Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3799/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(104)-3951/2019 saylı qətnaməsindən Cavabdeh Calal oğlu və üçüncü şəxs Ələkbərova Məhəbbət Salman qızı tərəfindən verilmiş kasasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Q.Y.Baxşıyev, iş № 2(062)-435/2019) İddiaçı Cavabdeh Calal o ğluna qarşı iddiası qismən təmin edilərək Cavabdeh Calal oğlundan xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən borclu olduğu 150.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, tutmanın kredit müqaviləsinin şərtinə uyğun olaraq cavabdehin təsisçisi olduğu “Babək” firmasının N küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin hesabına borcun ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Mehtiyev, L.S.Süleymanov və A.V.Bayramov) cavabdehin və üçüncü şəxsin apelyasiya şikayətləri təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmə dən saxlanılmışdır. İşin halları: xx xxxxx 2018-ci il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 150.000 manat məbləğində borc verilmişdir. Müqavilədə nəzərdə tutulmuşdur ki, “borc alan” krediti xx xxxxxxx 2018-ci il tarixədək qaytarmadığı təqdirdə təsisçisi olduğu “N” firmasının N küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsini (50 faizini) “borc verənin” adına rəsmiləşdirməyi öhdəsinə götürür. 2019-cu ilin yanvar ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “borc alan” Cavabdeh N oğlunun borc müqaviləsində müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq borcu qaytarmamaqla müqavilə öhdəliyini təmin etməməsini əsas göstərməklə borcun tutulması və tutmanın cavabdehə məxsus yanacaqdoldurma məntəqəsinin ½ hissəsinin onun adına rəsmiləşdirilməsi, eyni zamanda yanacaqdoldurma məntəqəsinin “xxxx” ASC-də girovdan çıxarılması üçün əlavə olaraq cavabdehə verdiyi 20.000 manatın ondan tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətlərinin dəlilləri: İş üzrə Cavabdeh N oğlunun həyat yoldaşı N qızı kasasiya şikayəti verərək ərinin tam mülkiyyətçi hüququ ilə girov qoyduğu “Babək” firmasının nizamnamə kapitalındakı payın onların birgə nikah dövründə əldə etdiyi əmlak olmasını, həmin müqavilənin rəsmi reyestrdə qeydə alınmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən eyni zamanda iş üzrə Cavabdeh kasasiya şikayəti verərək kredit müqaviləsində borcun məbləğinin 150.000 manat olması göstərilsə də, əslində ona 120.000 manatın verilməsini, qalan 30.000 manatın birgə fəaliyyətə cəlb olunacağı təqdirdə veriləcəyi barədə aralarında razılaşmanın olmasını, lakin müqavilənin həmin şərtinin icra edilmədiyini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında N qızı və vəkili verdikləri kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vək ilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayətləri qismən təmin olunmalı, qətnamə borcun tutulmasının cavabdehin təsisçisi olduğu “Babək” firmasının yanacaqdoldurma məntəqəsinin ½ hissəsinin hərracdan satılması və əmlakın satışından əldə edilmiş vəsait hesabına ödənilməsi hissəsində ləğv edilərək həmin hissədə işin yeni apelyasiya baxışına göndərilməsinə, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflər arasında notariatda təsdiq olunmuş kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə görə iddiaçı tərəfindən cavabdehə xx xxxxxxx 2018-ci il tarixə kimi qaytarmaq şərti ilə 150.000 manat məbləğində kredit verilmişdir. Kasasiya şikayətində Cavabdeh iddiaçı tərəfindən ona müqavilədə göstərildiyi kimi 150.000 manatın deyil, 120.000 manatın verildiyini iddia etsə də, işdən görünür ki, iddiaçı tərəfindən ona 150.000 manat borc verilmiş, lakin o, müqavilədə müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq borcun qaytarılmasını təmin etməməklə müqavilə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verə n) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşdən görünür ki, müqavilə bilavasitə tərəflərin iştirakı ilə bağlanmış, müqaviləni imzalamaqla tərəflər müqavilədə göstərilənlərin həqiqiliyini təsdiq etmişlər. Müqavilə onun məzmunundan göründüyü kimi, heç bir şərtdən asılı edilməmiş və “borc verən” İddiaçı “borc alan”qarşısında heç bir öhdəlik götürməmişdir. Belə olduqda tərəflərin arasında birgə fəaliyyətlə məşğul olmaq barədə razılaşmanın olmasına dair şikayətin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci ma ddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, iş üzrə mübahisəsiz müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 150.000 manat məbləğində kredit verilmişdir. Belə olduqda cavabdehdən iddiaçının xeyrinə 150.000 manat tutulması əsaslı olduğundan kollegiya qətnaməni həmin hissədə qanunun tələblərinə və işdə olan sübutlara uyğun sayır. İşdən görünür ki, Cavabdeh kasasiya şikayətində eyni zamanda tutmanın “Babək” firmasının yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilməsini qanunsuz sayır. N qızının kasasiya şikayətində isə q ətnamənin qanuniliyi yalnız tutmanın yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilməsi hissəsində mübahisələndirilmişdir. Kollegiya hesab edir ki, qətnamə həmin hissədə qanunun tələblərinə uyğun olmadığından əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. (269.1) İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. (269.4) Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququ dur. (269.5) Həmin Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməli, 309.1-ci maddəsinə görə isə dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, cavabdehin təsisçisi olduğu firmanın yanacaqdoldurma məntəqəsinin ipoteka ilə yüklü edilməsi barədə tərəflər arasında ipoteka müqaviləsi bağlanmamış, notariatda təsdiq olunmamış və dövlət qeydiyyatına alınmamışdır. Belə olan vəziyyətdə məhkəmə tərəfindən tutmanın həmin əmlaka yönəldilməsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə zidd olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə həmin hissədə ləğv olunmalı və iş həmin hissəyə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu ma ddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayətləri qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh oğlundan iddiaçının xeyrinə tutulması qət edilmiş pulun ödənilməsinin cavabdehin təsisçisi olduğu “Babək” firmasının N küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ½ hissəsinə yönəldilməsi, onun açıq hərracdan satılıb borcun ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Cavabdeh İddiaçı xeyrinə 150.000 manatın tutulmasına dair hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3799/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3799/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver