Məhkəmə qərarları › İş №2(102)-3792/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3792/2023

09.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3792/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququ, hüquq münasibətlərini yarandığı zaman qüvvədə olan qanunvericiliyin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-640/ 2023 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə 09 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 (bundan sonra – iddiaçı) 1990-cı ildə X6 ilə rəsmi nikaha daxil olmuş və ərinin anası X4 order əsasında məxsus olan dövlət mənzil fonduna aid Gəncə şəhəri, 3-cü mikrorayon, bina 7, 25 saylı mənzilə (bundan sonra – mübahisəli mənzil) gəlin köçmüş, 2021-ci ilin noyabr ayınadək orada yaşamışdır.

2. İddiaçının mübahisəli mənzildə yaşadığı dövrdə – 1997-ci ildə əri ilə birgə nikahdan digər İddiaçı2 doğulmuşdur.

3. İddiaçının qaynanası X5 2012-ci ildə, əri X6 isə 2019-cu ildə ölmüşdür.

4. Mübahisəli mənzil işə apellyasiya qaydasında baxıldığı dövrdə – xx.xx.2023-cü ildə tam mülkiyyət hüququ əsasında iddiaçının qaynı Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Gəncə şəhəri, 3-cü mikrorayon, bina 7, 25 saylı mənzilə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı ildə mübahisəli mənzilə gəlin köçmüşdür. Həmin ünvanda yaşadıqları müddətdə üç övladları olmuşdur. Həmin mənzildə onlarla birgə iki qaynı da yaşamışdır.

7. İddiaçı2 daim həmin ünvanda yaşasa da, hərbi xidmətə çağırılan zaman nənəsi Quliyeva Tame lla artıq ölmüş olduğundan onu həmin mənzilə qeydiyyata sala bilməmişlər və buna görə də, qonşu tərəfindən öz evinə qeydiyyata salınmışdır. 2021-ci ilin noyabr ayının sonları, dekabr ayının əvvəllərində heç bir əsas olmadan cavabdehlər iddiaçıların əşyalarının bir hissəsini onların xəbəri olmadan, qablaşdıraraq Samux rayonu, Qarayeri qəsəbəsində yaşayan qızı Quliyeva Ceyhunənin evinə göndərmişlər. Hazırda həmin mənzildə bir sıra əşyaları olsa da, cavabdehlər həmin əşyaların özlərinə məxus olmasını bildirərək, iddiaçılara qaytarmaqdan imtina edirlər.

8. İddiaçı ya Samux rayonunda, ya da Bakı şəhərində yaşayan qızının yanında olur. İddiaçıların yeganə yaşayış yeri mübahisəli mənzildir.

9. İddiaçıların tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 27.1-ci, xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54-cü və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddələrinə istinad etmişlər.

10. Cavabdehlər iddiaya yazılı etiraz veriblər. Etiraz onunla əsaslandırılıb ki, iddiaçı S.Əliyevanın əri 2019-cu ildə vəfat edib, bundan təxminən 1 il sonra da iddiaçılar mənzildən gediblər. Həmçinin iddiaçı özünə məxsus bütün əşyalrını da evdən çıxarıb, bir sözlə, mənzildən daimi köçüb gediblər. İddia tələbində 01 oktyabr 20098-cu ilədək qüvvədə olan Mənzil Məclləsinin 53 və 54-cü maddələrinə istinad edilib. Lakin iddiaçılar nəzərə almır ki, həmin Məcəllənin 60 və 87-ci maddələrinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. İşin hallarına görə iddiaçılar daimi olaraq mübahisəli mənzildən çıxıb gedib lər.

11. Birinci instansiya məhkəməsi Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-ni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etmişdir.

12. Birinci instansiya məhkəməsinin mübahisəli mənzilin hüquqi vəziyyəti barədə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin məlumatına görə mübahisəli mənzil özəlləşmədiyi üçün sorğunun cavablandırılması mümkün deyil.

13. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1324/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Xədicə Səfərli)

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi İddiaçı1 1990-cı ildə mübahisəli mənzilə köçməsi və 1997-ci il təvəllüdlü İddiaçı2 həmin mənzildə doğulmasıyla fa ktiki əsaslandırılmışdır. Belə olan halda, mübahisənin hüquqi əsası kimi həmin münasibətlərin yarandığı zaman qüvvədə olan xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir.

15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə həmin Mənzil Məcəlləsinin 30cu maddəsinə müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaql arı və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

16. Birinci instansiya məhkəməsi göstərmişdir ki, Mənzil Məcəllənin 30-cu maddəsinin mənasına görə iddiaçılar istifa də hüququnun tanınması, dolayısıyla mənzilə köçürülmə tələbini mənzilin mülkiyyətçisinə qarşı irəli sürə bilərdilər. Lakin cavabdehlərin mövcud vəziyyətdə mübahisəli mənzilin mülkiyyətçisi olması öz təsdiqini tapmadığına, yəni tələbə cavab verməli olan şəxslər olması sübuta yetirilmədiyinə görə iddia tələbi təmin oluna bilməz.

17. Birinci instansiya məhkəməsi mövqeyini xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 54.1, 54.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini x ahiş etmişdir.

19. Apellyasiya şikayətinin dəlilləri: - qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə iddia tələbinin İddiaçı1 1990-cı ildə mübahisəli mənzilə köçməyi, 1997ci ildə İddiaçı2 mənzildə doğulması ilə faktiki əsaslandırıldığı qənaətinə gəlsə də, lakin mübahisənin hüquqi əsası kimi həmin münasibətlərin yarandığı zaman qüvvədə olan normalara səhv istinad etmiş, yəni xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin normalarına istinad etmişdir; - məhkəmə öz qərarında İddiaçı1 mənzilə gəlin köçdüyü və İddiaçı2 həmin mənzildə doğulduğu dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin tətbiq edilməsinin zəruriliyi bildirmişdir. Lakin, yenə də nədənsə, 2009-cu il tarixli Mənzil Məcəlləsinə istinad etmişdir. Halbuki, İddiaçı1 21 sentyabr 1990-cı ildə həmin evə gəlin gəlmiş, orada 3 uşağı anadan olmuşdur. 2021-ci ilin sonlarına qədər fasiləsiz və mübahisəsiz həmin mənzildə yaşamışdır.

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-640/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmiş, iddiaçıların Gəncə şəhəri, 3-cü mikrorayon, ev 7, 25 saylı mənzilə istifadə hüququ tanınaraq onların mənzilə köçürülməsi qət edilmişdir. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Afiq Hüseynzadə)

21. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehlərin qardaşı X6 ilə xx.xx.1990-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından üç uşağı doğulmuşdur. Birgə nikaha daxil olduqdan sonra isə iddiaçı qayınanası X2 orderlə verilmiş mübahisəli Gəncə şəhəri, 3-cü mikrorayon, bina 7, 25 saylı mənzilə gəlin köçmüşdür. Daha sonra isə iddiaçının əri X6 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Mübahisə predmeti olan mənzil Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

22. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan mübahisədir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəyə dair Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edərək, həmin maddənin mənasına görə iddiaçıların hazırkı tələblə mənzilin mülkiyyətçisinə qarşı irəli sürə bilməsini, lakin cavabdehlərin mövcud vəziyyətdə mübahisəli mənzilin mülkiyyətçisi olması təsdiqini tapmadığından, yəni iddiaya cavab verməli şəxs olmadıqlarından iddia tələbinin təmin oluna bilməməsini qeyd etsə də, bu nəticə ilə razılaşmaq olmaz.

23. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən edə bilməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır.

24. İddia tələbinin hüquqi əsaslılığı ilə bağlı apellyasiya instansiyası məhkəməsi göstərib ki, tərəflər arasında yaranmış hüquq münasibətləri istifadə hüququnun yar anması və evə köçürülmə ilə bağlı yaranan mübahisədir və iddiaçının mübahisəli mənzilə 1990-cı ildə köçdüyü vaxt həmin mənzilin xüsusi mülkiyyətdə olmadığı və dövlət mənzil fonduna aid olduğu nəzərə alınaraq, iddiaçıların mübahisəli mənzilə istifadə hüququnun yaranıbyaranmaması məsələsi xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54cü maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. 25. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahis ələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

26. Apellyasiya instansiyası məhkəməsi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə istinadən qeyd etmişdir ki, İddiaçı1 1990-ci ildə cavabdehlərin qardaşı Ceyhun Quliyevlə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, iddiaçı ailə qurduqdan sonra qayınanası X1 razılığı ilə mübahisəli Gəncə şəhəri, 3-cü mikrorayon, bina 7, 25 saylı mənzilə gəlin köçürülmüş və cehiz əşyalarını da həmin evə yığmışdır. İddiaçının cavabdehlərin qardaşı Ceyhun Quliyevlə birgə nikahlarından mübahisəli evdə Əhliman adlı uşaqları (digər iddiaçı) doğulmuşdur. İd diaçının əri Ceyhun 2019-cu ildə vəvat etmişdir. İddiaçılar mübahisəli mənzildə 2021-ci ilin sonunadək yaşamışlar. İddiaçı tərəf mübahisəli mənzildən zorla çıxarıldıqlarını bildirir. Cavabdeh tərəf isə iddiaçıların mübahisəli mənzildən istifadə hüquqlarının yarandığını və sonradan könüllü evi daimi əsaslarla tərk edərək həmin hüquqlarnı itirdiklərini bildirir. Göründüyü kimi iddiaçılar mübahisəli mənzildən icarədarın razılığı ilə fasiləsiz uzun illər istifadə edib, ümumi təsərrüfat aparmışlar. Bununla da, iddiaçıların həmin mənzildən istifadə hüquqları yaranmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, iddiaçıların mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının yarandığı təsdiq olunduğuna görə, sonuncuların istifadə hüquqlarının itirilib-itirilməməsi məsələsi də araşdırılmalıdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

28. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

29. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

30. Apellyasiya instansiyası məhkəməsi işin halları baxımından qeyd edib ki, iddiaçıların mübahisəli yaşayış sahəs indən könüllü çıxmaları və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələri sübut olunmur. Cavabdeh tərəf həmin halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı1 xx.xx.2021-ci il tarixdə polis orqanına müraciət edərək, Gəncə şəhəri, 3-cü mikrorayon, ev 7, 25 saylı mənzilə əşyalarının təkrar yerləşdirilməsi və yaşamaq hüququnun bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bu hal ağlabatan mühakimə əsasında iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlməyə əsas verir.

31. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlib ki, iddiaçılar mübahisəli yaşayış yerindən könüllü çıxmamışlar, əksinə, cavabdehlərin törətdiyi maneəçiliyə görə mənzildə bir müddət yaşaya bilməmişlər. Buna görə də, iddi açı hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Bu vəziyyət isə onların mübahisəli mənzili daimi tərk etdiyi barədə nəticəyə gəlməyə əsas vermir.

32. Həmçinin, mübahisəli mənzilin xx.xx.2023-cü ildə Cavabdeh2 tərəfindən özəlləşdirilməsi, həmin mənzildən iddiaçıların yaranmış istifadə hüquqlarının xitamına səbəb olmur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun.

33. Qeyd olunanları nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab edib ki, iddiaçlar İddiaçı1 və İddiaçı2 mübahisəli yaşayış sahəsindən istifadə hüquqları yaranmış və itirilmə mişdir. Həmçinin onların mübahisəli mənzildən istifadə hüquqlarının olması yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının qanuni əsaslarından biridir. Çünki mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır:

1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab edib ki, birinci instansiy a məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 60, 87 123-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdehlər kassasiya şikayəti verərək (Vəkil1), apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54 və 123-cü maddələrinə istinad edərək bu nəticəyə gəlmiş, iddiaçılar cavabdehlərin ailə üzvü kimi mübahisəli evə köçürülmüşdür. Lakin məhkəmə həmin normalara istinad etsə də, nəzərə almamışdır ki, sözügedən Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən isə icarədar və onun ailə üzvləri daimi olaraq yaşamaq ücün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş sayılır. İşin hallarından da görünür ki, iddiacınin əri 2019-cu ildə öl əndən 1 il sonra, iddiaçı evdən daimi olaraq Samux rayonuna köcmüş, özünə məxsus bütün əşyalarını da evdən çıxarmışdır. Eyni zamanda iddiaçı heç vaxt mübahisəli evdə pasport qeydiyyatında olmamış, indi də başqa yerdə qeydiyyatdadır. Hazırda da həmin mənzil artıq tam mülkiyyət hüququ ilə cavabdehlərə məxsusdur. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982) Maddə.53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri on unla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həd di-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kas sasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

40. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 21-35-ci bəndində əks edilən qiymətləndirməsi ilə razılaşır.

45. Belə ki, iddia tələbi mənzilə istifadə hüququnu tanınması və köçürlmə barədədir. İddiaçı tələbinin faktiki əsası kimi mübahisəli mənzilə 1990-cı ildə köçməsinə, həmin vaxt mənzilin dövlət fondunda olmaqla order əsasında qayınanasına məxsus olmasına istinad etmişdir.

46. İşin apellyasiy a instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə də iddiaçı 1990-ci ildə cavabdehlərin qardaşı Ceyhun Quliyevlə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, iddiaçı ailə qurduqdan sonra qayınanası X1 razılığı ilə mübahisəli Gəncə şəhəri, 3-cü mikrorayon, bina 7, 25 saylı mənzilə gəlin köçürülmüş və cehiz əşyalarını da həmin evə yığmışdır. İddiaçının cavabdehlərin qardaşı Ceyhun Quliyevlə birgə nikahlarından mübahisəli evdə 1997-ci ildə Əhliman adlı uşaqları (digər iddiaçı) doğulmuşdur. İddiaçının əri Ceyhun 2019-cu ildə vəvat etmişdir. İddiaçılar mübahisəli mənzildə 2021-ci ilin sonunadək yaşamışlar. İddiaçılar mübahisəli mənzildən icarədarın razılığı ilə fasiləsiz uzun illər istifadə edib, ümumi təsərrüfat aparmış, bununla da, onların həmin mən zildən istifadə hüquqları yaranmışdır. Həmçinin o da müəyyən edilib ki, iddiaçıların mənzilə istifadə hüquqları da Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə əsasən itirilməyib.

47. Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandağı zaman maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

48. İddiaçı1 mübahisəli mənzilə 1990-cı ildə köçməsi, digər iddiaçının 1997-ci ildə həmin mənzildə doğulması, həmin mənzilin o zaman dövlət mənzil fondunda olması müəyyən edildiyi üçün, başqa sözlə, mübahisəli hüquq münasibəti mənzilin dövlət fondunda olduğu dövrdə yarandığı üçün qanunvericliyin tələbinə görə həmin münasibətlərə 2009-cu il 01 oktyabradək qüvvədə olan Mənzil Məcəlləsinin (1982-ci) 53 və 54-cü maddələrinin tətbiq edilməsini məhkəmə kollegiyası düzgün sayır.

49. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olduğundan iddia tələbinin təmin edilməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.

50. Məhkəmə kollegiyası xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə görə iddiaçıların mənzildən istifadə hüquqlarının xitam edilməsi barədə kassasiya şikayətini dəlillərini qəbul etmir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbay can Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

52. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri daimi yaşamaq ücün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

53. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 60-cı maddəsinin tətbiqi üçün həmin Məcəllənin 87ci maddəsində göstərilən əsaslar müəyyən edilməlidir. Əks halda, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qeyd edildiyi kimi, iddiaçıların mübahisəli yaşayış sahəsindən könüllü çıxmaları və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələri sübut olunmayıb, cavabdehlər həmin halı təsdiq edən heç bir sübutu işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim etməyiblər. Əksinə, apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən edib ki, İddiaçı1 xx.xx.2021-ci il tarixdə polis orqanına müraciət edərək, Gəncə şəhəri, 3-cü mikrorayon, ev 7, 25 saylı mənzilə əşyalarının təkrar yerləşdirilməsi və yaşamaq hüququnun bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qə naətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-640/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar