Məhkəmə qərarları › İş №2(102)-3793/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3793/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3793/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsindən Cavabdeh və vəkili X5 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Tofiq oğlunda n 3000 (üç min) manat borc pulun, həmin pulun 5 faizi - 62,50 manat (altmış iki manat-50 qəpik), vəkilə ərizə yazdırmaq üçün verdiyi 50 (əlli) manat və ödədiyi 30 (otuz) manat dövlət rüsumu, cəmi 3142,50 manat (üç min bir yüz qırx iki manat-50 qəpik) məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin (hakim H.Qəniyev) X5 saylı mülki iş üzrə 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 3000 (üç min) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin (hakimlər Ə.Məmmədov - sədrlik edən və məruzəçi, R.Muradov və Ş.Əliyeva) X5 nömrəli 25 oktyabr 2019-cu il tarixli qətna məsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, Kəlbəcər Rayon Məhkəməsinin X5 saylı mülki iş üzrə 28 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili X5 oğlu kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdehin iştirakı təmin edilməyərək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa tərəflər arasında bağlanmış kredit müq aviləsi əslində uydurma əqdir belə ki, müqavilə bağlanan zaman cavabdehə pul verilməyib, cavabdehin yaxın qohumun iddiaçıya borcu olduğu üçün tərəflər arasında müqavilə bağlanmışdır ki, iddiaçı onun qohumuna möhlət versin. Məhkəmələr tərəfindən bu hallar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Apelyasiya instansiyası məhkəməsi tərəflər arasında olan əhəmiyyətsiz əqdə hüquqi qiymət verməmiş həmçinin müqavilə bağlanan zaman pulun verilməsi ilə bağlı notariat kontorunun nümayəndəsi dindirilməmişdir. Prosessual məsələlər Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəmə yə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2018-ci il tarixdə X5 notariat kontorunun xüsusi notariusu E.Ş. Əliyev tərəfindən təsdiq edilmiş kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdeh 3000 (üç min) manat pul borc verir, Borcalan krediti 23 aprel 2019-cu il tarixədək Borcverənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh 27 iyun 2019-cu il tarixdə birinci instansiya məhkəməsinin dəftərxanasına ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, borcunu ödəyəcəyini bildirmiş, 28 iyun 2019-cu il tarixdə keçiriləcək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Apellyasiya instans iyası məhkəməsinin Mülki Məcəllənin 739.1, 739.2, 740, 427.3, 442 və 385-ci maddələrinə istinadən gəldiyi nəticələrin əsaslandırmasından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğundan və həmin müqavilənin etibarlılığını şübhə altına alan hər hansı əsas mövcud olmadığından həmin müqavilə üzrə 3000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissdə (ilkin iddianın təmin edilmiş hissəsində) əsaslı və qanunidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər i ştirakçıya (borc alan) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəkilində borc verənə qaytarmağıöhdəsinə götürür. -739.2-ci maddəsinəəsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, həmin müqavilə kredit müqaviləsi adlandırılır. - 740-cı maddəyə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kolle giyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdehin məhkəmə iclasları barədə xəbərdar edilməməsi mülki iş materialları ilə təkzib edilir. Tərəflər arasında bağlanmış müqavilənin uydurma əqd olması və müqavilə bağlanan zaman cavabdehə pul verilməməsini təsdiq edəcək heç bir sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçü n qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar