Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3796/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X5 (İddiaçı prosessual hüquq varisi) Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X5 (İddiaçı prosessual hüquq varisi) Cavabdehnə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-305/2025 nömrəli iş üzrə 01 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayr ılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində 5,25 ha torpaq sahəsi almış və orada göl hazırladaraq balıq yetişdirməklə məşğul olmuşdur.
2. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və X14 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 06 saylı rəyə əsasən iddiaçının xüsusi mülkiyyətindəki sututarın kənd təsərrüfatı məqsədilə istifadəsinə etirazın olmadığı bildirilmişdir. 3. “X17 Sənaye və Ticarət” Anonim Şirkəti (bundan sonra cavabdeh) tərəfindən BakıQazax yolunun Qobustan Şamaxı rayonlarının ərazisinin yenidən çəkilərkən yol yatağının tikilməsi zamanı əmələ gələn torpaq həcmlərinin düzgün yığı lmaması nəticəsində ərazidə yağış sularından süni göl (sututar) əmələ gəlmiş, təbii yağıntı sularının axarı həmin gölə yığılmışdır. Nəticədə iki təpə arasında olan yağış suları arxının qarşısı təqribən 300 metrdən hündür süni torpaq bəndlə kəsilmişdir.
4. Şamaxı rayon, X18 qəsəbəsi sakini X8 və təbii Sərvətlər Nazirliyinə müraciət etmiş və xx.xx.2019-cu il tarixli cavab məktubunda cavabdeh tərəfindən aparılan tikinti işləri nəticəsində yaranmış göl sularının daşma təhlükəsi olduğu qeyd edilmişdir.
5. Azər Badurayevin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktuba cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 13 iyun 2019-cu il tarixli mə ktubda, Bakı-Şamaxı yolunun Qobustan və Şamaxı rayonu ərazisinə düşən hissəsində aparılan tikinti işləri zamanı, tikinti altından çıxan artıq torpaq Acıdərə adlanan əraziyə boşaldılmış, yağış suların nəticəsi ilə toplanmış torpaq sahəsi aşağı sahələrə sürüşmüş və təbii axar suların qarşısını kəsərək göl yaratmışdır. İddiaçıya məxsus gölə sel suları gəlməsi zamanı daşma təhlükəsi ola bilməsi qeyd olunmuşdur.
6. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda iddiaçıya məxsus su tutarın balıqçılıq məqsədilə istifadə edilən su hövzəsi kimi qeydə alınmadığı bildirilmişdir.
7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən verilmiş 12 sentyabr 2019-cu il tarixli məktubdan görünür ki, AR Nazirlər Kabinetinin 12 may 2017-ci il tarixli 202 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydası”na uyğun olaraq adıçəkilən şəxslər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı müraciət daxil olmamış və Nazirlikdə onların adına balıqçılıq subyekti qeydə alınmamışdır.
8. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 sentyabr 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və X14 tərəfindən verilmiş rəydə vətəndaşın xüsusi mülkiyyətində olan torpaq sahəsindəki sututarın ekoloji qanunvericiliyin tələblə rinə riayət edilməsi şərtilə kənd təsərrüfatı məqsədilə istifadəsinə etirazın olmadığı bildirilmişdir, həmin sututarı balıqçılıq məqsədilə istifadə edilən su hövzəsi obyekti kimi qeydiyyata alınmamışdır.
9. Fərdi sahibkar X10 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qaimə-fakturaya əsasən, İddiaçı 2000 kiloqram balıq körpəsi satılmışdır. 10. "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə verilmiş qaimə-fakturalara əsasən, İddiaçı ümumilikdə 37.500 manat dəyərində 115 000 kiloqram taxıl satılmışdır.
11. Şamaxı rayonu Sabir bələdiyyəsinin sədri E. Dəmirov, İddiaçı və Azər Badurayev xx.xx.2018-ci il tarixində tərtib etdikləri aktda göstərmişlər ki, Şamaxı rayonunun Acıdərə kəndi ərazisində, Acıdərə-Təsi yolunun üstündə 2,00 ha torpaq sahəsində yerl əşən su tutarında saxlanılan damazlıq ana balıqlardan 150 ədəd 7-8 kq çəkidə, 250 ədəd 4-5 kq çəkidə və 1000 kiloqrama yaxın xırda körpə sazan və müxtəlif növ balıqlar həmin ərazidən qismən kənarda yerləşən İddiaçı mülkiyyətində olan, hazırda X3 tərəfindən faktiki istifadə edilən Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində 5,25 ha torpaq sahəsində yerləşən mövcud su tutarında saxlanılan digər balıqlarla birlikdə qidalanmalarının səmərəli təşkil etmək məqsədilə həmin balıqların qeyd olunan su tutarına köçürülməsini və həmin su tutarına buraxılmasını imzaları ilə təsdiq edirlər.
12. Azər Badurayevin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktuba cavab olaraq ona, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Şamaxı rayon İcra Hakimiyyət inə göndərilmiş xx.xx.2019-cu tarixli məktubda göstərilmişdir ki, “Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi üzrə aparılan tikinti işləri zamanı yararsız torpaq kütləsi qeyd olunan əraziyə daşınmış, tökmə torpağın ağırlığından yamacda maili istiqamətdə sürüşmə əmələ gəlmiş, bu da çayda gölün yaranmasına və su kütləsinin toplanmasına səbəb olmuşdur. Yığılan su kütləsinin qarşısındakı torpaq bənd dağılarsa, bir neçə təsərrüfata, örüş sahəsinə və Təsi kəndinə gedən yola ciddi ziyan dəyəcəyi qaçılmazdır”.
13. Həmin məktubda mütəxəssislərin rəyinə istinad olunaraq, aparılmış tikinti işləri zamanı əmələ gəlmiş torpaq kütləsinin həmin sahəyə daşınmasının dayandırılmasının təmin edilməsi və axınının qarşısı kəsilmiş Acıdərə çayının axarının bərpa olunması barədə gös təriş verilməsi xahiş edilmişdir.
14. Sözügedən məktubda qeyd olunan məlumatlarla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X7-Qərb Tikinti Müfəttişliyinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktda aşağıdakılar göstərilmişdir: “...Maraqlı şəxs tərəfindən Fövqəladə Hallar Nazirliyinə daxil olmuş 11 iyul 2019-cu il tarixli teleqramın araşdırılması məqsədilə qeyd olunan əraziyə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, M.Ə.Sabir bələdiyyəsinin 15 noyabr 2018-ci il tarixli məktubu ilə “BakıŞamaxı-Muğanlı” avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi üzrə “X17 Sanayi və Ticarət Anonim Şirkəti” tərəfindən aparılan tikinti işləri zamanı meydana gələn yararsız qazıntı materialları avtomobil yolunun km 95+000-97+000 arası sol tərəfində yerləşən M.Ə.Sabir qəsəbəsi ərazisində əkinə yararsız torpağın sahəyə tökülməsinə razılıq verilmişdir. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi üzrə aparılan tikinti işləri zamanı yararsız torpaq kütləsi qeyd olunan əraziyə daşınmış, əraziyə tökülən torpaq kütləsi hamarlanmadığından tökmə torpağın ağırlığından yamacda maili istiqamətdə sürüşmə əmələ gəlmiş, sürüşən torpaq kütləsi Acıdərə çayının qarşısını kəsərək torpaq bənd əmələ gətirmiş, bu da çayda gölün yaranmasına və su kütləsinin toplanmasına səbəb olmuşdur. Gələcəkdə yığılan su kütləsinin qarşısındakı torpaq bənd dağılarsa, bir neçə təsürrüfata, örüş sahəsinə və Təsi kəndinə gedən yola ciddi ziyan dəyəcəkdir. Hazırda ərazidə “X17 Sanayi və Ticarət Anonim Şirkəti”nə məxsus 1 ədəd texnika tö külmüş torpaq kütləsinin hamarlanması işlərini aparır. Qeyd olunanları nəzərə alaraq “Bakı-Şamaxı-Muğanlı” avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi üzrə tikinti işləri zamanı yararsız torpaq kütləsinin avtomobil yolunun km 95+000-97+000 arası sol tərəfində yerləşən M.Ə.Sabir qəsəbəsi ərazisinə daşınmasının dayandırılmasını, ərazidə toplanmış torpaq sürüşməsinin qarşısının alınması üçün tökülmüş torpaq kütləsinin hamarlanmasını və qarşısı kəsilmiş Acıdərə çayının axarının bərpa olunmasını məqsədəuyğun hesab edirik”.
15. Şamaxı rayon İcra Hakimiyyəti başçısının Sabir Qəsəbə ərazi dairəsi üzrə nümayəndəsinin İddiaçı sorğusuna verdiyi xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı məxsus süni balıq gölünün 2019-cu ilin aprel ayında partlaması barədə nümayəndə likdə məlumat vardır.
16. Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində süni balıq gölünün bəndinin partlaması, nəticədə həm göldəki balıqların məhv olması, həm də ətrafda yerləşən təsərrüfatlara ciddi ziyan dəyməsi barədə müxtəlif televiziya kanallarında (“İctimai” TV, “Xəzər” TV, “Baku” TV) süjetlər hazırlanaraq efirə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 720.000 manat məbləğində maddi ziyanın və 30.000 manat məbləğində mənəvi ziyanın alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 2005-ci ildə Şamaxı rayonunu n Çıraqlı kəndi ərazisində 5,25 ha torpaq sahəsi almış və alınan torpaq sahəsində balıq yetişdirmək üçün göl hazırlatmışdır. Həmin göldə balıq saxlamaq üçün lazımi təşkilatlara müraciət edib sənədləşmə aparılmışdır. İddiaçı öz qohumu Azər Badurayev ilə balıqları saxlayıb, yetişdirib, satdıqdan sonra gəlirini bölüşmək barədə razılaşmışdır. 2017-ci ildə cəmi 3.000 kq olan, 40.000 ədəd 25 qramlıq və 2.000 kq damazlıq balıq alınıb həmin gölə buraxılmışdır. Balıqların saxlanması üçün 14 aprel 2019- cu ilə kimi 30.000 kq miqdarında balıq yemi alınıb balıqların yemlənməsinə sərf edilmişdir. Cavabdeh şirkət tərəfindən Bakı-Qazax yolunun Qobustan, Şamaxı rayonları ərazisinin yenidən çəkilməsi zamanı torpaq sahələrinin hamarlanması və qazılması zamanı şirkət tərəfindən torpaqların sökülüb yığılması nəticəsində böyük həcmli sututar alınmışdır. Həmin suların yığılması nəticəsində başqa sahələrə böyük təhlükə yaranmışdır. X9 tərəfindən şirkətə xəbərdarlıq edilməsinə baxmayaraq bu böyük təhlükənin qarşısının alınması üçün əsaslı tədbir görülməmişdir. Nəticədə 14 aprel 2019-cu ildə şirkətin yaratdığı sututarın müəyyən hissəsinin aşınması nəticəsində yaranan selə görə həmin göl dağılmış, sel nəticəsində göldə saxlanan balıqların bir hissəsi məhv olmuş, qalan hissəsi selə qoşulub getmişdir. Bununla da iddiaçının saxlayıb yetişdirdiyi 70 ton balıq məhsulu məhv olub əldən çıxmışdır. Şirkət tərəfindən həmin gölün qismən bərpa olunmasına baxmayaraq iddiaçıya dəymiş ziyan halhazıra kimi ödənilməmişdir. Cavabdehin bu qanunsuz hərəkəti iddiaçını çox həyəcanlandırmış, nəticədə o, əsəbi gərginlik ke çirərək müalicə olunmuşdur. İddiaçıya mənəvi ziyan vurulmuşdur.
19. Birinci instansiya məhkəməsində şahid qismində izahat vermiş X11 öz izahatında bildirmişdir ki, o, sürücüdür. X2 rayonuna daşınmasını həyata keçirmişdir. O, 2 ton balıq aparmış, hər tona görə 450 manat daşınma haqqı almışdır.
20. Daha sonra iddiaçı izahatlarında sututarında saxlanılan balıqların taxıl vasitəsilə yemləndiyinə istinad etmiş və məhkəməyə müxtəlif dövrlərə aid Əziz-Məlik 2007” Fermer Təsərrüfatı MMC tərəfindən tərtib olunmuş qaimə-fakturaları təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sututarda balıqlar saxlanıldığı təqdirdə onları taxılla yemləmək mümkündür. Hesab-fakturalara münasibətdə məhkəmə hesab edir ki, onlar ciddi hesabat blanklarının tələblərinə uyğun şəkildə tərtib olunmuş və məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilər. Lakin məhkəmə qeyd edir ki, taxılın hansı təyinat üzrə istifadə olunması hər hansı sənəddə öz əksini tapmamışdır.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli rəydə, cavabdehin yol tikinti işlərinin aparılması zamanı artıq torpaq qatının iddiaçının istifadəsində olan sututara gələn su arxının qarşısının torpaqla dolması nəticəsində sututara ziyan vurulduğu müəyyən edilmişdir. Rəydə həmçinin o da qeyd olunmuşdur ki, hazırda iddiaçıya məxsus olan torpaq sahəsində balıqçılıq təsərrüfatı üçün şərait mövcud deyildir. Lakin, həmin torpaq sahəsində dərinliyi 3 metrdən yuxarı olan balıqçılıq təsərrüfatının mövcud olduğu halda 23760 ədəd çəki, 1782 ədəd qalınalın, 1188 ədəd ağ amur növü olmaqla, 26730 ədəd balıq saxlanıla bilərdi.
22. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-16/2022 nömrəli iş üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia rədd edilmişdir.
23. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının ona ayrılan sutatarda balıq yetişdirməklə məşğul olması işin mübahisəsiz halıdır və iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ayrılmış sututara ziyan dəyməsinə istinad edərək sonuncudan zərərin əvəzində pul vəsaiti tələb etmişdir.
24. Məhkəmə verilmiş ekspert rəyi ilə razılaşmayaraq bildirmişdir ki, nə ekspert rəyi ilə, nə də işin hər hansı bir halı ilə cavabdehin təqsirli hərəkəti nəticəsində ziyanın dəyməsi halı aşk ar edilmir. Belə ki, deliktlə bağlı maddənin mənasına görə hərəkətin təqsirli olması zəruridir.
25. Əgər, təbii fəlakət olan sel baş vermiş olmasaydı, iddiaçının istifadəsində olan sututara da məhz torpağın bir sahədən digərinə tökülməsi nəticəsində ziyan dəyməsi halı baş verməyəcəkdi.
26. Məhkəmə hesab etmişdir ki, sel nəticəsində sututarın məhv olması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə mövcud deyildir.
27. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut qismində qəbul edilsəydi və sututarın məhv olunmasında cavabdehin məsuliyyətinin var olması məhkəmə tərəfindən qəbul edilsəydi belə, iddiaçıya dəymiş ziyanın həcmini müəyyən etmək mümkün olmayacaqdı. Belə ki, sübutetmə yükü birbaşa iddiaçıya aid olsa da, o ziyanın məbləği ilə bağlı məhkəməyə yetəri qədər sübut təq dim etməmişdir.
28. O cümlədən məhkəməyə təqdim olunmuş qaimə-fakturada alınmış məhsulun nə növü, nə də qiyməti əks etdirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən ciddi hesabat blankı sayılan sənədlərin forma və məzmununa uyğun tərtib edilməməsi onun etibarsızlığına gətirib çıxaran amillərdən sayılır.
29. Daha sonra iddiaçı izahatlarında sututarında saxlanılan balıqların taxıl vasitəsilə yemləndiyinə istinad etmiş və məhkəməyə müxtəlif dövrlərə aid Əziz-Məlik 2007” Fermer Təsərrüfatı MMC tərəfindən tərtib olunmuş qaimə-fakturaları təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sututarda balıqlar saxlanıldığı təqdirdə onları taxılla yemləmək mümkündür. Hesab-fakturalara münasibətdə məhkəmə hesab edir ki, onlar ciddi hesabat blanklarının tələblərinə uyğun şəkildə tərtib olunmuş və məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilər. Lakin məhkəmə qeyd edir ki, taxılın hansı təyinat üzrə istifadə olunması hər hansı sənəddə öz əksini tapmamışdır
30. İş materiallarına əlavə edilmiş videogörüntülərə isə münasibətdə məhkəmə qeyd edir ki, görüntüyə əsasən balıqların miqdarını müəyyən etmək mümkünsüzdür. Sadalananlara əsasən iddiaçının təqdim etdiyi dəlillər əsaslı hesab edilərək iddianın təmin edilməsinə gətirib çıxara bilməz, belə ki, məhkəmə təqdim edilmiş sübutdan nə alınmış balığın növünü, nə də qiymətini müəyyən edə bilməmişdir.
31. Birinci instansiya məhkəməsinin 2(011)-16/2022 nömrəli iş üzrə 24 yanvar 2022-ci il tarixli əlavə qətnaməsi ilə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin iddiaçıdan alınaraq Azərbayc an Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
33. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya qətnaməsinin əsas və əlavə qətnamələrinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərardadla ekspertiza təyin etsə də, ekspertin rəyi ilə əsassız ola raq razılaşmamış, baş vermiş hadisənin cavabdehin təqsirli hərəkətlərindən yaranmadığı qənaətinə gəlmişdir. Halbuki, ekspertin rəyində cavabdehin məhz hansı hərəkətlərinin ziyana səbəb olması qeyd olunmuşdur.
35. Eyni zamanda, ekspertin məhkəmə baxışına dəvət olunaraq dindirilməsi ilə bağlı vəsatətlər əsassız olaraq təmin edilməmişdir.
36. Apellyasiya şikayətinin digər dəlili isə, iddiaçıya dəymiş ziyanın həcmi ilə bağlı olmuşdur. Apellyator bununla bağlı göstərmişdir ki, ziyanın həcmi ilə bağlı mötəbər sənədlər – 2017-ci ildə alınan balıqlara dair qaimə, kassa mədaxil orderlərinin qəbzləri məhkəməyə təqdim olunmuş, eyni zamanda alqı-satqı müqaviləsinin iştirakçısı olmuş və malları daşımış yük maşını sürücüləri məhkəmədə izahat vermiş, lakin məhkəmə ciddi hesabat blanklarından istifadə e dilmədiyinə istinad edərək dəlilləri mötəbər hesab etməmiş və qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən ciddi hesabat blankı sayılan sənədlərin forma və məzmununa uyğun tərtib edilməməsi onun etibarsızlığına gətirib çıxaran amillərdən sayılır. Halbuki, qanunverici heç bir halda əqdlərin ciddi hesabat blanklarında yazılmamasına görə əqdi etibarsız hesab etmir.
37. Apellyatorun başqa bir dəlili isə, balıqların yemlənməsi ilə bağlı müxtəlif vaxtlarda "xxxx" MMC-dən aldığı taxıl məhsulları ilə bağlı olmuşdur. Apellyator bildirmişdir ki, balıqçılıqda məşğul olan fərdi sahibkar kimi həmin taxıl məhsullarını balıqların yemlənməsi üçün istifadə etmişdir. Lakin, taxıl məhsullarının hesab-fakturalarına münasibətdə məhkəmə qeyd etmişdir ki, onlar ciddi hesabat blanklarının tələblərinə uyğ un şəkildə tərtib olunsa da taxılın hansı təyinat üzrə istifadə olunması hər hansı sənəddə öz əksini tapmamışdır.
38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2911/2022 nömrəli mülki iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
39. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şi kayətinin dəlilləri yuxarıda göstərilənlərlə təkzib olunduğundan, apellyasiya şikayətində qeyd edilənlər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
40. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
41. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
42. Məzmunu apellyasiya şikayətinin dəlilləri ilə uyğunluq təşkil edən kassasiya şikayətində iddiaçı qeyd etmişdir ki, məhkəmələr deliktlə bağlı təqsirli hərəkətləri araşdırarkən heç bir əsas olmadan, cavabdeh şirkətin təqsirsiz olduğu qənaətinə gəlmişlər.
43. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində yol yatağı düzgün inşa edilməmiş, məhz bundan qaynaqlanan problemlər nəticəsində iddiaçının sahibkarlıq təsərrüfatı tamamilə dağılmış, baş verən fəlakət nəticəsində uzun müddət müalicə almışdır, o cümlədən baş verən mübahisə iki sahibkar subyekt arasında yarandığından işə ümumi məhkəmələrdə baxılması məqsədəmüvafiq hesab edilmir.
44. Kassator şikayətində onu da qeyd etmişdir ki, işə baxılarkən məhkəmə aidiyyatı qaydaları pozulmuş, tərəflərin hər ikisinin sahibkar olmasına və sahibkarlıq fəaliyyəti ilə bağlı deliktdən yaranan mübahisəyə üm umi məhkəmədə baxılmışdır.
45. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1, 181.4, 331.1, 390.1, 390.2, 390.6, 390.7, 390.5, 406.1, 406.2, 1096-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 76, 79.1, 88, 202.1, 203.4, 205, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
46. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(102)-5035/2022 nömrəli qərarı ilə (M.Əhmədova (sədrlik edən və məruzəçi) hakimlər Ə.Əliyev və İ.Xəlilov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2911/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
47. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, baxılan iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallara görə, iddiaçı ona ayrılan sututarda balıq yetişdirməklə məşğul olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ayrılmış sututara ziyan dəyməsinə istinad edərək iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı həmin hadisə nəticəsində dəymiş ziyanın ödənilməsini cavabdeh təşkilatdan tələb edir və hesab edir ki, baş vermiş hadisə cavabdehin təqsiri ucbatından baş vermişdir.
48. İddia tələbinin hüquqi əsasını təşkil edən hal cavabdehin yol-tikinti işlərini aparması nəticəsində torpağı bir sahədən digərinə artması və nəticədə baş vermiş təbii fəlakət olan selin iddiaçının istifadəsinə verilmiş sututarına ziyan vurması ilə nəticələnməsi o lmuşdur.
49. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, iddiaçının tələbinin qanuni əsası mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsidir, ona görə də mülki hüquq pozuntusunun (delikt) və ziyanın dispozitiv şərtlərinin mövcudluğuna diqqət yetirilməlidir.
50. Belə ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.
51. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
52. Baxılan işdə iddiaçı baş vermiş hadisə ilə bağlı məhkəməyə müvafiq orqanlardan iddiaçıya ünvanlanmış sənədlər, digər materiallar təqdim etmiş, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən şahidlər və ekspert dindirilmiş, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən tərəfindən məhkəmə ekspertizası keçirilmiş, rəy iş materiallarına əlavə edilmişdir.
53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 oktyabr 2 021-ci il tarixli rəyə əsasən, X17 Sanayi və Ticaret Anonim Şirketinin yol tikinti işlərinin aparılması zamanı artıq torpaq qatının İddiaçı istifadəsində olan sututara gələn su arxının qarşısının torpaqla dolması nəticəsində sututara ziyan vurulduğu müəyyən edilmişdir
54. Lakin işə baxan məhkəmələr sel hadisəsinin cavabdeh təşkilatın təqsiri üzündən baş verməsi nəticəsinə gələrkən iş materiallarında olan qeyd edilən sübutları MPM-nin 88ci maddəsinin tələblərinə əsasən qiymətləndirməmişlər.
55. Belə ki, işə baxan məhkəmələr baş vermiş hadisənin təbii fəlakət olan sel ilə əlaqəli olduğu qənaətinə gəlmişlər. Lakin sel hadisəsinin cavabdehin təqsiri ucbatından baş verib-verməməsi müəyyən edilməmiş qalmışdır ki, bu halın müəyyən edilməsi iddia tələbinin faktiki və hüquqi əsasının yaranması, y əni hadisənin cavabdehin təqsiri ucbatından olunb-olmamasının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
56. İddiaçı və iş üzrə dindirilmiş şahidlər sel hadisəsinin cavabdeh təşkilatın yolların yenidən çəkilməsi zamanı torpaq sahələrinin hamarlanması və qazılması zamanı şirkət tərəfindən torpaqların tökülüb, yığılması nəticəsində böyük həcmli sustutarın yarandığını, dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, təhlükənin qarşısının alınması üçün əsaslı tədbir görülmədiyini bildirmişlər. Bu səbəbdən yaranan sututarın müəyyən hissəsinin aşınması nəticəsində yaranan selə görə həmin göl dağılmış, orada saxlanan balıqların bir hissəsi məhv olmuş, qalan hissəsi isə selə qoşulub getmişdir.
57. Cavabdehin nümayəndəsi isə izahatında bu halları inkar edərək, ekspert rəyi ilə razılaşm adığını, baş vermiş sel hadisəsi ilə cavabdeh təşkilatın gördüyü iş arasında səbəbli əlaqənin olmadığını, eləcə də göldə ümumiyyətlə balıqların mövcud olması, mövcud olduğu təqdirdə onların növü və miqdarı barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmadığını bildirmişdir.
58. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi baş vermiş sel hadisəsi ilə cavabdeh təşkilatın hərəkətləri arasında səbəbli əlaqənin olubolmamasını müəyyən etmək üçün sübutlara tam və hərətərəfli baxmamış, bu halı müəyyən edərkən ekspert rəyi ilə nəyə görə razılaşmadığını əsaslandırmamış, eləcə də 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Azər Badurayevə ünvanlandığı xx.xx.2019-cu il tarixli məktuba hüquqi qiymət verməmişdir.
59. Qeyd edilən hallar mü əyyən edilmədən zərərin cavabdehin hüquqa zidd təqsirli əməli nəticəsində vurulub-vurulmadığı nəticəsinə gəlmək mümkün deyildir. Əgər göstərilən hal müəyyən edilərsə tələbin ziyana bağlı hissəsi yoxlanıla bilər.
60. Məhkəmə kollegiyası həmçinin, işin aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək bildirir ki, şikayətin bu dəlili əsassızdır, məhkəmələr tərəfindən işə aidiyyət qaydaları pozulmadan baxılmışdır.
61. Belə ki, MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
62. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, İddiaçı vergi ödəyicisi olaraq 2013-cü il tarixdə qeydiyyata alınmış, onun VÖEN-i 2014-cü il tarixdən 23 iyul 2019-cu il tarixinədək dayandırılmış və həmin tarixdən sonra uzadılmamışdır.
63. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
64. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 24.2, 26.1, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
65. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1665/2023 nömrəli iş üzrə 21 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və X.Mərdanovadan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-16/2022 nömrəli iş üzrə 11 yanvar 2022-ci il tarixli qətnanməsi və 24 yanvar 2022-ci il tarixli əlavə qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilmiş, cavabdehdən maddi ziyanın əvəzi qismində 594.024,5 manat, mənəvi ziyanın əvəzi qismində 3.000 manat, dövlət rüsumlarının əvəzi qismində 134,40 manat olmaqla, cəmi 597.158,90 manat alınar aq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
66. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İşin müəyyən edilmiş mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ona ayrılan torpaq sahəsində balıqçılıq təsərrüfatı yaratmış və orada balıq yetişdirməklə məşğul olmuş, xx.xx.2019-cu il tarixində həmin sututarın bəndinin dağılması səbəbilə göldə saxlanan balıqlar məhv olmuş, nəticədə iddiaçıya ziyan dəymişdir.
67. Bu baxımdan iş üzrə müəyyən edilməli olan hal, iddiaçıya məxsus sututarının bəndinin cavabdehin təqsiri ucbatından dağılıb-dağılmadığıdır və kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, bu halın müəyyən edilməsi iddia tələbinin faktiki və hüquqi əsasının yaranması, yəni hadisənin cavabdehin təqsiri ucbatın dan baş veribvermədiyinin aydınlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.
68. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatı əsasında ekspertin gəldiyi nəticəni (“X17 Sanayi və Ticarət Anonim Şirkəti”nin yol tikinti işlərini aparması zamanı artıq torpaq qatının iddiaçının istifadəsində olan sututara gələn su arxının qarşısını torpaqla doldurması nəticəsində sututara ziyan vurulduğu) işin digər faktiki halları (§3, 4, 9, 10, 11, 15, 16) ilə birlikdə qiymətləndirən kollegiya hesab edir ki, iddiaçıya məxsus sututarın (balıq gölünün) bəndinin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində dağıldığı sübuta yetirilmişdir.
69. Buna görə də kollegiya iddiaçıya dəymiş ziyanın məbləği ilə bağlı araşdırma aparacaqdır və bu zaman nəzərə alacaqdır ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “... sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı).
70. Bu kontekstdə kollegiya, təkrar apellyasiya baxışı zamanı əldə olunmuş ekspert rəyini (rəydə 3-cü və 5-ci suallara əmtəəşünaslıq ekspertinin verdiyi cavabları) işdəki digər sübutlarla birgə qiymətləndirərək hesab edir ki, iddiaçıya məxsus olmuş sututardakı (göldəki) balıqların məhv olmasına görə ona 556 524,5 manat (27 8 754,5 + 277 770) ziyan dəydiyi qənaətinə gəlmək mümkündür.
71. Bununla belə kollegiya, iddiaçıya məxsus göldə olan balıqların yemlənməsi üçün 2 il ərzində ümumilikdə 456 000 manat xərcləndiyi barədə ekspertin gəldiyi nəticəni əsaslı hesab etmir; belə ki, iddiaçının özünün təqdim etdiyi sənədlərlə həmin məbləğin cəmi 37 500 manat təşkil etdiyi müəyyən olunmuşdur.
72. Nəzərə alınmalıdır ki, müvafiq halı sübutetmə yükü iddiaçının üzərinə düşür onun təqdim etdiyi sübutlara görə isə balıqların yemlənməsi üçün məhz 37 500 manatlıq taxıl alınmışdır. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetin i tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
73. Kollegiya, iddiaçıya məxsus sututarının (gölün) bərpası və əsaslı təmiri üçün 42 006,81 manat vəsaitin tələb olunması ilə bağlı onun təqdim etdiyi sübutu nəzərə almır belə ki, iddiaçı iddia ərizəsində gölün Şirkət tərəfindən qismən bərpa olunduğunu bildirmiş, bərpa edilməyən hissə üçün nə qədər vəsait tələb olunduğuna dair isə heç bir sübut təqdim etməmişdir.
74. Kollegiya hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərə rin 3000 (üç min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.
75. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 152.5, 1096.1, 1096.2, 1097.1, 1115, Azərbaycan Respublikasının Su Məcəlləsinin 6, 35, 55, 67, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunun 5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 101.7, 102.1, 102.2, 103.1, 106.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
76. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan tərəflər ondan kassasiya şikayətləri verərək, iddiaçı qətnamənin iddianın təmin edilməyən hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsi, cavabde h qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
77. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, mənəvi ziyanla bağlı tələb tam təmin olunmalıdır. Məhkəmə iş üzrə vurulmuş maddi ziyanın həcmini müəyyən edərkən əsasən ekspertin gəldiyi nəticələrdən çıxış etmişdir. Ekspert yalnız ona verilən suallar üzrə sututarda olan balıqların çəkisini, sayını və qiymətini müəyyən etmiş, yemlənmə xərclərini hesablamışdır. Hesab edir ki, iş üzrə dəymiş ziyan yalnız həmin qiymətlərdən ibarət olmamışdır. Belə ki, içərisi bəslənmiş balıqlarla dolu olan və işləyib fayda verən əmlak kompleksinin dağıntıdan əvvəlki və sonrakı dəyəri araşdırma zamanı nəzərə alınmamışdır.
78. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, cavabdehin hər hansı qanunsuz hərəkə t və ya hərəkətsizliyi nəticəsində iddiaçıya dəyən zərərlə bağlı səbəbli əlaqə olmadığından, Mülki Məcəllənin 21-ci maddəsinin cavabdehə qarşı tətbiq edilməsi yolverilməzdir, həmin maddəyə əsasən cavabdehdən iddiaçının xeyrinə pul tutulması əsassız olmuşdur.
79. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 may 2024-cü il tarixli, 2(102)-1478/2024 nömrəli qərarı ilə (V.Məmmədov (sədrlik edən və məruzəçi) hakimlər Z.Əliyev və A.Abbasov) iddiaçı X5 (İddiaçı prosessual hüquq varisi) kassasiya şikayəti təmin edilməmiş, Cavabdehnin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1665/2023 nömrəli iş üzrə 21 dekabr 2023-cü il tarixli qətnaməsinin qismən - iddianın vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi təmin olunan (cavab dehdən iddiaçının xeyrinə 594.024,50 manatın tutulması) hissədə - ləğv edilməsi, işin eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır.
80. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin məhkəmə öz yekun aktında gəldiyi nəticəni təkrar apellyasiya baxışı zamanı əldə olunmuş 19 iyun 2023-cü il tarixli ekspert rəyi ilə əsaslandırmış, həmin rəylə iddiaçıya məxsus olmuş sututardakı (göldəki) balıqların məhv olmasına görə ona 556.524,5 manat (278.754,5 + 277.770) ziyan dəyməsi barədə gəlinən nəticə hissədə razılaşdığı halda, eyni rəydə ekspertin mərhum İddiaçı məxsus göldə olan balıqların yemlənməsi üçün 2 il ərzində ümumilikdə 456.000 manat xərcləndiyinə dair gəldiyi nəticəni əsaslı hesab etməmiş, bu qənaətini iddiaçı tərəfin təqdim etdiyi sənədlərlə həmin məbləğin cəmi 37.500 manat təşkil etməsi ilə əsaslandırmış, habelə, 37.500 manat məbləğdə xərci 556.524,5 manat gəlirdən çıxmalı olduğu halda, hər iki məbləği toplamışdır.
81. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mötəbər sübut növü kimi istinad etdiyi ekspert rəyinin iddiaçının lehinə olan hissəsini müzakirəsiz qəbul etmiş, sonuncunun əleyhinə olan hissəsini isə sırf iddiaçı tərəfin mülahizəsinə dayanaraq rədd etmiş, bu qiymətləndirmə ilə də açıq ziddiyyətə düşmüşdür.
82. Halbuki, apellyasiya instansiyası məhkəməsi çəkişmə prinsipinə riayət etməklə, tərəflərin iştirakı ilə qeyd edilən hallar üzrə lazımi a raşdırma apararaq, işdəki sübutlara və tərəflərin dəlillərinə əsaslandırılmış şəkildə qiymət verməli, prosessual qanunvericiliyə əsasən qəbul etdiyi qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı idi.
83. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi təmin olunan (cavabdehdən 594.024,5 manat alınaraq iddiaçıya ödənilməsi) hissədə ləğv edilməlidir.
84. Eyni əsaslarla iddiaçının kassasiya şikayəti iddianın vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinin tam təmin olunması hissədə əsaslı sayıla bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi zərərin əvəzinin ödə nilməsi tələbi rədd olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
85. İddiaçının kassasiya şikayətinin mənəvi zərərin az tutulması barədə dəlili də əsassızdır. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məqsədlə tutulan məbləğ işin hallarına uyğun, ağlabatan və ədalətli olmuşdur. Cavabdeh də kassasiya şikayətində mənəvi zərərin qətnamə ilə ondan tutulan məbləği ilə bağlı konkret etiraz (dəlil) irəli sürmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi sözügedən hissədə də dəyişdirilmədən saxlanılmalıdır.
86. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60 (İ), 125 (Vİİ), 129 (İİİ), “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 21.1-21.3, 386.1, 1096.1, 1096.2, 1097.1, 1110, 1115, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 97.1, 101.6, 101.7, 103.1, 106.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
87. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında, habelə həmin qərarla Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmış hissəsində göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, hazırkı apellyasiya baxışının predmeti iddiaçıya məxsus göldə olmuş balıqların tələf olması nətic əsində iddiaçıya dəymiş maddi zərərin məbləğinin müəyyənləşdirilməsidir. İddia tələbinin qalan hissələri, yəni iddianın “gölün dağılması nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsi”, həmçinin “gölün dağılması və göldə olan balıqların məhv olması səbəbindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi” hazırkı apellyasiya baxışının predmetini təşkil etmir.
88. Cavabdehin nümayəndələri Vəkil5 və (vəkil) Vəkil3 apellyasiya baxışı iclaslarında iştirak edərək, şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdilər.
89. Apellyasiya icraatı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs işin baxılmasına cəlb edilmiş və o, apellyasiya baxışının əvvəlk i iclasında iştirak edərək, izahatında bildirmişdir ki, o, iddiaçı olan xalası ilə birlikdə balıqçılıq təsərrüfatının həyata keçirmək qərarına gəlmişlər. Bunun üçün o özü təxminən 50.000 manata yaxın, xalası isə 100.000 manata yaxın vəsait qoymuşlar. Balıqlara verilən yemin əsas hissəsini xalasına məxsus əkin sahələrindən əldə etdikləri dənli bitkilər hesabına qarşılayırdılar. Əlavə olaraq balıqlara 30-40 tona yaxın yem almışdır. İddia ərizəsində qeyd edilənləri təsdiqləyir.
90. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/9545- 7/1910 nömrəli ekspert rəyi ilə aşağıdakı nəticələrə gəlinmişdir: “Dərinliyi 3 metrdən yuxarı olmaq şərti ilə tədqiqat obyekti olan sututara 2017-ci ildə 30.000 ədəd 25 qramlıq çəki balığı, 4.000 ədəd 25 qramlıq belamur balığı, 6.000 ədəd 2 5 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 2 il ərzində proteini 23 % olan (2 il x 108000 kq=) 216000kq yem verilərsə, 30.000 ədəd 25 qramlıq çəki balığına 1 ilə təxminən 6 % təbii ölüm tətbiq edildikdə, həmin (30.000-6%-6%=) 26.508 ədəd çəki balığının ümumi çəkisi 2 ilə təxminən 39.762 kq olar. Həmçinin (4000-6%-6%=) 3.534 ədəd belamur balığının ümumi çəkisi 2 ilə təxminən 5.301 kq, (6.000-6%-6%) 5.301 ədəd xanı balığının ümumi çəkisi 2 ilə təxminən 7.951 kq olar. 2.000 kq damazlıq balığa 2 il ərzində proteini 23 % olan (1000 ədəd balıq x 24 kq=) 24.000 kq yem verilərsə, 1 ilə təxminən 6 % təbii ölüm tətbiq edildikdə (1000-6%-6%=) 883 ədəd həmin damazlıq balıqların ümumi çəkisi 2 ilə təxminən 3.532 kq olar. Dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara 2017-ci ildə 30.000 ədəd 25 qramlıq çəki balığı, 4.000 ədəd 25 qramlıq belamur balığı, 6.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 2 il ərzində proteini 23 % olan (2 il x 108.000 kq=) 216.000 kq yem sərf olunar. 2.000 kq damazlıq balığa 2 il ərzində proteini 23 % olan (1000 ədəd balıq x 24 kq) 24.000 kq yem sərf olunar. Dərinliyi 3 metrdən yuxarı olduğu təqdirdə tədqiqat obyekti olan sututara 2018ci ildə 60.000 ədəd 25 qramlıq çəki balığı, 8.000 ədəd 25 qramlıq belamur balığı, 12.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 1 il ərzində proteini 23 % olan 216.000 kq yem verilərsə, 60.000 ədəd 25 qramlıq çəki balığına 1 ilə təxminən 6 % təbii ölüm tətbiq edildikdə, həmin (60.000-6%=) 56.400 ədəd çəki balığının ümumi çəkisi 1 ilə təxminən 42.300 kq olar. Həmçinin (8.000-6%=) 7.520 ədəd belamur balığının ümumi çəkisi 1 ilə təxminən 5.640 kq, (12.000-6%=) 11.280 ədəd xanı balığının ümumi çəkisi 1 ilə təxminən 8.460 kq olar. Dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara 2018-ci ildə 60.000 ədəd 25 qramlıq çəki balığı, 8.000 ədəd 25 qramlıq belamur balığı, 12.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, y əni 1 il ərzində proteini 23 % olan 216.000 kq yem sərf edilər.
91. Dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara xx.xx.2018-ci il tarixində (5.000 ədəd x 25 qram=) 125 kq balıq körpəsi alınıb buraxılarsa, həmin balıqların xx.xx.2019-cu il tarixə təbii qidalanma ilə 1 hektar ərazidə ümumi çəkisi təxminən 250 kq ola bilərdi. Balıq körpələri erkən yaşda zooplanktonla qidalanır, 5-10 santimetrə çatdıqda isə ancaq fitoplanktonla qidalanmağa başlayır və bu mərhələdə balıqların qəlsəmə qövslərində fitoplanktonu süzən aparat formalaşır. Məsələn: 25 q kütləyə malik olan balıq 1 saatda 32 litr suyu 1.300 mq yosunu filtrdən keçirdir. Dərinliyi 3 metrdən yuxarı olduğu təqdirdə tədqiqat obyekti olan sututara 2018-ci ildə 60.000 ədəd 25 qramlıq çəki balığı, 8.000 ədəd 25 qramlı q belamur balığı, 12.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə yalnız buğda (xx.xx.2018-ci il tarixdən yemlənmə başlamaqla) və təbii qidalanma ilə, yəni 1 il ərzində 480000 kq yem verilərsə, 60000 ədəd 25 qramlıq çəki balığına 1 ilə təxminən 6 % təbii ölüm tətbiq edildikdə, həmin (60.000-6%=) 56.400 ədəd çəki balığının ümumi çəkisi 1 ilə təxminən 56.400 kq olar. Həmçinin (8.000-6%=) 7.520 ədəd belamur balığının ümumi çəkisi 1 ilə təxminən 7.520 kq, (12.000-6%=) 11.280 ədəd xanı balığının ümumi çəkisi 1 ilə təxminən 11.280 kq olar. Rəyin bioloji tədqiqat hissəsində göstərilənlərdən istifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda qeyd edilən balıqların ümumi dəyəri və onlara sərf edilməli olan yemlərin ümu mi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - çəki balığının ümumi çəkisi 2 ilə təxminən 39.762 kq x 5 manat = 198.810 manat; - belamur balığının ümumi çəkisi 2 ilə təxminən 5.301 kq x 5 manat = 26.505 manat; - xanı balığının ümumi çəkisi 2 ilə təxminən 7.951 kq x 4,5 manat = 35.779 manat; - 883 ədəd damazlıq balıqların ümumi çəkisi 2 ilə təxminən 3.532 kq x 5 manat = 17.660 manat. Ümumilikdə 278.754,50 manat. - 2 il ərzində proteini 23% olan 216.000 kq (2 il x 108 000) yem x 1 man = 216.000 manat; - 2.000 kiloqram damazlıq balığa 2 il ərzində proteini 23 % olan 24.000 kq. (1000 ədəd balıq x 24 kq) yem x 1 manat = 24.000 manat. Ümumilikdə 240.000 manat. - çəki balığının ümumi çəkisi 1 ilə təxminən 42.300 kq x 5 manat = 211.500 manat; - belamur balığının ümumi çəkisi 1 ilə təxminən 5.640 kq x 5 manat = 28.200 manat; - Xanı balığının ümumi çəkisi 1 ilə təxminən 8.460 kq x 4,5 manat = 38.070 manat. Ümumilikdə 277.770 manat. 1 il ərzində proteini 23 % olan 216.000 kq. yem x 1 manat = 216.000 manat. Bioloji tədqiqatın nəticələri və yuxarıda göstərilənləri nəzərə alsaq, dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara xx.xx.2018-ci il tarixində (5.000 ədəd x 25 q=) 125 kq balıq körpəsi alınıb buraxılarsa, həmin balıqların xx.xx.2019- cu il tarixə təbii qidalanma ilə onların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən (250 kq x 5 man=) 1.250 manat müəyyən olunar. - 1 il ərzində 480.000 kq yem verilərsə 480.000 kq x 0,45 man = 216.000 manat; - çəki balığının ümumi çəkisi 1 ilə təxminən 56.400 kq x 5 man = 282.000 manat; - belamur balığı nın ümumi çəkisi 1 ilə təxminən 7.520 kq x 5 man = 37.600 manat; - xanı balığının ümumi çəkisi 1 ilə təxminən 11.280 kq x 4,5 man = 50.760 manat. - Qeyd edilən 23.760 ədəd çəki, 1.782 ədəd qalınalın (tolstolob), 1.188 ədəd ağ amur (belamur) növü balıqların çəkisi məlum olmadığından həmin balıqlar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Qeyd: Balıq təsərrüfatının fəaliyyət göstərməsi üçün əlavə xərclər tələb olunur: balıqların sututara (gölə) buraxılması, mühafizə xidməti, yemləmə işləri, işıqlandırma, satış üçün sonda balıqların tutulması və sair.”
92. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9151, 9/9482 nömrəli məhkəmə tikinti-texniki ekspert rəyində qeyd edilmişdir ki, ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmədiyindən məhkəmə-mühasiba t ekspertizası üzrə də ekspert qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmadı. O cümlədən qeyd edilir ki, bioloji və əmtəəşünaslıq ekspertizaları üzrə aparılmış tədqiqatın nəticəsi isə xx.xx.2025-ci il tarixli, 9/9545-7/1910 nömrəli rəydə öz əksini tapmışdır.
93. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 avqust 2025-ci il tarixli 2(103)-305/2025 nömrəli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi) K.Əkbərov və Vəkil3) İddiaçı tərəfindən verilmiş və onun ölümündən sonra prosessual hüquq varisi X12 tərəfindən müdafiə olunan apellyasiya şikayətinin apellyasiya baxışının predmeti olan hissədə qismən təmin edilməsi, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 yanvar 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predme ti olan hissədə, yəni iddianın “göldə olmuş balıqların məhv olması nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə” tələbin rədd edilməsi hissəsində, iş üzrə qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli əlavə qətnamənin isə tamamilə ləğv edilməsi, İddiaçı tərəfindən cavabdeh “X17 Sanayi ve Ticaret” Anonim Şirkətinə qarşı irəli sürülmüş və onun ölümündən sonra prosessual hüquq varisi X12 tərəfindən müdafiə olunan iddianın hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsində, yəni “göldə olmuş balıqların məhv olması nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsində” iş üzrə yeni qətnamə qəbul edilməklə, həmin tələbin qismən təmin edilməsi, göldə olmuş balıqların məhv olması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsə di ilə 100.000 (yüz min) manat məbləğində pul cavabdeh “X17 Sanayi ve Ticaret” Anonim Şirkətindən tutularaq mərhum İddiaçı prosessual hüquq varisi X6 ödənilməsi, apellyasiya baxışının predmeti olan qalan hissədə iddianın təmin edilməməsi, iddianın “gölün dağılması nəticəsinə iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsi”, həmçinin “gölün dağılması və göldə olan balıqların məhv olması səbəbindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi” hazırkı apellyasiya baxışının predmeti olmamasının nəzərə alınması, iddia ərizəsinin və apelllyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının cəminin (134 manatın) yarısı, yəni 67 (altmış yeddi) manatın cavabdeh “X17 Sanayi ve Ticaret” Anonim Şirkətindən tutularaq mərhum İddiaçı prosess ual hüquq varisi X6 ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyərinin (320 manat) ödənilməsi məqsədi ilə mərhum İddiaçı prosessual hüquq varisi X4 160 (yüz altmış) manat və cavabdeh “X17 Sanayi ve Ticaret” Anonim Şirkətindən 160 (yüz altmış) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
94. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, rayon məhkəməsinin qətnaməsi vurulmuş maddi ziyanın ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə işdə olan sübutlar əsasında maddi ziyanın həcmi müəyyən edilərək yeni qətnamə qəbul edilməlidir.
95. İddiaçı tərəf bildirir ki, iddiaçı, 2017-ci ildə cəmi 3.000 kq olan, 40.000 ədəd 25 qramlıq və 2.000 kq damazlıq balıq alı b həmin gölə buraxmışdır. Balıqların saxlanması üçün xx.xx.2019-cu il tarixə kimi 30.000 kq miqdarında balıq yemi alınıb balıqların yemlənməsinə sərf edilmişdir. Həmin ərazidə yol tikintisini həyata keçirən cavabdehin yaratdığı sututar xx.xx.2019-cu il tarixdə dağılmış və sel, iddiaçıya məxsus gölü və göldə olan 70 ton balıqları məhv etmişdir.
96. Məhkəmə bildirir ki, iddiaçı tələbi özü-özlüyündə əsaslıdır. Çünki iddiaçıya mənəvi zərərin vurulduğu müəyyən edilmişdirsə, deməli ona maddi ziyanın vurulduğu da müəyyən edilməlidir. Maddi ziyanın hansısa həcmi olmalıdır və ziyanın həcmini müəyyən etmək artıq Məhkəmənin vəzifəsinə çevrilmişdir.
97. Apellyasiya baxışının predmeti olan hissədə tələbin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097.1-ci maddələri təşkil edir. 9
8. Məhkəmə iddiaçının təqdim etdiyi 2.000 kq balıq körpəsi alınması ilə bağlı qaimə-fakturaya münasibətdə qeyd edir ki, qaimə-faktura ciddi hesabat blankı olmaqla özündə vacib əhəmiyyətli informasiyanı əks etdirməlidir. Məhkəməyə təqdim olunmuş qaimə-fakturada alınmış məhsulun nə növü, nə də qiyməti əks etdirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən ciddi hesabat blankı sayılan sənədlərin forma və məzmununa uyğun tərtib edilməməsi onun etibarsızlığına gətirib çıxaran amillərdən sayılır.
99. Rayon məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X11 öz ifadəsində bildirmişdir ki, o, sürücüdür. Balıqların Neftçaladan iddiaçıya məxsus və Şamaxı rayonuna yerləşən gölə 2 ton balığın daşınmasını həyata keçirmiş, hər tona görə ona 450 manat daşınma haqqı ödənilmişdir.
100. Məhkəmə şahidin if adəsini yetərli sübut hesab etmir. Belə ki, şahid apardığı balıqların növünü və sayını dəqiq bildirməmiş, apardığı balıqların sayını və xalis çəkisini təsdiq edən başqa mötəbər yazılı sübut təqdim edilməmişdir.
101. Rayon məhkəməsi tərəfindən hazırkı iş üzrə keçirilmiş məhkəmə baxışı iclaslarında iştirak etmiş digər şahidlər və iddiaçının nümayəndəsi sel nəticəsində iddiaçıya məxsus göldə saxlanılan külli miqdarda balıqların məhv edilməsini göstərsələr də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişlər.
102. İş materiallarına əlavə edilmiş videogörüntülərə münasibətdə məhkəmə qeyd etmişdir ki, görüntüyə əsasən balıqların növünü və miqdarını müəyyən etmək mümkünsüzdür.
103. Daha sonra iddiaçının nümayəndəsi izahatlarında göldə saxlanılan balıqların taxıl vasitəsilə yemləndiyinə istinad etmiş və məhkəməyə müxtəlif dövrlərə aid "xxxx" Fermer Təsərrüfatı MMC tərəfindən tərtib olunmuş qaimə-fakturalar təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin göldə balıqlar saxlanıldığı təqdirdə onları taxılla yemləmək mümkündür. Hesab-fakturalara münasibətdə Məhkəmə hesab edir ki, onlar ciddi hesabat blanklarının tələblərinə uyğun şəkildə tərtib olunmuş və məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilər. Lakin məhkəmə qeyd edir ki, taxılın hansı təyinat üzrə istifadə olunması hər hansı sənəddə öz əksini tapmamışdır.
104. Rayon məhkəməsində araşdırma zamanı iddiaçının istinad etdiyi göldə balıqçılıq təsərrüfatının həyata keçirilməsi üçün şəraitin mövcud olub-olmaması yönündə araşdırmalar aparılmış və kompleks ekspertiza təyin edilmişdir. Azərba ycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən, cavabdeh Şirkətin yol tikinti işlərinin aparılması zamanı artıq torpaq qatının iddiaçının istifadəsində olan sututara gələn su arxının qarşısının torpaqla dolması nəticəsində sututara ziyan vurulduğu müəyyən edilmişdir. Həmin ekspert rəyinə əsasən istinad edilən ünvanda hal-hazırda balıqçılıq təsərrüfatı üçün şərait mövcud deyildir. Lakin rəydə həmçinin qeyd edilmişdir ki, Şamaxı rayonunun ərazisində yerləşən və iddiaçıya məxsus 5,94 ha torpaq sahəsində dərinliyi 3 metrdən yuxarı olan balıqçılıq təsərrüfatının mövcud olduğu halda 23.760 ədəd çəki, 1.782 ədəd qalınalın (tolstolob), 1.188 ədəd ağ amur (belamur) növü, ümumi sayı 26.730 ədəd olan balıqlar saxlanıla bilərdi.
105. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən verilmiş xx.xx.2019cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 202 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydasına” uyğun olaraq adıçəkilən şəxslər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı müraciət daxil olmamış və Nazirlikdə onların adına balıqçılıq subyekti qeydə alınmamışdır.
106. Eyni zamanda, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçıya Ekologiya və T əbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və X14 tərəfindən verilmiş rəydə iddiaçının istifadəsindəki torpaq sahəsindəki gölün kənd təsərrüfatı məqsədilə istifadə edildiyi, həmin sututarın balıqçılıq məqsədilə istifadə edilən su hövzəsi obyekti kimi qeydiyyata alınmadığı göstərilmişdir.
107. Bütün istinad edilənlər Məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, sözügedən taxıl təkcə balıqların yemlənməsi üçün deyil, digər məqsədlərə də sərf oluna bilərdi. Belə ki, yuxarıda göründüyü kimi torpaq sahəsi kənd təsərrüfatı məqsədilə istifadə üçün ayrılmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs Məhkəməyə verdiyi izahatından görünür onun xalası olan iddiaçının əkin sahələri olmuş və həmin sahələrdə dənli bitkilər əkilirdi.
108. Bundan əlavə, Azərba ycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan da görünür ki, Bakı-Şamaxı yolunun Qobustan və Şamaxı rayonu ərazisinə düşən hissəsində cavabdeh tərəfindən aparılan tikinti işləri zamanı, tikinti altından çıxan artıq torpaq Acıdərə adlanan əraziyə boşaldılmış, yağış suların nəticəsi ilə toplanmış torpaq sahəsi aşağı sahələrə sürüşmüş və təbii axar suların qarşısını kəsərək göl yaratmışdır. İddiaçıya məxsus gölə sel suları gəlməsi zamanı daşma təhlükəsi ola bilərdi.
109. İş materiallarından müəyyən edilir ki, iddiaçı, vergi ödəyicisi olaraq 2013-cü il tarixdə qeydiyyata alınmış, onun VÖEN-i 2014-cü ildən xx.xx.2019-cu il tarixinədək dayandırılmış və həmin tarixdən sonra uzad ılmamışdır.
110. Cavabdehin nümayəndələri izahatlarında iddiaya etiraz edərək, baş vermiş sel hadisəsi ilə cavabdeh təşkilatın gördüyü iş arasında səbəbli əlaqənin olmadığını, eləcə də göldə ümumiyyətlə balıqların mövcud olması, mövcud olduğu təqdirdə onların növü və miqdarı barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmadığını bildirmişdir.
111. Əvvəlki apellyasiya icraatı zamanı 2019-cu ilin 10-20 aprel tarixlərində Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində müşahidə olunmuş hava şəraiti, sel olaraq qiymətləndirilə biləcək təbiət hadisəsinin qeydə alınıb-alınmadığı, əgər alınmışdırsa onun səbəbi və yağış və ya dolu kimi digər hadisələrlə müşaiyət edilib-edilmədiyi barədə məlumat əldə olunması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyini n Milli Hidrometeorologiya Departamentinə sorğu göndərilərək müvafiq cavab alınmış, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 14 saylı Şamaxı Ərazi İdarəsindən iddiaçıya məxsus balıq gölünün 2019-cu ilə olan ortofoto (aerokosmik çəkiliş) görüntüləri əldə edilmiş, habelə mübahisənin mahiyyəti üzrə düzgün həll olunması üçün iş üzrə əlavə tikinti-texniki, əlavə əmtəəşünaslıq və əlavə bioloji ekspertizalar təyin olunmuşdur.
112. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş arayışda göstərilmişdir ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində Şamaxı rayonunun Çıraqlı kəndində sel və ya su basma hadisəsi qeydə alınmasa da, ərazinin relyefi və iqlim şəraiti, o cümlədən aprelin 13də leysan xarakterli yağ ışın yağması və çayda sululuğun normadan çox olması (2,1- 2,6 dəfə) səbəbindən, ərazidə suvarma və digər məqsədlər üçün istifadə olunan kiçik arx və kanalların dolması qısamüddətli subasma hallarına səbəb olmuşdur.
113. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində iddiaçıya məxsus sututarın 2019-cu ilə olan ortofoto məlumatlarından görünür ki, həmin ərazidə göl mövcud olmuşdur. İddiaçının istifadəsində olan balıq gölün dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara 2017-ci ildə 30.000 ədəd 25 qramlıq çəki balığı, 4.000 ədəd 25 qramlıq belamur balığı, 6.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan mü ddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 2 il ərzində proteini 23% olan (2 il x 180.000=) 216.000kq yem verilərsə, 30.000 ədəd 25 qramlıq çəki balığına 1 ilə təxminən 6% təbii ölüm tətbiq edildikdə, həmin (30.000 – 6% - 6%=) 26.508 ədəd çəki balığının ümumi çəkisi 2 ilə təxminən 39.762 kq olar. Həmçinin (4.000 – 6% - 6%=) 3.534 ədəd belamur balığının ümumi çəkisi 2 ilə təxminən (6.000 – 6% - 6%) 5.301 ədəd xanı balığının ümumi çəkisi 2 ilə təxminən 7.951 kq olar. 2.000 kiloqram damazlıq balığa 2 il ərzində proteini 23% olan (1.000 ədəd balıq x 24 kq=) 24.000 kq. yem verilərsə, 1 ilə təxminən 6% təbii ölüm tətbiq edildikdə (1.000 – 6% - 6%=) 883 ədəd həmin damazlıq balıqların ümumi çəkisi 2 ilə təxminən 3.532 kq olar. Dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara 2017-ci ildə 30.000 ədəd 25 qramlıq çəki balığı, 4.000 ədəd 25 qramlıq belamur balığı, 6.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 2 il ərzində proteini 23% olan (2 il x 180.000 kq=) 216.000 kq yem sərf olunar. 2.000 kq damazlıq balığa 2 il ərzində proteini 23% olan (1.000 ədəd balıq x 24 kq=) 24.000 kq yem sərf olunar. Dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara 2018-ci ildə 60.000 ədəd 25 qramlıq çəki balığı, 8.000 ədəd 25 qramlıq belamur balığı, 12.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 1 il ərzində protei ni 23% olan 216.000 kq yem verilərsə, 60.000 ədəd 25 qramlıq çəki balığına 1 ilə təxminən 6% təbii ölüm tətbiq edildikdə, həmin 56.400 ədəd çəki balığının ümumi çəkisi 1 ilə təxminən 42.300 kq olar. Həmçinin (8.000 – 6%=) 7.520 ədəd belamur balığlnın ümumi çəkisi 1 ilə təxminən 5.640 kq, (12.000 – 6%=) 11.280 ədəd xanı balığının ümumi çəkisi 1 ilə təxminən 8.460 kq olar. Balıqların ümumi dəyəri və onlara sərf edilməli olan yemlərin ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - çəki balığının ümumi çəkisi 2 ilə təxminən 39.762 kq x 5 manat = 198.810 manat; - belamur balığının ümumi çəkisi 2 ilə təxminən 5.301 kq x 5 manat = 26.505 manat; - xanı balığının ümumi çəkisi 2 ilə təxminən 7.951 kq x 4,5 manat = 35.779,50 manat; - 883 ədəd damazlıq balıqların ümumi çəkisi 2 ilə təxminən 3.532 kq x 5 = 17.660 manat. Ümumilikdə 278 754,50 manat. - 2 il ərzində proteini 23% olan (2 il x 108.000 kq yem) x 1 man = 216 000 manat; - 2.000 kiloqram damazlıq balığa 2 il ərzində proteini 23 % olan (1.000 ədəd balıq x 24 kq yem) x 1 manat = 24.000 manat. Ümumilikdə 240 000 manat. - çəki balığının ümumi çəkisi 1 ilə təxminən 42.300 kq x 5 manat = 211.500 manat; - belamur balığının ümumi çəkisi 1 ilə təxminən 5.640 kq x 5 manat = 28.200 manat; - xanı balığının ümumi çəkisi 1 ilə təxminən 8.460 kq x 4,5 manat = 38.070 manat. Ümumilikdə 277.770 manat. 1 il ərzində proteini 23 % olan 216 000 kq. yem x 1 = 216.000 manat.
114. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, balıq təsərrüfatının fəaliyyət göstərməsi üçün əlavə xərclər tələb olunur: balıqların sututara buraxılmas ı, mühafizə xidməti, yemləmə işləri, işıqlandırma, satış üçün sonda balıqların tutulması və sair.
115. Əvvəlki icraatda apellyasiya instansiyası məhkəməsi bu kontekstdə ekspert rəyini (rəydə 3-cü və 5-ci suallara əmtəəşünaslıq ekspertinin verdiyi cavabları) işdəki digər sübutlarla birgə qiymətləndirərək hesab etmişdir ki, iddiaçıya məxsus olmuş sututardakı (göldəki) balıqların məhv olmasına görə iddiaçıya (278.754,5 + 277.770=) 556.524,5 manat məbləğində maddi ziyan dəydiyi qənaətinə gəlmək mümkündür.
116. Bununla belə apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus göldə olan balıqların yemlənməsi üçün 2 il ərzində ümumilikdə 456.000 manat xərcləndiyi barədə ekspertin gəldiyi nəticəni əsaslı hesab etməmiş; belə ki, iddiaçının özünün təqdim etdiyi sənədlərlə həmin məbləğin cəmi 37.500 manat təşkil etdiyi müəyyən olunmuşdur.
117. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsinin əsaslılığını yoxlamış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin məhkəmə öz yekun aktında gəldiyi nəticəni təkrar apellyasiya baxışı zamanı əldə olunmuş xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə əsaslandırmış, həmin rəylə iddiaçıya məxsus olmuş sututardakı (göldəki) balıqların məhv olmasına görə ona (278.754,50 + 277.770=) 556.524,50 manat məbləğində ziyan dəyməsi barədə gəlinən nəticə hissədə razılaşdığı halda, eyni rəydə ekspertin mərhum iddiaçıya məxsus göldə olan balıqların yemlənməsi üçün 2 il ərzində ümumilikd ə 456.000 manat xərcləndiyinə dair gəldiyi nəticəni əsaslı hesab etməmiş, bu qənaətini iddiaçı tərəfin təqdim etdiyi sənədlərlə həmin məbləğin cəmi 37.500 manat təşkil etməsi ilə əsaslandırmış, habelə, 37.500 manat məbləğdə xərci 556.524,50 manat gəlirdən çıxmalı olduğu halda, hər iki məbləği toplamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mötəbər sübut növü kimi istinad etdiyi ekspert rəyinin iddiaçının lehinə olan hissəsini müzakirəsiz qəbul etmiş, sonuncunun əleyhinə olan hissəsini isə sırf iddiaçı tərəfin mülahizəsinə dayanaraq rədd etmiş, bu qiymətləndirmə ilə də açıq ziddiyyətə düşmüşdür. Halbuki, apellyasiya instansiyası məhkəməsi çəkişmə prinsipinə riayət etməklə, tərəflərin iştirakı ilə qeyd edilən hallar üzrə lazımi araşdırma apararaq, işdəki sübutlara və tərəflər in dəlillərinə əsaslandırılmış şəkildə qiymət verməli, prosessual qanunvericiliyə əsasən qəbul etdiyi qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı idi.
118. Təkrar apellyasiya baxışı zamanı cavabdeh Şirkətin nümayəndəsi Vəkil3 vəsatətlə Məhkəməyə müraciət edərək, əlavə əmtəəşünaslıq və bioloji ekspertizalar təyin edilməsini Məhkəmədən xahiş etmişdir.
119. Vəsatət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyasının mövqeyinə görə balıqların yemlənməsi üçün xərclər balıqların dəyərindən çıxılmalı idi. İddiaçı tərəf məhkəməyə balıqların yemlənməsi ilə bağlı olaraq saxtalaşdırılmış, yəni arxa tarixli tərtib edilmiş sənəd (062684 №-li qaimə) təqdim etmişdir. Həmin saxtalaşdırılmış sənəd iddiaçı tərəfindən guya buğda alışını təsdiq edir. Həmçinin iş materiallarında olan 827151 №-li qaiməyə görə iddiaçı xx.xx.2018-ci il tarixdə 30.000 kq taxıl almışdır. Lakin alınan buğdanın təyinatının məhz balıq yemi kimi istifadə olunması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Qeyd edilən hal 30.000 kq taxılın qəti olaraq sututarda saxlanılan balıqların yemlənməsi üçün istifadə olunduğunu müəyyən etmir. Taxılın kənd təsərrüfatında çox təyinatlı istifadə oluna bilməsi məlumdur. Hazırkı iş üzrə obyektiv araşdırılmanın təmin edilməsi, işin tam və hərtərəfli araşdırılması üçün iş üzrə əlavə əmtəəşünaslıq və bioloji ekspertizalar təyin edilməlidir.
120. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları əsas götürməklə, cavabdeh tərəfin vəsatətini nəzərə alaraq, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıl ması məqsədi ilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki, əmtəəşünaslıq, bioloji və mühasibatlıq ekspertizaları təyin edilmiş, ekspertizaların keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
121. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/95457/1910 nömrəli ekspert rəyi ilə aşağıdakı nəticələrə gəlinmişdir: “Dərinliyi 3 metrdən yuxarı olmaq şərti ilə tədqiqat obyekti olan sututara 2017-ci ildə 30.000 ədəd 25 qramlıq çəki balığı, 4.000 ədəd 25 qramlıq belamur balığı, 6.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 2 il ərzində proteini 23 % olan (2 il x 108000 kq=) 216000kq yem verilərsə, 30.000 ədəd 25 qramlıq çəki balığına 1 ilə təxminən 6 % təbii ölüm tətbiq edildikdə, həmin (30.000-6%-6%=) 26.508 ədəd çəki balığının ümumi çəkisi 2 ilə təxminən 39.762 kq olar. Həmçinin (4000-6%-6%=) 3.534 ədəd belamur balığının ümumi çəkisi 2 ilə təxminən 5.301 kq, (6.000-6%-6%) 5.301 ədəd xanı balığının ümumi çəkisi 2 ilə təxminən 7.951 kq olar. 2.000 kq damazlıq balığa 2 il ərzində proteini 23 % olan (1000 ədəd balıq x 24 kq=) 24.000 kq yem verilərsə, 1 ilə təxminən 6 % təbii ölüm tətbiq edildikdə (1000-6%-6%=) 883 ədəd həmin damazlıq balıqların ümumi çəkisi 2 ilə təxminən 3.532 kq olar. Dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara 2017-ci ildə 30.000 ədəd 25 qramlıq çəki balığı, 4.000 ədəd 25 qramlıq belamur balığı, 6.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 2 il ərzində proteini 23 % olan (2 il x 108.000 kq=) 216.000 kq yem sərf olunar. 2.000 kq damazlıq balığa 2 il ərzində proteini 23 % olan (1000 ədəd balıq x 24 kq) 24.000 kq yem sərf olunar. Dərinliyi 3 metrdən yuxarı olduğu təqdirdə tədqiqat obyekti olan sututara 2018-ci ildə 60.000 ədəd 25 qramlıq çəki balığı, 8.000 ədəd 25 qramlıq belamur balığı, 12.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 1 il ərzində proteini 23 % olan 216.000 kq yem verilərsə, 60.000 ədəd 25 qramlıq çəki balığına 1 ilə təxminən 6 % təbii ölüm tətbiq edildikdə, həmin (60.000-6%=) 56.400 ə dəd çəki balığının ümumi çəkisi 1 ilə təxminən 42.300 kq olar. Həmçinin (8.000-6%=) 7.520 ədəd belamur balığının ümumi çəkisi 1 ilə təxminən 5.640 kq, (12.000-6%=) 11.280 ədəd xanı balığının ümumi çəkisi 1 ilə təxminən 8.460 kq olar. Dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara 2018-ci ildə 60.000 ədəd 25 qramlıq çəki balığı, 8.000 ədəd 25 qramlıq belamur balığı, 12.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə lazımi qaydada qulluq olunduğu təqdirdə, yəni 1 il ərzində proteini 23 % olan 216.000 kq yem sərf edilər. Dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara xx.xx.2018-ci il tarixində (5.000 ədəd x 25 qram=) 125 kq balıq körpəsi alınıb buraxılarsa, həmin balıqların xx.xx.2019-cu il tarixə təbii qidalanma ilə 1 hektar ərazidə ümumi çəkisi təxminən 250 kq ola bilərdi. Balıq körpələri erkən yaşda zooplanktonla qidalanır, 5-10 santimetrə çatdıqda isə ancaq fitoplanktonla qidalanmağa başlayır və bu mərhələdə balıqların qəlsəmə qövslərində fitoplanktonu süzən aparat formalaşır. Məsələn: 25 q kütləyə malik olan balıq 1 saatda 32 litr suyu 1.300 mq yosunu filtrdən keçirdir. Dərinliyi 3 metrdən yuxarı olduğu təqdirdə tədqiqat obyekti olan sututara 2018-ci ildə 60.000 ədəd 25 qramlıq çəki balığı, 8.000 ədəd 25 qramlıq belamur balığı, 12.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı buraxılarsa və həmin balıqlara xx.xx.2019-cu il tarixə qədər olan müddətdə yalnız buğda (xx.xx.2018-ci il tarixdən yemlənmə başlamaqla) və təbii qidalanma ilə, yəni 1 il ərzində 480 000 kq yem verilərsə, 60000 ədəd 25 qramlıq çəki balığına 1 ilə təxminən 6 % təbii ölüm tətbiq edildikdə, həmin (60.000-6%=) 56.400 ədəd çəki balığının ümumi çəkisi 1 ilə təxminən 56.400 kq olar. Həmçinin (8.000-6%=) 7.520 ədəd belamur balığının ümumi çəkisi 1 ilə təxminən 7.520 kq, (12.000-6%=) 11.280 ədəd xanı balığının ümumi çəkisi 1 ilə təxminən 11.280 kq olar.
122. Rəyin bioloji tədqiqat hissəsində göstərilənlərdən istifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda qeyd edilən balıqların ümumi dəyəri və onlara sərf edilməli olan yemlərin ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - çəki balığının ümumi çəkisi 2 ilə təxminən 39.762 kq x 5 manat = 198.810 manat; - belamur balığının ümumi çəkisi 2 ilə təxminən 5.301 kq x 5 manat = 26.505 manat; - xanı balı ğının ümumi çəkisi 2 ilə təxminən 7.951 kq x 4,5 manat = 35.779 manat; - 883 ədəd damazlıq balıqların ümumi çəkisi 2 ilə təxminən 3.532 kq x 5 manat = 17.660 manat. Ümumilikdə 278.754,50 manat. - 2 il ərzində proteini 23% olan 216.000 kq (2 il x 108 000) yem x 1 man = 216.000 manat; - 2.000 kiloqram damazlıq balığa 2 il ərzində proteini 23 % olan 24.000 kq. (1000 ədəd balıq x 24 kq) yem x 1 manat = 24.000 manat. Ümumilikdə 240.000 manat. - çəki balığının ümumi çəkisi 1 ilə təxminən 42.300 kq x 5 manat = 211.500 manat; - belamur balığının ümumi çəkisi 1 ilə təxminən 5.640 kq x 5 manat = 28.200 manat; - Xanı balığının ümumi çəkisi 1 ilə təxminən 8.460 kq x 4,5 manat = 38.070 manat. Ümumilikdə 277.770 manat. 1 il ərzində proteini 23 % olan 216.000 kq. yem x 1 manat = 216.000 manat. Bioloji tə dqiqatın nəticələri və yuxarıda göstərilənləri nəzərə alsaq, dərinliyi 3 metrdən yuxarı olduğu halda tədqiqat obyekti olan sututara xx.xx.2018-ci il tarixində (5.000 ədəd x 25 q=) 125 kq balıq körpəsi alınıb buraxılarsa, həmin balıqların xx.xx.2019cu il tarixə təbii qidalanma ilə onların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən (250 kq x 5 man=) 1.250 manat müəyyən olunar. - 1 il ərzində 480.000 kq yem verilərsə 480.000 kq x 0,45 man = 216.000 manat; - çəki balığının ümumi çəkisi 1 ilə təxminən 56.400 kq x 5 man = 282.000 manat; - belamur balığının ümumi çəkisi 1 ilə təxminən 7.520 kq x 5 man = 37.600 manat; - xanı balığının ümumi çəkisi 1 ilə təxminən 11.280 kq x 4,5 man = 50.760 manat. - Qeyd edilən 23.760 ədəd çəki, 1.782 ədəd qalınalın (tolstolob), 1.188 ədəd ağ amur (belamur) növü balıqların çəkisi məlum olmadığından həmin balıqlar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Qeyd: Balıq təsərrüfatının fəaliyyət göstərməsi üçün əlavə xərclər tələb olunur: balıqların sututara (gölə) buraxılması, mühafizə xidməti, yemləmə işləri, işıqlandırma, satış üçün sonda balıqların tutulması və sair.”
123. Rəydə həmçinin qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış tədqiqatda qeyd olunanlara əsasən, yəni ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmədiyindən məhkəmə-mühasibat ekspertizası üzrə də ekspert qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmadı. O cümlədən qeyd edilir ki, bioloji və əmtəəşünaslıq ekspertizaları üzrə aparılmış tədqiqatın nəticəsi isə xx.xx.2025-ci il tarixli, 9/9545-7/1910 nömrəli rəydə öz əksini tapmışdır.
124. Məhkəmə işdə olan sübutları tədqiq edərək belə qənaətə gəlmişdir ki, hazırkı iddia üzrə sübutetmə yükü birbaşa iddiaçıya aid olduğundan, iddiaçı iddia edilən maddi ziyanın məbləğini dəqiq müəyyən etməyə imkan verən yetərli sübutları təqdim etmədiyindən, vurulmuş maddi ziyanın məbləği Məhkəmə tərəfindən konkret hallar və təqdim edilmiş məlumatlar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.
125. Belə ki, ağlabatan əvəzin ödənilməsi ilk növbədə pozulmuş hüququn bərpasına imkan yaratmış olur. Digər tərəfdən Məhkəmə ağlabatanlıqla ehtimal edilən hüququ təmin edərkən ziyanın obyekti olan balıqların canlı olması və lazımi qaydada qulluq göstərilmədiyi təqdirdə təbii ölümə də məruz qala bilmələri ehtimalını, cavabdehin təqsirinin ehtiyatsızlıq (etinasızlıq) formasında özünü göstərməsini, iddiaçı üçün riskin dərəcəsi, cavabdehin maddi vəziyyəti kimi faktorları nəzərə almağı əhəmiyyətli hesab edir.
126. Bu baxımdan Məhkəmə yuxarıda göstərilənləri, o cümlədən yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğin 100.000 manat müəyyən edilməsi ədalətli və ağlabatandır.
127. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
128. İddiaçı Eyubova M ı̇ nəvər Bədəl qızının hüquqi varisi X12 (Vəkil4) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-305/2023, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək cavabdehdən ziyan qismində 556.524,5 manat pulun iddiaçıya ödənilməsi, eləcə də iş üzrə məhkəmə xərclərinin cavabdehə aid edilməsi barədə yeni qərar qəbul edilməsi, mümkün olmadığı halda, ziyanın tam həcmini müəyyən edən sübutların yenidən qiymətləndirilməsi üçün göstərişlərlə Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
129. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ranqelov Almaniyaya qarşı iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 22 mart 2012-ci il tarixli qərarına əsasən delikt üzrə ziyanın “ağlabatan” həcmdə təmin edilməsi məhkəmə təcrübəsində yoxdursa, deməli ta m həcmdə və ya iddiaçını qane edən səviyyədə təmin edilməlidir. Hazırkı mübahisə üzrə iddiaçıya fərqli münasibət bəslənməsi Avropa hüququ üzrə ayrı seçkilikdir, məhkəməyə və ədalətli məhkəmə araşdırmasına etimad hüququnun pozulmasıdır.
130. Zərərin tam ödənilməsi prinsipinə mütləq qaydada əməl olunması yuxarı instansiya məhkəməsinin 2(102)-1478/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının 10 və 19-cu paraqraflarında göstəriş olaraq aydın əks etdirilmişdir Azərbaycan Respublikası Mülki qanunvericiliyində “ağlabatanlıq” yalnız müddətlərə və kompensasiyalara münasibətdə tətbiq edilmişdir, hazırkı iddiaya heç bir halda bu aid edilə bilməz. Qanunverici Azərbaycan Respublikası MM-in 21.1 və 1097.1 maddələrinin tətbiqində “ağlabatanlıq” prinsipinin tətbiqini nəzərdə tutmamışdır. Zərərin həcminin ağlabatanlıq əsasında 100.000 manat qiymətləndirilməsi ümumiyyətlə ədalətli hesab edilə bilməz. Mübahisə edilən qərarda məhkəmə tərkibi tərəfindən qeyd edilmişdir ki, ilkin işə başlayarkən İddiaçı tərəfindən 100.000 manat, təsərrüfatda işləri aparan Maraqlı şəxs tərəfindən 50.000 manat xərc qoyulmuş, azı 230.000 manatlıq buğda, saman və peyin alınmış, damazlıq balıq və körpələrinə alınmasına xərclər çəkilmiş, 3 illik zəhmət qoyulmuş, məhkəmə bunun qarşılığında 100.000 manatı “ağlabatan” və “ədalətli” hesab etmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin maddi ziyanın məbləğini dəqiq müəyyən etməyə imkan verən yetərli sübutların olmaması(56-cı bənd) arqumenti tamamilə əsassızdır. Çünki, iddiaçı tərəfindən 5.25 ha torpaq sahəsinin ona məxsus olması, bu sahədə dərinliyi 3 metr olan sutu tarın yaradıldığını, bu sututara 2017-ci ildə 30.000 ədəd 25 qramlıq çəki balığı, 4000 ədəd 25 qramlıq belamur balığı, 6000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı, 2018-ci ildə 60.000 ədəd 25 qramlıq çəki balığı, 8000 ədəd 25 qramlıq belamur balığı, 12.000 ədəd 25 qramlıq xanı (tolstolob) balığı və 2000 kq-lıq damazlıq balıq alıb buraxmasına dair sübutlar (qaimələr), bunu təsdiq edən videogörüntülər məhkəməyə təqdim edilmişdir. Bundan başqa həmin balıqları Neftçaladan daşıyan sürücü ifadə verərək bunları təsdiq etmiş, nəqliyyat xərcləri olaraq hər reysə görə 450 manat aldığını bildirmişdir. Eyni zamanda, məhkəmə baxışında müəyyən edilmişdir ki, həmin sututarda olan balıqların yemlənməsi üçün iddiaçının özünə məxsus taxıl sahələrindən 300 ton buğdanın ayrılaraq balıqların yemlənməsinə sə rf edilmişdir. Bunu təsdiq edən sənədləşmə ona görə aparılmamışdır ki, buna ehtiyac olmamışdır. İddiaçı kənd təsərrüfatı məhsullarının (taxıl, balıq) istehsalı ilə məşğul olduğu və bu fəaliyyət vergiyə cəlb olunmadığı üçün belə sənədləşmələrə lüzum qalmamışdır. Təkcə həmin həcmdə buğdanın dəyəri (onun kisələrdə hissə-hissə suda şişirdilib daşınması üçün əmək tutumu nəzərə alınmadan) 150.000 manatdan artıqdır. İş üzrə keçirilmiş ekspertizalar elmi əsaslarla ziyanın məbləğini qismən də olsa, müəyyən etmişdir.
131. Kompleks ekspertizanın əmtəəşünaslıq hissəsi üzrə 6-7 il bundan əvvəlin topdansatış qiymətləri ilə çəki və belomor balığının kiloqramını 5 manatdan, xanı balığının kiloqramını 4.5 manatdan hesablamışlar. Hazırda qeyd edilən balıq növlərinin 1 kiloqramının topdansatış qiymətləri 7-8 manatdan aşağı deyil. Apellyatsiya instansiyasının “ağlabatan”lıq yanaşmasına əsasən həmin göldə olan balıqların 1 kiloqramının dəyəri 88.5 qəpik qiymətinə hesablanmışdır. Belə qiymətə balıq olmaması hamıya bəlli olan faktdır və əlavə sübuta ehtiyacı yoxdur. Belə ağlabatanlıq prosessual qənaət prinsipinin pozulmasıdır.
132. İş üzrə ifadəsi alınan Maraqlı şəxs xalasına məxsus taxıl sahələrindən 300 ton taxılın ayrılaraq 2 il ərzində sututarında olan balıqların yemlənməsinə sərf olunmasını, əlavə olaraq balıqlara 30-40 tona yaxın yem alınmış, həmçinin peyin və saman da verilmişdir. Nədənsə, Maraqlı şəxs ifadəsi tam həcmdə qərarda göstərilməmişdir. (dindirmənin audio-video yazısına baxmaq kifayətdir.) Maraqlı şəxs həmin izahlarına cavabdeh tərəf qarşı arqument və ya etiraz təqdim etməmişdir (xx.xx.2025-ci il tarixli məhkəmə iclas protokolu və audio-video yazı). Bakı Apellyasiya Məhkəməsində sübut əhəmiyyəti daşıyan bu izahatların nə üçün nəzərə alınmaması əsaslandırılmamış, əksinə, kənardan alınmış 30-40 ton buğdanın başqa kənd təsərrüfatı ehtiyacları üçün istifadə oluna bilməsi ehtimalları önə çəkilmişdir. Məhkəmənin işin faktiki hallarına deyil həmin ehtimallara önəm verməsi ümumiyyətlə, məntiqli deyildir, çünki həmin qətnamələrdə İddiaçı özünün taxıl əkin sahələri olması xüsusi vurğulanmışdır. Özü taxıl əkən şəxsin kənardan taxıl alması “ağlabatan” və məntiqli hesab edilə bilməz.
133. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmamış, Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun tam əsaslandırılmamışdır.
134. Barəsində kassasiya şikayəti verilən qətnamədə zərərin tam həcmdə ödənilməsinə dair maddi hüquq normasına əməl edilməməsi və bunun əsaslandırılmaması, eləcə də “ağlabatanlıq” prinsipinin əsaslandırılmamasıməhkəmə təcrübəsinin vahidliyini pozur. Delikt üzrə verilən iddiaların “ağlabatalıq” prinsipinə əsasən həll edilməsi məhkəmə praktikasında (təçrübəsində) mövcud deyildir.
135. Delikt nəticəsində iddiaçıya dəymiş ziyan hesablanarkən 556.524,5 manat məbləğində son məhsulun dəyərindən bu məhsulun əldə olunması üçün çəkilən xərclər nə toplanmalı, nə də çıxılmalıdır. Əmtənin müəyyən olunmuş qiymətinin kalkulyasiyasında həm yem xərcləri, həm əmək tutumu, həm damazlıq balıq və körpələrinin əldə olunması xərcləri, həm də digər xərclər mövcuddur ki, bunlar heç bir zaman mübahisə predmeti ola bilməz, mübahisə üzrə əhəmiyyət daşımadığından iddiaçı bu xərcləri sübut etməli deyil. Balıq təsərrüfatı ziyanla da işləyə bilərdi. Bu o demək deyil ki, cavabdeh əsassız və ya özünü doğrultmamış istehsal xərclərini ödəməlidir. Hazırkı iddia üzrə iddiaçı yalnız yetişdirdiyi son məhsulun ümumi dəyərini tələb edir. Xərclərin olması həmin iddiada balıqçılıq təsərrüfatının mövcud olması faktını təsdiq edən dəlillərdən biridir.
136. Son apellyasiya baxışının nəticəsi olaraq məhkəmə tərkibi ziyanın hesablanması ilə əlaqədar iş üzrə əldə olunmuş və elmi əsaslandırılmış sübutları, sənədləri, ekspert rəylərini, şahid ifadələrini tamamilə kənara qoyaraq, heç nə ilə əsaslanmayan “ağlabatan” məfhumu ilə zərəri qiymətləndirm iş, lakin bu qənaəti əsaslandırmağa cəhd göstərməmişdir.
137. Azərbaycan Respublikası mülki qanunvericiliyində “ağlabatanlıq” yalnız müddətlərə və kompensasiyalara münasibətdə tətbiq edilmişdir, hazırkı iddiaya (deliktlə vurulmuş ziyana) heç bir halda bu aid edilə bilməz.
138. İş üzrə ifadəsi alınan Maraqlı şəxs xalasına məxsus taxıl sahələrindən 300 ton taxılın ayrılaraq 2 il ərzində sututarında olan balıqların yemlənməsinə sərf olunmasını, əlavə olaraq balıqlara 30-40 tona yaxın yem alınmış, həmçinin peyin və saman da verilmişdir. Nədənsə, Maraqlı şəxs ifadəsi tam həcmdə qərarda göstərilməmişdir.
139. Bakı Apellyasiya Məhkəməsində sübut əhəmiyyəti daşıyan bu izahatların nə üçün nəzərə alınmaması əsaslandırılmamış, əksinə, kənardan alınmış 30-40 ton buğdanın başqa kənd təsərrüfatı ehtiyac ları üçün istifadə oluna bilməsi ehtimalları önə çəkilmişdir. Məhkəmənin işin faktiki hallarına deyil həmin ehtimallara önəm verməsi ümumiyyətlə, məntiqli deyildir, çünki həmin qətnamələrdə İddiaçı özünün taxıləkin sahələri olması xüsusi vurğulanmışdır. Özü taxıləkən şəxsin kənardan taxılalması“ağlabatan” və məntiqli hesab edilə bilməz.
140. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 2(103)-305/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsində iddiaçının iddia edilən maddi ziyanın məbləğini dəqiq müəyyən etməyə imkan verən yetərli sübutları təqdim etməməsi göstərilmişdir (56-cı bənd). Bu arqument tamamilə əsassızdır. Çünki, iddiaçı tərəfindən 5.25 ha torpaq sahəsinin ona məxsus olması, bu sahədə dərinliyi 3 metr olan sututarın yaradıldığını, bu sututara balıq alınıb buraxmasına dair sübutla r (qaimələr), bunu təsdiq edən videogörüntülər məhkəməyə təqdim edilmişdir.
141. Həmin balıqları və körpələrini Neftçaladan daşıyan sürücü ifadə verərək bunları təsdiq etmiş, nəqliyyat xərcləri olaraq hər reysə görə 450 manat aldığını bildirmişdir. Eyni zamanda, məhkəmə baxışında müəyyən edilmişdir ki, həmin sututarda olan balıqların yemlənməsi üçün iddiaçının özünə məxsus taxıl sahələrindən 300 ton buğdanın ayrılaraq balıqların yemlənməsinə sərf edilmişdir. Bunu təsdiq edən sənədləşmə ona görə aparılmamışdır ki, buna ehtiyac olmamışdır. İddiaçı kənd təsərrüfatı məhsullarının (taxıl, balıq) istehsalı ilə məşğul olduğu və bu fəaliyyət vergiyə cəlb olunmadığı üçün belə sənədləşmələrə lüzum qalmamışdır. Təkcə həmin həcmdə buğdanın dəyəri (onun kisələrdə hissə-hissə suda şişirdilib daşınması ü çün əmək tutumu nəzərə alınmadan) 150.000,0 manatdan artıqdır. 5 ha-lıq sututara gündəlik 8-10 kisə buğda səpilməsisadə riyaziyyatla bunu ağlabatan edir.
142. İddiaçı tərəfindən tamamilə dağılmış təsərrüfatın bərpa olunması üçün tikinti şirkəti adından mütəxəssis-mühəndis tərəfindən təqdim olunmuş 42006,8 manat dəyərində smeta sənədi təqdim olunmuşdur. Və ən nəhayət iş üzrə 3 dəfə kompleks məhkəmə bioloji, əmtəşünaslıq və tikinti-texniki ekspertizaları təyin edilmişdir. Bioloji ekspertizanın rəylərinə əsasən təbii ölümlər (6 faiz) nəzərə alınmaqla həmin göldə dağılma gününədək 2017-ci ildə buraxılan balıqlara münasibətdə 56546 kiloqram, 2018-ci ldə buraxılan balıqlara münasibətdə 56400 kiloqram olmaqla, cəmi 112946 kiloqram balıq olması elmi əsaslarla və mülki işin materialları ilə müəyyən edilmişdir. Ekspert rəyi ilə tanış olduqda həmin balıqçılıq təsərrüfatında olan şərait nəzərə alınmaqla, hər bir balığın ildə 700 qram artması müəyyən edilmişdir ki, bu da tamamilə ağlabatandır. 143. “Cavabdehin maddi vəziyyəti faktoru”na məhkəmənin əsaslanması tamamilə yanlışdır. Çünki, cavabdehin təkcə Azərbaycan Respublikasında mülkiyyətində olan əmlakların dəyəri 100 milyonlarladır, eyni zamanda yerinə yetirdiyi podrat işlərindən əldə etdiyi illik xalis gəlir (mənfət) iddia məbləğindən onlarla dəfə artıqdır. Məhkəmənin belə “faktora” əsaslanması anlaşılan deyil. Bakı Apellyasiya Məhkəməsi cavabdehin delikt nəticəsində vurduğu ziyanı qanunsuz olaraq “ağlabatanlıq” prinsipi ilə müəyyən edəcəkdisə, həmin instansiyada son araşdırma zamanı cavabdehin vəsatəti ilə onun təqdim etdiyi suall ar əsasında kompleks məhkəmə texniki-bioloji və əmtəşünaslıq ekspertizası keçirməyə hansı zərurət var idi?
144. Məhkəmə xx.xx.2024-cü il tarixli qərardadında cavabdehin vəsatətini təmin edərək göstərir ki: “iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılması məqsədi ilə məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh tərəfin əsas götürdükləri halların və xüsusatların araşdırılması iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisənin obyektiv həlli üçün vacibdir. Lakin həmin halların və xüsusatların araşdırılması üçün xüsusi bilik tələb olunur, amma məhkəmə bu kimi biliyə malik deyil.” Rəy məhkəməyə daxil olduqdan sonra isə məhkəmə bu rəyi kənara qoyub cavabdehin razı qalması üçün “ağlabatanlıq” prinsipinə əsaslanmışdır. Kompleks ekspertizanın əmtəşünaslıq hissəsi üzrə 6-7 il bundan əvvəlin topdansatış qiymətləri ilə çəki və belomor balığının kiloqramını 5 manatdan, xanı balığının kiloqramını 4.5 manatdan hesablamışlar. Hazırda qeyd edilən balıq növlərinin 1 kiloqramının topdansatış qiymətləri 7-8 manatdan aşağı deyil. Apellyatsiya instansiyasının “ağlabatan”lıq yanaşmasına əsasən həmin göldə olan balıqların 1 kiloqramının dəyəri 88.5 qəpik qiymətinə hesablanmışdır. Hesab edirlər ki, belə qiymətə balıq olmaması hamıya bəlli olan faktdır və əlavə sübuta ehtiyacı yoxdur.
145. Beləliklə, delikt faktının mövcudluğundan əlavə: - iddiaçı tərəfindən 5.25 ha torpaq sahəsinin ona məxsus olması, - həmin sahədə dərinliyi 3 metr olan sututarın yaradıldığı, - sututara 2017-ci ildə 30 000 ədəd 25 qramlıq çəki balığı, 4000 ədəd 25 qramlıq belamur balığı, 6000 ədəd 25 qramlıq xanı (t olstolob) balığı, 2018-ci ildə 60 000 ədəd 25 qramlıq çəki balığı, 8000 ədəd 25 qramlıq belamur balığı, 12 000 ədəd 25 qramlıq xanı (tolstolob) balığ və 2000 kq-lıq damazlıq balıq alıb buraxması, - həmin sututarda olan balıqların yemlənməsi üçün iddiaçının özünə məxsus taxıl sahələrindən 300 ton buğdanın ayrılaraq balıqların yemlənməsinə sərf edilməsi, - sututarın dağılma gününə orada cəmi 112946 kiloqram balıq olması, - ziyanın tam həcminin müəyyən olunması üçün sübutların kifayət etməsi işin mübahisəsiz hallarıdır. Həmin hallar məhkəmə tərəfindən doğru qiymətləndirilməmiş, nəticədə maddi və prosessual normaların pozulması ilə ədalətsiz qətnamə qəbuledilmişdir.
146. Kassasiya şikayəti əsaslandırılarkən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 14, A zərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.1, 106.1, 106.2, 217-ci maddələrinə, “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli Qərarına istinad edilmişdir.
147. Cavabdeh (Vəkil5) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-305/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdi r.
148. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə şahid qismində ifadə verən Maraqlı şəxs məhkəməyə bildirmişdir ki, gölün qeydiyyatı olmayıb, göl balıq saxlamaq üçün nəzərdə tutulmayıb, özü dəfələrlə ərazidə olan su axınlarına müdaxilələr edib. Lakin apellyasiya instansiyasıməhkəməsi zərərçəkənin bu davranışına (öz razılığı, təhriki və s. olub-olmamasını) hüquqi qiymət verməmişdir.
149. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1108-ci maddəsini düzgün tətbiq etməmiş, bu maddənin Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş hüquqi məzmununu nəzərə almadan qərar qəbul etmişdir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən, “yüksək təhlükə mənbəyinin sahibi” yalnız o halda təqsirsiz məsuliyyət daşıyır ki, zərər bilavasi tə həmin mənbənin onun nəzarətində olduğu və təhlükəli xüsusiyyətindən doğduğu hallarda baş versin. Əgər zərər: üçüncü şəxslərin (subpodratçıların və ya digər icraçıların) qanunsuz və ya səhlənkar hərəkətləri nəticəsində, yaxud qarşısıalınmaz təbii qüvvə (güclü yağış, sel və s.) nəticəsində baş vermişdirsə, onda Mülki Məcəllənin 1108.1 və 1108.2 maddələrinə əsasən məsuliyyət istisna olunur. Hazırkı işdə baş vermiş hadisə (göl bəndinin dağılması) intensiv yağış və sel nəticəsində baş vermiş, bu hal qarşısıalınmaz qüvvə kimi qiymətləndirilməli idi.
150. Apellyasiya məhkəməsi işdə deliktin bütün elementlərinin mövcudluğunu düzgün təhlil etməmişdir. İddiaya baxıldıqda görmək olar ki, iddia tələbi mülki hüquq pozuntusu – yəni qanunsuz hərəkət nəticəsində zərərin vurulması – iddiasına əsaslanı r. MM 1096-cımaddənin tətbiqi üçün aşağıdakı əsas elementlər olmalıdır: (a) hüquqazidd əməl (qanun pozuntusu), (b) zərər, (c) səbəbli əlaqə, (d) təqsir (əgər qanunla konkret hal üçün təqsirsiz məsuliyyət nəzərdə tutulmayıbsa). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində isə bu elementlərin hamısı üzrə qiymətləndirmə aparılmayıb. Xüsusilə, cavabdehin hərəkətinin (və ya hərəkətsizliyinin) hüquqazidd olub-olmaması və onun zərərə səbəbiyyət verib-vermədiyi dolğun araşdırılmayıb. Əgər cavabdehin əməlində hüquq pozuntusu yox idisə (məsələn, hadisə bir təsadüf idisə və ya cavabdeh qanunun tələblərinə əməl etmişdisə), onda ümumiyyətlə delikt tərkibi yaranmır və iddia rədd olunmalıdır. Lakin məhkəmə bu barədə aydın nəticə ortaya qoymamışdır.
151. Hazırkı iş üzrə ilkin İddiaçı xx.xx.2023-cü i l tarixdə vəfat etmiş, xx.xx.2024-cü il tarixli Ali məhkəmə qərarında isə ona dəymiş mənəvi ziyan tanınmışdır. Ali məhkəmə öncəki məhkəmə təcrübəsini pozaraq mənəvi ziyanın təmin olunması qənaətinə gəlmiş və “mənəvi ziyanın təmin olunan hissəsini” Apellyasiya məhkəməsinin baxış predmetindən çıxarmışdır. Apellyasiya məhkəməsi vahid məhkəmə təcrübəsinin pozulması ilə razılaşmış hətta ona istinad edərək qərarın 26. bəndində qeyd etmişdir: “Məhkəmə bildirir ki, iddiaçı tələbi özü-özlüyündə əsaslıdır. Çünki iddiaçıya mənəvi zərərin vurulduğu müəyyən edilmişdirsə, deməli ona maddi ziyanın vurulduğu da müəyyən edilməlidir. Maddi ziyanın hansısa həcmi olmalıdır və ziyanın həcmini müəyyən etmək artıq məhkəmənin vəzifəsinə çevrilmişdir.” Bununla da, məhkəmə təcrübəsinin dəyişildiyi, lakin bəyan edil mədiyi, əsaslandırılmadığı halı yaranmış və gəlinən qənaət hüquqi müəyyənlik prinsipini pozmuşdur.
152. Apellyasiya məhkəməsi MM 21-in tələblərini düzgün qiymətləndirməyib. Belə ki, iddiaçı tərəfindən tələb edilən ziyan məbləğinin tam həcmdə və əsaslandırılmış şəkildə sübut olunması vacib idi. Əgər iddiaçının real zərəri və yaxud uğursuz faydası tam sübut edilməyibsə, məhkəmə 21-ci maddəyə uyğun olaraq iddianı tam təmin edə bilməzdi. Halbuki, qətnamədə iddiaçının xeyrinə müəyyən məbləğ təsdiqlənib, lakin bunun qanunla tələb olunan zərər anlayışına uyğunluğu şübhəlidir. Məsələn, iddiaçının tələb etdiyi məbləğin bir hissəsi heç bir sənədlə təsdiq olunmamış “gəlir itkisi” kimi göstərilə bilər, yaxud dəymiş ziyanın həcmi şişirdilmiş ola bilər.
153. İş materiallarında mövcud olan və mübahisənin həlli üçün mühüm əhəmiyyət daşıyan bir sıra sübutlar apellyasiya məhkəməsi tərəfindən diqqətdən kənarda qalıb. Məsələn, iddiaçı tərəfindən sübut kimi təqdim edilən ciddi uçot blankının çap tarixi ilə blankda göstərilən tarixlərin uyğunsuzluğu, buna dair Maliyyə Nazirliyinin arayışı, habelə iddiaçının sənədlərdə saxtalaşdırma hallarına yol verməsi barədə məlumatlar qətnamədə heç bir şəkildə nəzərə alınmamışdır. Eyni zamanda, iddiaçıya məxsus balıq gölünün qanunsuz fəaliyyət göstərməsi, inşa və istismar tələblərinə uyğun olmaması, ümumiyyətlə göldə balıq olması faktı və digər bu kimi hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş, bu məsələlər qətnamədə ümumiyyətlə müzakirə edilməmişdir.
154. Hər bir tərəf iddia və ya etirazlarının əsaslandığı halları sübut etməlidir. Yəni sübutetmə yü kü iddiaçı üçün öz iddiasını, cavabdeh üçün isə etirazlarını əsaslandıran faktları sübut etmək vəzifəsi kimi bölüşdürülür. Qətnamədən görünür ki, apellyasiya məhkəməsi bu prinsipə əməl etməmiş, sübutetmə yükünü düzgün bölüşdürməmişdir. Xüsusilə, iddiaçının sübut etməli olduğu məqamlar cavabdehin üzərinə qoyulmuş və ya əksinə. Məsələn, iddiaçı tərəfindən sübut edilməli olan zərər məbləği və yaxud cavabdehin təqsiri kimi halların yetərincə sübut olunmadığı halda, məhkəmə bunları araşdırmadan cavabdehin ziyanı ödəməli olduğu nəticəsinə gəlib. MPM 77.1-dəki tələbin pozulması həm də ədalətli məhkəmə araşdırması prinsiplərinə ziddir. Məsələn, iddiaçı iddia etdiyi ziyanın məbləğini əsaslandıran heç bir ekspertiza nəticəsi və ya dəqiq hesab təqdim etmədiyi halda, məhkəmə “zərərin miqdarını cavab deh təkzib etməyib” kimi yanlış bir məntiq yürüdüb. Halbuki, zərərin miqdarını sübut etmək iddiaçının öhdəliyidir (MPM 77.1). Bu cür yanaşma nəticəsində əsassız olaraq sübut edilməmiş məbləğlər təsdiqini tapıb. Əksinə, cavabdeh tərəfindən sübut edilmiş bəzi hallar (məsələn, hadisənin qarşısıalınmaz qüvvə nəticəsində baş verməsi və ya zərərçəkənin öz səhlənkarlığının olması) məhkəmə tərəfindən “cavabdeh bunu tam sübut edə bilməyib” deyərək rədd edilib, halbuki həmin hallar üzrə sübutetmə yükü dəqiqləşdirilməli idi (bəzi hallarda iddiaçının üzərinə düşən işləri cavabdehdən gözləmək düzgün deyil). Bu isə məhkəmənin sübutlara qiymət verməsində hüquqi səhvə yol verdiyini göstərir.
155. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin apellya siya instansiyası bu prinsipə zidd olaraq, tərəflərin təqdim etmədiyi hallara istinad etmiş və ya sübutetmə predmetinə aid olmayan mülahizələri qərarın əsasına almışdır. Belə ki, Ekspert rəyinə qərəzli yanaşılmışdı— iddiaçının xeyrinə olan hissəni müzakirəsiz qəbul edilmişdir, onun əleyhinə olan (yemləmə xərclərinin ümumən sənədlərlə təsdiq edilməməsi) hissəni isə sırf iddiaçı tərəfin mövqeyinə dayanaraq rədd etmişdir. Ali Məhkəmənin çəkişmə və sübutetmə barədə göstərişlərinin məzmununu (tərəflərin təqdim etdiyi sübutların hamısının bərabər və mübahisəli hissələrinin mütləq müzakirəsi) tələb olunan dərəcədə icra etməyib. Ali Məhkəmə göstərişində qeyd edir ki, apellyasiya məhkəməsi tərəflərin dəlillərinə əsaslanmalı, sübutları tərəflərin iştirakı ilə lazımi araşdırmalı və nəticəni bu araşdı rmanın məntiqi nəticəsi kimi əsaslandırmalıdır.
156. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 1096, 1097, 1108, Avropa İnsan Hüquqları Konvensiyasının 6, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 418, 420-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
157. İddiaçı X5 verdiyi kassasiya şikayətinə, cavabdeh "X17 Sanayi Ve Ticaret Anonim Şirketi" tərəfinden (Vəkil5) etiraz verilərək həmin kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
158. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
159. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
160. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
161. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmu ş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
162. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
163. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
164. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
165. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
166. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
167. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;
168. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosess ual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
169. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
170. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən e dilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
171. Hazırki kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətinə münasibətdə iddianın cavabdehdən ziyan qismində 556524,5 manat pulun alınıb iddiaçıya ödənilməsinə aid hissəsinin təmin edilməmiş hissəsində və cavabdehin kassasiya şikayətinə münasibətdə iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsini mövqeyi
172. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə n prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
173. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişlərini icra etmiş, yoxlanılan hissələr üzrə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətlərində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə yoxlanılan hissələrdə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
174. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri həmin hissələrdə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
175. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti ilə mübahisələndirilmiş, iddianın cavabdehdən ziyan qismində 556524,5 manat pulun alınıb iddiaçıya ödənilməsinə aid hissəsinin təmin edilməmiş hissəsində və cavabdehin kassasiya şikayətinə mü nasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
176. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Eyubova Mı̇ nəvər Bədəl qızının hüquqi varisi X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh “X17 Sanayi ve Ticaret” Anonim Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-305/2025 nömrəli, 1 avqust 2025-ci il tarixli qətnaməsi iddiaçının kassasiya şikayəti ilə mübahisələndirilmiş, iddianın cavabdehdən ziyan qismində 556524,5 manat pulun iddiaçıya ödənilməsinə aid hissəsinin təmin edilməmiş hissəsində və cavabdehin kassasiya şikayətinə münasibətdə iddian ın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.