Məhkəmə qərarları › İş №2(102)-3793/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3793/2023

06.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3793/2023 06.09.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X3 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-567/2023 saylı 21 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh6 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X4, X1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı “mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin onun istifadəsinə verilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 2(104)-567/2023 saylı 21 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh6 və Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin kassasiya şikayətinin məzmununu müəyyən edən 407.3-cü maddəsinin tələblərinə görə, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Hazırkı işdə kassasiya şikayəti cavabdehlər Cavabdeh6 və Cavabdeh1 vəkili Vəkil tərəfindən imzalansa da, həmin şəxsin cavabdehlərin nümay əndəsi olmasına dair etibarnamə şikayətə əlavə edilməmişdir. Odur ki, kassasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından şikayətin icraata qəbul olunmasından imtina edilməli və geri qaytarılması üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh6 və Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-567/2023 saylı 21 fevral 2023-cü il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar