Məhkəmə qərarları › İş №2(102)-3797/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3797/2021

17.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3797/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı QƏRARİ iş № 2(102)-3797/21 (Açar sözlər: mülkiyyətin müdafiəsi, qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, ekspert rəyinin mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Cavabdeh1 Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(107)42/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qax rayonu Qarabaldır kəndində yerləşən 1.5371 ha torpaq sahəsi, Qax rayonu Şotavar kəndində yerləşən 1.1549 ha və 2.2659 ha torpaq sahələri hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarışlar əsasında İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, seriya RX № 1231390, seriya RX № ******* və seriya RX № ******* saylı çıxarışlara əsasən ona məxsus olan torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması və torpaq sahəsinin ölçülərək onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, seriya RX ******* saylı, seriya RX ******* saylı və seriya RX ******* saylı çıxarışlara əsasən onun mülkiyyətində olan torpaq sahələri bir ərazidə yerləşir. Qonşuluğunda torpaqları olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsinin hərəsi bir hissəsini qanunsu z olaraq zəbt edərək mənimsəmişlər. X4 hazırda rəhmətə getmişdir. X1 Çobanzadə atasından qalan torpaq sahəsini istifadə edir. O, cavabdehlərdən dəfələrlə torpaq sahəsindən çıxmasını xahiş etsə də, cavabdehlər ona məxsus torpaqdan çıxmırlar.

4. Cavabdehlər birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməmiş və bildirmişlər ki, iddiaçıya məxsus torpaq sahəsi zəbt etməmişlər. İddiaçının göstərdiyi torpaq sahəsi aqrar islahatla əlaqədar onlara verilmişdir və 25 ildir ki, onların istifadəsindədir.

5. Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tаrixli, 2(024)-428/2019 saylı qətnaməsi ilə (hakim M.Qarayev) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi idarəsi tərəfindən verilmiş **********49 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 18.04.201 8-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qax rayonu Qarabaldır kəndində yerləşən 1.5371 ha torpaq sahəsinin Cavabdeh1 istifadə etdiyi 0.50 ha hissəsindən, Cavabdeh2 istifadə etdiyi 0.98 ha hissəsindən məcburi qaydada çıxarılması, həmin torpaq sahəsinin ölçülərək iddiaçıya verilməsi və iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, DƏDRX-nin Şəki ərazi idarəsi tərəfindən verilmiş çıxarışlar üzrə İddiaçı mülkiyyətində olan 1.1549 ha və 2.2659 ha torpaq sahələri onun özü tərəfindən istifadə olunduğu və heç kim tərəfindən zəbt olunmadığı, mülkiyyətində olan 1.5371 ha olan torpaq sahəsinin isə 0.98 ha hissəsi Cavabdeh2 tərəfindən, 0.50 ha hissəsi isə Cavabdeh1 tərəfindən istifadə olunduğu mütəxəssis rəyi ilə müəyyən edildiyindən iddia tələbi qismən təmin edilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152,5 157.2, 164.1 və Torpaq Məcəlləsinin 111.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tаrixli, 2(024)- 428/2019 saylı qətnаməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

9. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(107)42/2021 saylı qətnaməsi ilə (hakimlər M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) apelyasiya şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tаrixli, 2(024)-428/2019 saylı qətnaməsinin ləğv edilərək, iddianın qismən təmin edilməsi, Cavabdeh1 seriya RX № ******* saylı çıxarışa əsasən İddiaçı məxsus olan torpaq sahəsinin zəbt etdiyi 0.1793 ha hissəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Eyni zamanda məhkəmənin həmin tarixli qərardadı ilə “iddia tələbinin seriya RX № 1231390, seriya RX № ******* və seriya RX № ******* saylı çıxarışlara əsasən iddiaçıya məxsus olan torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, torpaq sahəsinin ölçülərək onun istifadəsinə verilməsi hissəsi üzrə icraata xitam verilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Müstəqil Məhkəmə Ekspertizası MMC-n in 08 dekabr 2020-ci il tarixli rəyi ilə, seriya RX № 1231390, seriya RX № ******* və seriya RX № ******* saylı çıxarışlara əsasən İddiaçı məxsus olan torpaq sahələrinin Cavabdeh2 məxsus seriya RX № ******* saylı torpaq sahəsi ilə üst-üstə düşməməsi, lakin digər Cavabdeh1 məxsus JN-0066 saylı torpaq sahəsinin cənub hissəsində üst-üstə düşməsi, həmçinin seriya RX № ******* saylı çıxarışa əsasən İddiaçı məxsus olan torpaq sahəsinin şimal hissəsindən 0.1793 ha hissəsinin Cavabdeh1 tərəfindən istifadə olunması müəyyən edildiyindən iddia tələbi yalnız həmin hissədə təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin qismən ləğv edib iddia tələbinin qismən təmin edilməsi hissəsində işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qərardadı ilə hazırkı mübahisə üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və rəy verilməsi Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. X7 21 may 2020-ci il tarixli 10/836 №-li vəsatət verərək məhkəmə qərardadı ilə təyin edilmiş tikinti-texniki ekspertizanın aparılması üçün zəruri olan əlavə materialların təqdim olunmasını, eləcə də Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssislərin in rəyinin Mərkəzə təqdim edilməsini xahiş etmişdir. Lakin məhkəmə vəsatəti təmin etməmiş, peşəkar mütəxəssisləri ilə tanınan mötəbər, inandırıcı və obyektiv ekspert rəyi (sübut) vermək iqtidarında olan Ədliyyə Nazirliyinin ekspert rəyi verməsinin təmin edilməsi üçün qərardadının icrasına yönələn tədbirlər görülməsinə əhəmiyyət və diqqət yetirməyərək 27.10.2020-ci il tarixli qərardadla tikintitexniki ekspertizası təyin edərək ekspertizanın aparılmasını buna heç bir zərurət olmadığı halda "Müstəqil Məhkəmə Ekspertizası”MMC-yə həvalə etmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi isə vəsatət təmin edilmədiyinə görə ekspertizanın keçirilməsindən 25.09.2020-ci il tarixli məlumatla imtina edərək mülki işin materiallarını Şəki Apellyasiya Məhkəməsinə qaytarmışdır. Yəni, apellyasiya məhkəməsinin dövlət müəssisəsi olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza keçirməsi üçün öz qərardadının icra edilməsinə yönələn tədbirlər görməməsi və işi bu sahədə daha az təcrübəyə, biliyə və peşəkarlığa malik olan xüsusi MMC-yə həvalə etməsi özü-özlüyündə məhkəmənin qərəzli mövqeyinə dəlalət edir və həmin ekspert rəyinin bir sübut kimi mötəbərliyinə, obyektivliyinə, dəqiqliyinə və həqiqiliyinə şübhə yaradır. Bundan başqa “Müstəqil Məhkəmə Ekspertizası Mərkəzi” MMC-nin 08 dekabr 2020-ci il tarixli rəyini işdə mövcud olan digər mühüm əhəmiyyətli sübutlarla əlaqəli şəkildə, məcmu halda qiymətləndirməmiş, yalnız həmin rəyə istinad etməklə qətnamə çıxarmışdır ki, bu da öz növbəsində MPM-nin 88-ci və 103.1-ci maddələrinin tələblərinin pozulmasıdır. Halbuki, iş materiallarında birinci instansiya məhkəməsinin istinad etdiyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinin verdiyi 05.11.2019-cu il tarixli 15612 №-li mütəxəssis rəyi də var ki, həmin rəydə iddiaçıya məxsus 1,5371 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən 0,50 ha hissədə, Cavabdeh2 tərəfindən 0,98 ha hissədə zəbt olunması tam əsaslandırılmışdır. Şəki Apellyasiya Məhkəməsi dövlət qurumunun verdiyi mütəxəssis rəyini nəzərə almadan MMC-nin rəyinə üstünlük vermiş, həqiqətə nail olmaq üçün Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki ekspertizası keçirməsi və rəy verilməsində maraqlı olmamışdır. Əgər bir mübahisə predmeti barədə iki fərqli, ziddiyyətli rəy (sübut) varsa, məhkəmə öz təşəbbüsü ilə daha mötəbər ekspert rəyi əldə etmək üçün yenidən (təkrar) ekspertiza keçirilməsini həll etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyası Maddə

13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ 29.3. Hər kəsin mülkiyyətində daşı nar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi“qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla“müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, hə min əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

165. Sahibliyin pozulması 165.1. “Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara s on qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların q aytarılması 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri“ 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tə tbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır (maddə 416).

21. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının qismən yəni iddia tələbinin qismən təmin edilmiş hissəsinin ləğvi xahiş edilsə də, məhkəmə aktı tam yoxlanılır. Çünki qətnamənin mahiyyəti məhz iddianın qismən təmin edilməsi üzərindədir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu i l tarixli Qərarı)

26. İşin müəyyən edilmiş hallarına görə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarışlar əsasında İddiaçı xüsusi mülkiyyətində Qax rayonu Qarabaldır kəndində yerləşən 1.5371 ha torpaq sahəsi, Qax rayonu Şotavar kəndində yerləşən 1.1549 ha və 2.2659 ha torpaq sahələri vardır.

27. İddiaçı mülkiyyət hüquqlarının müdafiəsi barədə hazırki iddia tələbini verərək mülkiyyət hüquqlarının real olaraq bərpa edilməsinə nail olmağa çalışmış və cavabdehlər tərəfindən ona məxsus torpaq sahələrinin qanunsuz olaraq zəbt edildiyini iddia etmişdir. İddiaçı tərəfindən bunun əsası kimi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinin verdiyi 05.11.2019-cu il tarixli 15612 №-li mütəxəssis rəyinə istinad edilir.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və Müstəqil Məhkəmə Ekspertizası MMC-nin 08 dekabr 2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, seriya RX № 1231390, seriya RX № ******* və seriya RX № ******* saylı çıxarışlara əsasən İddiaçı məxsus olan torpaq sahələri Cavabdeh2 məxsus seriya RX № ******* saylı torpaq sahəsi ilə üst-üstə düşmür, lakin digər Cavabdeh1 məxsus JN-0066 saylı torpaq sahəsinin cənub hissəsində üst-üstə düşür. Həmçinin seriya RX № ******* saylı çıxarışa əsasən İddiaçı məxsus olan torpaq sahəsinin şimal hissəsindən 0.1793 ha hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur.

29. Məhkəmə kollegiyası Mü lki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsaslanaraq Müstəqil Məhkəmə Ekspertizası MMC-nin rəyini mötəbər sübut kimi qəbul etmişdir. Çünki ekspert rəyi kifayət qədər əsaslandırılmış, texniki baxımdan müfəssəl tərtib edilmişdir. Eyni zamanda mübahisəli torpaq sahələri “Autocad” və “ArcMap” proqramları vasitəsilə tərtib edilən ortofotoplanda aydın şəkildə göstərilmişdir. Yəni mütəxəssis rəyi ilə müqayisədə ekspertin tədqiqat üsulları daha innovativ olmaqla müasir texniki vasitələrlə tərtib edilmişdir.

30. Kassasiya şikayətində iddiaçının ekspertizanın keçirilməsinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməməsinin düzgün olmaması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası göstərir ki, Mülki Prosessual Məcəllədə ekspertizanın yalnız Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həyata ke çirilməsi barədə imperativ norma nəzərdə tutulmamışdır.

31. Kassasiya kollegiyası iddiaçının apelyasiya instansiyası məhkəməsi tərəfindən təkrar ekspertizanın keçirilməməsi barədə dəlillini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər. MPM-nin 102.2-ci maddəsində isə, məhkəmənin əsassızlığına görə eksperin rəyi ilə razılaşmadığı halda, habelə bir neçə ekspertin rəylə ri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin edə bilməsi qeyd olunur. Bu normaların məzmunundan göründüyü kimi, təkrar ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb. Həmçinin təkrar ekspertiza təyin olunması üçün konkret əsaslar müəyyən olunub. İddiaçı təkrar ekspertiza təyin olunmasını şərtləndirən sübutları təqdim etməmişdir. Məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Məhkəmə kollegiyası yux arıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(107)42/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar