Məhkəmə qərarları › İş №2(102)-3793/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3793/2024

19.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3793/2024 19.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyinin icra olunması, nisyə satılmış malın ödənilməsi tələbi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı öhdəliyin icra olunması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-856/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı xx.xx.2019-cu ildə Ucar Rayon Polis Şöbəsinə ərizə müraciət edərək, Cavabdeh ondan qızıl-zinət əşyaları aldığını, lakin dələduzluq edib 58000 manat borcu qaytarmadığını bildirmişdir. İddiaçı təhqiqat zamanl verdiyi izahatında Cavabdeh 6 ay ərzində ümumilikdə 79450 manat dəyərində qızıl-zinət əşyaları satdığını, həmin məbləğin 21450 manatını cavabdehin aylar üzrə ona ödədiyini, geri qalan 58.000 manat borcunu isə qaytarmadığını iddia etmişdir. Ucar Rayon Polis Şöbəsinin təhqiqat qrupunun 15 dekabr 2019-cu il tarixli qərarı ilə, Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, araşdırma zamanı Cavabdeh tanışı İddiaçı ona heç bir məbləğdə borcunun olmaması və heç bir iddiasının olmamasını əks etdirən, sonuncunun 30 avqust 2019-cu ildə yazaraq imzaladığı kağız parçasını təhqiqata təqdim etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 58000 manat pulun tutulub ona qaytarılması, həmçinin ödənilmiş 264 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, ailəsini dolandırmaq üçün təxminən 15 ildir qızıl-zinət və geyim əşyaları sataraq səyyar ticarətlə məşğul olur. Ucar rayonun ərazisində səyyar ticarətlə məşğul olaraq bir neçə şəxsə nəğd və nisyə aylıq hissə-hissə ödənməsi şərti ilə qızıl-zinət əşyaları satmışdır. 2019-cu ilin fevral ayında o, cavabdehin yaşadığı evə gedərək çəkisi 20 qram, qiyməti 1600 manat olan qolbağı, 1 ədəd qiyməti 400 manat olan üzüyü, qiyməti 750 manat olan 2 ədəd sepi pulunu hissəhissə verəcəyinə dair şifahi razılaşmaqla nisyə satmışdır. Bundan sonra, fevral ayı üzrə ümumilikdə qiyməti 2750 manat olmaqla satdığı həmin qızıllara görə bir neçə ay ərzində cavabdeh ona ümumilikdə 1200 manat pulu ödəmiş, geri qalan 1500 manatı isə etibarından sui-istifadə edərək mənimsəmişdir. Bundan sonra, mart ayında cavabdeh ondan yenidən cəmi qiyməti 11850 manat olan 9 ədəd qızıl əşyaları (1 ədəd çəkisi 16,5 qram olan sep, qiyməti 1200 manat, 1 ədəd briliyant klon, qiyməti 550 manat, 2 ədəd briliyant qaşlı üzük, ümumi qiyməti 850 manat,1 ədəd 22,5 qramlıq sep, qiyməti 1700 manat, 1 ədəd qolbaq çəkisi 28,6 qram olan 2300 manat, 1 ədəd çəkisi 21 qram olan qolbağ 1900 manat, 1 ədəd çəkisi 28 qram olan 2250 manat sep, 1 ədəd 14 qramlıq qolbağı 1100 manata) almış, onlara görə də cavabdeh ona bir neçə aylar üzrə 4300 manat ödəmiş, geri qalan 7550 manat borcunu qaytarmamışdır. Bundan sonra, aprel ayında cəmi qiyməti 19710 manat olan 23 ədəd qızıl-zinət əşyaları (2 ədəd brilyant üzük 1000 manat, 1 ədəd 24 qramlıq 1950 manatlıq sep, 1 ədəd 6,3 qramlıq 500 manatlıq klonlu sep, 1 ədəd briliyant 400 manatlıq üzük, 1 ədəd 21,3 qramlıq 2000 manat qolbağı, 1 ədəd 9 qramlıq 800 manata sep, 1 cüt sırğa 300 manata, 1 ədəd qolbağı 4,2 qramlıq 300 manata, 1 ədəd 12,6 qramlıq sep 950 manata, 1 ədəd sep 10 qramlıq 750 manata, 1 ədəd 5 qramlıq 400 manata qolbağı, 1 ədəd 4,5 qramlıq qolba ğı 350 manat, 1 dəst komplekt 1600 manat üzük, 1 cüt sırğa, 1 ədəd klonlu sep 4000 manata, 1 ədəd qızıl 10-luq 850 manata, 1 dəst komplekt-1 cüt sırğa, 1 ədəd üzük 1000 manata, 1 ədəd 11,5 qramlıq qolbağı 860 manata, 1 ədəd 7,3 qramlıq qolbağı 650 manata, 1 ədəd 13,5 qramlıq sep 1000 manata, 1 ədəd 18 qramlıq sep 1700 manata,1 ədəd komplekt briliyant 16000 manata, 1 ədəd 5 qramlıq qolbağı 350 manata) almış, onlara görə bir neçə aylar üzrə cəmi 7270 manat ödəmiş, geri qalan 12440 manat borcu isə qaytarmamışdır. Bundan sonra, may ayında cavabdeh cəmi qiyməti 17490 manat olan 16 ədəd qızıl-zinət əşyaları (1 cüt sırğa 550 manata, 1 ədəd 3,8 qramlıq qolbağı 350 manata, 1 ədəd 48 qramlıq sep 3600 manata, 1 ədəd klonlu sep 1000 manat, 1 cüt sırğa 900 manata, 1 ədəd briliyant qaşlı saat 2500 man ata, 1 ədəd 11,2 qramlıq qolbağı 1000 manata, 1 ədəd sep klon 1000 manata, 1 cüt sırğa 130 manata, 1 cüt sırğa 130 manata, 1 cüt sırğa 300 manata, 1 ədəd “R” hərfindən ibarət qızıl klonlu 150 manata, 1 ədəd “Ə” hərfli qızıl klonu 200 manata, 1 cüt sırğa 130 manata, 1 ədəd kale briliyant 3500 manata, 1 ədəd klonlu sep 550 manata, 1 ədəd mirvari komplekt 1500 manata) almış, onlara görə bir neçə aylar üzrə cəmi 5350 manat ödəmiş, geri qalan 12140 manat borcu isə qaytarmamışdır. Bundan sonra, 2019-cu ilin iyun ayında cavabdeh cəmi 2150 manat olan 4 ədəd qızıl-zinət əşyaları (1 ədəd üzük 400 manata, 1 ədəd klon 350 manata, 1 ədəd briliyant qaşlı üzük 650 manata, 1 ədəd sep 750 manat) almış, həmin əşyalara görə 600 manat ödəmiş, geri qalan 1550 manat borcu isə verməmişdir. Bundan sonra, 2019-cu ilin iyun ayında cavabdeh cəmi qiyməti 25500 manat olan 15 ədəd müxtəlif qızıl-zinət əşyaları (1 ədəd briliyant qaşlı klonlu sep 2500 manata, 1 ədəd qolbağı ağ qızıl 1300 manata,1 ədəd sepi 39 qram 2900 manata, 1 dəst-sep və qolbağı birlikdə 33 qram olan 2800 manata, 1 ədəd komplekt brilyant 1700 manata, 1 ədəd 21,7 qramlıq qolbağı 1700 manata, 1 ədəd komplekt brilyant 2000 manata, 1 ədəd klonlu sep 9 qramlıq 850 manata, 1 ədəd klonlu sep 12 qramlıq 1000 manata, 1 ədəd komplekt-1 cüt sırğa, 1 ədəd üzük 900 manata, 1 ədəd qolbağı 26 qramlıq 2100 manata, 1 ədəd sep klonlu 20 qram 1500 manata, 1 ədəd komplekt-1 cüt sırğa, 1 ədəd üzük 1800 manata, 1 ədəd brilyant üzük 750 manata, 1 ədəd komplekt briliyant-1 cüt sırğa, 1 ədəd üzük) almış, onlara görə bir neçə aylar üzrə hissə-hissə olmaqla, cəm i 2730 manat vermiş, geri qalan 22770 manat borcu isə qaytarmamışdır. O cavabdehə 6 ay ərzində ümumilikdə 79450 manat dəyərində qızıl-zinət əşyaları satmış, həmin məbləğin 21450 manatını aylar üzrə cavabdeh ona ödəmiş, geri qalan 58000 manat borcunu isə bu günə qədər qaytarmamışdır. Bunun üçün o, cavabdeh barəsində Ucar Rayon Polis Şöbəsinə şikayət etmişdir. Həmin vaxt izahatı alınmış cavabdeh bildirmişdir, кi, onun qızıl-zinət əşyaları satmasını ilk dəfə əri Əfqan Nəsirovun dəvətindən sonra onun 20 fevral 2019-cu il tarixdə yaşadıqları evə gələrək özü ilə gətirdiyi qızıl-zinət əşyalarına baxaraq bəyəndikdən sonra 1 ədəd üzük, 1 cüt sırğanı 1800 manata, 1 ədəd boyunbağını isə 2200 manata almış, həmin vaxt ümumilikdə ona verəsi olduqları 4000 manat pulu aylıq hissə-hissə 300 manat olmaqla ö dəyəcəyinə dair şifahi razılaşdığını, elə həmin vaxtdan sonra əri Əfqan Nəsirovun hər ayın sonu cavabdehə verdiyi 300 manat pulu ona verdiyini, bundan başqa, ondan ümumi dəyəri 150200 manat olan bir neçə yataq dəsti və qab-qacaq da aldığını, həmin əşyalara görə də pulunu ödəməsini, ancaq həmin ərəfələrdə tanışı Zülfiyyə adlı qadının ondan qızıl-zinət əşyaları alsa da ilkin ödənişə görə aralarında narazılıq yarandığı üçun Zülfiyyənin aldığı qızılları sonuncuya geri qaytarmasını, həmin vaxt Zülfiyyənin ona xahiş edərək həmin qızıl-zinət əşyalarını ondan alması üçün şifahi olaraq zamin durmasını, bundan sonra təxmini dəyəri 4000 manat təşkil edən qızıl-zinət əşyalarını ondan alaraq tanışı Zülfiyyə Qasımovaya verməsini bildirmişdir. Həmçinin, cavabdeh izahatında ondan alaraq tanışı Zülfiyyə Qa sımovaya verdiyi qızıl-zinət əşyalarına görə Zülfiyyənin aylıq hissə-hissə pulu ona verməsini, o da həmin pulu kağız parçasının arasına qoyaraq ona verdiyini, ondan qızları üçün 2 cüt 260 manat dəyərində aldığı qızıl sırğanın pulunu aylıq hissə-hissə verdiyini, təxminən 2019-cu ilin may-iyun aylarında Sabirabad rayonunda anasının ağır xəstə olduğu səbəbilə bir müddət orada qaldığını, həmin müddət ərzində onun mütəmadi olaraq cavabdehə zəng etmələrini və həmin ayın sonu aldığı geyim əşyalarına görə verəsi olduğu pul məbləğinin üzərinə günlük 100 və daha çox miqdarda faiz gəlməyini və verəsi olduğu kiçik məbləğdə pulun faizlə şişərək ilk öncə 1500 manat olduğunu, daha sonra isə 4000 manat olduğunu, həmin pulu qısa zaman ərzində verməyəcəyi təqdirdə əri Əfqan Nəsirova bu barədə deyəcəkləri il ə ona hədələdiklərini bildirmişdir. Cavabdehin ona hazırda 58000 manat borcu var.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etmədiyini, iddia müddətinin tətbiq edilməsinə dair cavabdehin ərizəsini müdafiə edərək iddianın təmin edilməməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş edərək izahatında bildirmişdir ki, iddia ərizəsində yazılanların heç biri həqiqətə uyğun deyildir. Həqiqətən də cavabdehin həyat yoldaşı Əfqan Nəsirovun dəvətindən sonra iddiaçı 20 fevral 2019-cu il tarixdə cavabdehin yaşadığı evə gələrək özü ilə gətirdiyi qızıl-zinət əşyalarını təqdim etmiş, həmin qızıllara baxdıqdan sonra 1 ədəd üzük, 1 cüt sırğanı 1800 manata, 1 ədəd boyunbağını isə 2200 manata bəyənib pulunu hissə-hissə hər ay 300 manat ödəməklə şifahi razılaşmışlar. Elə həmin vaxtdan sonra cavabdehin əri Əfqan Nəsirov hər ayın sonu cavabdehə verdiyi 300 manat pulu cavadeh iddiaçıya vermiş və onların iddiaçıya borcu qalmamışdır. Bundan başqa, cavabdeh əri Əfqandan xəbərsiz iddiaçıdan qızları üçün 2 cüt 260 manat dəyərində qızıl sırğa da almış və pulunu hissə-hissə qaytarmışdır. Bundan sonra, iddiaçı müxtəlif vaxtlarda cavabdehə qarşı yalandan təzyiqlər göstərərək guya qızılların pulunu cavabdehin ödəmədiyini bildirmiş, cavabdehdən əlavə pullar tələb etdiyi üçün cavabdeh bezərək 2019-cu ilin avqust ayında özünə qəsd etmək niyyəti ilə evin zirzəmisində elektrik çaydanının məftili ilə özünü asmağa çalışsa da, həmin vaxt cavabdehin həyat yoldaşı Əfqan cavabdehi evin zirzəmisindən taparaq evə həkim çağırmış və tibbi yardım nəticəsində sağ qalmışdır. Bundan sonra, iddiaçı ca vabdehdən üzürxalqlıq edərək polisə şikayət etməməsi üçün iddiaçıya heç bir məbləğdə borcunun olmaması barədə kağız parçasına yazaraq təqdim etmiş, buna görə də həmin vaxt iddiaçıdan şikayət etməmişdir. Bununla bağlı Ucar Rayon Polis Şöbəsində ətraflı araşdırma aparılmış və cavabdehin günahı olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, 15 dekabr 2019-cu ildə cinayət işinin başlanması rədd edilmiş və həmin qərarda şikayətçi olmuş iddiaçıya mülki qaydada məhkəməyə müraciət etməsi izah olunsa da iddiaçı indiyə kimi məhkəməyə müraciət etməmişdir. Şahidlər də bir-birinə ziddiyətli ifadələr vermişlər, səs yazılarının da kimə məxsus olduğu məlum deyildir.

5. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirmişdir ki, iddiaçı onun qardaşının arva dıdır. Cavabdehi də tanımışdır. İddiaçı onun vasitəsilə cavabdehlə tanış olmuş və cavabdehə satmaq üçün qızıl-zinət əşyaları vermişdir. Həmin əşyalar 2018-2019-cu ildə verilmiş, nə qədər olduğunu dəqiq bilməmişdir. Ola bilər ki, 58000 manat dəyərində olsun. Cavabdeh qızıl-zinət əşyalarının dəyərini qaytarmamışdır. Kəmalənin intihara cəhd etməsini eşitmişdir. O, qızıl alveri ilə məşğul olmamış, özünün qızıllarını satmışdır. Cavabdeh həmin vaxt işləmirdi. İddiaçı onun iştirakı ilə 2019-cu ildə qızıl-zinət əşyalarını cavabdehə vermişdir. İddiaçının cavabdehə verdiyi qızılın çəkisini, dəyərini və əyarını bilməmişdir. Onun iştirakı ilə təxminən 6-7 dəfə qızıl-zinət əşyaları verilmişdir.

6. Ucar Rayon Məhkəməsinin e-2(063)-671/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Hilal X əlilov) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, hazrkı iş üzrə iddia müddətinin axımı 2019-cu ilin dekabr ayından başlanmış və 2022-ci ilin dekabr ayında bitmişdir. İddiaçı iddia müddəti bitəndən sonra – 22 iyun 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

8. Göründüyü kimi iddiaçı iddia müddətini üzürsüz səbəblərdən ötürmüşdür. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Bu səbədən iddia tələbi rədd olunmalıdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaçının xəstəliyi ilə bağlı məhkəməyə vaxtında müraciət edə bilmədiyini göstərsə də, qeyd olunanlar məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin təhqiqat bölməsində araşdırma zamanı cavabdehin iddiaçıya borcunun olmaması və heç bir iddiasının olmamasını əks etdirən iddiaç ının 30 avqust 2019-cu il tarixdə yazaraq imzaladığı kağız təhqiqata təqdim edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 376, 377, 427.3, 380-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80 və 81-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırki tələb üzrə iddia müddətini tətbiq etməkdə haqlı olmamışdır. Belə ki, 2019-cu il tarixdə iddiaçı “sağ beyin yarımkürəsində keçirilmiş işemik insult, sol tərəfi hepiparez və koqnetiv pozulmalar” diaq nozu ilə Ucar rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir, “soltərəfli hemoparez və koqnetiv pozulmalar” diaqnozu ilə qeydiyyatdadır. Xəstəyə tez-tez ambulator müalicələr təyin olunmuş və ev şəraitində ambulator müalicələr almışdır. Xəstənin 2019-cu il tarixdən bəri aktiv hərəkətləri və özünüidarəetməsi məhdudlaşmışdır və daim yataq rejimində olmuşdur.

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-856/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Günay Cavadova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin 1800 manatlıq 1 ədəd üzük və 1 cüt sırğa, 2200 manatlıq 1 ədəd boyunbağı və 260 manat dəyərində 2 cüt qızıl sırğanın d əyərinin ödənilməmiş qalan ümumilikdə 2160 manata aid hissəsində iddia müddəti tətbiq edilməklə, qalan hissədə isə əsassız olduğundan rədd olunması qət edilmişdir.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarının təfsirində səhvə yol verilmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı müxtəlif vaxtlarda müxtəlif adda və qiymətdə qızıl-zinət əşyalarını cavabdehə nisyə alğı-satqı ilə satdığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclas ında iddiaçının 20 fevral 2019-cu il tarixdə cavabdehin yaşadığı evə gələrək özü ilə gətirdiyi qızıl-zinət əşyalarını təqdim etdiyini, həmin qızıllara baxdıqdan sonra 1 ədəd üzük, 1 cüt sırğanı 1800 manata, 1 ədəd boyunbağını isə 2200 manata bəyənib pulunu hissə-hissə hər ay 300 manat ödəməklə şifahi razılaşdıqlarını, bundan başqa, cavabdehin əri Əfqandan xəbərsiz iddiaçıdan qızları üçün 2 cüt 260 manat dəyərində qızıl sırğa da aldığını və pulunu hissə-hissə qaytardığını bildirmişdir. Nə qədər ki, qızıl-zinət əşyalarının nisyə alğı-satqı müqaviləsi ilə cavabdehə verilməsini sübut etmək vəzifəsi iddiaçının, həmin qızıl-zinət əşyaların pulunu ödədiyini sübut etmək vəzifəsi isə cavabdehin üzərindədir və iddiaçı da cavabdehin 20 fevral 2019-cu il tarixdə aldığı 4000 manat dəyərində qızıl-zinət əşyalarının pulunun 2100 manatını qaytardığını etiraf etmişdir, cavabdeh həmin pulu ödədiyini sübut etmə yükündən azad edilmişdir. Həmin 4000 manatlıq qızıl-zinət əşyalarının pulunun 1900 manat hissəsini və 2 cüt 260 manat dəyərində qızıl sırğanın pulunun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh bu barədə sübutları məhkəməyə təqdim etməmişdir.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələbinə əsasən, cavabdehin etiraf etməsi ilə iddia tələbi 1800 manatlıq 1 ədəd üzük və 1 cüt sırğa, 2200 manatlıq 1 ədəd boyunbağı və 260 manat dəyərində 2 cüt qızıl sırğanın dəyərinin ödənilməmiş qalan ümumilikdə 2160 manata aid hissədə sübut olunmuş hesab olunmalı və iddianın həmin hissədə haqlı olduğu sübut olunduğundan həmin hissədə cavabdehin verdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə baxılmalıdır. Həmin hissədə iddiа müddətinin ахımı 2019-cu ilin dekabr ayının 15-dən, yəni cinayət işinin başlanmasının rədd еdilməsi barədə qərarın qəbul edildiyi vaxtdan bаşlаmış və 2022-ci ilin dekabr ayının 15-də bitmişdir. İddiаçı iddiа müddəti bitənədək iddiа ərizəsi ilə məhkəməyə mürаciət еtməmişdir. Ona görə də, iddia tələbinin həmin hissəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı tələb etdiyi digər qızılzinət əşyalarının cavabdehə verilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Belə ki, Ucar Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma zamanı cavabdehin iddiaçıya borcunun olmaması və heç bir iddiasının olma masını əks etdirən, iddiaçının 30 avqust 2019-cu il tarixdə yazaraq imzaladığı kağız təhqiqata təqdim edilmişdir. Belə olan halda, iddia tələbi qalan hissələrdə sübut edilmədiyindən, əsassız olduğundan həmin hissələrdə işə iddia müddətinin tətbiq edilməsinə zərurət qalmamışdır. Həmin hissələrdə iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375, 385.1, 386.1, 406.1, 427, 441.2, 442, 445, 448.1, 567, 598 və 600.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikatətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək, maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Ümumiyyətlə apellyasiya instansiya məhkəməsi apelyasiya şikayətinin dəlillərinə heç bir münasibət bildirməmişdir. İddiaçı xəstəliyi ilə əlaqədar olaraq 2019-cu ildən aktiv hərəkətləri və özünü idarə edə bilməsi məhdudlaşmışdır. Apelyasiya instansiyası məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə vəkilə məlumat verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

21. Etiraz ərizəsinin məzmunu birinci instansiya məhkəməsinin məhkəmə iclasında ərizəçinin verdiyi izahatla eynilik təşkil etmiş və əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının kassasiya şikayəti tamamilə əsassızdır və həm birinci instansiya məhkəməsi həm də apelyasiya instansiyası məhkəməsi işi araşdırarkən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, tamamilə düzgün və qanuni qətnamə qəbul etmişdir. Odur ki, kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

23. Maddə 372.

2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

24. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

25. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını t ələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulmаsı, əsаssız vаrlаnmа və yа bu Məcəllədə nəzərdə tutulmuş digər əsаslаr nəticəsində əmələ gəlməsi hаllаrı istisnа оlmаqlа, öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır.

28. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

29. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

30. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləş dirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

31. Maddə

442. Öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi (vахtındа icrа еdilməməsi, mаllаrdа, işlərdə və хidmətlərdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа еdilməsi) bаşа düşülür.

32. Maddə

445. İcrаnı gеcikdirmiş bоrclu gеcikdirmə nəticəsində vurduğu zərər üçün və gеcikdirmə zаmаnı təsаdüfən bаş vеrmiş icrа mümkünsüzlüyünün nəticələri üçün krеditоr qаrşısındа məsuliyyət dаşıyır.

33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnu n risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir.

34. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

35. Maddə

598. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanın qiymətini vaxtında ödəmirsə, satıcı əşyanın qiymətini ödəməyi tələb edə bilər.

36. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. “Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı

37. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institu tu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı

38. İddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfində n mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərb aycana qarşı” işi üzrə).

48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

49. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

50. Kassatorun xəstəliyi ilə əlaqədar olaraq 2019-cu ildən aktiv hərəkətlər və özünü idarə edə bilmək qabiliyyətinin məhdudlaşdığı və bu səbəbdən iddia müddətini ötürməsinin üzürlü hesab edilməli olduğu barədə dəlilləri əsassızdır.

51. Çünki buraxılmış müddətlərin üzürlü sayılmaqla bərpa olunması ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən, qanunla nəzərdə tutulmuş və buraxılmış müddətin bərpa olunması üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu şəxsin (konkret halda məhkəmədə iddia qaldırmalı olan iddiaçının) iradəsindən asılı olmasın, bu səbəblər məhz qanunla müəyyən edilmiş müddətlərdə mövcud olsun. Həmçinin bu manelərin dəf edilməsi şəxsin imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Üzrlülük göstərilən meyarl arın sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

52. Bu baxımdan iddiaçının yarımyataq xəstə olması faktı, özlüyündə onun uzun müddət iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi imkanından məhrum edən maneə olduğu barədə ağlabatan nəticəyə gəlməyə əsas vermir. İddiaçı, iddia müddəti ərzində səhhətinə görə iddia vermək imkanına malik olmadığını bildirsə də, indiki sağlamlıq vəziyyətində nə dəyişikliyin olduğunu izah etməmişdir.

53. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının vəkilinə məlumat verilməməsi barədə dəlili də qətnamənin ləğvinə əsas vermir. Çünki bu dəlil MPM-in 418.4.5-ci maddəsinin işığında təhlil olunmalıdır. Həmin no rmaya görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi o halda mümkündür ki, işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmış olsun.

54. MPM-in 46-cı maddəsinə əsasən işdə iştirak edən şəxslər dedikdə - tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar başa düşülür.

55. Göründüyü kimi vəkil MPM-in 418.4.5-ci maddəsində nəzərdə tutulmuş “işdə iştirak edən şəxslər”ə aid deyildir. İş materiallarından isə görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilmişdir.

56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

57. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas t əşkil etmir.

58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-856/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar