Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3798/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və vəkili xxx oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 2(103)-116/2019 saylı qətnaməsindən İddiaçı və vəkili XXX oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(006)4557/2018 saylı qətnaməsi ilə (sədrlik edə n, hakim P.A.Hüseynov) İddiaçı Cavabdeh ASC qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddiası təmin edilərək, işəgötürənin 25 may 2018-ci il tarixli, 18/221/k saylı əmri ləğv edilərək, iddiaçının cavabdeh təşkilatda əvvəlki vəzifəsinə bərpa edilməklə, ona məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 2(103)-116/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, V.T.Həsənov və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia əriz əsi rədd olunmuşdur. İddiaçı və vəkili Pənah Məmmədov qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 01 sentyabr 2008-ci il tarixdən cavabdeh təşkilatın “X” filialında istehlak kreditləri üzrə mütəxəssis vəzifəsində, 08 aprel 2015-ci il tarixdən isə həmin filialın X1 Departamentinin problemli kreditlərin yığılması şöbəsində mütəxəssis vəzifəsində işləmişdir. Bir neçə şəxsin şəxsin şikayətinə əsasən işəgötürən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq xitam vermişdir. On un işdən çıxarılması barədə əmrdə əsas kimi xxx və xxxnın izahatları göstərilmişdir. Lakin həmin şikayətçilərdən xxx sonradan cavabdeh təşkilata ərizə yazaraq şikayətinin səbəbini izah etmiş və əslində ondan heç bir şikayətinin olmadığını bildirmişdir. Digər tərəfdən qərəzli şəkildə alınmış izahatlar belə onun işdən azad edilsi üçün əsas ola bilməz. Çünki işəgötürən həmin əmrdə onun işdən çıxarılmasını əsaslı sübutlarla təsdiq etməli idi. Bundan başqa əmrin əsaslandırıcı hissəsində onun hansı kobud səhvlərə yol verməsi göstərilməmiş, işdən çıxdığı gün ona son haqq hesab ödənilməmişdir. İşəgötürən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin ”ç” bəndi üzrə xitam verərkən 25 may 2018-ci il tarixli, 18/221/k saylı əmrdə əmək müqaviləsinin ləğv ed ilməsinin zəruriliyini əsaslandırılmamış, əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədləri göstərməmişdir.Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdı r. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Pənah Məmmədov kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh “xxxx” ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiy a şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini rədd edərkən, birinci instansiya məhkəməsinin maddi hüquq normalarının tətbiqində səhvə yol verərək gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslandırmamasına, işəgötürənin əmrinin məzmununun qanunvericiliyin tələblərinə cavab verməməsi ilə bağlı iddiaçının istinad etdiyi dəlillərin əmrin ləğv edilməsinin deyil, onun etibarsızlığının əsasını təşkil etməsinə, əmrin etibarsızlığı ilə bağlı tələbin isə hazırkı işə baxılmasının predme tini təşkil etməməsinə, cavabdeh təşkilat tərəfindən müştərilərə verilmiş kreditlər üzrə aylıq ödənişlərin bir hissəsini ödəmək şərti ilə iddiaçının özü üçün tələb etməsinə, bu halın məhkəmə iclasında şahid qismində dindirilmiş Aqil Hüseynov və xxxun ifadələri ilə təsdiq edilməsinə, daha sonra iddiaçının ödəməli olduğu aylıq ödənişləri ödəməməklə müştərilərin haqlı narazılıqlarına səbəb olan hərəkətlərə yol verməsinə və bununla da cavabdeh təşkilatın qanunla qorunan mənafeyinə xələl gətirməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 71-ci maddəsinin 2-ci, 3-cü hissələrinin, 84-cü maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiy ası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmamışdır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, idddiaçı sonuncu dəfə cavabdeh təşkilatın problemli kreditlərin yığılması şöbəsində mütəxəssis vəzifəsində işləmiş və işəgötürənin 25 may 2018-ci il tarixli, 18/221k saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə 25 may 2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə görə) xitam verilmiş və əmrin verilməsinə xxx, xxx və İddiaçı izahatla rı əsas kimi göstərilmişdir. Hazırda iddiaçı işəgötürənin sözügedən əmrinin ləğv edilib, əvvəlki vəzifəsinə bərpa edilməsini və ona məcburi işburaxdığı günlər üçün əmək haqqının ödənilməsini iddia edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcun u (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin e) bəndinə görə, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddənin mənasına görə, əmək müqaviləsi işəgötürən tərəfindən qeyd olunan əsasla o, vaxt ləğv edilə bilər ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsin, y axud əmək vəzifələrini kobud şəkildə pozmuş olsun. Həmçinin nəzərə alınmalıdır ki, əmək vəzifələrinin kobud şəkildə pozulması o, halda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsası yaradır ki, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər, eyni zamanda törətmiş olduğu hüquq pozuntusu işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş olsun. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin təfsirində səhvə yol verərək, iddiaçının əmək funksiyasının bilavasitə nədən ibarət olmasını, onun əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerinə yetirməməsini, eləcə də əmək funksiyasını yerinə yetirərkən onun qəsdinin və ya səhlənkarlığının, etinadsızlığının nədə ifadə olunmasını, bunun nəticəsində iş yerində işin, əmək və icra i ntizamının normal ahənginin pozulub-pozulmamasını, sonda işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyib-dəyməməsini aydınlaşdırmadan, eləcə də xxxun, xxxnın şikayət ərizələri üzrə kifayət qədər araşdırma aparmadan, onlarla bağlanmış kredit müqavilələrinin, digər ödəmə sənədlərinin surətlərini məhkəməyə təqdim etməyi cavabdeh təşkilata təklif etmədən, yalnız xxxun və xxxnın şikayət ərizələrinə, onların izahatlarına əsaslanaraq iddiaçının öz əmək funksiyasını, yəni əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi qənaətinə gəlmişdir. Bundan başqa işəgötürən əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi iddiaçının özünün yazılı izahatına da istinad etsə də, onun əmrdə göstərilən faktları ümumiyyətlə etiraf etməməsinə diqqət yetirməmiş, əmrin verilməsinə əsas olmuş şəxslərin izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirməmiş və bununla da Azərbaycan Respublikası MPMnin 77.3, 88, 106.1, 106.3-cü maddələrinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdeh təşkilat tərəfindən müştərilərə verilmiş kreditlər üzrə aylıq ödənişlərin bir hissəsini ödəmək şərti ilə iddiaçının özü üçün tələb etməsini, bundan sonra ödəməli olduğu aylıq ödənişləri ödəməməklə onun müştərilərin haqlı narazılıqlarına səbəb olan hərəkətlərə yol verməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, əvvəla Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktla ra əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yəni cavabdeh təşkilatin xxxya və xxxa hər hansı məbləğdə kredit verməsi, verilmiş kreditlər üzrə aylıq ödənişlərin bir hissəsini ödəmək şərti ilə sonradan iddiaçının həmin öhdəlikləri öz üzərinə götürməsi, aylıq ödənişləri özü üçün tələb etməsi, bundan sonra ödəməli olduğu aylıq ödənişləri ödəməməsi ilə bağlı və sair faktlar, şahid ifadələri ilə deyil, bankla müştərilər arasında bağlanmış kredit müqavilələrinin, kassa mədaxil, məxaric orderlərinin, ödəniş qrafiklərinin surətləri ilə təsdiq oluna bilər. İşdə isə, belə sübutlar yoxdur.Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan ist ifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Digər tərəfdən işdən görünür ki, şikayətçilərdən biri olan xxx sonradan bankın rəhbərliyinin adına ərizə yazaraq, iddiaçı barəsində göstərdiyi faktları qəti şəkildə inkar etmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsini n 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddənin tələblərini pozaraq, iddiaçının çalışdığı bankda həmkarlar ittifaqı təşkilatının fəaliyyət göstəribgöstərməməsini, iddiaçının həmin həmkarlar ittifaqının üzvü olub-olmamasını aydınlaşdırmadan, bu barədə heç bir araşdırma aparmadan, işəgötürəninin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılıq alınmadan xitam verməsinə əhəmiyyət vermədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, əmək qanunvericiliyi həm karlar ittifaqı təşkilatından qabaqcadan razılıq alınmadan, işəgötürə tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndləri üzrə xitam verilməsini istisna edir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apelly asiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiy a instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı və vəkili xxx oğlunun kassasiya şikayətiqismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 2(103)116/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Q
Məhkəmə qərarları › İş №2(102)-3798/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3798/2019
27.05.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver