Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3792/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cəfərov Cavabdeh1 Şükufə Əziz qızı və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən (yataqxana) çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tər kibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)347/2025 nömrəli, 4 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Əbdü ləzimova (Cəfərova) Şüküfə Əziz qızı Bakı Şin zavodunda (indiki "xxxx" ASC-də) Cəbrayıl rayonundan məcburi qaşqın kimi xx.xx.1994-cü il tarixdən Bakı Şin zavodu üzrə 47-k saylı xx.xx.1994-cü il tarixli əmrlə zavodun vulkanlaşdırma sexinə 3 dərəcəli iş bölüşdürücü kimi işə qəbul olunmuşdur. xx.xx.1998-ci il tarixindən 127 saylı xx.xx.1998-ci il tarixli əmrlə zavod üzrə əsas proseslərini tam dayandırdığından öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir. Əbdüləzimova (Cəfərova) Şüküfə Əziz qızı işə qəbul olunarkən əmək kitabçası işğal olunmuş Cəbrayıl rayonunda qaldığından əmək kitabçası işə qəbul olunmuşdur. Bakı Şin zavodunun Həmkarlar Komitəsinin 105 saylı xx.xx.1994-cü il tarixli protokolu ilə Əbdüləzimova (Cəfərova) Şüküfə Əziz qızına Şin zavodunun F.Xoyski prospektində yerləşən 140 a saylı yataqxanasının 95 saylı otağı ordersiz yaşamaq üçün müvəqqəti verilmişdir. 11 iyun 1998-ci il tarixli 59 saylı Protokola əsasən həmin binanın 94 saylı otağı orderlə yaşamaq üçün müvəqqəti olaraq əlavə ona verilmişdir. Bakı Şin zavodunun (indiki "xxxx" ASC) yataqxanaları, yaşayış binaları, 2003cü il 6 avqust tarixindən etibarən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan Xüsusi təyinatlı mənzil təsərrüfatı birliyinə verilmişdir. İddiaçı adında bir şəxs Bakı Şin zavodunun (indiki "xxxx" ASC-ti) işçisi olmamışdır. Onun haqqında heç bir arxiv sənədi mövcud deyildir. Onun adına verilmiş ***-**-** seriyalı 28 saylı orderin verilməsi haqqında Həmkarlar Komitəsinin Protokolu eləcədə ayrı bir sənəd mövcud deyildir. Mənzil Məcəlləsində göstərildiyi kimi yataqxanalarda yaşayış sahəsi ancaq zavod işçilərinə verilir. Ona orderin hansı şəraitdə verilməsi ASC-yə məlum deyildir.
2. Bakı Şin Zavodu üzrə 25 aprel 1994-cü il tarixli əmrdən görünür ki, Əbdüləzimova (Cəfərova) Şüküfə Əziz qızı xx.xx.1994-cü il tarixdən vulkanlaşdırma sexinə 3 dərəcəli iş bölüşdürücü kimi işə qəbul olunmuşdur.
3. Bakı Şin zavodunun Həmkarlar Komitəsinin 105 saylı xx.xx.1994-cü il tarixli protokoldan görünür ki, Əbdüləzimova (Cəfərova) Şüküfə Əziz qızına Şin zavodunun F.Xoyski prospektində yerləşən 140 a saylı yataqxanasının 95 saylı otağı ordersiz yaşamaq üçün müvəqqəti verilmişdir. 4. 11 iyun 1998-ci il tarixli 59 saylı Protokoldan və 382 nömrəli orderdən müəyyən olunur ki, Əbdüləzimova (Cəfərova) Şüküfə Əziz qızına Şin zavodunun F.Xoyski prospektində yerləşən 140 a saylı yataqxanasının 94 saylı otağı orderlə yaşamaq üçün müvəqqəti olaraq əlavə ona verilmişdir. 5. 127 saylı xx.xx.1998-ci il tarixli əmrdən görünür ki, X3 xx.xx.1998-ci il tarixindən öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir. 6. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, ev 140 A da yerləşən keçmiş yataqxana binası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 263 saylı Sərəncamına əsasən xx.xx.2003-cü il tarixdə "xxxx" ASC-nin balansından, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına mövcud vəziyyətdə, əvəzsiz olaraq qəbul edilmişdir. Həmin bina hal-hazırda 2 saylı X üsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyində olan 115 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisində yerləşir. 115 saylı MənzilKommunal İstismar Sahəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 05 saylı məlumata əsasən 95 saylı mənzil xx.xx.2002-ci il tarixli, 184-18-50/28 saylı orderlə "xxxx" ASC tərəfindən İddiaçı verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən 95 saylı mənzildə daimi pasport qeydiyyatındadır. Əlavə olaraq bildiririk ki, Cəbrayıl rayonundan məcburi köçkün olan X4 ailəsi ilə birlikdə 94 saylı mənzildə məskunlaşdığı halda 95 saylı mənzili zəbt etmişdir. Cəfərova (Əbdüləzimova) Şükufə Əziz qızına 6 nəfər ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsi, Bakı şəhəri, Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksin də 3 otaqlı mənzillə təmin olunmuşdur. Belə olan halda Cavabdeh2 başqa mənzillə təmin olunan vaxtdan X18 küçəsi, 140 A saylı evin 94 və 95 saylı mənzillərini boşaldaraq 115 saylı Mənzil-Kommunal İstismar Sahəsinə təhvil verilməli idi, lakin həmin mənzilləri boşaltmamışdır. Beləliklə, təqdim olunan sənədlərdən məlum olur ki, X18 küçəsi, 140 A saylı evin 95 saylı mənzili İddiaçı aiddir.
7. Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski 140a ünvanında qeydiyyatda olan 5 nəfər şəxs tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, Cəbrayıl rayonundan qaçqın gəlmiş Cavabdeh2 Bakı şəhəri Şin zavodunun işçisi olduğuna görə ailəsi ilə birlikdə Bakı şəhəri Şin zavodu tərəfindən verilmiş 95 nömrəli mənzildə 30 il yaşadıqlarının şahidi olmuşlar. Onlar İddiaçı tanımırlar.
8. Cavab deh X9 tərəfindən məhkəməyə təqdim olunmuş elektrik enerjisindən və sudan istifadəyə görə 2017-2023-cü il tarixlərə dair ödəmələri edilməsi barədə qəbzlərdən görünür ki, ünvan 2 ünvanı üzrə ödəmələr “cəbrayıl 5” adı ilə həyata keçirilmişdir.
9. Mənzil-kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsının İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentın balansına verilmişdir. Bakı şəhəri, X18 küçəsi, 140A saylı ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı Şəhər Mənzıl-Kommuna Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına icarə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı 2002-ci ildən Bakı şəhəri, X18 küçəsində yerləşən 140A saylı evin, yaşayış sahəsi 15,0 kv.metr olan 1 otaqlı 95 saylı mənzilində tək qeydıyyatsız yaşayır. Bu səbəbdən Bakı şəhəri, X18 küçəsində yerləşən 140A saylı evin, yaşayış sahəsi 15,0 kv.metr olan 1 otaqlı 95 saylı mənzilinə İddiaçı adına icarə müqaviləsi bağlanması və onun h əmin mənzilin icarədarı hesab olunmasına göstəriş verilmişdir. 10. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, F.X.Xoyski prospekti 140a saylı yataqxana binasının 95 saylı mənzili "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, ***-**-** seriya 28 saylı Order sənədi ilə vətəndaş İddiaçı verilmişdir. “Asan 2” xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* saylı Arayışa əsasən vətəndaş İddiaçı ünvan 4 ünvanında xx.xx.2022-ci il tarixdən pasport qeydiyyatındadır. Həmin ünvanda qeydiyyatda başqa şəxslər yoxdur. Hal-hazırda binanın 95 saylı mənzilində Cəbrayıl rayonundan məcbu ri köçkün olan, binanın 94 saylı mənzilində də yaşayan vətəndaş Cavabdeh2 (binanın 94 saylı mənzili "xxxx" Dövlət Şirkətinin Bakı Şin Zavodu tərəfindən xx.xx.1998-ci il tarixli, 382 saylı X1 verilmişdir), oğlu Cavabdeh1, qızı X6 və nəvəsi X10 ilə birlikdə mənzili zəbt edərək faktiki yaşayırlar.
11. Azəbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 10 yanvar 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Cəbrayıl şəhərində məcburi köçkünlər – Cavabdeh3, həyat yoldaşı Cavabdeh2, övladı Cavabdeh1, gəlini X6 və 2 nəvəsi də olmaqla cəmi 6 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, F.Xoyski prospekti, 140A ünvanından köçürülərək dövlət tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 9 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, “Qobu park 2” yaşayış komplek sində yerləşən 19 saylı binanın 14 nömrəli 3 otaqlı mənzili ilə təmin olunmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, X18 küçəsi, ev 140 A ünvanda yerləşən 95 saylı mənzilin iddiaçının sahibi olması, Cəbrayıl rayonundan məcburi köçkün düşmüş cavabdehlərin 95 nömrəli mənzildən çıxarılması, 94 nömrəli və 95 nömrəli mənzillərə daxildən açılmış qapının bağlanılması, cavabdehlər tərəfindən dəhlizdə 95 nömrəli mənzilin dəhlizdən olmuş giriş qapısının qarşısında quraşdırdığı sanitar qovşağının (tualetin) sökülməsi, 95 nömrəli mənzilə dəhlizdən olmuş giriş qapısının açılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və həmin mənzilə iddiaçının köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin balansında olmuş Bakı şəhəri Nərimanov rayonu, X18 küçəsi, ev 140 A ünvanda yerləşən yataqxanadan 95 nömrəli otaq (mənzil) ***-**-** seriyalı 28 saylı Order sənədi ilə İddiaçı verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinin 228/7 №-li, xx.xx.2008-ci il tarixli Sərəncamı ilə o, qeyd olunan mənzilin icarədarı hesab olunmuşdur. Mənzilin kimin sahibliyində olması barədə sorğuya cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli, 310 №-li məktubla ətraflı cavab verilmişdir. Həmin mənzil məcburi köçkün olan cavabdehlər tərəfindən zəbt olduğuna görə, İddiaçı qeyd olunan mənzildə yaşaya bilməmişdir. Cavabdehlər ona məxsus mənzilin qonşuluğunda olan 94 saylı mənzili, lakin bu otaq onlara az olduğundan ona məxsus mənzili də zəbt etmişlər. xx.xx.2024-cü il tarixdə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, yataqxananın yerləşən 94 və 95 saylı otaqları arasında cavabdehlər tərəfindən qapı açılmış, 95 saylı otağın qapısı bağlanaraq qapının qarşısında dəhlizdə tualet tikilmişdir.
14. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya qarşı məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək etirazında bildirmişdir ki, müba hisələndirilən yaşayış sahəsi "xxxx" ASC-nin balansında olmuş, cavabdeh Cəfərova (əvvəlki soyadı Əbdüləzimova) Şükufə Əziz qızı xx.xx.1994-cü il tarixdə Bakı Şin zavoduna (hazırda "xxxx" ASC) zavod üzrə 47-k saylı xx.xx.1994-cü il tarixli əmrlə 3-cü dərəcəli iş bölüşdürücüsü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixindən zavod üzrə 127 saylı, xx.xx.1998-ci il tarixli əmrlə zavod əsas iş sahələrində istehsal fəaliyyətini tam dayandırdığından öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir. İşə qəbul zamanı Əbdüləzimova (Cəfərova) Şükufə Əziz qızına məxsus əmək kitabçası o zamanlar ermənilər tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda qaldığından əmək kitabçasız işə qəbul olunmuşdur. Bakı Şin zavodunun Həmkarlar Komitəsinin 105 saylı xx.xx.1994-cü il tarixli protokolu ilə Əbdü ləzimova (Cəfərova) Şükufə Əziz qızına Şin zavodunun Bakı şəhəri Nərimanov rayonu, X18 prospektində yerləşən 140 A saylı yataqxanasının 95 saylı otağı ordersiz müvəqqəti yaşamaq üçün ona verilmişdir. xx.xx.1998-ci il tarixli 59 saylı protokola əsasən Əbdüləzimova (Cəfərova) Şükufə Əziz qızının kirayə müqavilələri birləşdirilərək həmin binanın 94 saylı otağı orderlə yaşamaq üçün müvəqqəti olaraq əlavə ona verilmişdir. Bakı Şin zavodunun (indiki "xxxx" ASC-nin) yataqxanaları, yaşayış binaları xx.xx.2003-cü il tarixindən etibarən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan Xüsusi təyinatlı mənzil təsərrüfatı birliyinə verilmişdir. Beləliklə də, cavabdehlər 30 ildir ki, öz vəsaiti hesabına dəfələrlə təmir etdirməklə və yaşamaq üçün şərait yaratmaqla müvafiq order əsasında fasiləsiz olaraq həm in ünvanda yaşamışlar. Lakin İddiaçı adında şəxs isə heç bir zaman Bakı Şin zavodunun (indiki "xxxx" ASC-nin) işçisi olmamış və orada yaşamamışdır. Onun haqqında heç bir arxiv sənədi də mövcud deyildir. İddiaçının adına verilmiş ***-**-** seriyalı 28 saylı orderin verilməsinə əsas olan zavod Həmkarlar Komitəsinin Protokolu, eləcə də digər hər hansı sənəd mövcud olmamışdır. Göründüyü kimi, mübahisələndirilən yaşayış sahəsində cavabdehlərin uzun müddət bu günədək müvafiq order əsasında yaşadıqları halda iddiaçının mənzildən çıxarılma barədə iddia qaldırmasinin heç bir qanuni əsası yoxdur. Bu xüsusatlar cavabdeh və "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlər, eləcə də həmin bina sakinləri tərəfindən imzalanmış aktla, o cümlədən həmin binada yaşayan qonşular – X7 və digərləri tərəfindən də tam təsdiq olunur.
15. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, dövlət tərəfindən qaçqınlar üçün inşa edilmiş evin yerləşdiyi ərazi qaldıqları və işlədikləri ərazidən uzaq olduğu üçün həmin evdən imtina etmişdir. Mübahisəli mənzildə orderlə 1994-cü ildən qalır, hətta evi təmir etdirmiş və bütün kommunal xərclərini çəkir. Bu müddət ərzində iddiaçı heç vaxt mənzilə yaxınlaşaraq özünü mənzilin sahibi kimi tanıtmamış və iddiaçını ümumiyətlə heç kim tanımamışdır. Ona görə iddianın təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X11 izahat verərək bildirmişdir ki, Cavabdeh2 ASC-də işləməsi səbəbindən ona mənzilə dair order verilmişdir. Mübahisəli mənzil Cavabdeh2 məxsu sdur.
17. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi Nümayəndə1 izaahatında bildirmişdir ki, iddiaçıya verilmiş order Cavabdeh2 verilmiş orderidən daha əvvəlki tarixə aid olduğuna görə mənzil iddiaçıya məxsusdur.
18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(005)-647/2024 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia rədd edlmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin mahiyyətini Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 140a saylı yataqxana binasının 95 saylı mənzildən cavabdehlərin çıxarılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qal dırılması təşkil edir. 95 saylı mənzil xx.xx.2002-ci il tarixli orderlə "xxxx" ASC tərəfindən iddiaçıya verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən 95 saylı mənzildə pasport qeydiyyatındadır. xx.xx.1994-cü il tarixli protokolu ilə Cavabdeh2 95 saylı otaq ordersiz yaşamaq üçün müvəqqəti verilmiş, 11 iyun 1998-ci il tarixli Protokola əsasən həmin binanın 94 saylı otağı isə orderlə yaşamaq üçün müvəqqəti verilmişdir.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, orderin verilməsi və tərəflərin mənzilə dair hüquqlarının yaranması tarixini nəzərə alaraq məhkəmə hazırkı mülki işə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarının tətbiq edir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. İş materiallarında olan sənədlərdən sözügedən yataqxananın "xxxx" ASC-nin (əvvəlki Bakı Şin Zavodu) balansında olduğu, ASC tərəfindən işçilərə yaşayış üçün orderlərin verildiyi aydın olur.
21. Məhkəmə daha sonra qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən məhkəməyə təqdim olunmuş sübutlardan Cavabdeh2 zavodda işlədiyi və buna görə də ona 95 saylı mənzildə yaşaması üçün müvəqqəti verildiyi aydın olur. Bu faktı ASC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bir daha təsdiq etmişdir. Yəni aydın olur ki, Cavabdeh2 həmin zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq mənzilə köçmüşdür. Cavabdehlərin mənzildən çıxarılmasını tələb edən iddiaçı bu tələbini, özünün mənzilə mülkiyyət hüququnun olmasını və cavabdehlərin mənzildən istifadə hüquqlarının olmamasını sübutlarla əsaslandırmalıdır. Qeyd olunan mənzili order əsasında şəxslərin istifadəsinə vermək səlahiyyəti daşımış "xxxx" ASC tərəfindən edilmiş yazılı müraciətdə iddiaçının zavodun işçisi olmadığı və mənzilə dair orderin hansı qaydada alınmasının ASC-yə məlum olmadığını bildirilmişdir.
22. Müvafiq iddia tələbləri olmadığından məhkəmə işə iddia tələbi həcmində baxmalı olsa da, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olması məsələsini araşdırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nə iddiaçı, nə də Cavabdeh2 mü lkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Lakin mənzilə dair hər iki tərəfin adına müvafiq orderlər mövcuddur. İddiaçı Cavabdeh2 adına olan orderi mübahisələndirməmiş, bu orderin etibarsız olması iş materialları ilə müəyyən olunmamışdır. İddiaçı özü Cavabdeh2 adına order olduğunu qəbul etmiş, lakin bu orderi mübahisələndirməmiş, orderlə bağlı iddia tələbləri qaldırmamışdır. İddiaçı tərəf iddia tələbinin əsaslılığına dair hər hansı sübutlar təqdim etməmişdir.
23. Digər tərəfdən “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsi, habelə “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydası”nın 4-cü maddəsinin müddəaları tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları (yerli icra hakimiyyəti orqanları) tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçü n zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.
24. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 10 yanvar 2024-cü il tarixli məktubunda Cəbrayıl rayonundan məcburi köçkün olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 və 2 nəvəsi olmaqla 6 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, X18 küçəsində yerləşən 140A saylı ünvandan köçürülərək başqa yaşayış sahəsi ilə təmin olunması göstərilsə də, yerli baxış zamanı cavabdehlərin və əşyalarının mübahisəli yaşayış sahəsində hələ də qalması müəyyən olunmuş, Cavabdeh2 həmin yaşayış sahəsinin onlara təhvil verilmədiyini, mənzildən imtina etdiyini bildirmişdir.
25. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 adına verilmiş protokol və orderin qanunsuz olub-olmaması məhkəmə araşdırmasının predmeti olmadığından, hazırkı iddia tələbi üzrə həmin sənədlərin mövcud olmadığı və qanunsuz olması sübuta yetirilmədiyi halda, cavabdehin və onun ailə üzvlərinin mənzildən çıxarılması üçün qanuni əsaslar yaranmır. Cavabdehlər mənzildən çıxarılmadığı halda “mənzillərə daxildən açılmış qapının bağlanılması, cavabdehlər tərəfindən dəhlizdə 95 №-li mənzilin dəhlizdən olmuş giriş qapısının qarşısında quraşdırdığı sanitar qovşağının (tualetin) sökülməsi, 95 saylı mənzilə dəhlizdən olmuş giriş qapısının açılması vəzifəsinin cavabdehlərin üz ərinə qoyulması” hissəsində iddia tələbləri təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, mübahisəli yaşayış sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır, həmin qurumun baxılan iş üzrə Cavabdeh2 və onun ailə üzvlərinə qarşı yaşayış sahəsindən çıxarılma və bununla əlaqəli olan iddia tələbləri olmamışdır. Halbuki bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malikdir.
26. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 və 157.4-cü, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
27. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərə faktiki olaraq zavoddan ayrılmış mənzil, Bakı şəhəri Nərimanov rayonu, X18 küçəsi, ev 140 ünvanda yerləşən 94 saylı mənzil olmuşdur. Bu səbəbdən də iddiaçıya məxsus həmin mənzilin qonşuluğunda olan 95 nömrəli mənzildə qalması qəbul edilməzdir. Cavabdehlər iddia çının mənzilini də istifadə etməklə onun mənzilə olan hüquqlarını pozmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin məktubundan məlum olur ki, Cəbrayıl şəhərindən məcburi köçkünlər – Cavabdeh3, həyat yoldaşı Cavabdeh2, və 2 nəvəsi də olmaqla cəmi 6 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 140 A ünvandan köçürülərək dövlət tərəfindən yaşyış şəraitinin yaxşılaşdırılması məqsədilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağrayonu, “Qobu Park 2” yaşayış kompleksində yerləşən 19 saylı binanın 14 nömrəli 3 otaqlı mənzillə təmin olunmuşdur. Cavabdeh2 məhkəmədə bildirmişdir ki, onun ailəsinə ayrılmış 3 otaqlı mənzili qəbul etmir, yaşayış şəraiti çox pis olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pro spekti, 140 A ünvanda yerləşən 2 nömrəli yataqxananın 94 və mübahisəsi gedən 95 nömrəli otaqlarda qalıb yaşamasını istəyir. Həmin yataqxana sökülmək üzrədir və Cavabdeh2 yataqxananın ərazisində tikinti işlərini aparacaq "xxxx" MMC ilə əldə etdiyi razılaşmaya görə ona həmin otaqlara görə kompensasiya veriləcəkdir. Cavabdeh2 və ailəsinə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən rahat 3 otaqlı mənzil təqdim edildiyi üçün o, müvəqqəti istifadə və iddia etdiyi 95 nömrəli otağa artıq öz hüquqlarını itirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı özü də Cavabdeh2 adına order olduğunu qəbul etmiş, lakin bu orderi mübahisələndirməmiş, orderlə bağlı iddia tələbləri qaldırmamışdır. Bununla bağlı bildirir ki, məhkəmənin gəldiyi nəticə belə ziddiyyətlidir. Əvvəla 94 saylı otağ a “Şinzavod” tərəfindən Cavabdeh2 order verilməmişdir, yalnız müvəqqəti yaşamaq üçün həqiqiliyi şübhə altına alınan latın qrafikası ilə rus dilində makinada 1994-cü il tarix kimi tərtib edilməsi göstərilən 95 saylı otaq Protokolla onun ailəsinə verilmişdir. 95 saylı otağa Cavabdeh2 orderi olmamışdır ki, İddiaçı onu mübahisələndirsin. Porotkola gəlincə cavabdehlərə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park 2” yaşayış kompleksində yerləşən 19 saylı binanın 14 nömrəli 3 otaqlı mənzili ilə təmin edildiyi üçün, protokol artıq əhəmiyyətini itirir (protokol cavabdehlərə 95 saylı otağa müvəqqəti istifadə hüququnu vermişdir), iddiaçının otağını boşaltmalı, ona təhvil verməlidirlər.
29. Apellyasiya məhkəməsi tərəfindən mənzillər ə daxildən açılmış qapının bağlanılması, cavabdehlər tərəfindən dəhlizdə 95 №-li mənzilin dəhlizdən olmuş giriş qapısının qarşısında quraşdırdığı sanitar qovşağının (tualetin) sökülməsi, 95 saylı mənzilə dəhlizdən olmuş giriş qapısının açılmasının texniki cəhətdən mümkün olub – olmamasının araşdırılması üçün məhkəmə tikinti – texniki ekspertizası təyin olunmuş və müvafiq rəy alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 1 iyul 2025-ci il tarixli, 10/3259 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayonu, X18 küçəsində yerləşən 140A yaşayış binasının 95 saylı mənzilinin ümumi dəhlizə tərəf olan divarının qarşısında ümumi istifadədə olan dəhlizdə sanitariya qovşağı tikilisinin inşa edildiyi, həmin sanitariya qovşağı tikilisinin söküləcəyi təqdirdə 94 və 95 nömrəli mənzil lərin daxilində açılmış qapının bağlanmasının və 95 saylı mənzilə dəhlizdən olmuş giriş qapısının açılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-347/2025 nömrəli, 4 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova və Məmməd Məmmədov) apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, cavabdehlərin 10 aprel 2002-ci il tarixli, 184-18-50/28 nömrəli orderə əsasən iddiaçıya məxsus olan Bakı şəhəri Nərimanov rayonu, X18 küçəsi, ev 140 A ünvanda yerləşən yataqxananın 95 nömrəli mənzilindən çıxarılmaları, Bakı şəhəri Nərimanov rayonu, X 18 küçəsi, ev 140 A ünvanda yerləşən yataqxananın 94 nömrəli mənzilindən 95 nömrəli mənzilinə daxildən açılmış qapının bağlanılması, 95 nömrəli mənzilin dəhlizdən olmuş giriş qapısının qarşısında quraşdırılmış sanitar qovşağının (tualet) sökülərək 95 saylı mənzilə dəhlizdən olmuş giriş qapısının açılması vəzifəsinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 üzərinə qoyulması, iddiaçının Bakı şəhəri Nərimanov rayonu, X18 küçəsi, ev 140 A ünvanda yerləşən yataqxananın 95 nömrəli mənzilinə köçürülməsi qət olunmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq öz mövqeyinə münasibətdə qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, ev 140 A da yerləşən yataqxananın 95 saylı otağı 10 aprel 2002-ci il tarixli, 184-18-50 /28 nömrəli orderə əsasən iddiaçıya verilmiş, həmin order qüvvədədir və mübahisələndirilməmişdir. Hal-hazırda yataqxana 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır və həmin birliyin məktubu ilə də bu hal təsdiqini tapır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
32. Məhkəmə k ollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin isə etirazının əsasını o təşkil edir ki, mübahisə predmeti olan Bakı şəhəri Nərimanov rayonu, X18 prospektində yerləşən 140 A saylı yataqxanasının 95 saylı otağı ordersiz müvəqqəti yaşamaq üçün ona verilmiş, 94 saylı otağı order əsasında yaşamaq üçün ona verilmişdir. İddiaçı isə heç bir zaman Bakı Şin zavodunun (indiki "xxxx" ASC-nin) işçisi olmamış və orada yaşamamışdır, onun haqqında heç bir arxiv sənədi də mövcud deyildir. Etirazın bu dəlilini məhkəmə kollegiyası əsassız hesab etmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçıya verilmiş order qüvvədədir və mübahisələndirilməmişdir, 95 saylı otaq cavabdehə müvəqqəti yaşamaq üçün, hüquq müəyyənedici sənəd – order olmadan verilmişdir. Birinci instansiya məhkəməsi isə işin hallarını düzg ün qiymətləndirməyərək hazırkı iddia üzrə araşdırılmalı olmayan, maraqlı şəxs tərəfindən inzibati qaydada mübahisələndirildiyi halda araşdırılmalı olan məsələlərə qiymət verərək iddiaçının zavodun işçisi olmadığına və mənzilə dair orderin hansı qaydada alınmasının məlum olmadığına istinad etmişdir.
33. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, maraqlı hal ondan ibarətdir ki, cavabdehin mübahisə predmeti olan 95 saylı otağa dair hüquq müəyyənedici sənədi olmadığı halda qeyd etmişdir ki, “... mənzilə dair hər iki tərəfin adına müvafiq orderlər mövcuddur. İddiaçı Cavabdeh2 adına olan orderi mübahisələndirməmiş, bu orderin etibarsız olması iş materialları ilə müəyyən olunmamışdır. İddiaçı özü də Cavabdeh2 adına order olduğunu qəbul etmiş, lakin bu orderi mübahisələndirməmiş, orderlə bağ lı iddia tələbləri qaldırmamışdır.” Halbuki, işin hallarından görünür ki, cavabdehin adına 95 saylı otağa order mövcud deyildir. Belə olduğu halda iddiaçının hansı orderi mübahisələndirilməli olduğu anlaşılan deyildir. İddiaçının tələbi order əsasında cavabdehə verilmiş 94 saylı otaqla deyil, 95 saylı otaqla bağlıdır. Həmin otağa dair order isə iddiaçının adınadır. Digər tərəfdən birinci instansiya məhkəməsi “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə və “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydası”nın 4-cü maddəsinə istinad etsə də, işin hallarını həmin normalar baxımından da düzgün qiymətləndirməmişdir. Bu normalarda qeyd olunur ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hü quqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları (yerli icra hakimiyyəti orqanları) tərəfindən həyata keçirilir.
34. Məhkəmə kollegiyası onu da vurğulamışdır ki, iş materiallarında olan Azəbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 10 yanvar 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Cəbrayıl şəhərində məcburi köçkünlər – Cavabdeh3, həyat yoldaşı Cavabdeh2, övladı Cavabdeh1, gəlini X6 və 2 nəvəsi də olmaqla cəmi 6 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, F.Xoyski prospekti, 140A ünvanından köçürülərək dövlət tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 9 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, “Qobu park 2” yaşay ış kompleksində yerləşən 19 saylı binanın 14 nömrəli 3 otaqlı mənzili ilə təmin olunmuşlar. Yəni, mübahisə predmeti olan 94 saylı otaq order olmadan müvəqqəti yaşamaq üçün cavabdeh və ailə üzvlərinə verilsə belə, hazırda bu zərurət aradan qalxmış, onlar müvafiq icra hakimiyyəti tərəfindən mənzillə təmin olunmuşlar. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, cavabdehlərin mübahisə predmeti olan otağı zəbt edərək orada yaşamaları üçün hər hansı bir hüquqi əsas mövcud deyildir. Bakı şəhəri Nərimanov rayonu, X18 küçəsi, ev 140 A ünvanda yerləşən 95 saylı mənzili orderə əsasən iddiaçıya məxsus olduğundan cavabdehlər həmin mənzildən çıxarılmalı və iddiaçı oraya köçürülməlidir.
35. Məhkəmə kollegiyası daha sonra bildirmişdir ki, iddianın 94 nömrəli və 95 nömrəli mənzillərə daxildən açılmış qapının bağlanılması, cavabdehlər tərəfindən dəhlizdə 95 nömrəli mənzilin dəhlizdən olmuş giriş qapısının qarşısında quraşdırdığı sanitar qovşağının (tualetin) sökülməsi, 95 nömrəli mənzilə dəhlizdən olmuş giriş qapısının açılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması hissəsində qeyd olunan halların texniki cəhətdən mümkünlüyü ilə bağlı ekspertiza keçirilmiş və ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayonu, X18 küçəsində yerləşən 140A yaşayış binasının 95 saylı mənzilinin ümumi dəhlizə tərəf olan divarının qarşısında ümumi istifadədə olan dəhlizdə sanitariya qovşağı tikilisinin inşa edildiyi, həmin sanitariya qovşağı tikilisinin söküləcəyi təqdirdə 94 və 95 nömrəli mənzillərin daxilində açılmış qapının bağlanmasının və 95 saylı mənzilə dəhlizdən olmuş giri ş qapısının açılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın bu hissədə də təmin olunması üçün hüquqi əsaslar mövcuddur.
36. Məhkəmə kollegiyası sonda qeyd etmişdir ki, 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hal-hazırda həmin hadisələrin üzərindən 30 ildən artıq müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyy əsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti, o cümlədən iddiaçı və ailə üzvləri yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda 2020-2023-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin edilərək, işğal altında olan bütün ərazilər, o cümlədən, cavabdehlərin məcburi köçkün düşənədək yaşadıqları Cəbrayıl rayonu işğaldan tam azad edilmiş, artıq məcburi köçkünlərin öz evlərinə geri dönməsi prosesi başlanmışdır. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, hüquq sahibinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər.
37. Apellyasiya instansiyası məh kəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci, Mülki Məcəllənin 152.1, 152.5, 157.2 və 157.4-cü, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
38. Qətnamədən Cavabdeh2 (vəkil-Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nə İddiaçı, nə də Cavabdeh2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Lakin mənzilə dair hər iki tərəfin adına müvafiq orderlər mövcuddur. İddiaçı Cavabdeh2 adına olan orderi mübahisələndirməmiş, bu orderin etibarsız olması iş materialları ilə müəyyən olunmamışdır. Belə olan halda uzun illər mənzilə faktiki sahiblik edən və yaxşılaşdırma, təmir işləri aparmaqla ondan istifadə edən, müvafiq orderə malik cavabdeh mənzildən çıxarıla bilməz. Belə ki, iddiaçının özünün də təsdiq etdiyi kimi, mübahisələndirilən yaşayış sahəsi "xxxx" ASC-nin balansında olmuş, cavabdeh Cəfərova (əvvəlki soyadı Əbdüləzimova) Şükufə Əziz qızı xx.xx.1994-cü il tarixdə Bakı Şin zavoduna( hazırda "xxxx" ASC) zavod üzrə 47-k saylı xx.xx.1994-cü il tarixli əmrlə həmin zavodun Vulkanlaşdırma sexinə 3-cü dərəcəli iş bölüşdürücüsü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixindən zavod üzrə 127 saylı xx.xx.1998ci il tarixli əmrlə zavod əsas iş sahələrində istehsal fəaliyyətini tam dayandırdığından öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir. İşə qəbul zamanı Əbdüləzimova (Cəfərova) Şükufə Əziz qızına məxsus əmək kitabçası o zamanlar ermənilər tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda qaldığından əmək kitabçasız işə qəbul olunmuşdur. Bakı Şin zavodunun Həmkarlar Komitəsinin 105 saylı xx.xx.1994-cü il tarixli protokolu ilə Əbdüləzimova (Cəfərova) Şükufə Əziz qızına Şin zavodunun Bakı şəhəri Nərimanov rayonu, X18 prospektində yerləşən 140 A saylı yataqxanasının 95 saylı otağı ona verilmişdir. xx.xx.1998-ci il tarixli 59 saylı protokola əsasən Əbdüləzimova (Cəfərova) Şükufə Əziz qızının kirayə müqavilələri birləşdirilərək həmin binanın 94 saylı otağı da orderlə yaşamaq üçün əlavə olaraq ona verilmişdir. Bakı Şin zavodunun (indiki "xxxx" ASC-nin) yataqxanaları, yaşayış binaları xx.xx.2003-cü il tarixindən etibarən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan Xüsusi təyinatlı mənzil təsərrüfatı birliyinə verilmişdir. Beləliklə də, cavabdehlər 30 ildir ki, öz vəsaiti hesabına dəfələrlə təmir etdirməklə və lazımi şərait yaratmaqla müvafiq order əsasında fasiləsiz olaraq indiyədək həmin ünvanda yaşamışlar. Lakin İddiaçı adında şəxs isə heç bir zaman Bakı Şin zavodunun (indiki "xxxx" ASC-nin) işçisi olmamış və orada yaşamamışdır. Onun və order haqqında heç bir arxiv sənədi də mövcud deyildir. İddiaçın ın adına verilmiş ***-**-** seriyalı 28 saylı orderin verilməsinə əsas olan zavod Həmkarlar Komitəsinin Protokolu, eləcə də digər hər hansı arxiv sənədi mövcud olmamışdır. Belə ki, həmin orderdə orderin verilmə tarixi xx.xx.2002ci il göstərilsə də, orderin verilməsinə əsas kimi zavod Həmkarlar Komitəsinin xx.xx.2002ci il tarixli Protokolu qeyd olunmuş, ölkəmizdə həmin dövrdə rəsmi dövlət dilinin latın qrafikalı azərbaycan dili olmasına baxmayaraq orderin rus dilində olan blankda tərtib olunması iddiaçının təqdim etdiyi orderin açıqaşkar saxta olmasına dəlalət edir və buna görə də mötəbər sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, mübahisələndirilən yaşayış sahəsində cavabdehlərin uzun müddət bu günədək müvafiq order əsasında yaşadıqları halda iddiaçının cavabdehlərə qarşımənzildən çıxa rılma və onunla əlaqəli iddia tələbinin təmin edilməsinin heç bir qanuni əsası yoxdur. Bu xüsusatlar cavabdeh və "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlər, nümayəndəsinin izahatı, eləcə də mənzilə dair kommunal ödəniş qəbzləri, həmin bina sakinləri tərəfindən imzalanmış aktla, o cümlədən həmin binada yaşayan qonşuların məhkəmədəki ifadələri ilə tam təsdiq olunmuşdur. Qeyd olunan mənzili order əsasında şəxslərin istifadəsinə vermək səlahiyyəti daşımış "xxxx" ASC tərəfindən edilmiş yazılımüraciətdə iddiaçının zavodun işçisi olmadığı və mənzilə dair orderin hansı qaydada alınmasının ASC-yə məlum olmadığını bildirilmişdir.
40. Cavabdeh və onun ailə üzvləri mübahisəli mənzildə müvafiq order əsasında 30 ildən artıq mübahisəsiz olaraq faktiki sahiblik və ondan isifadə edib yaşamaqla əmlak hüq uqları əldə etmişdir! Cavabdeh2 adına verilmiş, hal-hazırda ləğv edilməmiş protokol və orderin qanunsuz olub-olmaması məhkəmə araşdırmasının predmeti olmadığından, hazırkı iddia tələbi üzrə həmin sənədlərin mövcud olmadığı və qanunsuz olması sübuta yetirilmədiyi halda, cavabdehin və onun ailə üzvlərinin mənzildən çıxarılması üçün qanuni əsaslar yaranmır. Cavabdehlər mənzildən çıxarılmadığı halda “mənzillərə daxildən açılmış qapının bağlanılması, cavabdehlər tərəfindən dəhlizdə 95 №-li mənzilin dəhlizdən olmuş giriş qapısının qarşısında quraşdırdığı sanitar qovşağının (tualetin) sökülməsi, 95 saylı mənzilə dəhlizdən olmuş giriş qapısının açılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” hissəsində iddia tələbləri təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, mübahisəli yaşayış sahəsi Bak ı Şəhəri İcra Hakimiyyəti MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır, indiyədək həmin qurumun baxılan iş üzrə Cavabdeh2 və onun ailə üzvlərinə qarşı yaşayış sahəsindən çıxarılma və bununla əlaqəli olan iddia tələbləri olmamışdır. Halbuki bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddi hüquq normasının tələblərini aşkar şəkildə pozmuşdur.
41. İş materiallarında olan sənədlərdən sözügedən yataqxananın "xxxx" ASC-nin (əvvəlki Bakı Şin Zavodu) balansında olduğu, ASC tərəfindən işçilərə yaşayış üçün orderlərin verildiyi aydın olur. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim olunmuş sübutlardan Cavabdeh2 zavodda işlədiyi və buna görə də ona 95 saylımənzildə yaşaması üçün müvəqqəti veril diyi aydın olur. Bu faktı ASC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bir daha təsdiq etmişdir. Yəni aydın olur ki, Cavabdeh2 həmin zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq mənzilə köçmüşdür. Belə olan məhkəmə iddiaçının mövqeyinə üstünlük verməklə sözügedən maddi nüquq normasını pozmuşdur.
42. Cavabdeh oz ailə üzvləri ilə birlikdə müstəqil olaraq qanuni əsaslarla müvafiq protokol və orderlə 1994-cü ildən digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmadan Bakı şəhəri Nərimanov rayonu, X18 prospektində yerləşən 140 A saylı yataqxanasının 94 və 95 saylı otaqlarında məskunlaşmışdır. Cavabdeh aidiyyatı dövlət orqan qarşısında mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı on illərlə müraciətləri cavabsız qalmış, bu günədək həmin yaşayış sahəsində öz vəsaiti hesabına zəruri məişət şəraiti yaratmaqla fasiləsiz olaraq mübahisəsiz yaşamışdır. Lakin həmin yaşayış sahəsinin şəhərsalma planı əsasında sökülməsi ərəfəsində kompensasiya ödənilməklə yaşayış sahəsinin boşaldılması barədə tikinti şirkəti ilə razılaşma ərəfəsində bəzi icra orqanlarının himayəsi ilə həmin ünvanda 1 gün belə yaşamayan, yaşayış sahəsinin balansında olduğu Bakı Şin zavodu ilə heç bir hüquqi bağlılığı olmayan, İddiaçı tərəfindən cavabdehə qarşı qanunsuz və əsassız iddia qaldırılmışdır. Sual yaranır: Guya 20 ildən artıq cavabdehin və ailə üzvlərinin müvafiq oder əsasında yaşadığı yaşayış sahəsinə “qanuni sənədinin” olduğunu iddia edən iddiaçı və ona havadarlıq edən MKTB, əgər belə bir sənəd mövcüd idisə, onda niyə indiyə qədər cavabdehə və onun ailə üzvlərinə hər hansı xəbərdarlıq etməmi ş və tələb irəli sürməmişdir? Əgər iddiaçıya 2002-ci ildə order verilmişdirsə, nəyə görə 20 ildən sonra xx.xx.2022-ci il tarixdə həmin ünvana pasport qeydiyyatına alınmışdır? Bu yalnız kompensasiya məsələsi ortaya çıxanda yada düşmüşdürmü? Beləliklə, bu və ya digər müəmmalı suallar cavabsiz qalmışdır. Bundan əlavə, mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 3-36- 3/223/2024№-li, xx.xx.2024-cü il tarixli məktubunda Cəbrayıl rayonundan məcburi köçkün olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Vüsalə Cəfərova və 2 nəvəsi olmaqla 6 nəfər ailə üzvləri ilə birlikdə ünvan 12 ünvandan köçürülərək dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 9 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park 2” yaşayış k ompleksində yerləşən 19 saylı binanın 14 nömrəli 3 otaqlımənzili ilə təmin olunmaları, Dövlət Komitəsinin iddiaçının nümayəndəsi və vəkilinin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2025-ci il tarixli məktubunda isə sözügedən şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 30 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park 1” yaşayış kompleksində yerləşən 5 saylı binanın 87 nömrəli 4 otaqlımənzilinin ayrılması barədə bir-birinə zidd məktublarının formal xarakter daşıdığı, bu işdə qərəzli mövqedə olması işin digər halları, o cümlədən yerli baxış zamanı cavabdehlərin və onların əşyalarının mübahisəli yaşayış sahəsində mövcud olmasının müəyyən edilməsi, Cavabdeh2 və digər cavabdehlərin həmin yaşayış sahəsinin onlara təhvil verilməməsi barədə izahatları və digə dəli llərlə tamamilə təkzib olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
43. Maddə
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
44. Maddə
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
45. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
46. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan).
47. Maddə
6. Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada хidməti yaşayış sahələri və yataqхanalar kimi istifadə оlunmaq üçündür. Yaşayış evlərində sənaye хarakterli ehtiyaclar üçün sahələr verilməsi qadağandır.
48. Maddə
28. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində ver ilir. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər.
49. Maddə
48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar ə sasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir.
50. Maddə
49. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər.
51. Maddə
89. Dövlət və ya ictimai mənzil fоndu evində yaşayış sahəsindən çıхarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yоl verilir. Yaşayış sahəsindən çıхarma məhkəmə qaydasında həyata keçirilir. Ancaq yaşayış sahəsini özbaşına tutmuş və ya uçmaq qоrхusu оlan evlərdə yaşayan şəхslərin prоkurоrun sanksiyası ilə inzibati qaydada çıхarılmasına yоl verilir. Vətəndaşlar yaşayış sahəsindən çıхarılarkən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna edilməklə, eyni zamanda başqa yaşayış sahəsi verilir.
52. Maddə
106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilər in, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqхanalardan istifadə edilə bilər. Yataqхanalar хüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqхanalar оrada qalan vətəndaşların yaşaması, məşğul оlması və istirahəti üçün lazım оlan mebellə, digər ev müхəlləfatı və mədəni-məişət predmetləri ilə kоmplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun оlaraq, yataqхanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və kоmsоmоl оrqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Sоveti, SSRİ nazirlikləri, dövlət kоmitələri və baş idarələri təsdiq edirlər.
53. Maddə
107. Yataqхanalarda mənzil sahəsi verilməsi və оndan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanu nvericiliyi ilə müəyyən edilir. Yataqхanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqхanalar üçün müəyyən оlunmuş nоrmaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı kоmitəsinin və kоmsоmоl kоmitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqхanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən оrder verilir. Yataqхanada mənzil sahəsi tutmaq üçün оrder fоrmasını Azərbaycan SSR Nazirlər Sоveti müəyyən edir. Müddətli hərbi хidmətə çağırılmaqla əlaqədar yataqхanadan getmiş şəхslər hərbi хidmətini başa vurduqdan sоnra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqхanada оnlara yenə də mənzil sahəsi verilməlidir.
54. Maddə 10
8. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəхslər, habelə məktəblərdə охumuş və оradan getmiş şəхslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqхanadan digər yaşayış sahəsi verilmədən çıхarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar оlaraq yataqхanada yer almış başqa işçiləri üzrlü səbəblər оlmadan öz arzusu ilə, əmək intizamını pоzduğuna və ya cinayət etdiyinə görə işdən çıхarıldıqda digər yaşayış sahəsi verilmədən çıхarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəхslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəхslər yalnız digər yaşayış sahəsi verilməklə çıхarıla bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Re spublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı. 55. “Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.” “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali M əhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarı. 56. “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmən in əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
59. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
65. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
69. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
70. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
72. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələ binin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
75. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
76. İddia tələbindən və iddia həcminin artırılması barədə ərizədən görünür ki, iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin balansında olmuş Bakı şəhəri Nərimanov rayonu, X18 küçəsi, ev 140 A ünvanda yerləşən yataqxanadan 95 nömrəli otağın ***-**-** seriyalı 28 saylı Order sənədi ilə xx.xx.2002-ci il tarixdə ona verilməsini, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 228/7 №-li, xx.xx.2008-ci il tarixli Sərəncamı ilə onun, qeyd olunan mən zilin icarədarı hesab olunmasını, mənzilin kimin sahibliyində olması barədə sorğuya cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli, 310 №-li məktubla ətraflı cavab verilməsini, həmin mənzilin məcburi köçkün olan cavabdehlər tərəfindən zəbt olduğuna görə mənzildə yaşaya bilməməsini qeyd edərək, mübahisəli mənzilin onun sahibi olması, cavabdehlərin 95 nömrəli mənzildən çıxarılması, 94 nömrəli və 95 nömrəli mənzillərə daxildən açılmış qapının bağlanılması, cavabdehlər tərəfindən dəhlizdə 95 nömrəli mənzilin dəhlizdən olmuş giriş qapısının qarşısında quraşdırdığı sanitar qovşağının (tualetin) sökülməsi, 95 nömrəli mənzilə dəhlizdən olmuş giriş qapısının açılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və həmin mənzilə iddiaçın ın köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
77. Cavabdehlər isə iddia tələbinə qarşı etiraz edərək, Cavabdeh2 xx.xx.1994-cü il tarixdə Bakı Şin zavoduna işə qəbul edilməsini, xx.xx.1998-ci il tarixindən zavod üzrə xx.xx.1998-ci il tarixli əmrlə zavod əsas iş sahələrində istehsal fəaliyyətini tam dayandırdığından öz hesabına ödənişsiz məzuniyyətə göndərilməsini, Bakı Şin zavodunun Həmkarlar Komitəsinin 105 saylı xx.xx.1994-cü il tarixli protokolu ilə Cavabdeh2na Şin zavodunun Bakı şəhəri Nərimanov rayonu, X18 prospektində yerləşən 140 A saylı yataqxanasının 95 saylı otağı ordersiz müvəqqəti yaşamaq üçün ona verilməsini, xx.xx.1998-ci il tarixli 59 saylı protokola əsasən Cavabdeh2 kirayə müqavilələrinin birləşdirilərək həmin binanın 94 saylı otağının orderlə yaşamaq üçün m üvəqqəti olaraq əlavə ona verilməsini, Bakı Şin zavodunun yataqxanalarının yaşayış binalarının xx.xx.2003-cü il tarixindən etibarən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan Xüsusi təyinatlı mənzil təsərrüfatı birliyinə verilməsini, 30 ildirki cavabdehlərin öz vəsaiti hesabına dəfələrlə təmir etdirməklə və yaşamaq üçün şərait yaratmaqla müvafiq order əsasında fasiləsiz olaraq həmin ünvanda yaşamalarını, lakin iddiaçının heç bir zaman Bakı Şin zavodunun işçisi olmadığını, orada yaşamadığını, onun haqqında heç bir arxiv sənədinin də mövcud olmamasını, iddiaçının adına verilmiş ***-**-** seriyalı 28 saylı orderin verilməsinə əsas olan zavod Həmkarlar Komitəsinin Protokolu, eləcə də digər hər hansı sənədin mövcud olmadığını, mübahisələndirilən yaşayış sahəsində cavabdehlərin uzun müddət b u günədək müvafiq order əsasında yaşadıqları halda iddiaçının mənzildən çıxarılma barədə iddia qaldırmasinin heç bir qanuni əsasının olmamasını, həmin xüsusatların cavabdeh və "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlər, eləcə də həmin bina sakinləri tərəfindən imzalanmış aktla, o cümlədən həmin binada yaşayan qonşular tərəfindən də tam təsdiq olunmasını qeyd edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişlər.
78. Birinci instansiyası məhkəməsi iddia tələbini rədd edərkən, "xxxx" ASC tərəfindən məhkəməyə təqdim olunmuş sübutlardan Cavabdeh2 zavodda işlədiyi və buna görə də ona 95 saylı mənzildə yaşaması üçün müvəqqəti verildiyinin aydın olduğunu, bu faktı ASC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında bir daha təsdiq etməsini, Cavabdeh2 həmin zaman qüvvədə olan qanunv ericiliyə uyğun olaraq mənzilə köçməsinin aydın olduğunu, cavabdehlərin mənzildən çıxarılmasını tələb edən iddiaçının bu tələbini, özünün mənzilə mülkiyyət hüququnun olmasını və cavabdehlərin mənzildən istifadə hüquqlarının olmamasını sübutlarla əsaslandırmalı olmasını, mənzili order əsasında şəxslərin istifadəsinə vermək səlahiyyəti daşımış "xxxx" ASC tərəfindən edilmiş yazılı müraciətdə iddiaçının zavodun işçisi olmadığı və mənzilə dair orderin hansı qaydada alınmasının ASC-yə məlum olmadığını bildirilməsini, nə iddiaçı, nə də Cavabdeh2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmadığını, mənzilə dair hər iki tərəfin adına müvafiq orderlər mövcud olsa da, iddiaçının Cavabdeh2 adına olan orderi mübahisələndirməməsini, bu orderin etibarsız olmasının iş materialları ilə müəyyən olunmama sını, iddiaçı tərəfin iddia tələbinin əsaslılığına dair hər hansı sübutlar təqdim etməməsini, mübahisəli yaşayış sahəsinin Bakı Şəhəri İcra Hakimiyyəti MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olmasını, həmin qurumun baxılan iş üzrə Cavabdeh2 və onun ailə üzvlərinə qarşı yaşayış sahəsindən çıxarılma və bununla əlaqəli olan iddia tələblərinin olmamasını, həmin qurumun bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmasını qeyd edərək, Cavabdeh2 adına verilmiş protokol və orderin qanunsuz olub-olmaması məhkəmə araşdırmasının predmeti olmadığından, hazırkı iddia tələbi üzrə həmin sənədlərin mövcud olmadığı və qanunsuz olması sübuta yetirilmədiyi halda, cavabdehin və onun ailə üzvlərinin mənzildən çıxarılması üçün qanuni əsaslar yaranmadığı barədə nəticəyə gəlmişdir. Birinci instansiyası məhkəməsi iddia tələbinin qanuni əsası kimi 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinə istinad etmişdir.
79. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq həmin məhkəmənin qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməsi barədə nəticəyə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli 95 saylı otağı 10 aprel 2002-ci il tarixli orderə əsasən iddiaçıya verilmiş, həmin order qüvvədədir və mübahisələndirilməmişdir. Hal-hazırda yataqxana 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır və həmin birliyin məktubu ilə də bu hal təsdiqini tapır. Order əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılması nın (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin adına 95 saylı otağa order mövcud deyildir. Belə olduğu halda iddiaçının hansı orderi mübahisələndirilməli olduğu anlaşılan deyildir. İddiaçının tələbi order əsasında cavabdehə verilmiş 94 saylı otaqla deyil, 95 saylı otaqla bağlıdır. Həmin otağa dair order isə iddiaçının adınadır. Azəbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlər 6 nəfər ailə üzvü ilə birlikdə 9 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, “Qobu park 2” yaşayış kompleksində yerləşən 19 saylı binanın 14 nömrəli 3 otaqlı mənzili ilə təmin olunmuşlar. Odur ki, cavabdehlərin mübahisə predmeti olan otağı zəbt edərək orada yaşamaları üçün hər hansı bir hüquqi əsas mövcud deyildir. Həmçinin iddianın qalan hissədə də təmin olunması üçün hüquqi əsaslar mövcuddur. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 152.1, 152.5, 157.2 və 157.4-cü, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddələrinə istinad etmişdir.
80. Kassasiya instansiyası məhkəməsi ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etmə yə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir.
81. Apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, hazırkı mübahisəyə tərəflərə mübahisəli yaşayış sahəsinə köçürülmə ilə bağlı orderin verildiyi vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. 82. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.
83. Qeyd olunan normadan göründüyü kimi yaşayış sahəsinə dair order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.
84. Apellyasiya instansiyas ı məhkəməsi isə iddia tələbinin qanuni əsasını düzgün müəyyən etməməklə yanaşı iddia tələbini təmin edərkən, qətnamənin əsaslandırılması üçün irəli sürülmüş bir sıra dəlillərə, o cümlədən mübahisəli 95 saylı yaşayış sahəsinin cavabdehlərə iddiaçıdan daha əvvəl, Bakı Şin zavodunun Həmkarlar Komitəsinin 105 saylı xx.xx.1994-cü il tarixli protokolu ilə ordersiz yaşamaq üçün müvəqqəti verilməsinə, xx.xx.1998-ci il tarixli 59 saylı protokola əsasən kirayə müqavilələri birləşdirilərək həmin binanın 94 saylı yaşayış sahəsinin də orderlə yaşamaq üçün müvəqqəti olaraq əlavə onlara verilməsinə, cavabdehlərin 30 ildən artıq müddət ərzində həmin yaşayış sahəsində yaşamalarına, həmin müddət ərzində heç kimin onlara etiraz etməmələrinə, iddiaçıya orderin verildiyi vaxt yaşayış sahəsinin boş olmamasına ( həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinin ikinci hissəsinə əsasən isə order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər), iddiaçının orderi əldə etdikdən sonra qeyd olunan yaşayış sahəsinə ehtiyacının olmasını nümayiş etdirməməsinə hüquqi qiymət verməmişdir.
85. Bundan başqa apellyasiya instansiyası məhkəməsi, xx.xx.2002-ci il tarixdə ona orderin verilməsindən uzun müddətin keçməsinə baxmayaraq iddiaçının mənzil qanunvericiliyinə müvafiq qaydada mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacının olubolmamasını, onu yaşayış sahəsi ilə təmin etmiş müəssisə ilə iddiaçının əmək münasibətlərini hansı əsasla kəsməsinin (könüllü, yaxud başqa əsasla), yaşayış sahəsinə hüquqlarını itirib-itirməməsinin müəyyən edilməsi məqsədi ilə, mübahisəli mənzil münasibətlərinin yarand ığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 87 və 108-ci maddələrinin tələbləri baxımından əhəmiyyət kəsb etsə də həmin halları araşdırmamış, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasına, belə hüququ olmadığı halda onun mübahisəli yaşayış sahəsində qeydiyyatda olmasının hər hansı əhəmiyyət kəsb edib-etməməsinə hüquqi qiymət verməmişdir.
86. Belə ki, iddiaçı iddia tələbində müəssisə tərəfindən 95 nömrəli otağın xx.xx.2002ci il tarixli orderə əsasən ona verilməsini, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2008-ci il tarixli Sərəncamına əsasən onun, qeyd olunan mənzilin icarədarı hesab olunmasını, mənzilin kimin sahibliyində olması barədə sorğuya cavab olaraq Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tar ixli məktubu ilə həmin mənzilin məcburi köçkün olan cavabdehlər tərəfindən zəbt olduğuna görə mənzildə yaşaya bilməməsini göstərsə də, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı vardırsa, ona orderin verildiyi vaxtdan keçən 21 il ərzində iddiaçının hansı ünvanda və şəraitdə yaşaması apellyasiya instansiyası məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır.
87. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən, iddiaçının onu yaşayış sahəsi ilə təmin etmiş müəssisə ilə əmək münasibətlərini hansı əsasla və nə vaxt kəsməsinin müəyyənləşdirilməsi məqsədi ilə onun əmək fəaliyyəti elektron informasiya sistemləri vasitəsi ilə yoxlanılmamış, həmçinin “Elektron Məhkəmə İnformasiya” Sistemində əmlak məlumatları bölməsində iddiaçının mülkiyyətində daşınmaz əmlakın, mənzilin olmasına hər hansı hüquqi qiymət verilməmişdir.
88. Göründüyü kimi iddianı təmin edən apelyasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib yoxlamamış, həmçinin işdə olan sübutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini təmin edilməsi barədə nəticəyə gəlmişdir. Odur ki, yuxarıda qeyd olunan hallar araşdırılmadan apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı mövqeyi düzgün olmamışdır.
89. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən olunmasını təmin etməlidir.
90. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübut lara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir.
91. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 92. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixl i qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
93. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
94. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.
95. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
96. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
97. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zərur i məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
98. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh2 kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
99. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olara q hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən xx.xx.2002-ci il tarixdə ona orderin verilməsindən uzun müddətin keçməsinə baxmayaraq iddiaçının mənzil qanunvericiliyinə müvafiq qaydada mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacının olub-olmaması, onu yaşayış sahəsi ilə təmin etmiş müəssisə ilə iddiaçının əmək münasibətlərini hansı əsasla kəsməsi (könüllü, yaxud başqa əsasla), yaşayış sahəsinə hüquqlarını itirib-itirməməsi, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olub-olmaması araşdırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
100. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-347/2025 nömrəli, 4 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.