Məhkəmə qərarları › İş №2(102)-3794/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3794/2025

27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3794/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: sahibliyin pozulması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-791/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, Y rayonu X Bələdiyyəsi tərəfindən X kənd ərazisində 50 ha torpaq sahəsi əkinçiliyin inkişafı üçün İddiaçı icarəyə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 24287 manat, mənəvi ziyana görə 15000 manat, mütəxəssis rəyinin verilməsinə görə "xxxx" MMC-yə ödənilmiş 500 manat, vəkilə ödənilmiş 500 manat və 211 manat dövlət rüsumu olmaqla, cəmi 40498 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq ona verilməsinə dair qətnamə çı xarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixə kimi onun icarəsində olan 40 hektar torpaq sahəsində 300 başdan artıq malqaranı oradakı saman otu ilə otlatdıraraq ona ciddi maddi ziyan vurmuşdular. O mal-qaranı icarə torpaq sahəsindən çıxaran zaman cavabdehlər ona qarşı fiziki zorakılıq göstərmişlər. Y Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehlərin torpaq sahəsinə girişinə qadağa qoyulsa da, lakin cavabdehlər qərardada əhəmiyyət verməyərək qərardadın tələblərini pozmuşlar. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində 4-5 min ədəd ot kipindən məhrum olmuş və bunun nəticəsində də ona maddi ziyan dəymişdir. Cavabdehlərin ona qarşı hərəkətləri nəticəsində əsəb gərginliyi və sarsıntı keçirmək lə normal yaşayış tərzi pozulmuşdur. Ailə üzvləri ilə birlikdə 3 ildir ki mənəvi gərginlikdə yaşamaq məcburiyyətində qalmışdır. Bütün bu mənəvi sarsıntıların nəticəsində sağlamlığına ciddi ziyan vurulmuş və nəticədə açıq ürək əməliyyatı keçirmişdir. Ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etməsinə baxmayaraq cavabdehlər bu günə kimi vurduqları ziyanlığın dəyərini ödəməmişlər.

5. İddiaçı tərəfindən məhkəmə təqdim olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il qiymətləndirmə rəyində qeyd olunmuşdur ki,İddiaçı istifadəsində olan 50 hektar əkinçiliyin inkişafı üçün torpaq sahəsi üzərində hüquqlarını yerinə yetirilməsinə maneçilik olduğuna görə 2024-cü il üzrə 20 ha arpa əkini sahəsindən əldə olunması ehtimal olunan (7360,00 (xalis gəlir)+4400,00 ( subsidiya))=11760,00 manat,12 ha pambıq əkini sahəsindən əldə olunması ehtimal olunan (5938,00 (xalis gəlir+6589,00 (subsidiya))=12527,00 manat olmaqla cəmi 24287,00 manat məbləğində faydanın əldən çıxması ehtimal olunur.

6. Cavabdehlər məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişlər ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddia ərizəsində göstərilənlər böhtandır. İddiaçının məqsədi ondan əsaslı şəkildə etdikləri şikayətləri geri götürməyə nail olmaqdır ki, o da cinayət əməllərini davam etdirsin. Belə ki, iddiaçı Y rayonunun X kəndində bələdiyyəyə məxsus ümumi istifadədə olan örüş sahəsində qanunsuz əkin işləri apardığı üçün müvafiq orqanlara şikayətlər etmişlər. Onların şikayət ərizələri əsasında ərazidə aparılan yoxlama zamanı məlum olmuşdur ki, iddiaçı Y rayonu X Bələdiyyəsinə məxsus örüş torpaqlarında heç bir qanuni sənəd olmadan əkin işləri aparmışdır. Buna dair Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi Şöbəsinin əməkdaşları,X Bələdiyyəsinin imzası ilə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə akt tərtib edərək baxılması üçün aidiyyatı üzrə Daxili İşlər Nazirliyinə göndərmişlər. Bələdiyyəyə məxsus örüş torpaq sahəsində qanunsuz əkin işləri apardığı üçün iddiaçının barəsində CM-in 188.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. İddiaçının bu əməlləri barədə müvafiq orqanlara şikayət ərizələri yazıb məlumat verdikləri üçün iddiaçı onlarla qərəzli yanaşır.

7. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.

8. Cavabdehlərin məhkəmə izahatında verdikləri izahat iddia ərizəsinə dair məhkəməyə ünvanladıqları etiraza uyğun olmuşdur.

9. Y Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-4/2025 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur (hakim:İ.Həsənquliyev).

10. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin əsasını icarə müqaviləsi əsasında istifadədə olan 50 ha torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirilə bilməməsi təşkil edir. Məhkəmə mütəxəssis rəyi və ekspert rəyi əldə etmişdir. Həmin rəylərdə qeyd olunmuşdur ki, Y rayonu X bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə sonuncuya icarəyə verilmiş 50.0 ha torpaq sahəsi ilə bağlı bələdiyyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Y rayon şöbəsi tərəfindən tərtib və təsdiq olunmuş koordinatlar əks olunan yerquruluşu planı mövcud olmadığı üçün məhkəmənin qərardadında göstəril ən suallara cavab vermək mümkünsüzdür. Eyni zamanda məhkəmə iddiaçının təqdim etdiyi və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə münasibətdə isə bildirmişdir ki, "xxxx" MMC barədə məlumatlar aqp.az saytında yaradılmış reyestrə əlavə olunmamışdır. Eyni zamanda "xxxx" MMC və ya iddiaçı tərəfindən palatanın şəhadətnaməsini və ixtisasını təsdiqləyən sənədlər məhkəməyə təqdim olunmamışdır. Buna əsasən məhkəmə "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyini etibarsız hesab etmişdir.

11. Məhkəmə əlavə etmişdir ki, iddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında dəymiş maddi ziyanı 4-5 min ot kipindən məhrum olması ilə əsaslandırsa da, lakin qiymətləndirmə rəyi ot kipi əsasında deyil arpa və pambıq məhsulundan əldə olunan gəlir və subsidiyalar əsasında hesablanmışdı. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş ekspert rəyində isə iddiaçının naturada göstərdiyi,faktiki istifadə etdiyini bildirdiyi müvafiq olaraq 31.8 ha torpaq sahəsinin və 19.45 ha torpaq sahələrinin koordinatları götürülmüş və baxış zamanı iddiaçının naturada göstərdiyi kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid 31.8 ha torpaq sahəsinin 4.83 ha hissəsində şumlanma işləri aparıldığı mütəxəssis tərəfindən müəyyən olunmuşdur. Məhkəmə iddiaçının maddi ziyanla bağlı tələbinə ümumilikdə qiymət verərək bildirmişdir ki, iddia əsassızdır. İddiaçının icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil edib etməməsi faktı müəyyən olunmadığından, qiymətləndirmə rəyinin etibarsız olması, iddia tələbi ilə qiymətləndirmə rəyi arasında ziddiyətlərin olması, eyni zamanda ekspert rəyində iddiaçının naturada göstərdiyi torpaq sahəsindən yalnız 4.83 ha hissəsinin istifadə olunması (şumlanması) və dəymiş maddi ziyanla bağlı əsaslı digər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddia maddi ziyan hissəsində rədd olunmalıdır.

12. İddia tələbinin mənəvi ziyan hissəsinə münasibətdə məhkəmə bildirmişdir ki, iddiaçı həmin zərərin nədə ifadə olunduğu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPM-in 77.1-ci maddəsinə əsasən məhz iddiaçının üzərinə düşür. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdehlərin əməllərində mülki hüquq pozuntuları, deliktlər aşkar edilmədiyindən, zərərçəkən fiziki şəxsin mə nəvi sarsıntı keçirməsi ilə bağlı səbəbli-əlaqə də aşkar edilməmişdir.

13. Məhkəmə mövqeyini Konstitusiyanın 29, 46, 60, 70-ci, Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 23.4, 1096.1, 1097.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 03.11,2008ci il qərarına, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə, eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş 3 ədəd videoyazı məhkəmə baxışında nümayiş etdirilməmiş, qətnamədə isə həmin sübutlara ümumiyyətlə qiymət verilməmişdir. Halbuki videoyazılarda cavabdehlərin torpaq sahəsində həyata keçirdikləri hərəkətlər aydın şəkildə əks olunmuşdur. Bu hal sübutların tədqiqi və qiymətləndirilməsinin pozulmasıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunla və ya müqavilə ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla əmlaka sərbəst sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və digər şəxslərin həmin əmlaka mü daxiləsinə yol verməyə bilər. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf istinad etdiyi halları sübut etməlidir və məhkəmə çəkişmə prinsipinə uyğun olaraq təqdim edilmiş sübutlara hüquqi qiymət verməlidir. Birinci instansiya məhkəməsi tərəfindən təqdim olunmuş mötəbər sübutlar, o cümlədən videoyazılar, ekspertiza rəyləri və əvvəlki məhkəmə qərarları tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, Y Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın əsasları ilə hazırkı qətnamədə göstərilən mövqelər arasında ziddiyyət mövcuddur. Eyni zamanda, Şəki İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(116)4/2024 nömrəli qərarı və Şəki Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 21(107)-45/2025 saylı qərarı nəzərə alınmamışdır. H əmin məhkəmə aktlarında torpaq sahəsinin icarə münasibətlərinə hüquqi qiymət verilmişdir. xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə istinad edilməməsi əsassızdır. Ekspertiza məhkəmənin iştirakı ilə keçirilmiş və torpaq sahəsinin icarədə olması faktı əyani şəkildə təsdiq edilmişdir. Əgər icarə hüququ mövcud deyildisə, bələdiyyə tərəfindən icarə haqqının qəbul edilməsi və bu barədə maliyyə sənədləri də mövcud olmazdı.Məhkəmə yerquruluşu planında koordinatların olmamasını əsas gətirmişdir. Halbuki, xx.xx.2021-ci il tarixli elektron çıxarış bələdiyyə tərəfindən təqdim olunmuşdur və həmin sənəd torpaq sahəsinin hüquqi statusunu təsdiq edir. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə münasibətdə məhkəmənin mövqeyi də əsassızdır. Məhkəmə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tə tbiqinə və Azərbaycan Qiymətləndiricilər Palatası-nın reyestrində məlumatın olmamasına istinad etmişdir. Lakin Palata xx.xx.2025-ci il tarixdən fəaliyyətə başlamış, üzvlük prosesi isə 2025-ci ilin may ayından tətbiq edilmişdir. "xxxx" MMC-nin rəyi isə xx.xx.2024-cü il tarixdə verilmişdir. Deməli, rəy verildiyi tarixdə palatanın reyestrində qeydiyyat tələbi mövcud olmamışdır və bu əsasla sübutun rədd edilməsi qanunsuzdur. Tərəflər arasında bağlanmış müqavilə əsas hüquqi sənəddir və torpaq sahəsi əkinçiliyin inkişaf etdirilməsi məqsədilə icarəyə verilmişdir. Həmin torpaq sahəsinin icarədə olması barədə 7 məhkəmə qərarı və 3 ekspertiza rəyi mövcuddur. Ot kipi ilə bağlı rəyin verilməməsi əraziyə baxışın 5 ay gec keçirilməsi ilə əlaqədardır. Həmin müddətdə ərazidə təbii olaraq ot qalmamışdır. Z ərərin və əkin gəlirlərinin hesablanması isə sənədlər əsasında aparılmışdır. Əkinin dəyəri Y Rayon Statistika İdarəsinin 04 mart 2024-cü il tarixli, 3-34-86/2-35/2024 saylı məktubuna əsasən müəyyən edilmişdir.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-791/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: T.Musayev - sədrlik edən və məruzəçi, E.Mehdiyev,Ə.Kərimov).

17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də iddiaçı cavabdehin onun əmlakına ziyan vurması səbəbli cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyətinin yarandığı qənaətinə gəlmişdir. Hazırkı iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birin ci instansiya məhkəməsi də mübahisənin həllinə həmin normaları tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşmışdır.

19. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Y rayonu X Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən 50.0 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. İddiaçı cavabdehlər tərəfindən icarəsində olan 40 hektar torpaq sahəsinə 300 başdan artıq mal-qaranı gətirərək sahəsində olan saman otunu mal-qaraya otatdıraraq ona ciddi maddi ziyan vurmalarını, cavabdehlərin qanunsuz əməlləri nəticəsində 4-5 min ədəd ot kipindən məhrum olmasını və bunun nəticəsində ona 24287 manat məbləğində maddi ziyan dəyməsini, əlavə olaraq cavabdehlərin ona qarşı hərəkətləri nəticəsində əsəb gərginliyi və sarsıntı keçirmə klə normal yaşayış tərzinin pozulmasını, ailə üzvləri ilə birlikdə 3 ildir ki mənəvi gərginlikdə yaşamaq məcburiyyətində qalmasını, bütün bu mənəvi sarsıntıların nəticəsində sağlamlığına ciddi ziyan vurulmasını, nəticədə açıq ürək əməliyyatı keçirməsini əsas gətirərək, cavabdehlərdən vurulmuş maddi ziyanın əvəzi olaraq 24287 manat, mənəvi ziyana görə 15000 manat, mütəxəssis rəyinin verilməsinə görə "xxxx" MMC-yə ödədiyi 500 manat, məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün vəkilə ödədiyi 500 manat və dövlət rüsumuna görə ödədiyi 211 manat, cəmi 40498 manat məbləğində pulun alınaraq ona ödənilməsini tələb etmişdir. Lakin cavabdehlər isə iddia tələbinin əsassız olduğunu bildirərək iddianı qəbul etməmişlər.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız dır.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ona və 23 nəfər ailə üzvünü birləşdirən 6 ailəyə məxsus təsərrüfatına ciddi maddi və mənəvi ziyan vurulması, birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübutlara–faktlara, sənədlərə, video çəkilişlərə deyil, yalan, əsası olmayan heç bir fakta söykənməyən yollarla başqalarının “sifarişi” ilə cavabdehləri “müdafiə” etməsi, məhkəməyə 3 çəkiliş video disk təqdim etdiyi halda məhkəmə baxışında nümayiş etdirilməməsi, halbuki, videoçəkilişlərdə cavabdehlərin əməllərinin aydın görünməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinin 14 mart 2024-cü il tarixli və 10 iyul 2024-cü il tarixli qərardadları ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə dair qərardadların icrası üzrə verilmiş xx.xx.2024-cü il tarixli 10/8915 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

23. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən c avabdehlərin ona maddi ziyan vurmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

24. İş materiallarına əlavə edilmiş disklərə yüklənmiş videolara baxış keçirilərkən məhz iddiaçının icarəsində olan torpaq sahəsinə cavabdehlər tərəfindən mal-qaranın buraxılması və iddiaçıya ziyan vurmalarını əks etdirən hər hansı mötəbər sübut aşkar olunmamışdır.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinin sübut kimi qəbul edilməməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında dəymiş maddi ziyanı 4-5 min ot kipindən məhrum olması ilə əsaslandırsa da, lakin qiymətləndirmə rəyi ot kipi əsasında deyil arpa və pambıq məhsulundan əldə olunan gəlir və subsidiyalar əsasında hesablanmışdı. Belə olan halda birinci instansiya məhkəməsinin həmin qiymətləndirmə rəyinin sübut növü kimi qəbul edilməməsi barədə mövqeyi əsaslı olmuşdur.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehlər tərəfindən ona maddi və mənəvi zərərin vurmasını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməməsi nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir. Belə ki, iş materiallarından cavabdehlərin iddiaçıya maddi və mənəvi ziyanın vurulmasını təsdiq edə biləcək hər hansı bir sübutun təqdim edilməsi halı müəyyən edilməmişdir.

27. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

28. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 21.3, 1096.1, 1097.1-ci, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddia tələbini n təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququna dair qanunvericiliyin normaları mülkiyyətçilərin hüquqlarını digər şəxslərin özbaşnalığından qorumaq məqsədi daşıyır. Mülkiyyət qanunvericiliyinin normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güddüyü şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üz rə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Barəsində şikayət verilən məhkəmə aktı bu tələblərə cavab vermir. Mülki Prosessual Mə cəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər iki instansiya məhkəməsi bunu araşdırmaq əvəzinə Azərbaycan Qiymətləndiricilər Palatasının yaranması və xx.xx.2025-ci ildən fəaliyyətə başlamaları barədə bütün məhkəmələrə bildiriş məktubunu əsas götürərək "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyini rədd etmişlər. Bununla əlaqədar olaraq Azərbaycan Qiymətləndiricilər Palatasınına etdikləri rəsmi müraciətə cavab olaraq palatanın sədri rəyin hüquqi qüvvədə olması barədə cavab vermişdir.

31. Keçən müddət ərzində X Bələdiyyəsi və ca vabdehlər iddiaçının icarəsində olan torpaq sahəsindən istifadə edərək, onun ailə fermer təsərrüfatının fəaliyyətinə ciddi maddi ziyan vurmuşlar. Bunun qarşısını almaq məqsədilə Y Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli, 2(035)-536/2020 nömrəli qərardadı ilə həmin şəxslərin əraziyə daxil olmalarını qadağan etmişdir.

32. Cavabdehlər tərəfindən Y Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(035)536/2020 nömrəli qərardadı mütəmadi olaraq pozulmuş və təsərrüfat işlərinin aparılmasına ciddi maneələr yaradıldı. Bu barədə iddiaçı tərəfindən rəsmi qaydada Y Rayon İcra və Probasiya Şöbəsinə ərizə və videoçəkilişlər təqdim edilmişdir. Y Rayon Polis Şöbəsinə rəsmi qaydada dəfələrlə müraciət olunub. İddiaçı rəsm qaydada Y Rayon Prokurorluğuna 32 dəfə müraciət etmişdir. Bu günə kimi heç bir hüquq-mü hafizə orqanı tərəfindən heç bir tədbir görülməyib.

33. Y Rayon Məhkəməsinə təqdim olunmuş 4 video çəkiliş məhkəmə baxış iclasının gedişində iddiaçı tərəfindən tələb olunmasına baxmayaraq izlənilməmişdir. Şəki Apellyasiya Məhkəməsində də video-çəkilişlərin izlənilməsini tələb olunmuşdur. Çünki videoçəkilişdə Cavabdeh2 Ali Məhkəmənin qərarının saxta olduğunu bildirmişdir. Bələdiyyə sədri insanları qızışdırmaqla məşğul olduğundan Ali Məhkəmənin qərarının ən ali üstün qərar olduğu və qanuni qüvvəsini aldığı barədə heç bir fikir bildirməmişdir.

34. Əgər hər iki hakim təqdim olunmuş 4 videonu izləmiş olsaydılar, onlar Cavabdeh3 iddiaçıya qarşı etdiyi fiziki zorakılığı və ərazidə təsərrüfat işlərini görən texnikanı zorla çıxarmasını görərdilər. Bunun nəticəsində iddiaçının əkə bilmədiyi 12,0 hek tar taxıl sahəsinin yarımçıq qaldığını anlayardılar.

35. Kassasiya şikayəti Mülki Məcəllənin 16.1,17.1-ci, Mülki Prosessual Məcəllənin 76.1ci maddələrinə, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Cavabdehlər kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

37. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqları Konvensiyası: və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa

38. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.

40. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

41. Madd ə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

42. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

43. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

44. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qa ytarmalıdır.

45. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

46. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

47. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

48. Maddə 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyv anın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

49. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

50. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edə n şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

55. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

56. Maddə 167.1.2. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir.

57. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifa dələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

58. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə, kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

63. Tərəflər arasındakı mübahisə iddiaçının sahibliyində olan torpaq sahəsinə cavabdehlərin qanunsuz şəkildə daxil olması, oradakı ot tay asını mal-qaraya otartmaları, belə müdaxilələrlə iddiaçının normal təsərrüfat fəaliyyətinin pozulması nəticəsində əldə edəcəyi faydadan məhrum olması, onun maddi və mənəvi zərər çəkməsi iddiası ilə bağlıdır.

64. Bu iddianın (özbaşınalıq nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinin) qanuni əsası kimi mülki hüquq pozuntusu - delikt normaları (§ 45-48), habelə iddiaçının mülkiyyətində olan məhsulun (ot tayalarının) heyvanlara otartmağa görə əsassız varlanmaya dair normalar (§ 42-44) nəzərdən keçirilə bilər.

65. Belə ki, bəzən tələbin yoxlanılması üçün uyğun görünən bir neçə qanuni əsas mövcud olur. Ona görə də, məhkəmə baxdığı mübahisənin düzgün həlli məqsədilə bir-biri ilə yarışan müxtəlif hüquqi əsasları (əvvəlcə müqavilədən irəli gələn, ardınca müqaviləyə bənzər öhdəlikləri - özgə işlərini tapşırıqsız aparmanı, sonra əşya hüququndan irəli gələn, daha sonra isə qanundan irəli gələn öhdəlikləri - mülki hüquq pozuntusu, əsassız varlanmanı) nəzərdən keçirə və müzakirə edə bilər. Bu istiqamətdə aparılan dəqiq yoxlamadan sonra onlardan bu və ya digərinin istisna edilməsi mümkündür. Bununla belə, hakim öz qətnaməsində ardıcıl şəkildə hansı tələbə hansı əsası tətbiq etdiyini əsaslandırmalıdır.

66. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (§ 47).

67. Mülki hüquq pozuntusuna dair normalar çərçivəsində cavabdehin iddiaçı qarşısında məsuliyyət daşım ası üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir (MM, maddə 1096.1 - § 45).

68. Baxılan işdə sadalanan şərtlər tərəflər arasında mübahisəli olmuşdur.

69. İddiaçı bildirir ki, cavabdehlər xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi onun icarəsində olan 40 hektar torpaq sahəsinə 300 başdan artıq mal-qaranı gətirib sahəsində olan saman otunu mal-qaraya otartdaraq ona ciddi maddi ziyan vurmuşlar. O, mal-qaranı icarə torpaq sahəsindən çıxaran zaman cavabdehlər ona qarşı fiziki zorakılıq göstərmişlər. Bundan başqa, cavabdehlərin özbaşınalığına görə "xxxx" MMC ilə 12 ha sahədə pambıq əkini üçün bağladığı müqavilə üzrə zəruri işləri görə bilməmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində əsəb gərginliyi və sarsıntı keçirməklə normal yaşayış tərzi pozulmuşdur. Ailə üzvləri ilə birlikdə üç ildir ki mənəvi gərginlikdə yaşamaq məcburiyyətində qalmışdır.

70. Cavabdehlər isə iddiaya etiraz edərək bildirmişlər ki, iddia ərizəsində göstərilənlər böhtandır. İddiaçının icarəsində olan torpaq sahəsində heç zaman mal-qara otartmamışlar. Mal-qaranı yalnız kəndin örüş sahələrində otarırlar. İddiaçı Y rayonu X Bələdiyyəsinə məxsus örüş torpaqlarında heç bir qanuni sənəd olmadan əkin işləri aparmışdır. Onun cinayət əməlləri barədə müvafiq orqanlara şikayət ərizələri yazıb məlumat verdikləri üçün iddiaçı onlara qərəzli yanaşır.

71. Belə olan halda sözügedən mübahisəli halları sübuta yetirmək yükünü daşıyan tərəf onları s übuta yetirilməlidir.

72. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (§ 52).

73. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəru ridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 50-51).

74. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü bir qayda olaraq iddiaçının üzərinə düşür.

75. Hazırkı işdə iddiaçı, cavabdehlərin onun sahiblik etdiyi əraziyə daxil olduqlarını təsdiqləyən sübut kimi videogörüntüləri əks etdirən iki ədəd elektron daşıyıcını (CD disk) məhkəməyə təqdim etmiş, sözügedən torpaqla bağlı Y rayonu X Bələdiyyəsi ilə məhkəmə mübahisələrinə dair, eləcə də cavabdehlərlə arasındakı ixtilafla bağlı rəsmi sənədləri, o cümlədən cavabdehlərin torpaq sahəsinə daxil olması və mal-qara otarmalarının qadağan edilməsi haqqında Y Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadını və digər sənədləri işə əlavə etmişdir.

76. Birinci instansiya məhkəməsi zərərdən qabaq iddiaçının torpaq sahəsinə cavabdehlərin müdaxilə edib-etməmələrini yoxlamalı olduğu halda bununla bağlı işdəki sübutları tam və hərtərfli şəkildə araşdırmadan zərərin sübut edilmədiyini əsaslandırmağa çalışmış, apellyasiya məhkəməsi isə bununla razılaşmışdır.

77. Belə ki, əraziyə müdaxilənin mövcudluğu barədə iddiaçının istinad etdiyi əsas sübutlaran biri olan elektron daşıyıcılardakı videogörüntüləri birinci instansiya məhkəməsi ümumiyyətlə tədqiq etməmiş, onlara münasibət bildirməmişdir. Apellyasiya məhkəməsi isə bu xüsusat üzrə cəmi bir cümlə ilə qeyd etmişdir ki, “...disklərə yüklənmiş videolara baxış keçirilərkən məhz iddiaçının icarəsində olan torpaq sahəsinə cavabdehlər tərəfindən mal- qaranın buraxılması və iddiaçıya ziyan vurmalarını əks etdirən hər hansı mötəbər sübut aşkar olunmamışdır”.

78. Nəzərə aldıqda ki, tərəflər arasındakı mübahisənin illərdir davam edən bir tarixçəsi vardır, o zaman iddia olunan əməlin işdəki bütün məlumat və sübutlarla birlikdə, müqayisəli şəkildə araşdırılması və qiymətləndirilməsi işin düzgün həlli üçün zəruri olmuşdur.

79. İddiaçı bildirir ki, Y rayonu X Bələdiyyəsi sədri 2020-ci il in fevral ayından bir neçə şəxs vasitəsilə onun torpaqdan istifadəsinə ciddi maeələr yaratmağa başlamışdır.

80. Eyni zamanda işdən görünür ki, hələ xx.xx.2020-ci il tarixdə Y Rayon Məhkəməsinin qərardadı ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə cavabdehlərin daxil olmaları və mal-qara otarmaları qadağan edilmiş, Y rayonu X3 Əzizova qarşı “icarə müqaviləsinə xitam verilməsi və onu sahədən istifadə hüququna xitam verilməsi” haqqında tələbi 2022-ci ildə üç instansiya məhkəməsinin qərarı ilə rədd edilmiş, 2023-cü ildə cavabdehlər Cavabdeh3, Cavabdeh2 Y rayonu X kəndi ərazisində torpaq sahəsinin zəbt edilməsindən Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər etmiş, İddiaçı cavabdeh Y rayonu X Bələdiyyəsinə qarşı “maneənin aradan qaldırılması və torpaq sahəsinin qaytarılması haqqında” t ələbi Y Rayon Məhkəməsinin e-2(035)-798/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, cavabdeh Daşınmaz Əmlakın dövlət Reyetri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” haqqında iddiası isə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilmişdir.

81. Bu baxımdan tərəflərin bildirdikləri faktların mümkünlüyünə, həqiqətə uyğun olubolmamasına, bunlara dair təqdim etdikləri sübutlara formal yanaşılmamalı, müvafiq əsaslandırma aparmadan “mötəbər sübut aşkar olunmamışdır” kimi ümumi ifadələrlə kifayətlənməməli, işdəki məlumatlar obyektiv şəkildə qiymətləndirilməklə nəticəyə gəlinməlidir.

82. Bundan ötrü təqdim olunmuş videogörüntülərdəki şəxslərin iddiaçı və cavabdehlər, görünt üdə əks olunan şəxslərin olduqları yerin isə iddiaçının sahibliyində olub-olmaması, görüntülərin hansı səbəbdən və hansı ərazidə videoya alınması, polis əməkdaşlarını hansı tərəfin çağırdığı, iddia olunan hüquqazidd davranış barədə polisdə hər hansı araşdırmanın aparılması, əgər aparılmışsa, polisdəki materiallarda əks olunan məlumatlar, bu məlumatların tərəflərin bildirdikləri ilə uyğunluğu (uyğunsuzluğu) və digər bu kimi hallar aydınlaşdırılmalı olduğu halda bu istiqamətdə lazımi araşdırmalar aparılmamışdır.

83. Bundan əlavə, videolarda görünən mal-qaranın iddiaçının sahiblik etdiyi ərazidə otladığı, insanların mübahisə etdiyi ərazinin iddiaçının sahibliyində olan torpaq sahəsinə aid olub-olmadığı tərəflərin izahatları ilə yanaşı, çəkişmə prinsipinə əməl edilməklə videolarda görünən, işd ə tərəf olmayan şahidlərin və ərazini tanıyan digər şəxslərin, o cümlədən polis əməkdaşlarının, işə cəlb olunan mütəxəssislərin ifadələri ilə, zəruri olduqda isə müvafiq ekspertizalar aparılmaqla yoxlanıla bilərdi.

84. Lakin məhkəmə qeyd olunan xüsusatlara dair hansı tərəfin hansı halları sübuta yetirməli, bundan ötrü hansı sübutları təqdim etməli olması və işin hüquqi vəziyyəti haqqında tərəflərlə müzakirələr aparmamaqla, Mülki Prosessual Məcəllənin 14.1-ci və 167.1.2-ci maddələrinin tələblərini pozmuşdur.

85. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir (§ 49, 56).

86. Bundan əlavə, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə mü ayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (§ 54-55, 57-58).

87. Göstərilən qaydada aparılan araşdırma nəticəsində cavabdehlərin və (ya) onlara məxsus olan heyvanların iddiaçının sahibliyində olan əraziyə daxil olduqları təsbit edildiyi halda, növbəti addım kimi bu hərəkətlərin hüquqazidd olub-olmaması şərti yoxlanılmalıdır.

88. Nəzərə alınmalıdır ki, qadağan edilmiş özbaşınalıqla sahibliyə müdaxilə hüquqazidd davranışdır. Mülki Məcəllənin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır (§ 41).

89. Özbaşınalıq dedikdə, bir şəxsin hüquq sistemi ilə müəyyən edilmiş davranış qa ydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onu sahiblikdən məhrum etməsi və ya onun sahibliyini pozması başa düşülür.

90. Bu əməlin digər xüsusiyyətlərinə nəzər salsaq, özbaşınalıq əvvəla, insan tərəfindən edilən bir davranışdır. Odur ki, əşya üzərində sahibliyin pozulması bir təbiət hadisəsindən və ya heyvanın hərəkətindən irəli gəlmişsə, bunu özbaşınalıq kimi qiymətləndirmək olmaz.

91. İkincisi, özbaşınalıq mahiyyəti etibarilə hüquqazidd bir hərəkətdir.Yəni, şəxs özbaşınalıq etdikdə qanunvericiliklə müəyyən edilmiş davranış qaydasını pozur. Bu o deməkdir ki, əşyanı qəsb etmiş, yaxud sahibliyə əngəl törədən şəxsin əşyaya sahibliyi və ya maneçiliyi keçərli bir hüquqi əsasa dayanmadığına görə qanunsuz olur.

92. Müdaxilənin qanuni və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin əvvəlki və ya mövcud sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür.

93. O da qeyd olunmalıdır ki, sahibliyin pozulması həm də sözlü təhdidlə meydana gələ bilər. Əgər bir şəxsin ifadə etdiyi iddia ciddi və yaxın bir təhdid kimi qəbul oluna bilərsə, sahibliyin pozulacağından xəbər verirsə və sahib üçün qorxu yaradıb onun əşya üzərindəki sahibliyini çətinləşdirəcək və ya əngəlləyəcək dərəcədədirsə, bu davranış sahibliyə müdaxilə kimi qiymətləndirilir. Yəni, sahiblik vəziyyətinə yaranan real təhlükə baxımından müdaxilənin bir fiziki hərəkətlə, yaxud bəyanla edilməsinin fərqi yoxdur. Əsas odur ki, bəyandan sahibliyə yaxında bir müdaxilə olunacağı və bununla da sahiblik vəziyyətinin pozulacağı bəlli olsun.

94. Əşyanın (o cümlədən torpaq sahəsinin) iddiaçının qanuni sahibliyində olubolmaması da mübahisənin hüquqi həllinə təsir göstərmir. Ona görə ki, qadağan edilmiş özbaşınalıqdan istər qanuni, istərsə də qanunsuz sahib qorunur. Təsadüfi deyil ki, qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı yalnız qanuni sahibə deyil, “hər bir sahibə” verilmişdir (MM, maddə 164.1, ikinci cümlə).

95. Bu baxımdan məhkəmələrin iddianı rədd edərkən iddiaçının icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil etməsinin müəyyən olunmamasına istinadı əsaslı olmamışdır. Çünki, iddiaçının özünün icarəsində olan torpağın sərhəddindən hətta kənara çıxıb əkin əkməklə faktiki olaraq həmin ərazini də (hüquqi əsas olmadan) sahibliyinə alması, qanunsuz sah iblik təşkil etsə belə, bu fakt ona əsas yaradır ki, torpağın mülkiyyətçisi (yaxud məhrum olan digər şəxslər) ya sahibliyin müdafiəsi, ya da mülkiyyətin müdafiəsi qaydasında iddia qaldıraraq vicdansız qanunsuz sahibin həmin ərazidən çıxarılmasını, hətta gəlirin, bəhərin və ya zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etsinlər (MM, m.157.2, 157.5,164.2). Lakin həmin şəxslərin ixtiyarı yoxdur ki, qanunla müəyyən edilmiş davranış qaydasına zidd - özbaşına şəkildə sahəyə daxil olub faktiki sahiblik vəziyyətini, başqa sözlə sosial nizamı pozsunlar.

96. Diqqətdə saxlanılmalıdır ki, bu qaydaların məqsədi hüquq sahibini deyil, sahiblik vəziyyətini qorumaqdır.

97. Sahiblik (possessio) hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, ə şyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.

98. Sahiblik institutunun mülki hüquq münasibətlərində yerinə yetirdiyi funksiyalardan biri də cəmiyyətdəki nizamı və sosial sülhü qorumaqdır. Ona görə də heç kəsə icazə verilmir ki, (hətta əşya üzərində hüquq sahibi olsa belə) cəmiyyətdəki hüquq qaydasını və nizamı pozaraq, başqasının hakimiyyəti altında olan bir əşyanı özbaşına qəsb etsin, yaxud sahibliyə maneə törətsin. Başqa sözlə, heç kəs əşyanı sahibliyində saxlayan şəxsin əslində buna haqqı olmadığını irəli sürərək, özbaşına şəkildə onun əlindən ala və ya sahibliyini poza bilməz. Ə ks halda cəmiyyətdə qarşısıalınmaz bir özbaşınalıq vəziyyəti meydana gələrdi.1

99. Deliktin digər şərti olan zərərə münasibətdə isə ilk növbədə qeyd edilməlidir ki, zərərin mövcudluğu və həcmi ümumi qaydalara uyğun şəkildə müəyyən edilməlidir.

100. Məlum olduğu kimi, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (§ 40).

101. Göründüyü kimi, zərər institutu, şəxsin əmlakının aktivində hər hansı formada baş verən azalmanı nəzərdə tutur. Lakin bu azalma qarşı tərəfin müqaviləyə, yaxud qanuna zidd əməli nəticəsində yaranmaqla şəxsin pozulm uş hüququnu bərpa etməsi üçün çəkilmiş (çəkilməli olan) xərc və ya əmlakdan məhrum olma (zədələnmə), yaxud əldən çıxmış fayda formalarında özünü biruzə verir.

102. Baxılan işdə iddiaçı həm maddi, həm də mənəvi zərərin ödənilməsini tələb edir. İddia ərizəsində maddi zərər həm sahədəki saman otu hesabına cavabdehlərin heyvanlarının otarılması, həm də cavabdehlərin özbaşınalığına görə "xxxx" MMC ilə 12 ha sahədə pambıq əkini üçün bağladığı müqavilə üzrə zəruri işlərin görülə bilməməsi və nəticədə (əlindən çıxan fayda qismində) zərərə uğraması ilə əsaslandırmışdır. İddiaçı, maddi zərərə sübut kimi adıçəkilən cəmiyyətlə bağladığı xx.xx.2023-cü il tarixli, 106 nömrəli “Xam pambığın alqı-satqısı haqqında” müqavilənin surətini, habelə "xxxx" MMCnin rəyini məhkəməyə təqdim etmişdir.

103. Belə olan halda məhkəmələrin iddianı rədd edərkən ifadə etdikləri - “iddiaçı ərizəsində və məhkəmədə verdiyi izahatında dəymiş maddi ziyanı 4-5 min ot kipindən məhrum olması ilə əsaslandırsa da, lakin qiymətləndirmə rəyi ot kipi əsasında deyil arpa və pambıq məhsulundan əldə olunan gəlir və subsidiyalar əsasında hesablanmışdı” mövqeyi əsaslı hesab edilə bilməz.

104. Odur ki, iddiaçının sahibliyinə qanunsuz müdaxilə və ona zərər dəyməsi sübuta yetirildiyi halda maddi zərərin həcminin hesablanmasında real zərərlə yanaşı, ərazidən istifadə edilə bilməməsi nəticəsində əldən çıxmış fayda da nəzərə alınmalı, bu xüsusata dair sübutların toplanması və qiymətləndirilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır.

105. Mənəvi zərərə münasibətdə isə hər iki instansiya məhkəməsi qeyd etm işdir ki, bu zərəri təsdiqləyən sübutlar məhkəməyə təqdim olunmamışdır.

106. Kollegiya bu mövqeyi də əsaslı saymır, ona görə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında xx.xx.2025-ci il tarixli, 20 nömrəli Qərarının 7.2-ci bəndinə əsasən, maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir.

107. Həmin Qərarın 7.1-ci maddəsinə görə, mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsu siyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin 1 Sahiblik və sahibliyin müdafiəsi barədə daha ətraflı bax: Ali Məhkəmənin Mülki kollegiyasının üç ulduz indeksi ilə nişanlanmış 2(102)-1870/2025 nömrəli, 02.07.2025-ci il tarixli qərarı edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır.

108. Deliktin digər şərtləri - əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir ümumi qaydalara uyğun şəkildə yoxlanılmalıdır.

109. O da nəzərə alınmalıdır ki, istər sahibliyin müdafiəsi, istərsə də sahibliyə özbaşınalıqla müdaxilədən doğan zərərin ödənilməsi iddiasının təmi n edilməsi, xeyrinə qərar qəbul edilmiş şəxsə sahibliyin obyekti olan torpaq sahəsi üzrə hər hansı hüquq vermir. Bu məzmunda çıxarılmış məhkəmə aktı yalnız sahiblik edən şəxsi özbaşınalıqdan qoruyur və bu cür qanunsuz əməllə yetirilən zərəri kompensasiya edir. Torpağa dair üstün hüquq iddia edən şəxslərin ayrıca iddia qaldırmaq və pozulmuş hüquqlarını müdafiə etmək imkanının qarşısı alınmır. Başqa sözlə, özbaşınalıq etdiyinə görə təzminat ödəməli olan şəxs özü də torpaq sahəsinə münasibətdə hüquqlarının pozulduğunu sübuta yetirməklə əşyanın geri qaytarılması və ya pozuntuya son qoyulması, yaxud zərərin əvəzinin ödənilməsini ayrıca iddia qaldırmaqla təzminat ödədiyi şəxsdən tələb edə bilər.2

110. Nəhayət, zərərin əvəzinin ödənilməsi tələbinə işin müəyyən edilmiş halları baxımından delikt no rmalarının tətbiqi istisna edildikdə, iddiaçıya məxsus olan məhsul (saman otu) hesabına cavabdehlərin heyvanlarının otarılması sübuta yetirildiyi halda məhkəmə pul tələbini həm də əsassız varlanma qaydaları (MM-in 1091-1095-ci maddələri) çərçivəsində yoxlaya bilər.

111. Kollegiya bildirir ki, hazırkı işdə yuxarıda göstərilən hallar araşdırılmadan iddianın sübuta yetirilməməsi barədə məhkəmələrin gəldikləri qənaət qanuni və əsaslı olmamışdır. Mövcud vəziyyət işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin tərəflərin qarşılıqlı münasibətinə və qanunvericliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 49, 59).

112. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yara tmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

113. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəni aidiyyəti maddi hüquq normalarının dispozisiya şərtləri əsasında ardıcıl şəkildə yoxlamadan, sadəcə işin bəzi hallarının və qanunvericilik normalarının sadalanması ilə iddianın həlli barədə çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

114. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsində əks olunmu ş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 37-38).

115. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

116. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin ol unmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir. Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. 2 Bu barədə bax: Ali Məhkəmənin Mülki kollegiyasının üç ulduz indeksi ilə nişanlanmış 2(102)-1870/2025 nömrəli, 02.07.2025-ci il tarixli qərarının 56 və 57-ci bəndləri. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-791/2025 nömrəli 18 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar