Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3797/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətdəki payın naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-624/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 09 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları
1. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Cavabdeh, İddiaçı və X3 Bərdə rayon Böyük Göyüşlü kəndində 1.91 ha torpaq sahəsi verilmişdir.
2. Həmin torpaq sahəsinə JN-127 KOD 61002018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı təritb edilmişdir.
3. Cavabdeh və İddiaçı ər-arvad olmuş, 2015-ci ildə boşanmışlar.
4. X5 tərəflərin birgə nikahdan anadan olmuş övladıdır və Niyaz Orucov xx.xx.2008ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək Bərdə rayonu, Böyük Göyüşlü kəndi ərazisind ə yerləşən JN-127 KOD 61002018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyətlərində olan 1,91 ha torpaq sahəsinin ona düşən 1/3 hissəsinin naturada bölünməklə ona verilməsi və həmin torpaq sahəsinin ona düşən hissəsindən cavabdehin çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 1991-ci ildə ailə həyatı qurmuş, 1992-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından X5 və X4 anadan olmuşdur. X9 2008-ci ildə vəfat etmişdir. Bərdə rayonunda Aqrar İslahat Komissiyası qərarı ilə onlara 1.91 ha torpaq sahəsi verilib. Cavabdehlə 2015-ci ildə rəsmi olaraq boşanmışlar. Ona və mərhum oğluna məxsus torpağı cavabdeh zəbt edib çıxmır və övladından qalan torpağın yarısını və özünün pay torpağını isə özünə vermir.
7. İddiaçı mərhum oğluna məxsus torpağın ona düşən hissəsindən imtina edir həmin hissənin cavabdehin istifadəsində qalmasına etiraz etmir.
8. Birinci instansiya məhkəməsi torpaq sahəsinin naturada bölünməsinin mümkünlüyünü müəyyən etmək məqsədilə 06 dekabr 2021-ci il tarixdə tikinti-texniki ekspertizası təyin etmişdir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Bərdə rayonu Böyük Göyüşlü kəndi ərazisində yerləşən 1.91 ha torpaq sahəsinin payçılar arasında normaya, bölgü layihəsinə, suvarma istiqamətinə uyğun olaraq naturada bölünməsi mümkündür. İddiaçı payına düşən 0.6366 ha torpaq sahəsi torpaqların elektron kadastrı uçotu informasiya sistemi (TEKUİS) məlumat bazasına əsasən birgə mülkiyyətlərində olan JN-127 KOD 61002018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə qeydiyyata alınmış Bərdə rayonu Böyük Göyüslü kəndi ərazisində yerləşən 1.91 ha torpaq sahəsinin şimal və ya cənub hissəsindən ayrılması mümkündür.
10. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
11. Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(021)-131/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Cavabdeh adına verilmiş Torpağa Mülkiyyət hüququna dair JN-127 KOD 61002018 saylı Dövlət Aktına əsasən Cavabdeh, İddiaçı və X2 mülkiyyətinə verilmiş Bərdə rayon Böyük Göyüşlü kəndində 1.91 hekt ar torpaq sahəsindən İddiaçı ona düşən hissəsinin, yəni 1/3 payının ümumi sahənin cənub hissəsindən naturada ayrılması və ayrılan cənub hissədən Cavabdeh çıxarılması, ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim Qamət Əbilov)
12. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Cavabdeh, İddiaçı və X3 Bərdə rayon Böyük Göyüşlü kəndində 1.91 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-127 KOD 61002018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı almışlar. İddiaçı və cavabeh vaxtilə ailə üzvləri olmuşlar, sonradan boşanmışlar. X5 vəfat etmişdir. Mülkiyyətçilərin payları müəyyən edilib mülkiyyət hüquqları tanınmamışd ır.
13. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddia tələbi 2 hissədən – torpaq sahəsinin 1/3 hissəsinin naturadan ayrılıb iddiaçıya verilməsi və cavabdehin iddiaçıya düşən hissədən çıxarılması – ibarətdir.
14. Birinci instansiya məhkəməsi iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyini əsas götürərək hesab etmişdir ki, torpaq sahəsinin naturada ayrılıb müəyyən edilməsi mümkün olduğundan iddia tələbi torpaq sahəsinin cənub hissəsindən iddiaçıya düşən payın naturadan ayrılıb ona verilməsi hissəsində təmin olunmalıdır.
15. Birinci instansiya məhkəməsi iddianın ikinci hissəsi ilə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən edib ki, iddiaçıya məxsus olan (1/3 hissəsi) torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilir. Buna görə də iddia tələbi cavabdehin ona düşən hissədən çıxarılması hissəsində də təmin olunmalıdır.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 164.1, 165.1, 220.1, 220.3-cü, Torpaq Məcəlləsinin 84, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, torpaq sahəsi əvvəllər yararsız vəziyyətdə olmuşdur. Cavabdeh xeyli miqdarda xərc çəkərək öz vəsaiti hesabına torpağı münbit hala gətirmişdir. Min bir əziyyətlə torpağı münbit hala gətirdikdən sonra iddiaçı hazırki iddia tələbi ilə cavabdehə qarşı iddia qaldırmışdır. Cavabdeh həmin torpaq sahəsində taxıl əkmişdir. Torpaq sahəsinə çəkdiyi xərcin və əkdiyi toxumun pulunu versə, torpağı iddiaçıya qaytarar.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-624/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(021)-131/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Afiq Hüseynzadə)
20. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın ay rılması ilə bağlı yaranmış mübahisədir və bu münasibətlərə Mülki Məcəllənin 213.1, 213.2, 220.1, 220.2 və 220.3-cü maddələrinə əsasən hüquqi qiymət verilməlidir.
21. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, iddia tələbinin ümumi mülkiyyətdə olan payın ayrılması hissəsinin hüquqi əsasını Mülki Məcəlləsinin 220.3-cü maddəsi təşkil edir. Həmin normaya əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyəti n mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
22. Apellyasiya instansiyası məhkəməsi işin mübahisə olunmayan halı kimi müəyyən edib ki, mübahisəli torpaq sahəsi Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli qərarı ilə Cavabdeh, İddiaçı və X2 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Mübahisəli torpaq sahəsi üzərində tərəflərin payları müəyyən edilib mülkiyyət hüquqları tanınmamışdır. Mübahisəli torpaq sahəsi Cavabdeh, İddiaçı və X2 birgə mülkiyyətlərinə verildiyindən, iddiaçının həmin torpaq sahəsi üzərində nəzəri olaraq 1/3 payı vardır. Belə ki, Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
23. Ap ellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması, həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması mülkiyyətin digər mülkiyyətçilərinin əsaslı mənafelərinə qanunsuz müdaxiləyə səbəb olmur. Bu halların mövcudluğu isə Mülki Məcəlləsinin 220-ci maddəsinin tətbiqinə imkan verir və iddianın əsaslılığına dəlalət edir.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin istinad etdiyi mütəxəssis rəyinin mötəbərliyini və əsaslılığını qəbul edərək göstərib ki, həmin rəydə, torpaq sahəsi nin yerləşmə koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti nəzərə alınmış, mümkün olan ən yaxşı bölgü variantı təklif olunmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi həmçinin birinci instansiya məhkəməsinin iddiaçının payına aid hissədən cavabdehin çıxarılması barədə gəldiyi nəticə ilə də razılaşaraq, bildirib ki, işin mübahisəsiz halına görə mübahisəli torpaq sahəsi bütövlüklə cavabdeh tərəfindən istifadə edilir. Bu hal cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə də təsdiq olunur. Belə olan halda cavabdehin torpaq sahəsinin iddiaçıya aid hissədən istifadə etməsi sonuncunun mülkiyyət hüququnun pozulmasıdır.
26. Torpaq sahəsinin münbitləşməsi üçün xərc çəkməsi və həmin torpaq sahəsində taxıl əkməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya ins tansiyası məhkəməsinin mövqeyi belə olub ki, bu dəlillər iddia tələbinin rədd edilməsi üçün əsas deyildir. Göstərilən dəlillər qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvinə əsas vermir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 213.1, 213.2, 220.1-220.3-cü, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
29. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi t ərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir ki, bununla da maddi və prossesual hüquq normaları pozulmuş və nəticədə əsassız qətnamə çıxarılmışdır. Belə ki, torpaq sahəsi əvvəllər yararsız vəziyyətdə idi, cavabdeh xeyli miqdarda xərc çəkərək, öz vəsaiti hesabına torpağı münbit hala gətirmişdir. Min bir əziyyətlə münbit hala gətirdikdən sonra iddiaçı hazırki iddia tələbi ilə cavabdehə qarşı iddia qaldırmışdır. Cavabdeh sözügedən torpaq sahəsinə taxıl əkmişdir. İddiaçı cavabdehin torpaq sahəsinə çəkdiyi xərcin və əkdiyi toxumun pulunu versin, cavabdeh də torpağı ona qaytarsın. Apellyasiya instansiya məhkəməsi iddiaçının verdiyi izahatı əsas götürərək apellyasiya şikayətini təmin etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamı şdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1.Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmla kını geri tələb edə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Torpaq Məcəlləsi Maddə 84.Bənd İ. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə
111. Bənd İ. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə
111. Bənd İİ. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəmə sinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kas sasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
32. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab e tmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin haz ırki qərarın 2027-ci bəndində əks edilən qiymətləndirməsi ilə razılaşır.
37. Belə ki, iddia tələbi ümumi mülkiyyətdə olan torpaq sahəsinin naturada paya uyğun ayrılması və cavabdehin ayrılacaq hissədən çıxarılması barədədir.
38. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə də mübahisəli torpaq sahəsi iddiaçı və cavabdehin, eləcə də onların övladının ümumi birgə mülkiyyətindədir. Mübahisəli torpaq sahəsi üzərində tərəflərin payları müəyyən edilib mülkiyyət hüquqları tanınmamışdır. İddiaçının Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən həmin torpaq sahəsi üzərində nəzəri olaraq 1/3 payı vardır.
39. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılmasını qət edərkən bunun həm in torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurmadan da mümkün olmasını, həmçinin ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılmasının mülkiyyətin digər mülkiyyətçilərinin əsaslı mənafelərinə qanunsuz müdaxiləyə səbəb olmamasını da müəyyən etmişdir.
40. Bundan əlavə, işin mübahisəsiz halı kimi o da müəyyən edilib ki, torpaq sahəsi bütövlüklə cavabdeh tərəfindən istifadə edildiyi üçün iddiaçının payına aid hissədən cavabdeh çıxarılmalıdır.
41. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olduğundan iddia tələbinin təmin edilməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.
42. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini dəlillərini əsassız sayır.
43. Apellya siya şikayətinin dəlilləri ilə eynilik təşkil edən həmin dəlillər üzrə məhkəmə kollegiyası qeyd edir ki, əvvəllər yararsız vəziyyətdə olan torpaq sahəsinə cavabdehin xeyli miqdarda xərc çəkməsi, öz vəsaiti hesabına torpağı münbit hala gətirməsi, torpaq sahəsinə taxıl əkməsi kimi dəlillər Mülki Məcəllənin 213 və 220-ci maddələrinin tələbləri baxımından iddianın rədd edilməsi üçün əsas ola bilməz.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2(104)-624/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.