Məhkəmə qərarları › İş №2(102)-3794/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3794/2020

28.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3794/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 müdiri Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı1 vəkili X4, Cavabdeh3 vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları

1. İddiaçı, 1984-cü ildə Bakı Dövlət Universitetini tarix fakultəsini zabit rütbəsi almaqla bitirmişdir. O, xx.xx.1984-cü il tarixli əmrlə Gədəbəy rayonu X8 Məktəbinə tarix müəllimi, xx.xx.1985-ci il tarixli əmrlə həmin məktəbdə Hərbi rəhbər vəzifəsinə təyin edilmiş və həmin fənləri tədris etmişdir. xnun xx.xx.2017-ci il tarixli, 296 nömrəli əmri ilə Cavabdeh3 məktəbin Hərbi rəhbər vəzifəsinə təyin edilmişdir. Həmin əmrdə və Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 200 nömrəli məktubunda məktəbdəki Hərbi rəhbər vəzifəsinin vakant olduğu qeyd edilmişdir.

2. İddiaçı bildirir ki, onun hərbi rəhbər vəzifəsindən azad edilməsi haqqında əmr olmadan həmin vəzifənin vakant sayılaraq oraya başqa şəxsin təyin edilməsi düzgün deyil. Bundan başqa, o, hərbi rəhbər vəzifəsindən azad edi lməsinə razılıq verməmişdir. RTŞ-nin müdiri və məktəb direktoru ona bildirmişlər ki, Cavabdeh3 təyinatı müvəqqətidir, sonuncuya məktəbdə başqa iş verilənədək müvəqqəti olaraq Hərbi rəhbər işini aparsın, Cavabdeh3 başqa işlə təmin olunduqdan sonra, o əvvəlki qaydada Hərbi rəhbər vəzifəsinin icrasını davam etdirəcək. Buna baxmayaraq, onun tutduğu vəzifənin vakant sayılması, pedaqoq olmayan, özü də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeri qurumu ilə razılaşdırma aparılmadan Cavabdeh3 əmrlə həmin vəzifəyə təyinatı qanunsuz və əsassız olmuşdur.

3. Cavabdehlər isə bildirir ki, onlar iddiaçıya izah etmişlər ki, həmin vaxt daxil olmuş təlimat və tələblərə əsasən, əlavə olaraq Hərbi rəhbər vəzifəsini yerinə yetirməsinin mümkün deyil və yalnız tarix müəllimi kimi dərs dəyəcək. Əks təqdirdə aldığı əmək haqqının miqdarı azala bilərdi. Bu baxımından iddiaçı, tarix müəllimi işləməsi barədə seçimi özü etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 xinə təyin edilməsi barədə verilmiş xx xxxxxx 2019-cu il tarixli 296 saylı əmrin ləğv edilməsi, onun həmin məktəbdə işlədiyi hərbi rəhbər vəzifəsi işinə bərpa edilməsi və 2017-ci ilin yanvar ayından hazırkı vaxtadək 27 ay müddətində hər ay 265 manat olmaqla itirilmiş əmək haqqına görə ona dəymiş 7155 manat miqdarında ziyan məbləğinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Gədəbəy Rayon Məhkəməsinin (hakim F.Mirzəquliyev) xx xxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Mə hkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı1, tarix müəllimi vəzifəsində işləməkdə davam edir, iddiaçı bildirdiyi halları sübut etməmişdir, Hərbi rəhbər vəzifəsindən azad olunmasına özü razılıq vermişdir, Cavabdeh3 qanunla nəzərdə tutulmuş tələblərə əməl edilməklə Hərbi rəhbər vəzifəsinə təyin olunmuşdur, onun əmrinin ləğv edilməsi üçün əsas yoxdur. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və Ş.Əliyeva) xx xxxxxxx 2019-cu il tarixli, 2(104)-3495/19 nömrəli qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, istinad edilən əmrə və RTŞ-nin məktubuna münasibət bildirərək qeyd etmişdir ki, o ali pedoqoji və hərbi təhsilə malik olmaqla 1985-ci ildə verilmiş əmrlə fasiləsiz olaraq 34 il Hərbi rəhbər vəzifəsində işləmişdir. Yer boş olduğu halda vakanta çıxarılmalıdır. Həmin yer bir gün də olsun boş olmadığı halda neçə vakant ola bilər? Həmin yer vakantda olmamışdır. Əsassız olaraq onun yerinə təyin edilən şəxs isə mühəndis olmaqla pedoqoji təhsili olmayan 3 il staja mal ik şəxsdir. İşlədiyi məktəbdən isə qanuna zidd olaraq iddiaçının işlədiyi vəzifəyə yerdəyişmə ilə təyin edilmişdir. Onun hərbi rəhbər vəzifəsindən azad edilməyi barədə əmr isə olmadığını bildirirlər. Əmr kitabı və onunla Cavabdeh3 şəxsi işi tələb edilərək bu məsələ məhkəmə qaydasında araşdırılmalı idi. Cavabdehlər onun işdən çıxarılma barədə əmrimin olmadığını bildirsələr də, faktiki olaraq qeyd edilən qeyri qanuni əsaslarla onun yerinə başqasını işə qəbul etmişlər. İddiaçının isə işdən hansı əsaslarla azad edilib edilməməyi barədə ona heç bir rəsmi sənəd təqdim edilməmişdir. Birinci instansiya və apelyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş 34 il həmin məktəbdə hərbi rəhbər vəzifəsində işlədiyini təsdiq edən əmrin olmasına, hərbi biletinə, ali təhsil barədə diplomuna, həmin yeri n vakantda olmadığı barədə tərəfindən təqdim edilmiş subutlara, onun tutduğu hərbi rəhbər vəzifəsindən azad edilməyi barədə əmrin olmamasına, cavabdehin başqa məktəbdə iş yeri olduğu halda boş olmayan yerə yerdəyişmə ilə işə götürülməsinə və bu barədə Hərbi Xidmətə Çağırış və Səfərbərlik İdarəsinin təqdimatının olmadığı halda guya vakantda olan yerə vəzifəyə təyin edilməsi barədə əmrin hansı əsaslarla qanuniliyini əks etdirən halları araşdıraraq qətnamədə təhlil edərək qiymətləndirməmiş, ancaq cavabdehin hərbi xidmətini və müharibə iştirakçısı olmasını onun üstünlüyü kimi qiymətləndirməklə kifayətlənərək mənim isə kifayət qədər üstünlük hüququmun olmasına qətnamədə ümumiyyətləqiymət vermədən hüququmun pozulması ilə nəticələnən qətnamə qəbul etmişlər. İşə baxan məhkəmələrinin əsaslandırılma sı ilə bağlı iddiaçı həmçinin qeyd etmişdir ki, Gədəbəy RMŞ-nin müdirinin xx xxxxxxxx 1985-ci il tarixli 366 saylı əmrinə əsasən o X8 məktəbinə hərbi rəhbər vəzifəsinə təyin edilmişdirsə və həmin əmr ləğv edilmədən və onun barəsində həmin vəzifədən kənarlaşdırma barədə əmr olmadan Cavabdeh3 xx xxxxxx 2017-ci il tarixli 296 saylı əmrlə başqa iş yeri olduğu halda həmin vəzifəyə yerdəyişmə ilə təyin edilməsi barədə verilmiş əmrin qanuniliyini təsdiq edən hallar nədən ibarətdir? Hər iki instansiya məhkəməsinin qətnaməsində bunların izahı yoxdur. Hər iki instansiya məhkəməsi iddianın təmin edilməməsi nəticəsinə ancaq Cavabdeh3 münasibətdə qiymət verərək qeyd edir ki, o, müharibə veteranıdır. Bunun üçün də Əmək məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə istinad etməklə belə qənaətə gəlmişdir ki, onun üstünlük hüququ vardır. Məhkəmə bu cür yanaşma ilə də qanunun tətbiqində səhvə yol vermişdir. Yəni istinad edilən qanunun tələbinə görə işə götürən ixtisasları ( peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda müharibə iştirakçılarının işdə saxlanmasına üstünlük verir. Göründüyü kimi həmin maddədə qeyd edilənlər işçilərin ixtisarı ilə bağlı olan məsələlərə aiddir. Həmin maddənin tələbləri onların mübahisələrinə tətbiq edilə bilməz. Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmışdır. 2-ci bir hal isə ondan ibarətdir ki, işə məhkəmənin mövqeyindən yanaşmaqla belə Cavabdeh3lə iddiaçının nə ixtisası, nə peşəkarlıq səviyyələri, nə də həmin sahədə iş təcrübələri eyni deyildir ki, məhkəmə ona üstünlük hüququ versin. Həmçinin də işin o halı da nəzərə alınmamışdır ki, Cavabdeh3 iddiaçının tutduğu vəzifəyə işsiz qalmış və işə ehtiyacı olan şəxs kimi deyil, başqa məktəbdə eyni vəzifədə işləməklə iş yeri olan və yerdəyişmə ilə təyin edilmiş şəxsdir və onun bu cür işə qəbul edilməsi qanunun tələbləri pozulmaqla həyata keçirilmişdir. Hər iki instansiya məhkəməsi qətnamədə yerin vakantda olduğunu qeyd etsə də, işdə bu halı təsdiq edən sübut yoxdur. Əksinə inkarı vardır. Birinci instansiya və apelyasiya məhkəməsi işə bir tərəfli və qərəzli yanaşdığından qəbul etdikləri qətnamədə nə iddiaçının hərbi biletinə və rütbəsinə, 4 illik fasiləsiz olaraq hərbi rəhbər vəzifəsində qanuni əsaslarla işləməyinə, peşəkarlığına, nə də hər iki fənn üzrə mənim diaqnostik qiymətləndirmədə topladığı yüksək balı təsdiq edən tərəfindən təqdim edilmiş sübuta ümumiyyətlə qiymət verməmişdir. İşə baxan məhkəmələr tərəfindən ancaq onun tarix müəllimi işləməyini hallandırılır. Apelyasiya məhkəmsinin qətnaməsi ilə tanış olduqdan sonra iddiaçıya məlum olub ki, cavabdehlər sonradan təqdim etdikləri 3 əmrdən çıxarışlar iş materiallarına əlavə edilib və qətnamədə subut kimi istinad edilib. Həmin əmrlərdən 262 saylı xx.xx.2016-cı il tarixli əmrdən çıxarışda qeyd edilmişdir ki, guya mənə 16 saat hərbi rəhbər dərs bölgüsü verilmişdir. Bu qeyri-mümkündür ki, həmin məktəbdə 16 saat hərbi rəhbər dərs bölgüsü olsun. Bu 4 saatdan artıq olmamamışdır, hazırda da belədir. 291 saylı xx.xx.2017-ci il tarixli əmrdən çıxarışda isə qeyd edilib ki, guya iddiaçıya dərs verilməmişdir. Bu da qeyri mümkündür, o, 2017-ci il tədris ilində də müəllim kimi fəaliyyətini davam e tdirmişdir, jurnallar yazmışdır və əmək haqqı almışdır. Apelyasiya məhkəməsi sübut kimi qəbul etdiyi və qətnamədə istinad etdiyi qeyd edilən əmrlərdən çıxarışların işin halları ilə və digər sübutlarla kəskin ziddiyyətlər təşkil etdiyini nəzərə alaraq dərs jurnallarını, əmr kitabını, iddiaçının barəsində əmək haqqına dair maliyyə arayışını tələb edib tərəflərin iştirakı ilə araşdırmaqla ziddiyyətləri aradan qaldırmamış, əksinə həmin sübutları iddianın rədd olunması üçün əsas kimi qiymətləndirmişdir. Apelyasiya instansiyası məhkəməsi də qeyd edilən qanun pozuntularını aradan qaldırmaq əvəzinə əksinə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla qanunun tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası həmçinin də qanunsuz qətnaməsinə don geydirərək iddiaçının nümayəndəsinin (bac ısının) ifadəsini də qətnamədə yanlış olaraq səhv qeyd etmişdir ki, guya iddiaçının nümayəndəsi bildirmişdir ki, bir stavkadan yuxarı (18 saat) 22 saat dərs yükü ilə təmin edilmişdir. Bu hal isə hərbi rəhbər vəzifəsinə maneə deyildir. İddiaçının nümayəndəsi qətnamədə qeyd edildiyi kimi deyil, bildirmişdir ki, hərbi rəhbər vəzifəsini aparan müəllim 1 stavkadan artıq olmayan dərs yükü ilə təmin edilməlidir. Çünki hərbi dərsi 4 saatdan ibarətdir. İddiaçı hazırda bir stavka tarix fənni üzrə dərs yükü ilə təmin edilmişdir. İddiaçının seçimi və istəyi isə tarix müəllimi yox hərbi rəhbər vəzifəsində qalıb işləməkdir. Tarix fənni üzrə dərsləri isə kimə istəsələr başqa müəllimə verə bilərlər kimi verdiyi izahatı səhv qeyd edilməklə qətnamənin bir neçə yerində hallandırılmaqla iddianın rədd edilməsi üçün əsas kimi qiymətləndirilmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin barəsində olan əmrin düzgün olmasına istinadən qətnamədə qeyd etmişdir ki, Cavabdeh3 vakantda olan boş yerə hərbi rəhbər vəzifəsinə təyin edilmişdir. Halbuki, həm birinci instansiya, həm də apelyasiya instansiya məhkəməsində işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, həmin yer vakantda olmamışdır. Məhkəmə isə öz araşdırmasının nəticəsinə belə göz yumaraq sübutlarla yox, öz mülahizəsi ilə qanunsuz verilmiş əmri qətnamədə pərdələməyə çalışmışdır. Məhkəmə Kollegiyası həmçinin də qətnamədə mübahisəli məsələnin həllindən çox iddiaçının mübahisə predmeti olmayan tarix müəllimi işləməyini əsassız olaraq iddia tələbinin rədd olunması üçün əsas kimi qətnamənin bir neçə hissəsində istinad etmişdir. Halbuki o, məhkəmədə bildirmişdir ki, iddiaçının həmin sahədə 34 illik təcrübəsi, təhsili, hərbi xidmət keçməyi və diaqnostik qiymətləndirmənin nəticəsi ona həmin vəzifəni davam etdirməyə əsas verir. İddiaçı tarix müəllimi yox, hərbi rəhbər vəzifəsində qalmağı istəyir. Məhkəmə kollegiyası qətnamədə iddiaçının qeyd etkilərinə heç bir münasibət bildirməmiş, ancaq cavabdehə üstünlük vermişdir. Məhkəmə kollegiyasının qətnamədə sadaladığı hallar qanunun bərabərlik prinsipni pozmaqla yanaşı iddiaçının 34 illik qüsursuz əmək fəaliyyətini heçə endirməsidir və belə çixır ki, Cavabdeh3 o qədər “üstünlük” hüququna malikdir ki, o bu imtiyazlardan istifadə edib ürəyinin istəyi ilə istədiyi vəzifəyə yerdəyişmə etməklə başqasının qanunla qorunan hüququnu pozmaqda haqlıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh3 kassasiya şikayətinə qarşı verdiyi etirazda göstərmişdir ki, İddiaçı1 kassasiya şikayətində və iddiasında şəxsi mənafeyi naminə məhkəməyə yalan məlumatlar vermişdir. Belə ki, Cavabdeh3 Hərbi rəhbər kimi fəaliyyəti 3 (üç) il deyil, xx xxxxxx 2014-cü ildən indəyədək 5 (beş) ildən çoxdur. İddiaçı qeyd edir ki, guya ona bildirdilər ki, Cavabdeh3 məktəbə müvəqqəti təyin olunur. Halbuki, 2018-ci və 2019-cu illərdən hal-hazıradək 10 və 11-ci siniflərə Cavabdeh3 də dərs deyir, jurnalları yazır həmçinin İddiaçı1 da. İddiaçı1 iddia edir ki, məktəbdən verilmiş 262 saylı xx.xx.2016-cı il tarixli əmrdən çıxarışda guya ona 16 saat Hərbi rəhbər dərs bölgüsü verilib. Halbuki, həmin əmrdən çıxarışda ona cəmi 16 saat-yəni 12 saat tarix və 4 saat hərbi dərs olmaqla hərbi rəhbər vəzifə si qeyd olunur. İddiaçı1 2017-ci ilin sentyabrında məktəbdə olan tarix dərslərini tam (cəmi 21 saat, əvvəlcə 12 saat tarix dərsi olub) qəbul edəndən sonra Hərbi rəhbər vəzifəsini sövdələşərək Novoivanovka kəndində yaşayan qohumu səhhətinə görə ehtiyyata buraxılmış X2 verdirmək üçün cəhdlər edib. Bunu məktəbdə çoxları etiraf edir ki, “sən gəlməsən X3 gətirirdik”. a) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili x kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və vəkili x kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər şəxslər məhkəmə iclasına gəlməmələri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

15. Maddə 68, hissə 1-2. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

16. Maddə 83, hissə 1-2. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

17. Maddə 84, hissə 1-2. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

18. Maddə 300, hissə

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinc i hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərl ə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

26. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. İşin yuxarıda qeyd olunan hal larından göründüyü kimi iddiaçı 1985-ci ildən etibarən Gədəbəy rayonu X8 Məktəbində icra etdiyi Hərbi rəhbər vəzifəsindən kənarlaşdırılmasını mübahisələndirir və özünün həmin vəzifədən azad edilmədən məktəb direktorunun xx.xx.2017-ci il tarixli əmri ilə Cavabdeh3 həmin vəzifəyə təyin edilməsinin qanunsuz və əsassız olduğunu bildirir.

29. Belə olan halda, iddiaçının mübahisəli vəzifəni uzun illər ərzində hansı əsaslarla icra etdiyi, bu halın hansı hüquqi vəziyyəti meydana gətirdiyi, mövcud vəziyyətdə Cavabdeh3 həmin vəzifəyə təyin edilməsinin iddiaçının hüquqlarını pozub-pozmadığı müəyyən edilməlidir.

30. İşdə olan, xx.xx.1985-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı1 adı çəkilən məktəbdə Hərbi rəhbər vəzifəsinə təyin edilmişdir. O da işin mübahisəsiz halıdır ki, iddiaçı həmin vəz ifəni ixtisası üzrə işlədiyi tarix müəllimi vəzifəsi ilə yanaşı 32 il icra etmişdir. Belə olan halda, İddiaçı1 Gədəbəy rayonu X8 Məktəbi bu müddət ərzində davam etdirdiyi əmək münasibətlərinin xarakteri, o cümlədən iddiaçının hər iki vəzifəyə əmrlə təyin edilməsinin əmək müqaviləsi ilə necə rəsmiləşdirilməsi, əmək müqaviləsi üzrə onun icra etdiyi əsas və ya əlavə vəzifənin, əmək funksiyalarının hansı(lar) olması, Hərbi rəhbər vəzifəni hansı əsasla və qaydada yerinə yetirməsi, bu vəziyyətin qanunvericiliyə uyğunluğu, əgər uyğundursa iddiaçı Hərbi rəhbər vəzifəsindən kənarlaşdırılarkən onun razılığının qanunla müəyyən edilmiş qaydada alınıbalınmadığı, habelə onun icra etdiyi Hərbi rəhbər vəzifəsindən azad edilməsi rəsmiləşdirilmədən (müvafiq əmrin verilməsi və s.), həmin vəzifənin vakant say ılaraq oraya başqasının təyin edilməsinin qanuni əsasları müəyyən edilməlidir.

31. Hazırkı işdə isə apelyasiya məhkəməsi tərəfindən bu hallar yoxlanılmadan və onlara hüquqi qiymət verilmədən qətnamə çıxarılmışdır. Bununla da, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına riayət edilməmişdir (§19-20, 24).

32. Kollegiya vurğulayır ki, işin hüquqi həlli üçün əhəmiyyət kəsb etməyən faktiki hallar nəzərə alınmamalı, formal mülahizələrdən çıxış edilməməli, sübutetmə yükünə uyğun hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olmasına, xüsusilə də dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsinin bu aktı qəbul etmiş orqanın üzərinə düşməsi nəzərə alınmalıdır (§21-22).

33. Odur ki, qeyd edilən xüsusatların aydınlaşdırılması və nəticəsindən asılı olaraq iddia tələbinə qanunvericiliyə uyğun qaydada hüquqi qiymət verilməsi üçün apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yen i apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar