Məhkəmə qərarları › İş №2(102)-3797/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3797/2025

09.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3797/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Tibbi müəssisənin vurduğu zərərdən irəli gələn mübahisələr (real zərər)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlundan və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC-yə qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1191/2025 nömrəli 25 avqust 202 5-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh1 MMC-də fəaliyyət göstərən digər Cavabdeh2 tərəfindən müxtəlif vaxtlarda müayinələrə cəlb olunmuş və yekunda sonuncu tərəfindən ona “Tiroid gl-ın diffuz exostruktur dəyişikliyi-hiperplaziyası (autoimmun tiroidit lehinə dəyərləndirilmişdir) sağ pay aşağı qütbündə paratireoid adenoması” diaqnozu qoyulmuşdur.

2. Bundan sonra, iddiaçı, Cavabdeh2 tərəfindən “paratiroidektomiya” əməliyyatına göndərilmiş və digər Cavabdeh3 tərəfindən xx.xx.2023-cü il tarixdə əməliyyat icra edilmişdir.

3. İddiaçı, əməliyyatdan sonra sağlamlığında müsbət yöndə dəyişikliklərin olmamasını əsas gətirərək, təkrarən C avabdeh2 müraciət etmiş və sonuncu onun yenidən əməliyyat olunmasına ehtiyac olduğunu bildirmişdir.

4. Bundan sonra, iddiaçı Türkiyə Respublikasının “Florence Nightingale” Xəstəxanasında müayinə və müalicə olunmuş, onun üzərində təkrarən “paratiroidektomiya” əməliyyatı icra edilmiş və sağlamlığında müsbət yöndə dəyişiklik olduğundan evə buraxılmışdır.

5. Hazırda iddiaçı iddia edir ki, Cavabdeh1 MMC-də keçirilən uğursuz cərrahi əməliyyat nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçıya vurulmuş 2020 manat məbləğində maddi ziyan, sağlamlığına vurulmuş ziyanın əvəzi ol araq 7000 manat, lazımsız və uğursuz cərrahi əməliyyat nəticəsində keçirdiyi sarsıntılara görə vurulmuş 50000 manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçıya vurulmuş 2020 manat (Ege Hospitalda çəkilən xərclər) və 19096.59 manat (Türkiyə Respublikasında çəkilmiş xərclər) cəmi 21116.59 manat məbləğində maddi zərərin və uğursuz tibbi müayinələr, nüvə prosedurları və cərrahi əməliyyat, həmçinin əlavə olaraq təkrarən keçirdiyi bu prosedurlar nəticəsində sağlamlığına dəymiş mənəvi ziyanın əvəzi olaraq 70.000 manat məbləğində pul vəsaiti nin iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ilin aprel ayında nəfəs darlığı və halsızlıq şikayətləri ilə Cavabdeh1 MMC-nin həkim endokrinoloqu Cavabdeh2 müraciət etmişdir. Həkim Cavabdeh2 tərəfindən təyin edilmiş analizləri verdikdən sonra tiroid vəzinin US müayinəsini özü şəxsən həyata keçirmişdir. xx.xx.2023-cü il tarixli müayinənin nəticələrinə dair akta əsasən həkim Cavabdeh2 iddiaçıya “Tiroid gl-ın diffuz exostruktur dəyişikliyi-hiperplaziyası (autoimmun tiroidit lehinə dəyərləndirilmişdir) sağ pay aşağı qütbündə paratireoid adenoması” diaqnozunu təyin etmişdir. Buna baxmayaraq, iddiaçıya paratiroid vəzinin sintiqrafiya olunması barədə göstəriş vermiş və X14 yönləndirmişdir. xx.xx.2023-cü il tar ixli müayinə raportunda da qeyd edilmişdir ki, klinik və laborator hiperparatiroidizm (PTH=213.7 pg/ml) aşkarlanmış xəstədə boyun USM müayinəsində qalxanabənzər vəzi sağ pay qonşuluğunda düyün aşkarlandığından paratiroid vəzinin funksional vəziyyətinin dəyərləndirilməsi məqsədilə sintiqrafiya müayinəsi istənilmişdir. Raportun nəticələrinə əsasən qalxanabənzər vəzidə paratiroid adenomasına uyğun xarakteristik yüksək 99mTc-MİBl toplanması müşahidə olunmamışdır. Bunlara baxmayaraq, həkim Cavabdeh2 iddiaçını paratiroid adenoması əməliyyatına yazmışdır. Tibbi protokollara və mövcud tibb praktikasına əsasən paratiroid vəzinin cərrahiyəsi zamanı xəstənin adenomalı paratiroid vəzisi və ümumi vəzin 3/4 hissəsi götürülməli və elə əməliyyat zamanı (xəstəni ayıltmadan) xəstənin qanda PTH (paratiroid hormonu) səviyyəsi yenidən ölçülməli, PTH səviyyəsində müsbət dəyişiklik izlənildikdən sonra əməliyyat başa çatdırılmalıdır. Lakin, Cavabdeh2 göstərişinə uyğun olaraq cərrah Cavabdeh3 tərəfindən yalnız ümumi vəzin 1/4-ü, yəni adenomalı hesab edilən bir vəz götürülmüş və əməliyyat zamanı qanda PTH səviyyəsi ölçülmüş, lakin qanda olan PTH səviyyəsində müsbət dəyişiklik izlənilməmiş, buna baxmayaraq əməliyyat bitmişdir. Ayıldıqdan sonra cərrah Cavabdeh3 iddiaçıya əməliyyatın gedişi və nəticələri barədə məlumat versə də, PTH səviyyəsində müsbət dəyişikliyin izlənilməməsi barədə heç bir məlumat verməmiş, çıxarılan vəzin xəstə vəz olub-olmamasının müəyyən edilməsi məqsədilə Bakı Patologiya Mərkəzinə müayinəyə göndərildiyini bildirilmişdir. Əməliyyatdan sonra növbəti gün iddiaçı evə buraxılmışdı r. xx.xx.2023-cü il tarixli Bakı Patologiya Mərkəzin analiz nəticələrinə əsasən, çıxarılan vəzdə patologiya aşkar edilməmişdir. İddiaçı çıxan nəticəni həm cərrah Cavabdeh3, həm də Cavabdeh2 göndərmişdir. Cərrah Cavabdeh3 çıxarılan vəzin sağlam vəz olduğunu, lakin bu cərrahi göstərişin Cavabdeh2 tərəfindən verildiyini bildirirək, onunla əlaqə saxlamalı olduğunu bildirdi. Cavabdeh2lə əlaqə saxladıqda isə o, yenidən müayinəyə çağırmış və xx.xx.2023-cü il tarixli müayinənin nəticələrinə dair akta əsasən iddiaçıya yenidən xx.xx.2023-cü il tarixdə qoyduğu diaqnozu, yəni “Tiroid gl-ın diffuz exostruktur dəyişikliyi-hiperplaziyası (autoimmun tiroidit lehimə dəyərləndirilmişdir) sağ pay aşağı qütbündə paratireoid adenoması” diaqnozunu təkrarən təyin etmiş və bildirmişdir ki, xəstə vəzin təyin edilm əsində səhvə yol verdiyindən, digər vəzlərdən də biopsiya götürməlidir. Ona görə də yenidən boğaz nahiyədən cərrahi vasitələrlə daxil olaraq paratiroid vəzindən biopsiya götürmüşdür. İddiaçı şikayətlərinin keçmədiyini gördükdən sonra ağciyər həkiminə və digər endokrinoloji həkimlərə müraciət etmiş və əslində ağciyərində problem olduğundan nəfəs darlığı və halsızlıq şikayətlərinin olduğunu bilmişdir. Ağciyərdən müalicə aldıqdan sonra şikayətləri keçmişdir. Digər endokrinoloji həkimlər də həkim Cavabdeh2 tərəfindən aparılan cərrahi əməliyyatın səhv icra edildiyini bildirmişdirlər. Cavabdeh “Ege Hospital’’ tərəfindən verilən ******* nömrəli xəstəlik tarixindən çıxarışa görə iddiaçı “paratiroidektomiya” əməliyyatı olunmuşdur. Halbuki, ərizəyə əlavə etdiyi əməliyyat göndərişlərindən də görünür ki, Cavabdeh3 tərəfindən “paratiroid adenoması” əməliyyatı icra olunmuşdur.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 28 iyun 2024-cü il tarixli, 438/KEŞ №-li ekspert rəyinə əsasən, Cavabdeh1da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2023-cü il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Qalxanabənzər ətraf vəzinin xoşxassəli törəməsi” diaqnozu düzgün təyin edilmişdir. Xəstədə cərrahiyyə əməliyyatından əvvəl aparılmış ultrasəs müayinəsi zamanı (20% yanlışlığa yol verilə bilər) sol aşağı paratireoid adenomu görüntüsü olduğu müəyyən edilmiş, eyni zamanda qan nümünələrində də PTH və kalsiumun yüksək olması “Birincili hiperparatiroidizm” diaqnozu lehinə təsdiqlənmişdir. İddiaçı qeyd ed ilən paratireoid adenomunun dəqiq lokalizasiyasını müəyyən etmək üçün MOM-nə Nüvə Təbabəti şöbəsinə göndərilmiş, həmin şöbənin sintiqrafıya müayinəsində boyunda və divararalığında paratireoid adenomuna uyğun xarakteristik 99Tc-MİBİ toplanması müşahidə olunmamışdır. Bəzən kiçik ölçülü paratireoid adenomu sintiqrafıyada görünməyə bilir. Xəstədə olan şikayətlər, həm ultrasəs müayinəsi görüntüləri, həm də hormonal analizlərin nəticəsinə görə təyin edilmiş diaqnoza uyğun olaraq cərrahiyyə əməliyyatı icra edilmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, təyin edilmiş diaqnoza uyğun olaraq İddiaçı üzərində “Paratireoidektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat zamanı ultrasəs müayinəsində göstərilmiş nahiyədəki lezyon çıxarılmış və əməliyyatdaxili tiroid stimul laşdırıcı testi aparılmışdır. Uyğun protokola əsasən, tiroid stimullaşdırıcı hormon enmirsə, əməliyyatdaxili ultrasəs müayinəsi aparılmış, həmin əməliyyat öncəsi görünən lezyonun xaric edilməsi müəyyən edilmiş və qalxanvari ətraf vəzilərin tipik yerləşdiyi nahiyədə başqa bir böyümüş adenoma qeyd olunmadığından əməliyyat yekunlaşmışdır. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, icra edilmiş cərrahiyyə əməliyyatından sonra İddiaçı mənfi dəyişiklik olmamışdır. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından sonra "Persistan və təkrarlanan hiperparatireoidiznv'in rast gəlmə tezliyi 31-37% arasındadır. Bunun səbəbi hipeıplaziya 22%, cüt adenom 15% multipl vəz xəstəliyi, həmçinin adenomun ektopiyasıdır. Ə.X2 “Florence Nightingale” Xəstəxanasında aparılmış sintiqrafıya müayin əsində isə ektopik paratireoid adenomunun İokalizasiyası dəqiq göstərilmiş və həmin ektopik yerləşən (yuxu arteriyası və vidaci vena arasında) paratireoid adenomu xaric edilmişdir. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Qeyd olunan hallar paratireoid cərrahiyyəsində çox rast gəlinən və təkrarlanma riski yüksək olan hallardandır. Təkrar əməliyyatlar isə daha yüksək kateqoriyalı xəstəxanalara göndərilməklə, təkrar müayinə və müalicə olunurlar.

10. Məhkəmə baxışı zamanı təyin olunmuş təkrar ekspertizaya dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 18 sentyabr 2024cü il tarixli, 829/KEŞ №-li ekspert rəyinə əsasən, Cavabdeh1da İddiaçı adına tərtib edilmiş tibbi sənədlə rdə göstərilənlərə əsasən, o, 21,06.2023-cü il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Qalxanabənzər ətraf vəzinin xoşxassəli törəməsi” diaqnozu düzgün təyin edilmişdir. Xəstədə cərrahiyyə əməliyyatından əvvəl aparılmış ultrasəs müayinəsi zamanı (20% yanlışlığa yol verilə bilər) sol aşağı paratireoid adenomu görüntüsü olduğu müəyyən edilmiş, eyni zamanda qan nümünələrində də PTH və kalsiumun yüksək olması “Birincili hiperparatiroidizm” diaqnozu lehinə təsdiqlənmişdir. İddiaçı qeyd edilən paratireoid adenomunun dəqiq lokalizasiyasını müəyyən etmək üçün MOM-nə Nüvə Təbabəti şöbəsinə göndərilmiş, həmin şöbənin sintiqrafıya müayinəsində boyunda və divararalığında paratireoid adenomuna uyğun xarakteristik 99mTc-MİBİ toplanması müşahidə olunmamışdır. Bəzən kiç ik ölçülü paratireoid adenomu sintiqrafıyada görünməyə bilir. Xəstədə olan şikayətlər, həm ultrasəs müayinəsi görüntüləri, həm də hormonal analizlərin nəticəsinə görə təyin edilmiş diaqnoza uyğun olaraq cərrahiyyə əməliyyatı icra edilmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, təyin edilmiş diaqnoza uyğun olaraq İddiaçı üzərində “Paratireoidektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat zamanı ultrasəs müayinəsində göstərilmiş nahiyədəki lezyon çıxarılmış və əməliyyatdaxili tiroid stimullaşdırıcı testi aparılmışdır. Uyğun protokola əsasən, tiroid stimullaşdırıcı hormon enmirsə, əməliyyatdaxili ultrasəs müayinəsi aparılmış, həmin əməliyyat öncəsi görünən lezyonun xaric edilməsi müəyyən edilmiş və qalxanvari ətraf vəzilərin tipik yerləşdiyi nahiyədə başqa bir b öyümüş adenoma qeyd olunmadığından əməliyyat yekunlaşmışdır.Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, icra edilmiş cərrahiyyə əməliyyatından sonra İddiaçı mənfi dəyişiklik olmamışdır. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından sonra “Persistan və təkrarlanan hiperparatireoidizm”in rast gəlmə tezliyi 31-37% arasındadır. Bunun səbəbi hiperplaziya 22%, cüt adenom 15% multipl vəz xəstəliyi, həmçinin adenomun ektopiyasıdır. Ə.X3 “Florence Nightingale” Xəstəxanasında aparılmış sintiqrafıya müayinəsində isə ektopik paratireoid adenomunun lokalizasiyası dəqiq göstərilmiş və həmin ektopik yerləşən (yuxu arteriyası və vidaci vena arasında) paratireoid adenomu xaric edilmişdir. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan müvafiq təlima t qaydalarına uyğun olmuşdur. Qeyd olunan hallar paratireoid cərrahiyyəsində çox rast gəlinən və təkrarlanma riski yüksək olan hallardandır. Təkrar əməliyyatlar isə daha yüksək kateqoriyalı xəstəxanalara göndərilməklə, təkrar müayinə və müalicə olunurlar.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin(hakim Solmaz Ədilova) 07 noyabr 2024-cü il tarixli, 2(005)-1122/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 1955 manat maddi ziyan (Cavabdeh1 MMCdə müayinə və əməliyyat üçün çəkilən xərclər), Türkiyəyə gediş-gəliş və otel xərcləri üçün ödənilmiş 4772 manat məbləğində pul vəsaitinin, “EMAR Sağlık Hizmetleri” MRT müayinəsi, “Florence Nightingale” Xəstəxanasında müayinə və əməliyyat üçün çəkilmiş xərclərin əvəzi olaraq 233.018,01 Türk lirəsi məbləğində pul vəsaitinin ö dəniş günü manata məzənnə ilə manatla və 5000 manat mənəvi zərərin İddiaçı xeyrinə tutulaması, iddia tələbinin qalan hissədə təmin olunmaması, mülki iş üzrə ödənilməli olan 363,35 manat məbləğində dövlət rüsumunun 92 manat hissəsinin Cavabdeh1 MMC-dən dövlət büdcəsinin xeyrinə tutulması, qalan 271 manat hissəsinin dövlət büdcəsinə aid edilməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı özünün Konstitusiya ilə təsbit edilən və qorunan hüquqlarından istifadə edərək, Cavabdeh1 MMC tərəfindən göstərilən tibbi xidmətlərdən faydalanmış, ondan tibbi yardım almış, lakin sonuncunun yanlış müalicə metodlarından istifadəsi ilə həyata keçirilən cərrahi əməliyyat nəticəsində sağlamlığında hər-hansı müsbət dəyişiklik müşahidə edilməmiş və bu səbəbdən iddiaçı yenidən cərrahi əməliyyat olunmaql a əlavə xərclər çəkmək məcburiyyətində qalmışdır.

13. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını, təqdim edilmiş sübutları habelə iddiaçının Cavabdeh1 MMC-də və Türkiyə Respublikasının “Florence Nightingale” Xəstəxanasında həyata keçirilən cərrahi əməliyyatlardan sonrakı sağlamlıq vəziyyətini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının sağlamlığına zərər vurulmasında tibbi yardım və xidmətlər həyata keçirən Cavabdeh1 MMC-nin bilavasitə təqsiri vardır.

14. Belə ki, məhkəmə mülki iş üzrə mübahisələrin həll edilməsi zamanı müvafiq ekspertizalar məhz bu sahədə ekspertlərin xüsusi biliyə zərurət yaranmasını nəzərə alaraq, mülki iş üzrə ekspertiza təyin edilməsini təmin etsə də, iş üzrə verilmiş hazırkı ekspert rəyini mötəbər sübut hesab etmir.

15. Belə ki, mülki iş üzrə təyin olunmuş ekspert rəyində tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, icra edilmiş cərrahiyyə əməliyyatından sonra İddiaçı mənfi dəyişiklik olmadığı qeyd olunsa da, təqdim olunmuş tibbi sənədlər, habelə əməliyyatdan sonra iddiaçının PTH göstəricilərində hər hansı normallaşmanın müşahidə edilməməsi halları ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, 18 sentyabr 2024-cü il tarixli, 829/KEŞ №-li ekspert rəyinin təsviri hissəsində qeyd olunanlara əsasən,....xx.xx.2023-cü il tarixdə “Paratireoidektomiya” cərrahiyyə əməliyyatı:....Boyunda Koxer kəsiyi atıldı..... sağ paratraxeal yerləşmiş 8 mm-lik törəmə tapılaraq xaric edildi, rekuren larengial siniri qorumaqla, hemostaz bərpa edildi.....Əməliyyat fəsadsız keçdi. xx.xx.2023-cü il tarixdə xəstənin huşu aydın, halı kafidi r. Hemodinamik göstəricilər norma daxilindədir. Obyektiv müayinədə əməliyyat ilə əlaqəli patoloji dəyişikliklər izlənilmədi....xx.xx.2023-cü il tarixdə saat 11:00-da xəstə yaxşılaşma ilə evə yazıldı. Klinik diaqnoz: “Qalxanabənzər ətraf vəzinin xoşxassəli törəməsi”. İddiaçı adına “Ege”Hospital”da tərtib edilmiş müayinə vərəqindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə hormon müayinəsində olmuşdur. Parathormon (PTH)-132.1 pg/ml (H 15-65).... İddiaçı adına Türkiyə Respublikası “Florence Nightingale” Xəstəxanasında tərtib edilmiş müayinə vərəqindən görünür ki, xx.xx.2024-cü il tarixdə paratiroid spect sintiqrafıya rəyi verilmişdir. Nəticə: Sol tiroid lobunun aşağı qütbü aşağı posterolaterində paratiroid adenomu ilə uyğun MİBİ tutan bir diqqət görüldü.... İddiaçı adına Türkiyə Respublikası “Florence Nightingale” Xəstəxanasında tərtib edilmiş epikrizdən görünür ki, o, xx.xx.2024-cü il tarixdə əsas hiper paratiroidi şikayətləri ilə xəstəxanaya daxil olmuşdur. Anamnezində: Əsas hiper paratiroidi səbəbi ilə daha əvvəl əməliyyat keçirən lakin pelsistan olaraq davam edən adenom tapılmayan, edilən imtahanlarında üst mediasyona doğru uzadılma göstərən paratiroid adenomu aşkar edilmiş xəstə əməliyyat olunmaq üçün yatırıldı. Fiziki müayinədə: Köhnə kəsik yarası. xx.xx.2024-cü il tarixdə xəstə yatağında dəyərləndirildi. Daha əvvəl deyildiyi üzərə əməliyyat ilə bağlı bütün məlumatlar və ola biləcək risklər yenidən deyildi və razılıq alındı. Əməliyyat öncəsi diaqnoz: “Paratiroid adenomu”. xx.xx.2024-cü il tarixdə ümumi anesteziya altında “Paratiroidektomiya, adenom üçün” cərrahiyyə əməli yyatı icra edildi. Əməliyyat öncəsi və əməliyyat sonrası fəsad yoxdur. Endokrinoloji müayinədə: Paratrioid hormon, intakt, sürətli: 38.0 pg/ml (15-68.30 pg/ml). xx.xx.2024-cü il tarixdə xəstəyə baxış zamanı drenajdan 20 cc gəldi dren çəkildi. Sarğı təzələndi. xx.xx.2024-cü il tarixdə xəstə müayinəyə gəlmək üzərə evə yazıldı. Diaqnoz: “Primer hiperparatiroidizm”.

16. Mülki işin araşdırılan faktiki halları ilə iddiaçının “adenomalı hesab edilən bir vəz götürülmüş və əməliyyat zamanı qanda PTH səviyyəsi ölçülmüş, lakin qanda olan PTH səviyyəsində müsbət dəyişiklik izlənilməmiş” dəlili öz təsdiqini tapmışdır. Bu baxımdan yuxarıda qeyd olunan rəyin tədqiqat hissəsindən də göründüyü iddiaçının PTH göstəricilərində əməliyyatdan sonra müsbət dəyişiklik olmadığı açıq aşkar müəyyən olunur (xx.xx.2 023-cü il tarixdə Parathormon (PTH)-132.1 pg/ml (H 15-65); xx.xx.2024-cü il tarixdə Paratrioid hormon, intakt, sürətli: 38.0 pg/ml (15-68.30 pg/ml). Bununla yanaşı, ekspert rəyində də məhz iddiaçının qan nümunələrində aşkarlanan PTH və kalsiumun yüksək olmasının iddiaçıya qoyulmuş diaqnozun lehinə hal kimi qiymətləndirilməsinə baxmayaraq, sonradan əməliyyat (təkrar əməliyyat) nəticəsində bu göstəricilərin aşağı düşməsi ilə müşayiət olunan müsbət dəyişikliyin baş verdiyinə ümumiyyətlə istinad edilməmişdir.

17. Ekspertlər bu halı məhkəmə tibbi ekspertizası keçirilmiş tədqiqatın 5-ci bəndinin 1-ci cümləsində “İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından sonra “Persistan və təkrarlanan hiperparatireoidizm”in rast gəlmə tezliyi 31-37% arasındadır. Bunun səbəbi hiperplaziya 22%, cüt a denom 15% multipl vəz xəstəliyi, həmçinin adenomun ektopiyasıdır.” kimi izah etməyə çalışsalar da, gəldikləri bu nəticənin elmi əsaslılığı barədə hər hansı təlimata, elmi əsərə və s.yə istinad edilməmişdir, digər tərəfdən bu kateqoriya rəylərdə qanunvericilikdəki normaların tələbinə əsasən tibbi ekspertlər xüsusi tibb terminlərindən mümkün qədər istifadə etməməli olduğu halda, məhkəmə tərəfindən ekspertin qarşısında qoyulmuş demək olar ki, bütün suallara tibb terminləri əsasında cavab verilmişdir. Bundan əlavə, qoyulmuş suallara cavab verərkən tədqiqatın sonunda bildirilmişdir ki, İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Qeyd olunan hallar paratireoid cərrahiyyəsində çox rast gəlinən və təkrarlanma riski yüksək olan hallardandır. Təkrar əməliyyatlar isə daha yüksək kateqoriyalı xəstəxanalara göndərilməklə, təkrar müayinə və müalicə olunurlar.

18. Halbuki, ekspertin rəyində gəlinmiş nəticənin səhiyyə sistemində qüvvədə olan hansı təlimat qaydalarına uyğun olduğu, bundan əlavə paratireoid cərrahiyyəsində çox rast gəlinən və təkrarlanma riski yüksək olan halların nədən ibarət olması və s.-nin elmi əsası ilə yanaşı məhkəmənin qoyduğu suallara verilən cavabların uyğunluğu müəyyən edilməmişdir.

19. Göstərilən hallar, eləcə də ekspert rəyində məhkəmə tərəfindən iddiaçının müalicəsindən sonra onun səhhətində mənfi dəyişikliyin olub-olmaması barədə suala qiymət verilərkən, göstərilən formal yanaşma (tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, icra edilmiş cərrahiyyə əməliyyatından sonra İddiaçı mənfi dəyişiklik olmamışdır) məhkəmənin mülki işin faktiki halları ilə həmin rəyi yanaşı araşdırarkən, ekspert rəyini mötəbər sübut kimi qəbul etməməsinə dair mövqeyini bir daha əsaslı və qanunamüvafiq edir. Belə ki, məhkəmə tərəfindən qoyulmuş sualda (məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadının 4-cü sualı) iddiaçının səhhətində müalicələrdən sonrakı vəziyyət soruşulduğu halda tibbi ekspetlər tərəfindən bu suala dolğun (ekspertlər yalnız “tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən” ifadəsindən istifadə edilməklə kifayətlənmişlər) cavab verilməmişdir.

20. Bundan əlavə, mülki iş üzrə təyin olunmuş ekspert rəyində də paratireoid adenomu görüntüsü olduğu müəyyən etmək üçün cərrahiyyə əməliyyatından əvvəl həyata keçirilən ultrasəs müayinəsi zamanı 20% yanlışlığa yol ver ilə bilməsi, eləcə də bəzən kiçik ölçülü paratireoid adenomunun sintiqrafıyada görünməyə bilməməsi ehtimalının olduğu qeyd olunmuşdur.

21. Lakin, məhkəmə tərəfindən mülki iş materialları nəzərdən keçirilərkən, sözügedən ehtimallar barəsində iddiaçının cavabdeh klinikada cərrahi əməliyyat keçirilməzdən əvvəl xəbərdar edilməsini təsdiqləyən hər hansı mötəbər sübut cavabdeh tərəfindən təqdim edilməmiş, bununla yanaşı işin faktiki hallarında da aşkar edilməmişdir.

22. Belə ki, bir neçə məhkəmə iclası keçirilməsinə baxmayaraq Cavabdeh1 MMCnin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, (yalnız bir dəfə iştirak etmişdir), iddia tələbinin əsassızlığına dəlalət edən yazılı etiraz təqdim etməmiş, habelə mübahisələndirilən məsələ ilə bağlı mövqe ortaya qoymamış və iddiaçının səhhətinə cəmiyyət tərəfind ən ziyanın vurulmasında təqsirli olub-olmamaları və s. kimi halların izahını verməmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinə qarşı dəlillərini irəli sürmək üçün MPM-nin 14-cü maddəsində nəzərdə tutulan prosessual imkanları cavabdehə təqdim etsə də, lakin cavabdeh bu imkanlardan istifadə etməmişdir.

24. Yuxarıda ekspert rəyi ilə bağlı məhkəmə tərəfindən gəlinən nəticə, yəni hazırki mübahisə üzrə ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi, bu baxımdan cavabdeh klinikanın təqsirinin istisna olunmadığı - iddiaçının yenidən cərrahi əməliyyat keçirməsi zərurəti, iddiaçının hər şeydən əvvəl təkrar əməliyyata məruz qalması, nəticə etibarilə maddi (müalicələr üçün çəkilən xərclər) və mənəvi zərərə düçar olması kimi hərəkətləri özündə ehtiva etməsi barədə gəldiyi qənaəti bir daha əsaslı edir.

25. Belə olan halda məhkəmə qeyd etmişdir ki, iddiaçının Cavabdeh1 MMC-də əməliyyət zamanı və sonradan qüsurlu müalicə səbəbi ilə ödəmək məcburiyyətində olduğu müayinə və əməliyyat, həmçinin Türkiyə Respublikasına gediş-gəliş və otel xərcləri Cavabdeh1 MMC tərəfindən kompensasiya edilməlidir.

26. Belə ki, iddia ərizəsində iddiaçı tərəfindən Cavabdeh1 MMC-də çəkilən xərclərlə bağlı 2020 manat məbləğində pul vəsaiti tələb olunsa da, məhkəməyə təqdim olunan qəbzlər üzrə çəkilən xərclərin ümumillikdə 1955 manat hissəsi öz təsdiqini tapır, bu səbəbdən göstərilən xərclərlə bağlı Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə 1955 manat məbləğində pul vəsaiti tutulmalıdır.

27. Eyni zamanda, iddiaçı tərəfindən iddia ərizəsində Cavabdeh1 MMC-nin ilkin cərrahi əməliyyatın nöqsanlı, qüsurlu icra e dilməsi səbəbindən əlavə olaraq Türkiyə Respublikasında müalicə və müayinə olunmaqdan ötrü çəkdiyi xərclərin ümumi məbləğinin 19096.59 manat olduğu göstərilmişdir.

28. Lakin, iddia tələbi həmin hissədə yalnız iddiaçının Türkiyəyə gediş-gəliş üçün 4772 manat məbləğində pul vəsaiti xərcləməsinə, habelə Türkiyə Respublikasında “Florence Nightingale” Xəstəxanası tərəfindən iddiaçının adına verilmiş 183.603 Türk Lirəsi (6000 ABŞ dolları) və 30.535.70 Türk Lirəsi (1000 ABŞ dolları) məbləğində pul vəsaitlərinə və MRT müayinəsi üçün “EMAR Sağlık Hizmetleri” A.Ş tərəfindən verilmiş iddiaçı adına verilmiş 15.879.31 Türk Lirəsi məbləğində pul vəsaitinə dair qəbzlərlə təsdiqləndiyindən, tutulan gündə Azərbaycan Respublikasındakı məzənnə nəzərə alınmaqla, cəmi 233.018,01 Türk lirəsi və 4772 manat məblə ğində pul vəsaiti Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.

29. Məhkəmə onu da bildirmişdir ki, hazırkı iddia tələbi üzrə iddiaçının sağlamlığına dəymiş maddi zərərin əvəzinin xarici valyuta ilə təmin edilməsi iddia tələblərindən kənara çıxma hesab edilə bilməz, bu zaman dəymiş zərərin əvəzi kimi tutulacaq pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla ödənilməlidir.

30. Məhkəmə mülki iş materiallarında olan “Florence Nightingale” Xəstəxanasında kardioloji, endokrinoloji və bronkopnomoloji xidmətlərin göstərilməsinə görə çəkilmiş xərclərə münasibətdə hesab etmişdir ki, həmin xərclərə dair ödəniş qəbzləri təqdim olunmadığından, iddia tələbi həmin xərclərə dair hissədə təmin edilməməlidir.

31. Bundan başqa, iddiaçı deliktlərin nəticəsi olaraq keçirdiyi mənəvi zərərə görə 70.000 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

32. Məhkəmə, iddia tələbinin sözügedən “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı hesab etmişdir ki, həmin hissə də iddia qismən təmin edilməlidir.

33. Məhkəmə qeyd etmişdir ki, mənəvi zərər insana təbii hüquq olaraq anadangəlmə məxsus bir sıra hüquqlarının da məhdudlaşmasına səbəb olur və yalnız onun şəxsiyyətinə, sağlamlığına və mənəvi-psixoloji vəziyyətinə təsirini, keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq və bunların dəyərləndirilməsi baxımından qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır.

34. İşin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, həyata keçirilən uğursuz cərrahi əməliyyat nəticəsində iddiaçıya dəyən zərər məhz Cavabdeh1 MMC-nin təqsiri il ə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

35. Belə ki, Cavabdeh1 MMC-də həyata keçirilən ilkin uğursuz cərrahi əməliyyatdan sonra tibbi sənədlərə əsasən, iddiaçının göstəricilərində hər hansı dəyişikliyin, eləcə də sağlamlığında müsbət irəliləyişin olmaması onda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Keyfiyyətsiz tibbi yardım göstərilməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi sarsıntının ağırlığı hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala və həmin kompensasiya bu sarsıntıların aradan qaldırılmasına, yaxud onların kəskinliyinin azaldılmasına xidmət edə bilər. Belə hisslərin, habelə mənəvi sarsıntı, əzab və iztirab keçirməsi cavabdehdən onun xeyrinə mə nəvi zərərin tutulmasını şərtləndirir.

36. Odur ki, aparılan əməliyyatlar nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Ona görə də məhkəmə işin hallarını və pozulmuş şəxsi qeyri-əmlak hüququ kimi sağlamlığa dəyən zərərin həyati əhəmiyyətini nəzərə alaraq, Cavabdeh1 MMC-dən mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını əsaslı və ədalətli hesab etmişdir.

37. Bundan əlavə məhkəmə Mülki Məcəllənin 1114.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, iddiaçıya dəyən maddi və mənəvi zərərin əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 deyil, Cavabdeh1 MMC-dən tutulmalıdır. Belə ki, qeyd olunan maddənin məzmunundan göründüyü kimi, işəgötü rən Cavabdeh1 MMC-nin sonradan reqres qaydada həmin zərərin əvəzini işçilərdən tələb edə bilməsinə dair hüququ qanunvericilikdə nəzərdə tutulmuşdur.

38. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, sadalan hallar Cavabdeh1 MMC tərəfindən iddiaçıya maddi və mənəvi zərərin vurulmasını birmənalı təsdiq edir, iddiaçıda bu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu, cavabdehdə isə zərərin əvəzinin ödənilməsi vəzifəsini yaradır.

39. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1112, 1113.1, 1114.1, 1118.1-ci maddələrinə, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 57, 58, 59, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 19 avqust 2020-ci il tarixli 37 nömrəli qərarı ilə təs diq edilmiş “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında” Əsasnaməyə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.7, 106.1, 217.4, 217.5ci-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

40. Qətnamədən narazı qalan Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

41. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixində boynunda olan şi şkinliklər şikayəti ilə Cavabdeh1 MMC-yə müraciət etmişdir. Xəstəyə ilkin olaraq qalxanabənzər ətraf vəzinin xoşxassəli törəməsi diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixində tibb əməliyyat icra edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” PHŞ 438/KEŞ nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən xəstədə olan şikayətlər, həm ultrasəs müayinəsi görüntüləri, həm də hormonal analizlərin nəticəsində görə təyin edilmiş diaqnoza uyğun olaraq cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İcra edilmiş cərrahiyyə əməliyyatından sonra İddiaçı mənfi dəyişiklik olmamışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx. 2024-cü il tarixli 2(005)-1122/2024 saylı qərardadında göstərilmişdir ki, məhkəmə iddia ərizəsini, mülki işin materiallarını tədqiq edərək, mülki iş üzrə təqdim olunmuş sübutları araşdırıb, hesab etmişdir ki, iş üzrə obyektiv, ədalətli və qanuni qərar qəbul etmək üçün mülki iş üzrə təkrar məhkəmə-tibbi ekspertiza təyin edilməlidir. Bu səbəbdən məhkəmə mülki iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin etmişdir. xx.xx.2024-cü il tarixli 829/KEŞ saylı təkrar keçirilmiş ekspert rəyinə əsasən xəstədə olan şikayətlər, həm ultrasəs müayinəsi görüntüləri, həm də hormonal analizlərin nəticəsinə görə təyin edilmiş diaqnoza uyğun olaraq cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuş dur. Birinci instansiyası məhkəməsi tərəfindən prosessual hüququn tətbiqində və təfsirində səhvə yol verilmiş, bununla da işə baxan məhkəmə tərəfindən iş üzrə düzgün olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon prokurorunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” PHŞ 438/KEŞ nömrəli xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli 829/KEŞ saylı ekspert rəylərində Cavabdeh1 MMC-də İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olduğu göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi özünün subyektiv mülahizəs inə əsaslanaraq işdə olan mötəbər sübutları heçə sayaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir.

42. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, X9 və X1 ibarət tərkibdə) 2(103)-1191/2025 nömrəli iş üzrə 25 avqust 2025-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(005)-1122/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsasında işi araşdırarkən, hazırkı mübahisənin obyektiv və ədalətli şəkildə həllinə nail olunmasından ötrü ilk növbə də iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilib-törədilməməsi məsələsinə, törədildiyi təqdirdə iddiaçıya vurulan zərərlə zərərvuranın hərəkətləri arasındakı səbəbli əlaqənin olub-olmamasına, yəni bu iş üzrə iddiaçıya qoyulan diaqnozun, onun üzərində aparılan cərrahi əməliyyatın qanuniliyi məsələsinə aydınlıq gətirilməlidir.

44. Məhkəmə Kollegiyası tərəfindən bu məqsədlə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin “Respublika Endokrinoloji Mərkəzi” X16 mütəxəssis rəylərinin alınması üçün sorğular edilmiş, həmçinin təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməklə “Məhkəmə-Tibbi Ekspertiza və X6” PHŞ qarşısında suallar qoyulmuşdur.

45. Ekspertiza Mərkəzinə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı icra edilməsi üçün göndərilmi ş, Mərkəz tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli, 811 nömrəli məktub ünvanlanmış (məktub xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur) və şəxsin ekspertizaya təqdim edilməsi xahiş edilmişdir. Tərəflərə və Mərkəzə ekspertizanın İ-V günlər saat 09:00-13:00) keçiriləcəyi barədə məhkəmə tərəfindən məlumat verilmiş, lakin Mərkəz tərəfindən qərardad icra edilmədən məhkəməyə geri qaytarılmışdır.

46. Analoji hal bu iş üzrə dəfələrlə təkrarlandığından, yəni ekspertiza mərkəzi tərəfindən məhkəmənin ekspertizanın keçirilməsi barədə bildirişini gözləmədən işin məhkəməyə geri qaytarılaraq məhkəmə qərardadının icra edilməməsinə səbəb olan hərəkətlər yerinə yetirildiyindən, Məhkəmə Kollegiyası tərəfindən Səhiyyə Nazirliyinə xx.xx.2025-ci il tarixli təqdimat ünvanlanmışdır.

47. Belə ki, məhk əmə tərəfindən məhkəmə-tibb ekspertizasının keçirilməsinə dair qərardad icra edilməsi üçün xx.xx.2025-ci il tarixli məktubla yenidən Mərkəzə göndərilmiş, Mərkəz tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli, 2022 nömrəli məktub ünvanlanmış (məktub xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur) və şəxsin ekspertizaya təqdim edilməsi xahiş edilmişdir. Tərəflərə və Mərkəzə ekspertizanın (İ-V günlər saat 09:00-13:00) keçiriləcəyi barədə məhkəmə tərəfindən məlumat verilmiş, lakin Mərkəz tərəfindən qərardad təkrarən icra edilmədən məhkəməyə geri qaytarılmışdır.

48. Bundan sonra məhkəmə tərəfindən qərardad icra edilməsi üçün xx.xx.2025-ci il tarixli məktubla təkrarən Mərkəzə göndərilmiş, Mərkəz tərəfindən məhkəməyə xx.xx.2025ci il tarixli, 2853 nömrəli məktub ünvanlanmış (məktub xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş) və şəxsin ekspertizaya təqdim edilməsi xahiş edilmişdir. Tərəflərə və Mərkəzə xx.xx.2025-ci il tarixdə, saat 10:00-da Mərkəzdə olmaları barədə məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məlumat verilmiş, şəxs Mərkəzə yaxınlaşmış yalnız ona işin artıq məhkəməyə geri qaytarıldığı barədə məlumat verilmişdir. İddiaçı həmin tarixdə məhkəməyə teleqramla müraciət edərək, ekspertiza mərkəzinin hərəkətlərindən şikayətini bildirmiş və barələrində tədbir görülməsini xahiş etmişdir. İş məhkəməyə Mərkəz tərəfindən xx.xx.2025-ci il tarixli, 3216 nömrəli məktubla geri qaytarılmış və xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

49. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.1-ci və 15.2-ci maddələrinə görə də, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.

51. Məhkəmə tərəfindən qəbul olunmuş qərardadların icra sı Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Prosessual Məcəllə ilə təsbit edilmiş məcburi hüquqi öhdəlikdir. Qərardadların icra olunmaması qanunun aliliyinə və məhkəmə hakimiyyətinin nüfuzuna zidd olmaqla yanaşı, tərəflərin hüquqlarının reallaşdırılmasına mane olur. Buna görə də qəbul edilmiş qərardadın icrası zəruri hesab edilməli və tərəflər tərəfindən gecikdirilmədən təmin olunmalıdır.

52. Bu prinsip hər sahədə olduğu kimi, ekspertiza fəaliyyətinin tənzimlənməsi sahəsində qəbul edilmiş hüquqi aktlarda da öz əksini tapır. Həm “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda, həm də “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyin in Kollegiyasının 37 nömrəli, xx.xx.2020-ci il tarixli Qərarında məhkəmə qərardadının icra edilməsinin, xüsusilə təkrarən təyin edilmiş məhkəmə ekspertizasının icrasının vacibliyi və zəruriliyi vurğulanmışdır. Ekspertiza Mərkəzinin məhkəmə qərardadının icrasından yayınması ilə bağlı məhkəməyə ünvanladığı məktublarında qeyd etdiyi əsaslar isə qeyd edilən hüquqi sənədlərdə təsbit edilməmişdir.

53. Məhkəmə Kollegiyası, Ekspertiza Mərkəzi qarşısında mütəxəssis rəyini nəzərə alaraq, ekspert rəyinin verilməsi bağlı suallar qoymuşdur. Belə olan halda yalnız şəxsin təqdim edilməməsi əsası ilə ekspertizanın keçirilməsindən imtina edilməsi məhkəmə üçün ağlabatan səbəb kimi qəbul edilmir. Hətta nəzərə alsaq ki, birinci instansiya məhkəməsində icraat zamanı eyni ekspertiza idarəsinin ekspertlərinə şəx s 2 dəfə təqdim edilmiş və eyni məzmunda rəylər verilmişdir.

54. Məhkəmə Kollegiyası qeyd etməyi vacib hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş mütəxəssis rəylərində “paratiroidektomiya” diaqnozunun qoyulması üzrə meyarlar və bu diaqnoz üzrə həyata keçirilən əməliyyatın dövlət səhiyyə göstərişləri barədə müfəssəl şəkildə həm elmi, həm də praktiki məlumatlar verilmişdir. Lakin, “Məhkəmə-Tibbi Ekspertiza və X6” PHŞ tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, KEŞ-438 və xx.xx.2024-cü il tarixli, KEŞ-829 nömrəli ekspertiza rəylərində ekspertlər yekun nəticəyə gələrkən hansı qaydalara istinad etmələri barədə ümumiyyətlə hər hansı əsaslandırma aparmamışdırlar.

55. Belə ki, “Respublika Endokrinoloji Mərkəzi” X17 Məhkəmə Kolleg iyasının məktubuna 01 aprel 2025-ci il tarixdə cavab olaraq (mütəxəssis rəyi) bildirmişdir ki, paratiroid vəzi (paratiroid) adətən lateral lobların arxa səthi boyunca yerləşən dörd (daha az tez-tez altı) kiçik endokrin vəzidir. Onlar həmçinin tiroid toxumasının içərisində yerləşə bilərlər. Əsas funksiyası sinir və motor sistemlərinin normal işləməsi üçün bədəndə kalsium səviyyəsini tənzimləməkdir. Fizioloji əhəmiyyəti - paratiroid hormonunun ifrazı. Pasient məktubuna “Respublika Endokrinoloji Mərkəzi” X16 dəvət olundu. Müayinə və müalicə nəticələri ilə tanış olundu. Laborator müayinə nəticələrinə əsasən pasientdə paratireoid vəzin patologiyası aşkarlanmış, lakin xx.xx.2023-cü il tarixində aparılmış Sintiqrafiya müayinəsinə əsasən adenoma aşkarlanmamışdır. Paratiroid adenomasının müalicəsin in əsas üsulu cərrahi müdaxilədir-paratiroidektomiya. Şişin çıxarılması əməliyyatı boyundakı kiçik bir kəsik vasitəsilə həyata keçirilir. 1-3 struktur təsir edərsə, onlar tamamilə çıxarılır, çünki qalanları normal kalsium səviyyəsini qoruyacaq. 4 paratiroid vəzinin hamısı təsirlənirsə, onlardan yalnız yarısı qorunur. Əməliyyat xəstənin həyat keyfiyyətini bərpa edir, həmçinin böyrək daşlarının əmələ gəlməsinin, osteoporozun inkişafının və s.qarşısını alır. Pasient epikriz təqdim etdi, lakin epikriz natamam doldurulmuş, hansı hissədə əməliyyat olunduğu qeyd olunmamışdır. Sadəcə olaraq paratireoidektomiya olunduğu qeyd olunub. Cərrahiyyə əməliyyatı ixtisaslaşmış cərrahiyyə şöbəsində endokrinoloq cərrah tərəfindən həyata keçirilə bilər. Adenomanın çıxarılmasından əvvəl və 15 dəqiqə sonra PTH s əviyyəsinin əməliyyatdaxili öyrənilməsi həyata keçirilən müdaxilənin radikallığını qiymətləndirməyə imkan verir. PTH səviyyələrinin azaldılması cərrahi əməliyyatı tamamlamağa imkan verir və digər sahələri yenidən nəzərdən keçirməyə ehtiyac qalmaz. Əksinə, ilkin yüksək səviyyəli PTH-nin davamlılığı PTH hipersekresiyası mənbəyinin (mənbələrinin) davamlılığını göstərir və onları tapmaq üçün yenidən baxılmasını tələb edir. PTH hipersekresiyası mənbəyinin (mənbələrinin) davamlılığını göstərir. Əməliyyatdan sonra təkrar müayinə olunmasına dair məlumatlar yoxdur. X12 Nightingale Hastanesinden verilən epikrizə əsasən Adenoma xaric edilmiş, əməliyyat vaxtı PTH səviyyəsi normaya düşmüşdür.

56. Bundan başqa, Məhkəmə Kollegiyasına Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Akademik M.A.Topç ubaşov adına X10” X18 “Paratiroidektomiya” diaqnozunun qoyulması üçün mütəxəssis rəyi (Endokrin cərrahiyyəsi şöbəsinin elmi rəhbəri prof.F.Səidovanın) təqdim edilmişdir. Rəydə qeyd edilmişdir ki, birincili hiperparatireoz (BHPT) endokrin xəstəlik olub, qanda kalsinin səviyyəsinin artması ya normanın yuxarı həddində olması ilə birlikdə paratireoid hormonun artıq sekresiyası ilə müşayət edilən qalxanabənzərətraf vəzin birincili patologiyasıdır. BHPT poliorqan zədələnmə şəklində özünü göstərir. Zədələnmə müxtəlif dərəcədə təzahür edir, bu isə son nəticədə həyat keyfiyyətinin aşağı düşməsinə, əlilliyə və vaxtından qabaq ölüm riskinin artmasına səbəb olur. Cərrahi müalicə yeganə radikal və effektiv müalicə üsulu hesab olunur. BHPT cərrahi müalicəsinə göstərişlər: BHPT simptomsuz gedişi zamanı c ərrahi müalicə xəstəliyin müalicəsi üçün tətbiq edilir; BHPT simptomlu gedişli xəstələrə. Cərrahi müdaxilə aşağıdakı əlamətlərdən (simptomsuzlar da daxil olmaqla) heç olmasa biri olan xəstələrə məsləhət görülür: A) Kalsinin qanda miqdarı ~ 1mq/dl (0.25mmol/l) normanın yuxarı həddindən yüksək B) Skeletin zədələnməsi C) VFA və ya onurğanın rentgenoqrafiyasına əsasən sınıq D) Sümük toxumasının mineral sıxlığı hər hansı nahiyyədə T kriteriyasına əsasən ≤ −2,5 E) Böyrəyin zədələnməsi F) Qlomerulyar filtrasiya dərəcəsi və ya kreatinin klirensi ˂ 60ml/dəq G) Rentgenoqrafiya, USM və digər metodlar əsasında nefrokalsinoz və ya nefrolitiazın aşkarlanması H) Hiperkalsiuriya (məsələn, >250mq/gün qadınlarda, >300mq/gün kişilərdə) İ) ˂50 yaş (digər göstərişlər tələb olunmur).˂50 yaş qənaətbəxş göstərişd ir J) Əməliyyat paratireoid vəz üzrə təcrübəli cərrah tərəfindən aparılmalıdır. Paratireoid vəzin aydın görünən solitar törəməsi və onun çoxsaylı, bədxassəli zədələnməsinin inkarı zamanı selektiv paratireoidektomiyanın aparılması məsləhət görülür. İkincili hiperparatireoz zamanı əgər bütün paratireoid vəzlərin hiperplaziyası müşahidə olunarsa, total paratireoidektomiya və paratireoid vəzin müəyyən hissəsinin brachioradial əzələyə autotransplantasiyası məsləhət görülür. BHPT olan xəstələrdə əməliyyatın radikallığını dəyərləndirmək üçün qanda intraoperasion və törəmə çıxarıldıqdan əvvəl və 15 dəqiqə sonra parathormonun miqdarı təyin edilməlidir. Erkən əməliyyatdan sonrakı dövrdə (əməliyyatdan sonrakı sutkada) xəstələrdə albumin, kalsinin miqdarı təyin edilməlidir.

57. Bundan başqa, Məhkəmə Kollegiyasına Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin X5 tərəfindən “Paratiroidektomiya” diaqnozunun qoyulması üzrə meyarlara dair mütəxəssis rəyi (ATU-nun İ cərrahi xəstəliklər kafedrasının assistenti t.ü.f.d A.F.Hümmətov və ATU-nun İ cərrahi xəstəliklər kafedrasının assistenti t.ü.f.d E.T.Məmmədovanın) təqdim edilmişdir. Rəydə bu əməliyyatın icrası ilə bağlı bütün elmi əsaslar qeyd edilmişdir. Diaqnostika: Təkcə USM-nin persistent və residiv paratiroid adenomaları üçün həssaslığı 75% və dəqiqliyi 65% təşkil edir. Əgər USM müəyyən edilmiş lezyonun incə iynə aspirasiya biopsiyası (İİAB) və ya PTH ölçülməsi ilə birlikdə istifadə edilərsə, dəqiqlik dərəcəsi 82%-ə qədər artır. Sestamibi müayinəsi ilə tək foton emissiya kompüter tomoqrafıyası 82% həssaslığ a və 67% dəqiqliyə malikdir, lakin USM ilə müqayisədə bahalı bir üsuldur. Digər lokalizasiya üsulları da təsvir edilmişdir, lakin onlar anormal bezlərin müəyyən edilməsində daha spesifik rol oynayırlar. Lokalizasiya şübhəlidirsə, birinci mərhələ görüntüləmə üsulları ilə birlikdə kompüter tomoqrafiyası (KT) və ya MRT istifadə edilə bilər. Sestamibi görüntüləmə zamanı mediastinal adenoma müşahidə edildikdə bunlar xüsusilə faydalıdır. Bu üsullar anatomik görüntüləmə üsullarıdır və ətrafdakı strukturlara münasibəti də nümayiş etdirirlər. Üçüncü mərhələ görüntüləmə üsulu selektiv venoz nümunənin götürülməsidir. Bu texnika son vaxtlar daha az istifadə olunur, çünki digər üsullardan daha invazivdir. Digər diaqnostik üsullar uğursuz olduqda selektiv venoz nümunə hələ də faydalı ola bilər. Ultrasəs lokalizasiya üçün ilk seçim olmalıdır və sestamibi görüntüləmə lokalizasiyanı təmin edə bilmədikdə və ya ultrasəs nəticələrini təsdiqləmək üçün istifadə edilə bilər. Ultrasəs və ya sestamibi ilə lokallaşdırıla bilməyən mediastinal adenomalar və ya lezyonlar üçün digər görüntüləmə üsullarından istifadə edilə bilər. Təkrar əməliyyatdan əvvəl iki qeyri-invaziv test tövsiyə olunur. Müsbət ultrasəs və müsbət İİAB nəticəsi kifayətdir. Cərrahi taktika: Persistent və Residiv hiperparatiroidizmin cərrahi müalicəsində cərrahın təcrübəsi metilen abısı inyeksiyası, xüsusi probların istifadəsi, əməliyyatdaxili USM, sinir monitorinqinin istifadəsi kimi metodlardan üstün hesab olunur. Çünki hər birinin üstün cəhəti olduğu qədər neqativ təsirləri də var. Cərrahi yanaşma daha az çapıqla nəticələnən toxuma disseksiyasına imkan verməlidir. Lateral yanaşma ilə cərrah tiroid və strap əzələləri arasında əksər bitişmələrin qarşısını ala bilər. Bu yanaşma sternokleidomastoid əzələlərin yan tərəfə çəkilməsi və strap əzələlərinin lateral dərin servikal fasyanın kəsilməsi ilə başlayır. Bu texnika retrofaringeal boşluq və traxeozofageal şırım da daxil olmaqla yuxarı yerlər üçün əla ekspozisiya təmin edir. RLS-ni müəyyən etməyə kömək edə biləcək başqa bir cərrahi manevr, arteriyanın ön tərəfindəki karotid örtüyünü kəsməkdir ki, bu da cərraha sinirin arteriyadan arxadan boyuna keçdiyi zaman onu müəyyən etməyə imkan verir. Bu bölgədə, ümumiyyətlə, əvvəlki əməliyyatlardan daha az çapıq toxuması olur və bütöv toxumada siniri daha yaxşı müəyyən etməyə imkan verir. Sinir kəllə istiqamətində bir yol izləyə b ilər və ətrafdakı toxumalara zərər vermə ehtimalı olmadan araşdırıla bilər. Cərrah paratiroid vəzlərinin tipik ektopik yerləri ilə öncədən tanış olmalıdır. Shen və başqaları, aşkar edilə bilən ektopik yerlərin sistematik tədqiqini tövsiyə edir. Bunlara ipsilateral timus, anterior superior mediastinum, karotid arteriya, aşağı vəzilərin yuxarı boyun bölgələri və gözdən qaçan yuxarı vəzlər üçün posterior mediastinum daxildir. Bu nahiyələrdə müayinə nəticələri mənfi olarsa, müsbət intratiroidal paratiroid şişlərinin çıxarılması üçün qismən və ya total tiroid lobektomiyası və ya tiroidotomiya edilə bilər. Mediastinumda yerləşən vəzləri olan xəstələr üçün əməliyyatdan əvvəl identifikasiya ən yaxşı yanaşmadır. Bu zaman təcrübəli torakal cərrahın köməyi lazım ola bilər. Trakeal bifurkasiya və ya aortopulmoner pəncərədə yerləşən əksər vəzlər torakoskopik yanaşma ilə uğurla müalicə edilə bilər. Prinz və başqaları, ikisi hiperparatireoz səbəbiylə ikincili inkişaf etmiş və ikisi persistent PHPT olan dörd PHPT xəstəsinin torakoskopik yanaşmadan istifadə edərək uğurlu müalicəsini bildirmişdir. Bütün vəzlər əməliyyatdan əvvəl sestamibinin skan edilməsi və döş qəfəsinin KT ilə təsdiqlənmişdir. Bu vəzilər əsas ağciyər arteriyası, qalxan aorta, aorta qövsü və aortopulmonar pəncərənin yaxınlığında yerləşirdi. Hər bir vəzi torakoskopik yolla rezeksiya edilib və kalsium səviyyəsi normallaşıb. PHPT-də cərrahi müdaxilənin uğursuzluğu nadirdir və baş verdikdə problemi uğurla həll etmək üçün sistematik yanaşma lazımdır. Onlar bir alqoritmə əməl edərək şişin diaqnozunu qoydular, qeydləri nəzərdən keçirdilər, görüntüləmə üsulları ilə vəzilərin lokalizasiyasını təyin etdilər, müxtəlif cərrahi üsullardan istifadə etdilər, əvvəllər intakt olan toxumalardan ayrıldılar və məlum olan ektopik şişləri təyin etdilər. Yerləri sistematik olaraq araşdıran endokrin cərrahlar persistent və residiv hiperparatiroidizmin müalicəsində təxminən 90% müvəffəqiyyət əldə edə bilərlər. Sistemli yanaşma müvəffəqiyyətli olsa və morbiditə azaltsa da, persistent və residiv hiperparatiroidizmi olan xəstələr üçün ən yaxşı müalicə təcrübəli endokrin cərrahlar tərəfindən ilkin əməliyyat zamanı kəşfiyyat vasitəsilə profilaktikadır. Persistent və Residiv Hiperparatiroidizm: Birincili hiperparatireoz (PHPT) endokrin cərrahlar tərəfindən müalicə olunan ikinci ən çox yayılmış xəstəlikdir və ABŞ-da hər il 100.000- dən ç ox yeni hal diaqnozu qoyulur. Təcrübəli endokrin cərrahları tərəfindən həyata keçirildikdə hiperparatiroidizm müalicəsində müvəffəqiyyət nisbətinin 95%-dən çox olduğu bildirilir. Ancaq ilkin əməliyyat təcrübəsiz cərrahlar tərəfindən aparıldıqda bu göstərici təxminən 70% təşkil edir. Təcrübəli cərrah tərəfindən aparılan ilkin cərrahiyyədə isə residiv azdır. İlkin paratiroidektomiya üçün əla nəticələr bildirilsə də, bu nəticələr təkrar əməliyyatlara aid edilmir. İlkin uğursuz əməliyyatdan sonra müvəffəqiyyət nisbətləri azalır və cərrahın təcrübəsindən asılı olmayaraq morbiditə artır. İntraoperativ nöqsanların aşkarlanması: Paratiroid cərrahiyyəsində uğurlu nəticə üçün əməliyyat zamanı vəzlərin düzgün lokalizasiyası və bütün patologiyanın tam çıxarılması çox önəmlidir. Yenilikçi metodlar bu p rosesin effektivliyini artırır. İntraoperativ PTH Monitorinqi: Əməliyyat zamanı PTH səviyyəsinin ölçülməsi qısa müddətdə (adətən 10-15 dəqiqə ərzində) həyata keçirilir. Əgər PTH səviyyəsi rezeksiyadan sonra 50% və ya daha çox azalırsa, əməliyyatın uğurlu olduğu qəbul edilir. Bu üsul residiv riskini azaldır və əlavə əməliyyatların qarşısını alır. İntraoperativ Ultrasonoqrafiya və Gama-Probe: Lokalizasiya çətin olduqda və ektopik vəzlər üçün istifadə olunur. Radioaktiv sestamibi inyeksiyasından sonra əməliyyat zamanı gama-probe ilə şiş toxuması müəyyən edilir.

58. Məhkəmə Kollegiyası ekspertiza mərkəzi tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı verilən rəyləri, apellyasiya şikayətinin dəlillərini, apellyasiya icraatı zamanı məhkəmənin sorğuları əsasında daxil olmuş elmi-mütəxəs sis rəyləri və iş üzrə təqdim edilmiş sübutları nəzərdən keçirərək belə nəticəyə gəlmişdir ki, iddiaçı üzərində “paratiroidektomiya” əməliyyatının icrası üçün göstərişin mövcudluğuna dair şərtlər yalnız onun Türkiyə Respublikasında müayinəsi zamanı bütünlüklə və dəqiqliklə yoxlanılmışdır. Cavabdeh1 MMC-də fəaliyyət göstərən Cavabdeh2 tərəfindən ultrasəs müayinəsi zamanı yalnız “düyün” aşkarlanmış, dəqiqləşdirilməsi üçün nüvə təbabəti ilə müayinə üsulu tətbiq edilmiş (bu müalicə üsulu da müsbət nəticə verməmiş), yekunda o, paratiroid adenomalarının lokalizasiyanı dəqiq müəyyən etmədən əməliyyat üçün digər cavabdeh endokrin cərrah olmayan Cavabdeh3 yönləndirmiş və sonuncu tərəfindən yalnız aşkarlanmış “düyün” üzərində əməliyyat icra edilmişdir.

59. Halbuki, birinci instansiya məhkəməsində ic raat zamanı təqdim edilmiş ekspertiza rəyində cərrahiyyə əməliyyatının səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olduğu qeyd edilsə də, rəydə bununla bağlı heç bir əsaslandırılma aparılmamış, əksinə Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş qaydalardan və göstərişlərindən cərrahiyyə əməliyyatının düzgün aparılmadığı məhkəmə tərəfindən müəyyən edilmişdir.

60. Məhkəmə Kollegiyasının Cavabdeh1 MMC-də fəaliyyət göstərən Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikasında praktiki tibb fəaliyyəti ilə məşğul olmaları ilə bağlı sorğularına cavab olaraq Səhiyyə Nazirliyi tərəfindən daxil olmuş məlumatlarından görünür ki, Azərbaycan Respublikasında praktiki tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri barədə məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Tibb kadrlarının vahid reyestri"nə daxil edilir. Həmin reyestrdə ******* nömrəli kod ilə qeydiyyata alınmış Cavabdeh2 1998–2004-cü il tarixlərində Xəzər Universitetində “Tibbi biologiya” ixtisası üzrə əsas (baza ali) tibb təhsili almış və ona “Funksional diaqnostika üzrə həkim” ixtisası verilmiş, xx.xx.2004-xx.xx.2005-ci il tarixlərində Respublika Onkoloji Elmi Mərkəzində internatura keçmiş və ona “Həkim-radioloq” ixtisası verilmişdir. O, 2 dəfə “Şüa diaqnostikası” üzrə tibb mütəxəssislərinin sertifikasiyası prosesindən keçmiş, sonuncu dəfə ona xx.xx.2022-ci il tarixində verilmiş AH seriyalı 045269 nömrəli sertifikasiya şəhadətnaməsi xx.xx.2027-ci il tarixinədək qüvvədədir.

61. Həmin reyestrdə ******* nömrəli kod ilə qeydiyyata alınmış Cavabdeh3 1996– 2002-ci il tari xlərində Azərbaycan Tibb Universitetində “Müalicə işi” ixtisası üzrə əsas (baza ali) tibb təhsili almış və ona “Həkim” ixtisası verilmiş, xx.xx.2002–xx.xx.2003-cü il tarixlərində Naxçıvan Muxtar Respublika Xəstəxanasında internatura keçmiş və ona “Həkim-otorinolarinqoloq” ixtisası verilmişdir. O, 3 dəfə “Otorinolarinqologiya” ixtisası üzrə tibb mütəxəssislərinin sertifikasiyası prosesindən keçmiş, xx.xx.2019-cu il tarixində ona verilmiş AH seriyalı 033247 nömrəli sertifikasiya şəhadətnaməsi xx.xx.2024-cü il tarixində qüvvədən düşmüşdür. Sonuncu dəfə ona xx.xx.2024-cü il tarixində verilmiş AH seriyalı 057062 nömrəli sertifikasiya şəhadətnaməsi xx.xx.2029-cu il tarixinədək qüvvədədir.

62. Məhkəmə Kollegiyasının Cavabdeh3 cərrahiyyə əməliyyatı aparmaq səlahiyyətinə malik olub-olmamasına dair sorğusuna cavab olaraq isə bildirilmişdir ki, Azərbaycan Tibb Universitetində tədris olunan Otorinolarinqologiya fənninin tədris planına qalxanabənzər və qalxanabənzər ətraf vəzləri cərrahiyyəsi mövzusu daxil deyildir. Eyni zamanda Otorinolarinqologiya ixtisası üzrə rezidentura təhsili tədris proqramına da həmin mövzular daxil edilməmişdir. Bu səbəbdən ölkəmizdə Otorinolarinqologiya üzrə ixtisaslaşmış həkimlər həmin vəzlərdə cərrahi əməliyyat aparmaq səlahiyyətinə malik deyillər. Ancaq qeyd etmək lazımdır ki, Türkiyə və bir sıra digər dünya ölkələrində Otorinolarinqologiya ixtisasının tədris proqramı həm də baş və boyun cərrahiyyəsi sahəsini əhatə etdiyinə görə həmin ölkələrdə təhsil almış həkimlərin yuxarıda qeyd olunan əməliyyatları həyata keçirməyə səlahiyyətləri vardır.

63. Məhkəmə Kol legiyasının iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən Cavabdeh3 Türkiyə Respublikasında “Qulaq-burun-boğaz xəstəlikləri” üzrə təhsil aldığı və ona “Uzmanlık belgesi” təqdim edildiyinə dair sübut təqdim edilmişdir.

64. Həmin sənədə münasibətdə kollegiya qeyd etmişdir ki, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın təsdiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il, 2306 nömrəli Fərmanının 1.5.9-cu maddəsinə əsasən tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olun maq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqidir.

65. Həmin Fərmanın 5.1-ci bəndinə əsasən akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır.

66. Həmin Fərmanın 6.1 və 6.2-ci bəndlərinə əsasən peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılark ən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razı laşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir. 67. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 2010-cu il, 108 nömrəli Qərarının 2.1-ci maddəsinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirl iyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir.

68. Məhkəmə Kollegiyası qeyd edir ki, Səhiyyə Nazirliyinin “Tibb kadrlarının vahid reyestri”nə əsasən verdiyi məlumatlarda Cavabdeh3 xarici ölkədə almış olduğu təhsil sertifikatının Azərbaycan Respublikasında tanınmasına dair məlumat öz əksini tapmır. Nəzərə alınmalıdır ki, tanınma hüquqi prosedurunun məqsədi də xarici ölkədə tədris edilən tədris proqramında keçirilmiş mövzuların Azərbaycan Respublikasının təhsil sisteminin müvafiq tədris proqramlarına uyğunlaşdırılması və bu barədə təsdiqedici sənədin alınmasından ibarətdir.

69. Göründüyü kimi, Cavabdeh3 Azərbaycan Respublikasında praktiki tibb fəaliyyətinə məhz Azərbaycan Respublikasında təhsil aldığı “Həkim-otorinolarinqoloq” ixtisası üzrə buraxılmışdır və onun otorinolarinqolog iya ixtisası üzrə qüvvədə olan sertifikasiyası vardır. Belə olduqda, bu hallar onun cərrahiyyə əməliyyatının aparılması hüququnu istisna edir.

70. Araşdırılan iş üzrə isə təqdim edilmiş tibbi sənədlərdən görünür ki, “paratiroidektomiya” əməliyyatının icrası, ümumiyyətlə, otorinolarinqologiya ixtisası üzrə fəaliyyət göstərən həkim və ya cərrah tərəfindən aparıla bilməz. Bu əməliyyat yalnız endokrin cərrah, həm də təcrübəli endokrin cərrah tərəfindən aparılmalıdır.

71. Bu hallar, Məhkəmə Kollegiyasında iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədildiyi və iddiaçıya vurulan zərərlə zərərvuranın hərəkətləri arasındakı səbəbli əlaqənin olduğu qənaətinə gəlməyə kifayət qədər əsas vermişdir. Göründüyü kimi, iddiaçının müayinəsi məqsədilə onun xəstəliyinin diaqnozunun düzgün müəyyən edilməmiş, q oyulmuş diaqnoz üzrə isə həyata keçirilən cərrahi əməliyyat qüvvədə olan dövlət səhiyyə qaydalarına uyğun aparılmamışdır.

72. Məhkəmə Kollegiyası cavabdehin nümayəndəsinin təqdim etdiyi digər sənədlərə münasibətdə isə qeyd etmişdir ki, Cavabdeh3 elmi fəaliyyətinə dair təqdim olunmuş sənədlər tibbi xidmətlərin keyfiyyətinə və qanuniliyinə dair tələbləri əvəz etmir. Bu sənədlər əməliyyat aparmaq səlahiyyətini sübuta yetirmir və beynəlxalq hüquqi standartlara, Konstitusiyanın tələblərinə cavab vermir. Şəxsin sağlamlıq hüququnun qorunması yalnız qanuni əsaslarla və peşəkar səlahiyyət çərçivəsində həyata keçirilməlidir.

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsin ə dair”) xüsusi olaraq vurğulanmışdır ki, mənəvi zərər şəxsi qeyri-əmlak hüquqlarının pozulması ilə bağlı yaranır və dövlət vəzifəli şəxslərinin və ya müvafiq qurumların qanunsuz hərəkətləri nəticəsində baş verən pozuntular zərərin ödənilməsinə əsas yaradır.

74. Bu yanaşma tibbi fəaliyyətdə də tətbiq edilməlidir: əməliyyat aparmaq üçün qanuni əsas olmadan icra edilən cərrahi müdaxilələr nəticəsində şəxsin sağlamlığına dəyən zərər mütləq kompensasiya edilməlidir.

75. Məhkəmə Kollegiyası apellyasiya şikayətini “Bakı şəhəri Nərimanov rayon prokurorunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarı ilə cinayət işinin başlanması rədd edilməsinə dair” hissədə qeyd etmişdir ki, ziyan vuranın cinayət məsuliyyətinə cəlb olunmaması onun mülki hüquqi məsuliyy ətdən azad olunmasına əsas vermir. Bundan başqa, qeyd edilən qərar Bakı Apellyasiya Məhkəməsinin 6(103)-224/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmiş və toplanmış materialın müvafiq araşdırmanın davam etdirilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğuna qaytarılması qərara alınmışdır.

76. Beləliklə, iş üzrə müəyyən edilmiş hallara və təqdim olunmuş sübutlara hüquqi qiymət verərək Məhkəmə Kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

77. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1112, 1113.1, 1114.1, 1118.1-ci maddələrinə, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 57,58, 59, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 19 avqust 2020-ci il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında” Əsasnaməyə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 101.7, 106.1, 217.1, 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

78. Cavabdeh1 MMC (Vəkil2) kassasiya şik ayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1191/2025 nömrəli 25 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

79. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, işə baxan məhkəmə hazırkı mübahisəyə maddi hüququn tətbiqində və təfsirində səhvə yol vermiş və bunun da nəticəsində iş üzrə düzgün olmayan məhkəməsi qətnaməsi qəbul olunmuşdur.

80. İşə baxan həm birinci instansiyası, həm də apellyasiya instansiyası məhkəməsi heç bir faktiki və hüquqi əsas olmadan subyektiv formal mülahizələrə istinadən nəticəyə gəlməklə ekspertiza rəylərini mötəbər sübut hesab etməmişlər. İşdə olan materiallarla müəyyən olunur ki, iddiaçıya Türkiyə Respublikasının “Florence Nightingale” Xəstəxanasında qoyulmuş diaqnozlar eyniyyət təşkil edir. İddiaçıya qoyulmuş diaqnozda bu və ya digər yanlışlığa yol verilməmişdir. İş üzrə apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə ekspertiza rəyinin mötəbər sübut hesab edilməməsinin əsası kimi sadalanan hallar və dəlillər əməliyyatın səhv olduğunu deyil, effektsiz olmasının əsası kimi qəbul edilə bilər ki, bu hal da işdə olan digər sübutlarla tam təkzib olunur. İşə baxan apellyasiya instansiyası məhkəməsi heç bir faktiki əsası olmadan iş materiallarını yanlış təhrif edərək göstərmişdir ki, guya iş materiallarında iddiaçının cavabdeh klinikada cərrahi əməliyyat keçirilməzdən əvvəl xəbərdar edilməsini təsdiqləyən hər hansı mötəbər sübut cavabdeh tərəfindən təqdim edilm əmiş, bununla yanaşı işin faktiki hallarında da aşkar edilməmişdir. Halbuki iş materialları ilə mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı hospitalda cərrahi əməliyyat icra edilməmişdən əvvəl əməliyyatın fəsadları, nəticələri və s. barədə müfəssəl məlumat verilmiş və o bu barədə iltizamı imzalamaqla təsdiq etmişdir. Həmçinin məhkəmə kollegiyası hazırkı iş üzrə düzgün olmayan nəticəyə gələrkən həkim Cavabdeh3 tərəfindən iddiaçıya icra olunmuş cərrahiyyə əməliyyatı aparmaq səlahiyyətinə malik olub-olmamasının araşdırılması məqsədilə aidiyyatı mütəxəssislərə ünvanladığı sorğulara verilmiş cavablara istinad edərək qeyd etmişdir ki, Azərbaycan Tibb Universitetində tədris olunan Otorinolarinqologiya fənninin tədris planına qalxanabənzər və qalxanabənzər ətraf vəzləri cərrahiyyəsi mövzusu d axil deyildir.

81. Məhkəmənin istinad etdiyi bu xüsusatla bağlı qeyd edilmişdir ki, əməliyyatı icra etmiş həkim Cavabdeh3 “Minimal invaziv tiroid cərrahiyyəsi” üzrə Koreya Respublikasının Seul şəhərində keçirilən 40 günlük təlimlərdə iştirak etmiş və bununla əlaqədar olaraq ona müvafiq sertifikat verilmişdir. Eyni zamanda həkim Cavabdeh3 tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün Türkiyə Respublikasının Ege Universiteti tərəfindən “Baş-boyun xərçənglərində klinik boyuna sentinel limfa düyünü biopsiyasımetodu ilə yanaşma” avtoreferatı ixtisas kodu 14.0014 verilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14-k nömrəli xx.xx.2013-cü il tarixli protokl qərarı ilə Cavabdeh3 tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Yuxarıda sadalanan xüsusa tlardan görünür ki, həkim Cavabdeh3 rezidentura təhsilini Türkiyə Respublikasında almışdır.

82. Lakin işə baxan məhkəmə heç bir hüquqi əsas olmadan qərəzli mövqedən çıxış edərək təqdim edilən sübutlara əhəmiyyət verməmiş və bunu onunla əsaslandırmışdır ki, həmin sənəd müvafiq normativ aktların, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına və s. tələblərinə uyğun olmadığından Səhiyyə Nazirliyinin “Tibb kadrlarının vahid reyestri”nə əsasən verdiyi məlumatlarda Cavabdeh3 xarici ölkədə almış olduğu təhsil sertifikatının Azərbaycan Respublikasında tanınmasına dair məlumat öz əksini tapmır. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, həkim Cavabdeh3 2008-ci ilin noyabr ayında Türkiyə Respublikasında “Qulaq-burun- boğaz xəstəlikləri” üzrə təhs il aldığı və ona “Uzmanlık belgesi”ni almışdır. Həmin tarixdə məhkəmənin istinad etdiyi Fərman qəbul edilməmişdir, yəni məhkəmə kollegiyasıCavabdeh3 təqdim etdiyi sübutun tarixi ilə istinad etdiyi normativ aktın tarixindəki zaman fərqinə diqqət etməmişdir.

83. İşə baxan apellyasiya məhkəməsi sübutlara birtərəfli, qeyri-obyektiv və qərəzli yanaşmaqla MPM-nin 76, 77, 80, 81, 88-ci maddələrinin tələblərini kobud şəkildə pozmuş və bu pozuntu da iş üzrə düzgün olmayan qətnamənin qəbul olunmasına səbəb olmuşdur. MPM-nin tələblərinə əsasən prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi və ya düzgün təvsir edilməməsi apellyasiya instansiya məhkəməsinin qətnaməsinin kassasiyası instansiyası məhkəməsi tərəfindən kassasiya icraatı qaydasında ləğv edilməsi üçün əsasdır.

84. Kassasiy a şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1112, 1113.1, 1114.1, 1118.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 101.7, 106.1, 217.1, 217.3, 218.1, 384.0.1, 405-ci maddələrinə də istinad edilməklə əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

85. Kassasiya şikayətinə qarşı etiraz daxil olamamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

86. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzər də tutulmasın.

87. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

88. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

89. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, h üquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

90. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

91. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

92. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəq liyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

93. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsu z almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun

94. Maddə 57 (birinci və ikinci hissələr).Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir.

95. Maddə 58(ikinci hissə). Vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxslər qanunla müəyyən edilmiş qaydada ziyanın ödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşıyırlar.

96. Maddə

59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 19 avqust 2020-ci il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məhkəmə tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə

97. Bənd 3.9. Nəticə ekspert qarşısında qoyulmuş suallara müvafiq surətdə tərtib olunur. Onlarda, həmçinin ekspertiza zamanı müəyyən edilmiş əhəmiyyətli obyektiv məlumatlara ekspert qiyməti də olmalıdır. Nəticə aydın, səlist tərtib edilməklə xüsusi tibb terminlərindən mümkün qədər istifadə edilməməlidir. Hər bir nəticə üzrə ekspertin fikri obyektiv məlumatlarla əsaslandırılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı

98. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 99. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bu nun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

100. X13 izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənə vi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

101. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

102. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MülkiMəcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nə ticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir.

103. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xa rakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X4rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

104. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

105. Maddə 77.1. Hər bir tərəf öz tələbləri nin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

106. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

107. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

108. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

109. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

110. Maddə 217.1. Məhkə mənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

111. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

112. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

113. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

114. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

115. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

116. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

117. Maddə 418.3. Prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

118. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

119. Hazırkı k assasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

120. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

121. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətlərində göstərilən hüq uqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

122. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

123. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

124. Göstərilənlərə əsasən v ə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1191/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar