Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3795/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpası barədə 27.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(103)4937/2021 saylı qərardadından İddiaçı kassasiya şikayəti üzrə işə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı 26 yanvar 2013-cü ildə rə smi nikah əsasında cavabdehlə ailə qurub və onların birgə nikahından 29 mart 2013-cü ildə Nuranə, 22 iyul 2016-cı ildə Rəvan adlı uşaqları doğulub. Tərəflər ailə qurduqdan sonra 2018-ci ilədək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ Massiv 5-ci küçədə yerləşən 1 mərətəbəli, 3 otaqlı, 5 saylı özbaşına tikilidə yaşayıblar və sonradan ailədə yaranmış münaqişə nəticəsində iddiaçı iki övladını da götürərək, valideynlərinə məxsus olan evə qayıdıb. Hazırda iddiaçıya məxsus olan cehiz əşyaları mübahisəli evdədir. Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında 26 yanvar 2013-cü il tarixdə bağlanmış nikah pozulub və uşaqlar iddiaçının yanında saxlanılıb. 23 sentyabr 2020-ci il tarixdə iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, az yaşlı övladları ilə birlikdə 2013-cü ildə gəlin köçdüyü Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ Massiv 5-ci küçədə yerləşən 1 mərətəbəli, 3 otaqlı, 5 saylı özbaşına tikiliyə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.İ.Əhmədova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikilidir və həmin tikilinin kimə məxsus olması halı mübahisəlidir. İddiaçı cavabdehin keçmiş arvadı olmaqla, sözügedən məhkəmə qətnaməsinə əsasən onlar arasında bağlanmış nikah pozulub və ailə münasibətlərinə xitam verilib. Həmçinin, tərəflər 2018-ci ildən hazırki vaxtadək ayrı yaşamaqla, faktiki olaraq ailə münasibətlərinə xitam verilib. Bu halda mənzil qanunvericiliyinə görə iddiaçının cavabdehə məxsus yaşayış sahəsinə olan istifadə hüququ saxlanılmır. Digər tərəfdən iddiaçı, mübahisəli yaşayış sahəsinə ehtiyacının olması və başqa yaşayış sahəsinin olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 30-cu maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanlanıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 30-cu maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı 28 iyun 2021-ci il tarixdə xəbərnaməli poçt qəbzinə, cavabdeh 28 iyul 2021-ci il tarixdə mə hkəmə qəbzinə imza etməklə qətnamənin surətini alıblar. 14 sentyabr 2021-ci il tarixdə iddiaçı qətnamədən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə, həmçinin kassasiya şikayəti verib. İddiaçı ərizəsini onunla əsaslandırıb ki, cavabdehin ona yaşatdığı əsəb, stres səbəbindən sağlamlığında və həyat tərzində ciddi problemlər yaranıb. Hətta bir neçə dəfə özünü öldürmək həddinə çatıb və nəticədə qətnamədən kassasiya şikayəti vermə müddətini buraxıb. Ona görə də göstərilənləri və cavabdehlə nikahı pozulduqdan sonra düşdüyü ağır nevroloji durumu və ailə vəziyyətini nəzərə alıb, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməyib, i ddiaçının həmin Məhkəmənin 03 iyun 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçının qətnamədən kassasiya şikayəti vermə müddətini üzrlü səbəbdən buraxması mülki iş materialları ilə öz təsdiqini tapmır və iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 130.1, 133.1, 408.1.4-cü maddələrinin və prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qə rardadının ləğv edilib, qətnamədən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir; 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzür lü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.4-cü maddəsinə görə, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 405.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya i nstansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının ərizəsinə əsasən buraxılmış müddətin bərpasından imtina edərkən, onun prosessual müddəti üzürlü səbəbdən ötürməsini nəzərə almayıb. Belə ki, işə əlavə edilmiş poçt göndərişinin çatdırılması haqqında xəbərnaməli məktubdan görünür ki, iddiaçı sözügedən qətnamənin surətini rəsmi qaydada 28 iyun 2021-ci ildə alıb, 14 sentyabr 2021-ci il tarixdə qətnamədən kassasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpas ı barədə ərizə verib. Göründüyü kimi, iddiaçı qətnamədən kassasiya şikayətini qanunda müəyyən edilmiş 2 aylıq prosessual müddəti ötürməklə 2 ay 22 gündən sonra verib, yəni prosessual müddəti 22 gün ötürüb. Bundan sonra, iddiaçı məhkəməyə müddətin bərpası barədə ərizə verib və ərizəyə 2 aylıq prosessual müddəti üzürlü səbəbdən ötürməsinə dair 12 saylı Bakı şəhər Poliklinikası tərəfindən verilmiş 21 oktyabr 2021-ci il tarixli “Xəstənin ambulator kitabçasından (xəstəlik tarixindən) Çıxarışı əlavə edib. Həmin Çıxarışdan görünür ki, iddiaçı 23 iyun 2021-ci ildən 30 avqust 2021-ci il tarixədək ambulator müalicəyə göstərilib və göndərişin verilmə tarixi 21 oktyabr 2021-ci il göstərilib. Digər tərəfdən, iddiaçı ərizəsində göstərir ki, cavabdehin ona yaşatdığı əsəb, stres səbəbindən sağlamlığında, həyat tərzində ciddi problemlər yaranıb. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddəti üzürlü səbəbdən ötürüb. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir; 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Sadalanan normaların mənasına görə, prosessual müddətin bərpası dedikdə- hər hansı bir posessual hüququn həyata keçirilməsi üçün qanunda müəyyən edilmiş müddət bitdikdə və həmin hüququn bu müddət çərçivəsindən kənar həyata keçirilməsi mümkün olmadıqda, həmin hüququn həyata keçirilməsi üçün k onkret şəxsə imkan verilməsi başa düşülür. Məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edə bilər. Üzürlü səbəblər dedikdə- müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülür. Üzürlü səbəblər sırasına, məsələn: şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etməsinin zəruriliyi, ailə üzvlərindən hər hansı birinin ölməsi və sair aid edilə bilər. Kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşıb hesab edir ki, iddiaçının sözügedən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddəti üzürlü səbəbdən, yəni xəstəliyi ilə əlaqədar olaraq ötürməsi, ərizəsinin dəlilləri, habelə həmin ərizəyə əlavə edilmiş 12 saylı Bak ı şəhər Poliklinikası tərəfindən verilmiş 21 oktyabr 2021-ci il tarixli “Xəstənin ambulator kitabçasından (xəstəlik tarixindən) Çıxarışla istisna edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi, iddiaçının ərizəsini rədd edib, onun qətnamədən verdiyi kassasiya şikayətini geri qaytarmaqla, işin yuxarıda müəyyən edilmiş halları və işə əlavə edilmiş sübutlar üzrə səhv nəticəyə gəlir. Göründüyü kimi, iddiaçının xəstələnməsi onun sözügedən prosessual hərəkəti vaxtında etməsini qeyri-mümkün edib və bunu çətinləşdirib. Beləliklə, qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət iddiaçı tərəfindən üzürlü səbəbdən buraxılıb, ona görə də onun ərizəsi təmin edilərək, qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərək, buraxılmış müddət bərpa edilməlidir. Azərb aycan Respublikası MPM-nin 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Bundan başqa, işdən görünür ki, iddiaçının vəkili Vəkil 16 sentyabr 2022-ci il tarixdə elektron qaydada imzalanmış ərizə ilə Ali Məhkəməyə müraciət edərək, Mülki Prosessual Məcəllənin 410-cu maddəsini rəhbər tutub kassasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş edib. Mülki Prosessual Məcəllənin 410-cu maddəsinə əsasən, kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 410.2-ci maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının vəkili Vəkil ərizəsində Mülki Prosessual Məcəllənin 410-cu maddəsini rəhbər tutub, kassasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etsə də, ərizədə onun kassasiya şikayətindən imtina etməsi g östərilmədiyndən, habelə ərizənin bilavasitə iddiaçının iradəsini ifadə etməsini müəyyən etmək mümkün olmadığından, Vəkil kassasiya şikayətindən imtinası qəbul edilmədi. Lakin, bu apellyasiya icraatı mərhələsində iddiaçının iddiadan və ya apellyasiya şikayətindən imtina etməsinə mane olmur. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, iddiaçının prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməlidir. Yux arıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(103)-4937/2021 saylı qərardadı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı prosessual müddətin bərpası barədə ərizəsi təmin edilsin, onun iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2021-ci il tarixli, 2(103)-4937/2021 saylı qətnaməsindən kassasiya şikayəti verməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəy
Məhkəmə qərarları › İş №2(102)-3795/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3795/2022
27.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver