Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3793/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər AR Səhiyyə Nazirliyi X1 İnstitutuna və Şəmkir Mərkəzi rayon Xəstəxanasının Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi X4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3793/21 (Açar sözlər: ağır xəstəliyə görə yol pulunun və çəkilən əlavə xərcin ödənilməsi) Bakı şəhəri, 17 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh AR Səhiyyə Nazirliyi X1 İnstitutunun nümayəndəsi X7 və cavabdeh Şəmkir Mərkəzi rayon Xəstəxanasının Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi X3 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2628/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 17 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər AR Səhiyyə Nazirliyi X1 İnstitutuna və Şəmkir Mərkəzi rayon Xəstəxanasının Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi X4 qarşı “ağır xəstəliyə görə yol pulunun və çəkilən əlavə xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ağır xəstəliyə görə yol pulunun və çəkilən əlavə xərcin tutularaq ona ödənilməsi barə də qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 19.11.2008-ci il tarixdən etibarən sağ ağ ciyərin yarım payının infiltirativ vərəmi, dağılma və sol ağ ciyərə səpələnmə mərhələsində diaqnozu ilə Şəmkir rayon ACXX-da qeydiyyatda dayanır. 19.11.2008-ci il tarixdə Şəmkir rayon ACXX-na müraciət edərkən sağ ağ ciyərin yarım payının infiltirativ vərəmi, dağılma və sol ağ ciyərə səpələnmə mərhələsində diaqnozu ilə qeydiyyata alınmış və müvafiq müalicə ilə təmin olunmuşdur. 07.12.2010-cu il tarixli Referens laboratoriyanın 1237 saylı analiz nəticəsinə əsasən onda multirezistent vərəm forması (MDR) olduğu aşkarlanmış və 22.04.2011-ci il tarixdən “DOTS+” müalicə proqramına ke çirilmişdir. Həmin proqrama uyğun olaraq 2011-ci il tarixdən 2013-cü il tarixədək müalicə almış və ona yol xərci olaraq hər ay 55 manat ödənilmişdir. Lakin 2013-cü il tarixdən müalicəsi davam etdirilsə də, ona yol xərci ödənilməmişdir. Sonradan 2016-2017-ci illərdə yenə mülaicə proqramı çərçivəsində ona yol xərci ödənilmişdir. 2018-ci il tarixdə yenə müalicəsi davam etdirilsə də, ona yol xərci ödənilməmişdir. Hesab edir ki, 2013-2015-ci illərdə və 2018-ci il üçün ona ödənilməli olan yol xərci ödənilməmişdir. Digər tərəfdən ona yol xərci ödənilmədiyindən və o, hər gün xəstəxanaya gedə bilməmiş və aldığı iynələri öz vəsaiti hesabına vurdurmalı olmuşdur ki, bununla da əlavə xərclər çəkməli olmuşdur. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 aprel 2019-cu il ta rixli, 2(076)-748/2019 saylı qətnaməsi ilə (hakim Mustafa Mustafayev) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki. İddiaçı 2008-ci il tarixdən sağ ağ ciyərin yarım payının infiltirativ xərəmi, dağılma və sol ağciyərə səpələnmə mərhələsində diaqnozu ilə qeydə alınmış və həssas xəstə kimi İ sıra preparatlarla (rifampisin. izoniazid. Etambutof, pirazinamid) müvafiq müalicə almış və 2011-2015-ci illərdə "Azərbaycan Respublikasında dərmanlara davamlı vərəmin idarə edilməsinin genişləndirilməsi adlı" müalicə proqramı, 2016-2017-ci illəri əhatə edən "Əsas ÇDD/GDD vərəmin idarə olunması müdaxilələrinə çıxış imkanının və onların keyfiyyətinin təmin olunması" adlı və 2018-2020-ci illəri əhatə edən "Əsas Ç DD/GDD vərəmin idarə olunması müdaxilələrinə çıxış imkanının və onların keyfiyyətinin təmin olunması adlı ambulator müalicə kurslarına cəlb olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Proqramın l.ayihə Əlaqələndirmə Bürosunun məlumatlarına əsasən Azərbaycan Respublikası və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Fond arasında bağlanmış Çərçivə Sazişi əsasında 2011-2015-ci illəri əhatə edən Səhiyyə Nazirliyi tərəfindən Global Fondun maliyyə dəstəyi ilə həyata keçirilən "Əsas ÇDD/GDD vərəmin idarə olunması müdaxilələrinə çıxış imkanının və onların keyfiyyətinin təmin olunması" adlı layihə çərçivəsində İddiaçı "Ağ ciyərlərin fibroz-kavemoz vərəmi VMB-müsbət, dərmanlara davamlı forma" diaqnozu ilə 22.04.2011-ci il tarixdə 85 nömrəli p rotokol ilə müalicəyə qoşulmuşdur. Layihənin şərtlərinə görə gündəlik müalicə alan xəstələrə ərzaq məhsullarının və müəssisəyə dərman qəbul etmək üçün gündəlik gələ bilməsi üçün yol xərci üçün hər ay maddi yardım verilməsi nəzərdə tutulmuşdur və bu şərt ilk dəfə müalicəyə qoşulan xəstələrə şamil olunmuşdur. Vətəndaş İddiaçı birinci dəfə qoşulduğu üçün 2 illik mülaicə müddəti ərzində 1312 AZN maliyyə vəsaiti ilə təmin olunmuşdur. Maliyyə vəsaiti X1 İnstitutu tərəfindən İddiaçı bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında bağlanmış Çərçivə Sazişi əsasında 2016-2017-ci illəri əhatə edən Səhiyyə Nazirliyi tərəfindən Global Fondun maliyyə dəstəyi ilə həyata keçirilən "Əsas ÇDD/GDD vərəmin idarə olunması müdaxilələrinə çıxış imkanının və onların keyfiyyətinin təmin olunması" adlı növbəti layihə çərçivəsində müalicə alan xəstələr üçün ərzaq məhsullarının alınması və nəqliyyat xərclərinin ödənilməsi məqsədilə 2016-cı il üçün hər ay 55 manat. 2017-ci il üçün hər ay 70 manat maddi yardım nəzərdə tutulmuşdur. Vətəndaş İddiaçı 2 illik müalicə müddəti ərzində 1480 AZN maliyyə vəsaiti ilə təmin olunmuşdur. Maliyyə vəsaiti Global Fondun HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Proqramın Layihə Əlaqələndirmə Bürosu tərəfindən İddiaçı bank hesabına köçürülmüşdür. 2018-2020-ci illəri əhatə edən Səhiyyə Nazirliyi tərəfindən Global Fondun maliyyə dəstəyi ilə həyata keçirilən “Əsas ÇDD/GDD vərəmin idarə olunması müdaxilələrinə çıxış imkanının və onların keyfiyyətinin təmin olunması" adlı layihə çərçivəsində müali cə alan xəstələr üçün maddi yardımın verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Proqramın Layihə Əlaqələndirmə Bürosunun məlumatlarından görünür ki, Azərbaycan Respublikası və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında bağlanmış Çərçivə Sazişi əsasında 2011-2015 və 2016-2019-cu illəri əhatə edən Səhiyyə Nazirliyi tərəfindən Global Fondun maliyyə dəstəsi ilə həyata keçirilən müalicə proqramlarında yalnız fond tərəfindən müvafıq maliyyə vəsaiti ayrıldığı təqdirdə xəstələr üçün ərzaq və nəqliyyat xərcləri nəzərdə tutulmuş və həmin vəsait xəstələrə verilmiş kartlara vurulmaqla ödənilmişdir, İddiaçı qoşulduğu həmin layihələrdən yalnız ikisi, 2011-2013-cü illərdə və 2016-2017-ci illərdə həyata keç irilən layihələrdə xəstələr üçün yol xərclərinin ödənilməsi nəzərdə tutulmuşdur ki, həmin vəsait də iddiaçının kartına vurulmuşdur. Dövlət tərəfindən isə xəstələrə müalicə üçün yol xərclərinin ödənilməsi yalnız stasionar və sanatoriya müalicəsi üçün nəzərdə tutulmuşdur ki, iddiaçı da stasionar və sanatoriyada müalicə olunan xəstə olması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Gəncə Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Şəfiqə Əliyevasədrlik edən və məruzəçi, Rəhman Muradov, Ədil Məmmədov) 2(104)-3016/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-748/2019 saylı, 16.04.2019-cu il tarixli qətnaməsinin qisməncavabdehlərdən yol xərcinin tutulmasının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin olunması, cavabdeh AR Səhiyyə Nazirliyi X1 İnstitutundan 1320 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş üzrə toplanmış sübutlara göstərilən maddi hüquq normaları əsasında qiymət verən məhkəmə kollegiyası h esab edir ki. birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, 1955-ci il təvəllüdlü, Şəmkir şəhəri, İ.Qayıbov-7 ünvanında yaşayan İddiaçı, 19.11.2008-ci ildən etibarən sağ ağ ciyərin yarım payının infiltirativ vərəmi, dağılma və sol ağ ciyərə səpələnmə mərhələsində diaqnozu ilə Şəmkir rayon ACXX-da qeydiyyatda dayanır. 10.11.2008-ci il tarixdə Şəmkir rayon ACXXna müraciət edərkən sağ ağ ciyərin yarım payının infiltirativ vərəmi, dağılma və sol ağ ciyərə səpələnmə mərhələsində diaqnozu ilə qeydə alınmış və həssas xəstə kimi 1 sıra preparatlarla (rifampisin, izoniazid. etambutof pirazinamid) müvafiq müalicə ilə təmin olunmuşdur. Lakin aparılan müalicələrə baxmayaraq xəstəlik sağalmamışdır. 07.12.2010cu il tarixl i Referens laboratoriyanın 1237 saylı analizin nəticəsinə əsasən xəstədə multirezistent vərəm forması (MDR) olduğu aşkarlanmış və xəstə 22.04.2011-ci ildən “Dots+" müalicə proqramına keçirilmişdir. Xəstə ikinci dəfə xəstəlik sağalmadığına görə ağ ciyərlərin fibroz-kavemoz vərəminə görə 21.05.2013-cii ildən 21.05.2015-ci ilə kimi İİ sıra preparatlarla müalicə olunmuş, lakin sağalmamışdır. Xəstə üçüncü dəfə yuxarıdakı diaqnozla 26.05.2015-ci ildən 26.05.2019-cu ilə kimi “DOTS+" müalicə proqramına müvafiq müalicə ilə təmin olunmuşdur. Lakin yenə də sağalmadığına görə artıq 4-cü dəfə 2019-2020-ci illəri əhatə edən Global Fondun maliyyə dəstəyi ilə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən "Azərbaycanda Əsas ÇDD/GDD Vərəm xidmətlərinə Çıxış İmkanının və onların Keyfiyyətinin təmin olunması" adlı müalicə proqramına qoşulmuşdur və müalicə müddəti 20.06.2019-cu il tarixdə başa çatmışdır. 2019-2020-ci illəri əhatə edən dövr üçün həmin layihə çərçivəsində müalicə alan xəstələrə maddi yardım verilməsi nəzərdə tutulmamışdır. Lakin Layihənin şərtlərinə görə iddiaçı 2011-2013-cü illər (hər ay üçün 55 manat) və 2015-2017-ci illər üçün (55 manat, sonradan isə artırılaraq 70 manat) nəzərdə tutulmuş maddi yardımı (gündəlik müalicə alan xəstələrə ərzaq məhsullarının alınması və müəssisəyə dərman qəbul etmək üçün gündəlik gələ bilməsinə görə yol xərci üçün verilən pulu) tam məbləğdə almş. lakin 21.05.2013-21.05.2015-ci illər üçün nəzərdə tutulmuş maddi yardımı (hər ayda 55 manat) almamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən, yalnız 21.05. 201321.05.2015-ci illər üçün cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutuna münasibətdə əsaslı hesab edilərək təmin edilməli və iddiaçıya 2013-2015-cü illər üzrə nəzərdə tutulmuş 1320 manat (24ayx55=1320) məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi- X5 İnstitutundan tutularaq iddiaçıya ödənilməlidir. Bununla bərabər məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdehlərdən əlavə xərc tutulması hissəsində əsassızdır. Belə ki, iddiaçı tərəfindən onun müalicəsi üçün yazılan hansı dərmanların verilmədiyi, ona hansı vaxtlarda neçə dənə iynə vurulması, onların vurulmasına görə neçə manat ödəməsi, aldığı hər bir dərmanın qiymətlərinin neçə olması və s. haqqında mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də təklif olunmasına baxm ayaraq apelyasiya baxışına təqdim edilmişdir. Qətnamədən narazı qalan cavabdeh AR Səhiyyə Nazirliyi X2 İnstitutu kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissəsində ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin 16.04.2019-cu il tarixli qətnaməsinbin qüvvədə saxlanması məqsədilə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Aqil Abbasov- sədrlik edən və məruzəçi, Elşanə Vəliyeva, Elşad Şamayev) 2(102)-1925/2020 saylı, 02 iyun 2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(104)3016/2019 saylı qətnaməsinin id dianın təmin edilən hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən araşdırılması üçün apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Kasasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi 2013-2015-ci illər üzrə hər ay üçün 55 manat olmaqla, 1320 manat pul hissəsində iddianı təmin edərkən Global Fondun maliyyə dəstəyi ilə müvafiq layihə çərçivəsində gündəlik müalicə alan vərəm xəstələrinə ərzaq məhsullarının alınması və müəssisəyə dərman qəbul etmək üçün gündəlik gələ bilmələrinə görə 20132015-ci illər üzrə yol xərcinin ayrılmasına dair sübuta istinad etmişdir. Lakin apelyasiya instansiyasının istinad etdiyi həmin sübut iş materiallarında yoxdur. Həmçinin məhkəmənin başqa hər hansı əsasla da bu nəticəyə gəlməsi qətna mədə əsaslandırılmayıb. Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələbinə görə isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsinin mübahisəyə “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunun 14-cü maddəsini tətbiq etməsi də düzgün olmamışdır. “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunun 14-cü maddəsinin 6-cı hissəsinə görə vərəm xəstəliyinə tutulmuş şəxslərin stasionar və sanatoriya müalicəsi zamanı sərf olunan yol xərcləri dövlət və yerli büdcələrin vəsaitləri hesabına ödənilir. Əvvəla, apelyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi qanunun bu normasına görə vərəm xəstəliyinə tutulm uş şəxslərin yalnız stasionar və sanatoriya müalicəsi zaman sərf etdikləri yol xərcləri dövlət və yerli büdcələrin vəsaitləri hesabına ödənilir. Hazırki işdə isə iddiaçının stasionar və sanatoriya müalicəsi alması təsdiq edilmir. Həmçinin iddiaçı özü də tələbində stasionar və sanatoriya müalicəsinə sərf etdiyi yol xərcini deyil, ambulator müalicə üçün sərf etdiyi yol xərcini tələb edir. Bundan başqa, məhkəmənin istinad etdiyi qanunvericilik normasında stasionar və sanatoriya müalicəsi üçün xərcin dövlət və yerli büdcə vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub. İddia tələbi və işin halları isə Global Fondun maliyyə dəstəyi ilə ayrılmış xərclər barədədir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş dur. Bu da qətnamənin iddianın təmin edilən hissəsində ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. b) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Loğman Süleymanov- sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev, Afiq Hüseynzadə) 2(104)2629/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-748/2019 saylı, 16.04.2019-cu il tarixli qətnaməsinin iddianın cavabdehlərdən yol xərcinin tutulmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı hazırkı iddiasının cavabdeh Şəmkir Mərkəzi rayon xəstəxanasının Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi X4 qarşı yönəlmiş çəkilən əlavə xərclərin ödənilməsinə dair tələbinin təmin edilməməsi hissəsi mübahisələndirilmədiyindən həmin hissə araşdırmanın predmeti olmamışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı 19.11.2008-ci ildən etibarən sağ ağ ciyərin yarım payının infiltirativ vərəmi, dağılma və sol ağ ciyərə səpələnmə mərhələsində diaqnozu ilə Şəmkir rayon ACXX-da qeydiyyata alınmış və həssas xəstə kimi İ sıra preparatlarla (rifampisin, izoniazid, etambutof pirazinamid) müvafiq müal icə ilə təmin olunmuşdur. Lakin aparılan müalicələrə baxmayaraq xəstəlik sağalmamışdır. 07.12.2010-ctı il tarixli Referens laboratoriyanın 1237 saylı analizin nəticəsinə əsasən xəstədə multirezistent vərəm forması (MDR) olduğu aşkarlanmış və xəstə 22.04.2011-ci ildən DOTS”+” müalicə proqramına keçirilmişdir. Xəstə ikinci dəfə xəstəlik sağalmadığına görə ağ ciyərlərin fibroz-kavernoz vərəminə görə 21.05.2013-cü ildən 21.05.2015-ci ilə kimi İİ sıra preparatlarla müalicə olunmuş, lakin yenə də sağalmamışdır. Xəstə üçüncü dəfə yuxarıdakı diaqnozla 26.05.2015-ci ildən 26.05.2019cu ilə kimi DOTS “+” müalicə proqramına müvafiq müalicə ilə təmin olunmuşdur. Lakin yenə də sağalmadığına görə artıq 4-cü dəfə 2019-2020-ci illəri əhatə edən Global Fondun maliyyə dəstəyi ilə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən "Azərbaycanda Əsas ÇDD/GDD Vərəm xidmətlərinə Çıxış İmkanının və onların Keyfiyyətinin təmin olunması” adlı müalicə proqramına qoşulmuş və müalicə müddəti 20.06.2019-cu il tarixdə başa çatmışdır. 21.05.2013-cü il tarixdə 172 nömrəli protokolla vətəndaş İddiaçı Vərəmlə Mübarizə üzrə Dövlət Proqramı çərçivəsində müalicəyə qoşulmuşdur. Bu proqramın şərtlərinə əsasən müalicə alan xəstələrə maddi yardımın verilməsi nəzərdə tutulmamışdır. Buna görə 21.05.2013-21.05.2015-ci il tarixlərində İddiaçı maddi yardım almamışdır. 26.05.2015-ci il tarixində 247 nömrəli protokolla İddiaçı yenidən Vərəmlə Mübarizə üzrə Dövlət Proqramı çərçivəsində müalicəyə qoşulmuşdur. Bu proqramın şərtlərinə əsasən müalicə alan xəstələrə maddi yardımın verilməsi nəzərdə tutulmamışdır. Buna görə 26.05.2 015-30.12.2015-ci il tarixlərində İddiaçı maddi yardım almamışdır. Lakin, 2016-cı ilin yanvar ayından ölkədə Global Fondun maliyyə dəstəyi ilə növbəti layihənin başlanılmasmı nəzərə alaraq İddiaçı həmin layihə çərçivəsində müalicəyə qoşulmuş və bu layihə üzrə 01.01.2016-cı il tarixindən 30.05.2019-ci il tarixə qədər İddiaçı 1.010 manat məbləğində maddi yardım almışdır, onlardan: 01.01.2016-01.01.2017-ci illəri əhatə edən dövrdə ayda 55 manat olmaqla 660 manat. 01.01.2017-30.05.2017-ci il tarixlərdə ayda 70 manat olunmaqla 350 manat 20.06.2017-ci il tarixində 343 nömrəli protokolla İddiaçı Dövlət Proqramı çərçivəsində müalicəyə qoşulmuş və Global Fondun maliyyə dəstəyi ilə müalicə almışdır. Bu proqram çərçivəsində 20.06.2017-30.12.2017-ci il dövrdə ayda 70 manat olmaqla 470 manat məbləğində maddi yardım almışdır. Beləliklə, İddiaçı 20162017-ci illər ərzində 1.480 manat məbləğində maddi yardım almışdır. 2018-2020-ci illəri əhatə edən Səhiyyə Nazirliyi tərəfindən Global Fondun maliyyə dəstəyi ilə həyata keçirilən “Əsas ÇDD/GDD vərəmin idarə olunması müdaxilələrinə çıxış imkanının və onların keyfiyyətinin təmin olunması” adlı layihə çərçivəsində müalicə alan xəstələr üçün maddi yardımın verilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, xəstələr Vərəmlə Mübarizə üzrə iki proqram layihəsi çərçivəsində müalicəyə qoşulmuşlar. Onlardan biri Vərəmlə Mübarizə üzrə Dövlət Ptoqramı Layihəsi, digəri isə Global Fondun maliyyə dəstəyi ilə həyata keçirilən proqram olmuşdur. X12 layihəsi çərçivəsində müalicəyə qoşulmuş xəstələrə yol xərci kimi maddi yardımın verilməsi nəzərdə tutulmuş və iddi açıya çatası yol xərci üçün maddi yardım tam həcmdə ona verilmişdir. Vərəmlə Mübarizə üzrə Dövlət Proqramı layihəsi çərçivəsində isə 20132015-ci illər ərzində müalicəyə qoşulmuş xəstələrə, o cümlədən İddiaçı yol xərci üçün maddi yardımın verilməsi nəzərdə tutulmadığından o, maddi yardım almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunda dövlət tərəfindən xəstələrə müalicə üçün yol xərcinin ödənilməsi yalnız stasionar və sanatoriya müalicəsi üçün nəzərdə tutulmuşdur ki, hazırkı işdə isə iddiaçının stasionar və sanatoriya müalicəsi üçün müalicədə olması iş materialları ilə müəyyən edilmir. İddiaçı da öz tələbində ambulator müalicə üçün sərf etdiyi yol xərcini tələb etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2013-2015-ci illərdə qoşulduğu layihə çərçivəsində nə zərdə tutulmayan yol xərcinin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutundan tutulması barədə iddiaçının tələbi əsassızdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi tərəfindən mülki işə baxan zaman mübahisənin həll edilməsinə yönəldilən hərəkətlər edilməmiş, qeyd etdiyi faktalra ümumiyyətlə məhəl qoyulmamışdır. Məhkəmə araşdırması birtərəfli qaydada aparıldığından, habelə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamas ı səbəbindən onun hüquqları kobudcasına pozulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh AR Səhiyyə Nazirliyi X1 İnstitutu məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq, kasasiya şikayətinin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh AR Səhiyyə Nazirliyi X1 İnstitutunun nümayəndəsi X9 və cavabdeh Şəmkir Mərkəzi rayon Xəstəxanasının Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi X8 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1ci maddəsinin tələblərinə uyğun olaraq onların izahatları dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə icla sında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayəti üzrə qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsini əsaslandıra bilməmiş, yalnız apelyasiya kollegiyası tərəfindən işin birtərəfli qaydada araşdırılması, hüquqlarının pozulması göstərilmişdir. Bundan əlavə, iddiaçı kasasiya şikayətində də “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 14cü maddəsinə istinad etmişdir ki, apelyasiya kollegiyasının qeyd etdiyi kimi, iş materiallarında iddiaçının stasionar və ya sanatoriya müalicəsində olması ilə bağlı hər hansı sübut müəyyən edilməmişdir. Belə olan halda iddiaçının qeyd edilən maddi hüquq normasın a istinadən yol xərci tələb etməsi də əsassızdır. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Həmçinin qeyd olunmalıdır ki, işə təkrarən apelyasiya baxışı keçirilərkən Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya kollegiyası işə əvvəl baxmış kasasiya kollegiyasının gösətrişlərinə tam əməl etmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2629/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.