Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3797/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli 2(103)-5259/2018 nömrəli qərardadından Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və X2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 4100,65 manat, cavabdeh X1 7317,6 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) 19 dekabr 2017-ci il tarixli, 2(001)-15392/2017 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv olunmasını, iddianın ona aid hissədə rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 iyun 2018-ci il tarixli, 2(103)-5259/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (Xəyalə Cəm ilova - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, İsmayıl Xəlilov) 06 sentyabr 2018-ci il tarixli, 2(103)5259/2018 saylı qərardadı ilə kassasiya şikayəti, ona vəkilin orderi əlavə edilməməsi və şikayətin vəkil tərəfindən imzalanmaması əsası ilə geri qaytarılmışdır. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 iyun 2018-ci il tarixli, 2(103)5259/2018 saylı qətnaməsindən yenidən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (Rafael Eyvazov - sədrlik edən və məruzəçi, hakimlər Vüqar Həsənov, Fuad Talışinski) 16 oktyabr 2018-ci il tarixli, 2(103)5259/2018 saylı qərardadı ilə kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülməklə verildiyindən və ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət əlavə edilmədiyindən geri qayt arılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli 2(103)-5259/2018 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən işin faktiki halları düzgün araşdırılmamış, maddi hüquq norması düzgün tətbiq edilməmiş, nəticə işin hallarına uyğun olmamışdır. Kassasiya şikayəti qanunla müəyyən edilmiş iki aylıq müddətin sonuna iki gün qalmış verilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi 16.10.2018-ci il tarixli qərardadla Cavabdeh1 kassasiya şikayətini geri qaytarmaqda haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflə r, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İşin materiallarında olan poçt qəbzindən (xəbərnamədən) görünür ki, qeyd olunan qətnamə 30.06.2018-ci il tarixdə Cavabdeh1 tərəfindən qəbul edilmiş, lakin cavabdehin qanunla müəyyən edilmiş qaydada tərtib edilmiş və lazımı sənədlər əlavə edilmiş kassasiya şikayəti 02.10.2018-ci il tarixdə (3 ay 02 gün sonra) rabitə orqanına təqdim edilmişdir. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqd im olunmadığından apellyasiya instansiya məhkəməsi haqlı olaraq, kassasiya şikayətini geri qaytarmışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, Cavabdeh1 kassasiya şikayətini müddətin bitməsinə 2 gün qalmış verdiyi kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və kassasiya şikayətinə vəkil orderi əlavə edilmədiyindən 06.09.2018-ci il tarixli qərardadla geri qaytarılmışdır. Vəkil tərəfindən imzalanmış və vəkil orderi əlavə edilmiş təkrar kassasiya şikayəti 02.10.20 18-ci il tarixdə verilərkən isə cavabdeh tərəfindən müddət buraxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəf qanunla müəyyən edilmiş qaydada tərtib edilmiş, zəruri sənədlər əlavə edilmiş kassasiya şikayətini müəyyən edilmiş müddətdə məhkəməyə təqdim etməlidir. Lazımi qaydada tərtib edilməmiş kassasiya şikayətinin vaxtında verilməsi və onun qaytarılması yol verilmiş nöqsanlar aradan qaldırılmaqla yeni kassasiya şikayəti verilərkən müddətin buraxılmamış hesab edilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Göründüyü kimi qanunverici hüquq və azadlıqların məhkəmə müdafiəsindən qanunvericiliklə müəyyən edilmiş qaydaya əməl olunmaqla istifadə edilməli olduğunu göstərmişdir. Qeyd olunan norma şəxsin məhkəməyə ərizə ilə müraciət etdiyi andan milli qanunvericiliklə müəyyən olunmuş qaydada sonuncu məhkəmə instansiyasına qədər həmin qaydaya əməl edilməli olduğunu qanunvericiliyin tələbi olaraq müəyyən etmişdir. Ona görə də istər birinci instansiya məhkəməsinə, apellyasiya və istərsə də kassasiya instansiya məhkəməsinə iddia ərizəsi, apellyasiya və kassasiya şikayətləri ilə müraciət olunarkən mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydaya əməl olunması hər bir fiziki və hüquqi şəxsin vəzifəsidir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardad ı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.10.2018-ci il tarixli 2(103)-5259/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3797/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3797/2019
10.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver