Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3791/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İbayev Vafəddin Ələm oğlundan və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, iddiaçı x1 vəkili Bağırov Sadiq Tofiq oğlunun, cavabdeh x2, nümayəndəsi x3 və vəkili Həsənov Hüseyn Xeybər oğlunun, cavabdeh x4-nın vəkili Heydərov Nemət Əliş oğlunun iştirakı ilə, iddiaçı x1, cavabdeh x2 və cavabdeh x4-nın Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 aprel 2015-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmməd ov) ilkin iddia qismən təmin edilərək, x2 və x5nun ünvan 1 mənzildən çıxarılmaları və həmin mənzilin x1 istifadəsinə verilməsi, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi MK-nın 02 noyabr 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Abdullayeva - sədrlik edən və məruzəçi, İ.Xəlilov, A.Hüseynov) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 aprel 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 may 2016-ci il tarixli qərarı ilə (hakimlər T.Qoldman - sədrlik edən və məruzəçi, Ə.Rüstəmov, İ.Dəmirov) Bakı Apellyasiya Məhkəməsi MK-nın 02 noyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 25 iyul 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev - sədrlik edən və məruzəçi, R.Qurbanov, S.Hacıyev) Bakı şəhəri Yasamal rayon məhkəməsinin 15 aprel 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2017-ci il tarixli qərarı ilə (hakimlər Q.Əsgərov - sədrlik edən və məruzəçi, Ə.Əhmədov, İ.Hacıqayıbov) Bakı Apellyasiya Məhkəməsi MK-nın 25 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 06 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov - sədrlik edən və məruzəçi, X.Mərdanova və İ.Vəliyev) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 aprel 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 27 fevral 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.Nurməmmədov, Q.Allahverdiyev və G.Quliyev) Bakı Apellyasiya Məhkəməsi MK-nın 06 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 10 iyul 2018-cı il tarixli qətnaməsi ilə (hakimlər: R.Eyvazov, E.Kazımov və F.Talışinski) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin olunması, ünvan 1 mənzilə dair x6 x4-ya qəbul olunması və x7 kooperativdən azad edilməsi barədə x4-nın 0 9 iyul 2009-cu il tarixli, 06 saylı iclas protokolun və qərarının ləğv olunması, həmçinin x4 ilə x6 arasında həmin mənzilə dair bağlanmış 09 iyul 2009-cu il tarixli müqavilənin etibarsız sayılması, həmin mənzilin x6 adına özəlləşdirilərək, ona dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən verilmiş reyestr nömrəsi **********46-05301-093036, qeydiyyat nömrəsi **********; seriya MA ******* olan, 22.02.2012-ci il tarixli çıxarışın ləğv edilməsi, x6 ilə x1 arasında bağlanmış 31 yanvar 2013-cü il tarixli AN-İ ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması və onun əsasında x1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********4 6 05301-093036, qeydiyyat nömrəsi **********; seriya RX 011431-li, 02.02.2013-cü il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 10 iyul 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 10 iyul 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh x4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 10 iyul 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2na və x5na qarşı «mənzildən çıxarılma və itirilmiş mənafeyin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 binada yerləşən ümumi sahəsi 126 m2 olan üç otaqlı 37-ci mənzilindən çıxarılmaları, həmin mənzilin onun istifadəsinə verilməsi və mənzilin cavabdehlər tərəfindən özbaşına olaraq zəbt edilib, qanunsuz saxlanılması nəticəsində 15000 manat məbləğində itirilmiş mənafeyin cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31.01.2013-cü il tarixli notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 binada yerləşən ümumi sahəsi 126 kv.metr olan üç otaqlı 37-ci mənzili x6ndan satın almış, mənzil Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində adı çəkilən mənzilin onun mülkiyyəti kimi qeydiyyata alınmış, bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı 02.02.2013-cü il tarixli Çıxarış verilmişdir. Həmin mənzili bir müddət icarəyə vermək istəsə də, cavabdehlər x2nın və onun oğlu x5 mənzili özbaşına zəbt etmələri, giriş qapısının açarlarını dəyişdirib onu mülkiyyətində olan mənzilə buraxmamaları nəticəsində mənzilə sahiblik edə bilməmişdir. Mənzilin yerləşdiyi x4 rəhbərliyi və onun tərəfindən zəbt olunmuş mənzilin boşaldılması barədə cavabdehlərlə aparılmış danışıqlar da heç bir nəticə verməmiş, cavabdehlər mənzili boşaldıb ona təhvil verməkdən qəti imtina etmişlər. Uzun müddət dir ki, cavabdehlərin qanunsuz hərəkətlərinə görə mülkiyyətində olan mənzildən məhrum olmuş, mənzilə dair istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir, mənzili icarəyə verə bilmədiyinə görə 15000 manat məbləğində ziyan çəkmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh x2 və x5 x1na, x4-ya, x6na qarşı qarşılıqlı iddia ərizəsi (iddianın dəyişdirilmiş formasında) ilə birinci instansiya məhkəməsinə müraciət edərək, x4-da 19982003-cü ildə pay hüququ ilə birgə nikah dövründə tikdirdikləri ünvan 1mənzilə dair x6 x4ya qəbul olunması və x7 kooperativdən azad edilməsi barədə x4-nın 09 iyul 2009-cu il tarixli, 06 saylı iclas protokolunun və qərarının, həmçinin x4 ilə x6 arasında həmin mənzilə dair bağlanmış 09 iyul 2009-cu il tarixli mü qavilənin etibarsız hesab olunaraq ləğv edilməsi, həmin mənzilin x6 adına özəlləşdirilməsi və ona dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən verilmiş reyestr nömrəsi **********46-05301-093036, qeydiyyat nömrəsi **********; seriya MA ******* olan, 22.02.2012-ci il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi, 31 yanvar 2013-cü il tarixli AN-İ ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında x1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********46 05301-093036, qeydiyyat nömrəsi **********; seriya RX 011431-li, 02.02.2013-cü il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, x4-nın keçmiş sədri sənədləri saxtalaşdırıb və qulluq mövqeyindən sui-istifadə edib etibarsız protokol və qərara əsasən yaxın adamı x6nu MTK-ya üzv qəbul etmiş, sonra isə mənzili ona satmış, mənzil Tofiq Məmmədovun adına dövlət qeydiyyatına alınandan sonra süni surətdə vicdanlı alıcı obrazı yaratmaq məqsədilə sonuncu ilə x1 arasında notariat kontorunda 31 yanvar 2013-cü il tarixli AN-1 ******* seriyalı alqı-satqı müqaviləsi bağlanmış, mənzil 100000 manat dəyərində x8 adına rəsmiləşdirmiş və dövlət qeydiyyatına alınmışdır. Bütün bu hərəkətlər və aparılmış sənədləşmələr, protokol, qərar, alqı-satqı müqavilələri və çıxarışların əldə olunması formal görünüş yaratmaq üçün olmaqla x4-nın sədrinin və ətrafındakı yaxın adamların ın mənzili onlardan almaq üçün həyata keçirilməsi sənədlərlə öz təsdiqini tapmışdır. x4-da pay hüququ ilə x7 1998-2003-cü illər ərzində ümumi birgə nikahda olarkən tikdirmiş olduğu 37 saylı 3 otaqlı mənzillə bağlı yaranmış mübahisələrə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsi MK-nın 05 fevral 2009-cu il tarixli və Ali Məhkəmənin 07 iyul 2009-cu il tarixli qərarı ləğv olunaraq qüvvədən düşmüş və mübahisə predmeti barədə yeni qətnamə və qərarlar qəbul olunaraq qanuni qüvvəyə minmişdir. x7 ölməsi ilə əlaqədar kooperativin üzvlüyünə xitam verilməsinə dair x4 üzvlərinin ümumi yığıncağı keçirilməmiş və bu barədə qərar qəbul olunmamışdır. Onlara məxsus mənzilin x6 adına keçirilməsinə, x7 kooperativdən xaric olunmasına dair 09 iyul 2009 -cu il tarixli 06 saylı protokol və qərar da x4-nın keçmiş sədri tərəfindən saxta tərtib olunmuşdur. Hüquq münasibətlərinin mövcud olduğu dövrdə x4-nın üzvü və payçı x7 x2 ilə rəsmi nikahda olmaqla birgə təsərrüfat aparmışlar. Kooperativdə 127 saylı binada 3 otaqlı, ümumi sahəsi 112 kv.metr olan 37 saylı mənzilin tikintisinə ödənilmiş pul vəsaiti ümumi birgə vəsait hesab olunur. Həmin dövrdə qüvvədə olmuş Ailə Məcəlləsinin 23-cü maddəsinə əsasən ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən mənzil və bağ tikintisi kooperativlərinə verdikləri paylar onların ümumi birgə mülkiyyətidir. Həyat yoldaşı x7 17 aprel 2007-ci ildə dünyasını dəyişdikdən sonra mübahisənin predmeti olan 3 otaqlı 37 saylı kooperativ mənzilin ikidə bir hissəsinə arvadı x2nın payı müəyyən edilmiş, ikidə bir h issə isə miras əmlak tanınmışdır. Həmin mənzil iddiaçıların mülkiyyəti və onlara miras qamış əmlakıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 10 iyul 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 10 iyul 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh x4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 10 iyul 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1 vəkili Bağırov Sadiq Tofiq oğlu, cavabdeh x2, nümayəndəsi x3 və vəkili Həsənov Hüseyn Xeybər oğlu, cavabdeh x4-nın vəkili Heydərov Nemət Əliş oğlu kassasiya şikayətlərinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəfləri və vəkillərini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarına əsasən, x7 ilə x4 arasında üç otaqlı, sahəsi 112,5 kv.metr olan mənzilin tikintisi barədə 13 aprel 1998-ci il tarixdə müqavilə bağlanmış, mənzilin qiyməti ********* manat (denominasiyadan sonra 23296 manat) məbləğində müəyyən edilərək ödənilmiş, 01 fevral 2004-cü il tarixdə isə x7 ilə MTK arasında 3 otaqlı, sahəsi 132,5 kv.metr olan mənzilin tikintisi barədə yeni müqavilə bağlanılaraq mənzilin qiyməti 41100 ABŞ dolları məbləğində müəyyənləşdirilməklə, həmin müqavilədə əvvəlki müqavilənin ləğv edilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq x7 və daha yeddi nəfər kooperativ üzvü mənzillərin dəyərlərinin artırılmasından narazı qalaraq borcun hansı qaydada hesablanması və mənzillərin balans dəyəri barədə məlumatların verilməsini tələb etmiş, sorğuları cavabsız qaldığından, kooperativin sədrinə qarşı «vəzifəli şəxsin hərəkətsizliyinə dair» məhkəmədə iddia qaldırmış, kooperativ isə «borcun və öhdəliyin yerinə yetirilməməsinə görə cərimə ödənilməsi, kooperativdən və mənzildən çıxarılma» barədə qarşılıqlı iddia vermişdir. İşdən göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi yeddi nəfər koop erativ üzvünün iddiası üzrə 26 aprel 2007-ci il tarixli qətnamə qəbul etmiş, lakin x7 17 aprel 2007-ci ildə vəfat etdiyindən ona aid hissədə iş üzrə icraat dayandırılmışdır. İşdən göründüyü kimi 2008-ci ildə isə x2 x7 qanun üzrə vərəsəsi və həyat yoldaşı olmaqla mənzilin onların birgə vəsaiti hesabına tikilməsini, kooperativ binanın artıq 2003cü ildən hazır olduğunu və onlar tərəfindən təmir edildiyini, artırılmış sahənin hər kv.metr üçün 1000 ABŞ dolları tələb edilməsinin qanunsuz olduğunu, mənzilin yerləşdiyi blokun və liftin qapılarının qıfıllanaraq onun mənzilə buraxılmamasını, bunun nəticəsində təmiri tam başa çatdıra bilmədiyindən ona maddi və mənəvi zərər dəydiyini əsas gətirərək MTK-nın sədri x9 qarşı «müqavilənin qismən etibarsız hesab olunması, x9 üzərinə qanunsuz hərəkətlərinə d ayandırılması vəzifəsinin qoyulması, mənzilin qiymətinin müəyyən olunması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsində yeni iddia qaldırmış, məhkəmə baxışının gedişində iddia ərizəsinə əlavə təqdim edərək, həmçinin MTK-nın üzvlüyünə qəbul edilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş üzrə cavabdeh MTK-nın sədri x9 da x2 qarşı «ona verilməsi nəzərdə tutulan 3 otaqdan ibarət, ümumi sahəsi 132,5 kv.metr olan mənzilin satışa çıxarılması və ödənilmiş 28300 ABŞ dollarının qaytarılması, qalan məbləğin kooperativə verilməsi» barədə qarşılıqlı iddia vermiş, eyni zamanda x7 birinci nikahından olan oğlu x10 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində mübahisəli mənzildən vərəsəyə aid hissənin müəyyən edilmə si və ayrılması barədə iddia ərizəsi ilə işə qoşulmuşdur. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilərək, x7 kooperativin üzvlüyündən çıxarılmış hesab edilməsi, onun ödədiyi 28300 ABŞ dollarının və mənzilin təmirinə xərclənmiş 28971 manatın MTK-dan alınaraq vərəsələrinə ödənilməsi (4/6 hissəsinin x2, 1/6 hissəsinin x5, 1/6 hissəsinin isə x10 verilməsi) qət edilmişdir. Həmin qətnamədən x2 və üçüncü şəxs x10 ayrı-ayrılıqda apellyasiya şikayəti vermiş, apellyasiya baxışı zamanı MTK-nın sədri x9 ilə x10 arasında əldə edilmiş razılıqla əlaqədar sonuncu apellyasiya şikayətindən imtina etmiş və məhkəmənin 05 fevral 2009-cu il tarixli qərardadı ilə x1 0nın qətnamədən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunaraq ona münasibətdə apellyasiya icraatına xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin eyni tarixli qətnaməsi ilə x2nın şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən x2nın kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyul 2009-cu il tarixli qərarı ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «x2 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 21 iyun 2010-cu il tarixli Qərarı ilə Ali Məhkəmənin 07.07.2009-cu il tarixli qərarı qüvvədən düşmüş hesab edilərək işə Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmış, Ali Məhkəmənin Plenumunun 08.10.2010-cu il tarixli qərarı ilə Ali Məhkəmənin 07.07.2009-cu il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin 05.02.2009cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmış, sonradan Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2012-ci il tarixli qətnaməsi, həmin məhkəmənin 04 aprel 2012-ci il tarixi əlavə qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin iş üzrə 23 sentyabr 2008-ci il tarixli qətnaməsi qarşılıqlı iddia və üçüncü şəxsin iddia tələbinin təmin edilməsi hissədə ləğv edilmiş, x4-nın İdarə Heyətinin sədri x9 x2na qarşı cavabde hə verilməsi nəzərdə tutulan 3 otaqdan ibarət ümumi sahəsi 132,5 kv.metr olan mənzilin satışa çıxarılması və onların ödədiyi 28300 ABŞ dollarının qaytarılmasına, qalan məbləğin kooperativə verilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs x10nun x4-da atası x7 miras payından ona çatası hissəsinin müəyyən edilərək verilməsi haqqında idda tələbi təmin edilməmiş, apellyasiya məhkəməsinin 02 fevral 2012-ci il tarixli qərardadı ilə həmçinin Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli qətnaməsi «x2nın x11-ya üzv qəbul edilməsinin» rədd olunması hissədə ləğv edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 22 iyun 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2012-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayə ti təmin edilməmiş, qətnamə dəyişdrilmədən saxlanılmışdır. İşdən həmçinin görünür ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə qüvvədən düşmüş hesab olunan Ali Məhkəmənin 07 iyul 2009-cu il tarixli qərarının qəbul edilməsindən sonra, yəni 09 iyul 2009-cu il tarixdə x4-nın ümumi yığıncağı keçirilmiş, yığıncağın 06 saylı iclas protokoluna əsasən x7 kooperativ üzvlüyünə xitam verməklə onun pay haqqının varisinə ödənilməsi şərti ilə x6 MTK-ya üzv qəbul edilməsi və mübahisəli mənzilin ona təhvil verilməsi qərara alınmış, x6 həmin mənzili özəlləşdirmiş, Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda təsdiq edilmiş AN-İ ******* saylı 31 yanvar 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzili x1na satmış, sonuncunun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 02.02.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. x4 üzvlərinin 09 iyul 2009-cu il tarixli, 06 saylı ümumi yığıncağın protokolu ilə həmin protokoldan çıxarış fərqli məzmundadır. Ümumi yığıncaqda x7 kooperativ üzvlüyündən xaric edilməsi, 2.x6 x4-ya üzv qəbul olunması, MTK-nın İdarə Heyətinə 5-ci mərtəbə 3 otaqlı 37 saylı mənzilin x6na təhvil verilməsini təmin etməsi barədə qərar qəbul olunmasına baxmayaraq Ümumi yığıncağın protokolundan Çıxarışda əlavələr edilmiş, mərhum x7 ilə bağlanmış müqavilənin ləğv edilməsi, x6na mənzilin verilməsi və MTK-nın İdarə Heyətinə sədrinə bu barədə müqavilə bağlanmasının tapşırılması, x6na mənzilə görə 2005-ci ildən yaranmış kommunal və digər xərclərin ödənilməsinin tapşırılması kimi qərarların qəbul olunması göstərilmişdi r. Həmçinin ümumi yığıncağın protokolunda 126 nəfər üzvdən 83 nəfərin iştirak etməsi, çıxarışda isə 71 nəfərin iştirak etməsi göstərilmişdir. Qeyd edilməlidir ki, x4 üzvlərinin ümumi yığıncağı nizamnamədə göstərilən qaydada və Mülki Məcəllənin tələblərinə uyğun keçirilməsi, yığıncağın növbəti, yaxud növbədənkənar olması, yığıncağın keçirilməsinin yeri və vaxtı barədə kooperativ üzvlərinə, həmçinin x7 vərəsələri olan x2, x5 və x10ya məlumat verilməsi, onların yığıncaqda iştirak etmələri, onların x7 əvəzinə kooperativə üzvlükdən imtina etmələri, qəbul edilmiş qərarların lehinə neçə nəfər iştirakçının səs verməsi və s. zəruri hallar işdə olan sənədlərlə müəyyən olunmur. MTK rəhbərliyi tərəfindən bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Ümumi yığıncaq kooperativ üzvü ol muş 27 aprel 2007-ci il tarixdə vəfat etmiş x7 kooperativə üzvlüyünə xitam verilməsi barədə deyil, onun üzvlükdən xaric edilməsi barədə qərar qəbul etmişdir (halbuki, bunlar fərqli hüquqi nəticələrə səbəb olan hərəkətlərdir). Eyni zamanda, x6 kooperativə üzv seçilməsi üçün yığıncaq iştirakçılarının üçdə ikisinin səs verməsi işdə olan sənədlərdən görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.1-ci maddəsinə görə kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. MM-nin 111.2-ci maddəsinə görə kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. MM-nin 111.3 və 111.3.3-cü maddələrinə görə kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müst əsna səlahiyyətinə aiddir. Həmçinin, qeyd edilməlidir ki, x4-nın Nizamnaməsinin 3.1-ci maddəsinə görə kooperativ üzvlərinin ümumi yığıncağının çağırılması və keçirilməsi qaydaları «Kooperasiya haqqında» Qanun və kooperativin üzvlərinin ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarları ilə müəyyən edilir. «Kooperasiya haqqında» Qanunun (qüvvədən düşmüş, lakin bununla bağlı Nizamnamədə dəyişiklik edilməmişdir) 18-ci maddəsinin 1-ci, 4-cü və 5-ci bəndlərinə görə kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağı kooperativin ali idarəetmə orqanıdır və onun fəaliyyətinə aid bütün məsələləri həll etmək səlahiyyətinə malikdir. Kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağının çağırılması və keçirilməsi qaydaları bu Qanun və kooperativin nizamnaməsi ilə müəyyən edilir. Kooperativ üzvlə rinin (müvəkkillərin) ümumi yığıncağı kooperativin idarə heyəti (kooperativin sədri) tərəfindən ildə bir dəfə təsərrüfat ilinin başa çatmasından üç aydan gec olmayaraq çağırılır. Kooperativ üzvlərinin (müvəkkillərin) növbədənkənar ümumi yığıncağı idarə heyətinin (kooperativin sədrinin) təşəbbüsü və təftiş komissiyasının (müfəttişin), yaxud səs hüququna malik olan kooperativ üzvlərinin (müvəkkillərin) ən azı dörddə birinin tələbi ilə çağırılır. Kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olan məsələlər barədə qərar ümumi yığıncaqda iştirak edən kooperativ üzvlərinin (müvəkkillərin) azı üçdə ikisi səs verdikdə, qalan məsələlər isə sadə səs çoxluğu ilə qəbul edilir. Kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağı açıq və gizli səsvermə ilə keçiril ə bilər. Kooperativin idarə heyətinin üzvləri və onun sədri (kooperativin sədri) və təftiş komissiyasının üzvləri (müfəttiş) gizli səsvermə yolu ilə seçilir. Kooperativin nizamnaməsində nəzərdə tutulduğu digər hallarda və ya kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağında iştirak edən kooperativ üzvlərinin (müvəkkillərin) onda birindən az olmayan hissəsinin tələbi ilə gizli səsvermə keçirilə bilər. Qalan hallarda açıq səsvermə keçirilir. Göründüyü kimi, qanunverici kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağının keçirilməsinin qaydasını dəqiq tənzimləmişdir. «Kooperasiya haqqında» Qanunun 13-cü maddəsinə əsasən, kooperatvin üzvü öldükdə kooperativdə üzvlüyə xitam verilir. Kooperativin üzvlərindən biri (bir neçəsi) öldükdə onun (onların) varisi kooperativə üzv qəbul edil ə bilər Göstərilən tənzimləmə 01 sentyabr 2000-ci il tarixdən sonra qüvvəyə minmiş qanunlarda da öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.3.3-cü maddəsinə əsasən kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən kooperatvin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Göründüyü kimi, həm MTK-nın təsis edildiyi dövrdə qüvvədə olmuş, həm də hazırda qüvvədə olan qanunvericiliyə əsasən kooperativin üzvlərindən biri öldükdə onun varisinin kooperativə üzv qəbul edilmək hüquqları müəyyən olunmuşdur. Belə olan halda isə, həmin məsələyə qanunvericiliyin qeyd edilən norm alarının tələblərinə riayət edilməklə çağırılmış ümumi yığıncaqda maraqlı şəxslərin iştirakı ilə baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normaları baxımından mübahisə predmeti olan ünvan 1mənzilə dair x6 x4-ya qəbul olunması və x7 kooperativdən azad edilməsi barədə x4-nın 09 iyul 2009-cu il tarixli, 06 saylı iclas protokolunun və qərarının qanunsuz olması müəyyən edilmişdir. Belə olan halda isə qeyd edilən mənzilə dair x4 ilə x6 arasında bağlanmış 09 iyul 2009-cu il tarixli müqavilə etibarsız hesab olunmalıdır. Çünki, mübahisəli mənzilə dair əvvəlki qanuni sahibin əmlak hüquqları ilə bağlı məsələ qanunvericiliklə müəyyən olunmuş qaydada həll olunmadan, mənzilin MTK tərəfindən x6na verilməsi qanuni sayıla bilməz. Qarşılıq lı iddia qeyd edilən hissələrdə əsaslı olduğundan, mübahisəli mənzilə dair x6 adına verilmiş çıxarış ləğv edilməli, 31 yanvar 2013-cü il tarixli AN-İ ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız sayılmalı, onun əsasında x1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməlidir. Həmçinin, qarşılıqlı iddia qeyd edilən hissələrdə əsaslı olduğundan, ilk iddia rədd edilməldir. Çünki, qarşılıqlı iddianın yuxarıda göstərilən qaydada əsaslılığı, ilk iddianın təmin olunmasını aradan qaldırır. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araş dırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab e dirsə, qəbul olunmayan elan edilə bilər. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1, x2 və x4-nın kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3791/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3791/2019
01.08.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver