Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3791/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X3 cavabdeh Akkord Sənaye Tikinti X1 Səhmdar Cəmiyyətinə qarşı ilk, Akkord Sənaye Tikinti X1 Səhmdar Cəmiyyətinin X6 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin bağlanması, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu, Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, iddiaçı X3 cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC”-ə qarşı müqavilənin bağlanması tələbinə dair ilk, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC”-in X6 qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4809/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən X7 tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 25 avqust 2011-ci il tarixdə X7 ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC” arasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi məhəllə 2595-də yerləşən, 5 saylı binanın 1-ci blokunda yerləşən 8 saylı mənzilin alqı-satqısına dair müqavilə bağlanmış, müqaviləyə görə alıcı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(008)2985/2015 saylı qətnaməsi ilə «X5 Korporasiyası» ASC ilə cavabdeh İddiaçı arasında bağlanılmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi məhəllə 2595-də yerləşən, 5 saylı binanın 1-ci blokunda yerləşən 8 saylı mənzilin alqı-satqısına dair 25 avqust 2011-cı il tarixli, 14570 saylı müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi məhəllə 2595-də yerləşən, 5 saylı binanın 1-ci blokunda yerləşən 8 saylı mənzil boşaldılaraq “X5 Korporasiyası” ASC-nə təhvil verilməsi, cavabdeh İddiaçı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “X5 Korporasiyası” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
3. Bakı şəhəri Nərimanov Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli, 2 (005)501/2016 il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliy ev küçəsi 2595-ci məhəllədə yerləşən 5 saylı evin 1-ci blokundakı 8 saylı mənzilin alınması üçün ödənilmiş 32.027,92 manat, aparılmış təmir-tikinti işlərinin dəyəri 30.929 (otuz min doqquz yüz iyirmi doqquz) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə onun arasında bağlanmış, mənzilin dəyəri kimi 25 iyul 2012-ci il tarixdə, KAP-İ-12/108 saylı kredit müqaviləsinə əsasən əvvəlcə nəğd olaraq ödənmiş 61345.77 manat nəzərə almaqla Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, 5 saylı evin 8-ci mənz ilinin alqı-satqısına dair müqavilə bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 32400 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla cəmi 32430 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-451/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Ş.Quliyev) ilkin iddia və qarşılıqlı iddia təmin edilməmişdir.
7. Məhkəmə ilkin iddia tələbi ilə bağlı öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı cavabdeh tərəfin müqavilə bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etsə də mülki qanunv ericiliyin tələblərindən də göründüyü kimi öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir.
8. Qarşılıqlı iddia ilə bağlı məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, cavabdehin evi qarşılıqlı iddiaçıya geri qaytarmamaqla faydalanması ilə bağlı onun gəlir, artım, bəhər və s. əldə etməsini təsdiq edən sübutları qarşılıqlı iddiaçı məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 125, 127, Mülki Məcəllənin (bundan sonra MM) 5.3, 16.1, 21.2, 152.6, 389.1, 390.1, 390.3, 449.1, 560.1, 1091, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-45 1/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair hissədə ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qarşılıqlı iddia ilə bağlı hissədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığına və maddi hüquq normalarına uyğun əsaslandırılmadığına görə qanunsuz və əsassızdır. Qüvvədə olan məhkəmə qətnaməsinin mövcudluğuna və İddiaçı "xxxx" ASC-yə məxsus mənzili boşaltmamaqla şirkətə ziyan vurması iş materialları ilə kifayət qədər təsdiq olunmasına baxmayaraq, məhkəmə əsassız olaraq qarşılıqlı iddianı təmin etməmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X8 (sədrlik edən və məruzəçi), X4 və X2) 2(103)-4809/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(005)- 451/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddia tələbinin rədd edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmış, "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 16500 manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
13. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq hesab etmişdir ki, mənzilin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməli olması barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi 01 aprel 2016-cı il ta rixdən (Ali Məhkəmənin bu işlə bağlı qərar çıxardığı tarixdən) 2021-ci ilin aprel ayınadək İddiaçı "xxxx" ASC-yə məxsus mənzildə hər hansı haqq ödəmədən qanunsuz yaşaması sübuta yetirilmişdir. Kollegiya hesab etmişdir ki, İddiaçı yaşadığı mənzilə görə kirayə haqqı ödəməməklə həmin ASC-nin hesabına əsassız varlanmışdır. Bundan əlavə, mənzil həmin dövrdə "xxxx" ASC-yə təhvil verilmədiyinə görə ASC adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab ermişdir ki, "xxxx" ASC qarşılıqlı iddianı irəli sürməkdə haqlı olmuşdur.
14. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 21.1, 21.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şik ayətinin dəlilləri
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv ediməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
16. Kassator öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 567, 568, 575, 646, 648-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna mal ik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
19. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
21. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas ol madan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. Maddə 1092.2 Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ol araq qiymət verir.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
30. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi tə ləb olunduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Aşağıdakı səbəblərdən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı münasibətinə və müvafiq maddi hüquq normasının tələblərinə uyğun əsaslandırılmadan çıxarıldığından ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
34. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzilin cavabdeh tərəfindən boşaldılıb iddiaçıya təhvil verilməsi barədə Sabunçu rayon məhkəməsinin 25 avqust 2015-ci il tarixli qətnaməsi işə Ali Məhkəmədə baxılıb qərar qəbul edildiyi 01 aprel 2016-cı il tarixdən qanuni qüvvəyə minmişdir.
35. Azərbaycan Respublikası MPM-nin 234-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
36. İşdən görünür ki, qətnamənin icrası bir neçə il ərzində təmin olunmamış və cavabdeh mübahisəli mənzildə yaşamaqda davam etmişdir.
37. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi həmin qətnamənin uzun müddət ərzində icra edilməməsinin səbəblərini araşdırmamış, bu məqsədlə qətnamənin icrasını təmin etməli olan orqandan görülmüş icra tədbirləri barədə məlumat əldə etməmiş, qətnamənin icrasının hansı səbəblərdən mümkün olmamasına qiymət verməmişdir.
38. Bundan başqa, iş materiallarından görünür ki, mənzilin alqı-satqısı ilə əlaqədar onun razılaşılmış dəyərinin bir hissəsi cavabdeh tərəfindən ödənilmiş və onun tə rəfindən mənzildə təmir işləri aparılmaqla buna xeyli miqdarda vəsait sərf edilmişdir.
39. Eləcə də tərəflər 25 avqust 2015-ci il tarixli qətnamədən sonra qarşılıqlı tələblərlə məhkəməyə müraciət etmiş və onların həmin mübahisələri bir neçə il ərzində davam etmişdir.
40. Məhkəmə əsassız varlanmanın məbləğini və bununla əlaqədar cavabdehin mənzildən qanunsuz istifadə etməsinin müddətini müəyyən edərkən işin yuxarıda göstərilən hallarına qiymət verməmiş, mənzildən qanunsuz istifadənin başlanma vaxtını müəyyən etməmiş və qətnamənin uzun müddət icra olunmaması ilə əlaqədar cavabdehin təqsirinin nədə ifadə olunmasını aydınlaşdırmamışdır.
41. İşdən görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 23 noyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək onun tərəfindən mənzil in alınmasına görə ödənilmiş 32.027,92 manatın, aparılmış təmir-tikinti işlərinin dəyərinə görə 30.929 manatın cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir.
42. Mübahisənin obyektiv və ədalətli həlli üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin qətnamənin icrası vəziyyətini də araşdırmamış və həmin hallara qiymət verməmişdir.
43. Bundan başqa, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin qanuni əsası kimi həm Mülki Məcəllənin 21-ci maddəsinə, həm də həmin Məcəllənin 1091-ci maddəsinə istinad etmişdir.
44. Göründüyü kimi məhkəmə kollegiyası hazırkı iş üzrə biri-birindən fərqli normaların qüvvəsini eyni zamanda tətbiq etməklə mübahisənin məhz hansı normaya uyğun həll edilməli olmasında müəyyənliyin yaranmasını təmin etməmişdir.
45. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.
46. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4809/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin m əhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.