişdir. Üstəlik də 8 iyul 2021-ci il tarixli ödəniş tapşırığına əsasən tələbkar İddi açı etibarnamə üzrə nümayəndəsi X2 müraciəti əsasında onun kart hesabına əmlakın hərracda satılmasından əldə olunmuş 4530 manat pul vəsaiti köçürülmüşdür. Bununla yanaşı iddiaçı onun adından olan ərizənin başqa şəxs tərəfindən imzalandığını mübahisələndirsə də, işin faktiki halları ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli ərizədəki imza X4 tərəfindən imzalanmışdır. Belə ki, AR-İİ seriyalı 344334 nömrəli etibarnamədən aydın olur ki, iddiaçı icra qurumunun depozit hesabında olan pul vəsaitini almağı, buna dair imza etməyi və s. X3 etibar etmişdir.

20. İddiaçı apellyasiya şikayətində qeyd olunan ərizələrdəki imzaların özü və qızı tərəfindən icra olunmadığını mübahisələndirib ekspertizanın təyin edilməsini xahiş etsə də, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh1nə ünvanlanan ərizədə olan imzanın və xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh1nə ünvanlanan ərizədə olan imzanın İddiaçı və ya X4 tərəfindən icra olunub-olunmamasını yoxlamaq üçün məhkəmə xətşünaslıq ekspertizası keçirilmiş, lakin həmin ərizələrin əsillərinin olmaması səbəbindən qərardad icrasız geri qaytarılmışdır.

21. Belə olan halda iddiaçının hazırda keçirilmiş hərracın formal olmasına istinad edərək hərracı mübahisələndirməsi özü-özlüyündə əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı cavabdehin mənzilinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsini tələb etməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri işin müəyyən edilmiş hallarına əsasən təsdiqini tapmamaqla məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə b ilməz.

22. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 319.5, 415.1, 415.2, 415.4, 416.1, 416.2-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 42.1, 44, 46.1, 53.1, 53.2-ci, MPM-in 14.2, 77.1, 119.1, 217.1, 217.3, 217.4, 384.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 rəisi Cavid Məmmədyarovun ərizənin əslini apellyasiya məhkəməsinə təqdim etməkdən yayınmasını məqsədlərindən biri ərizənin və imzanın s axtalaşdırıldığını gizlətmək, digər məqsədi isə hərracın faktiki keçirilməməsini, yalnız hərrac görüntüsü yaradılmasını, habelə torpaq sahəsinin “hərracda satışından” əldə olunmuş pulun ödənildiyi görüntüsünü yaratmaqdan ibarət olmuşdur. Belə ki, başqa şəxs tərəfindən onun adından yazılaraq imzalanmış ərizə İcra və Probasiya şöbəsində qeydiyyata alındıqdan sonra onun kart hesabına hər hansı məbləğdə pul köçürülməmişdir. Borclu Q. Əliyevə məxsus 0,03 ha torpaq sahəsinin satışından ona pul ödənilməmişdir.

25. İddiaçı bundan başqa qeyd etmişdir ki, apellyasiya şikayətində torpaq sahəsinin ilk olaraq borcun əvəzinə təklif edilməsi, o təklifi qəbul edib ərizə ilə müraciət etsə də, torpaq sahəsinin hərrac vasitəsi ilə formal olaraq Cavabdeh3 satılması, əslində isə torpaq sahəsinin borclunun adın da qalması, dəyərinin onun xeyrinə ödənilməməsi, 2 ildən sonra hərracın nəticəsinə dair məhkəməyə əvvəlcə möhürsüz və imzasız protokol, sonra isə imzalanmış və möhürlənmiş saxta protokol təqdim edilməsi, adından yazılıb imzalanmış ərizənin əslinin məhkəməyə təqdim edilməməsi, hərracın faktiki keçirilməməsini, hərrac görüntüsü yaradılması, borcun ödənilməsinin təminatı kimi üzərinə həbs qoyulmuş həmin torpaq sahəsinin faktiki olaraq ələ keçirilməsini təsdiq edir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd etdiyi dəlilləri araşdırmamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keç irilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

27. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bi lər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

28. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

29. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.

30. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

31. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

32. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

33. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətl ər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

40. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

45. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən q anunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin də əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

47. Qeyd olunmalıdır ki, kassasiya şikayətinin dəlilləri işin faktik hallarının araşdırılmaması, sübutlara düzgün qiymət verilməməsi ilə bağlıdır. İşin faktiki hallarının araşdırılması kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının a raşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1042/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmdən saxlanılsın. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar