Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3799/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: evə köçürülmə ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-145/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İşin halları: İddiaçı 15 noyabr 2007-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha girmiş və həmin vaxtdan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Balakən rayonunun Xalatala kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Birgə nikahdan onların 2008 və 2011-ci illərdə iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş, uşaqlar anaları İddiaçı yanında saxlanılmaqla onlara görə Cavabdeh1 iddiaçının xeyrinə aliment tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikaha girdikdən sonra 2007-ci ildən cavabdehlərin yaşadıqları evə köçüb onlarla birgə təsərrüfat aparmaqla yaşamasını və istif adə hüququ əldə etməsini əsas göstərməklə azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-516/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim: H.Q.Səlimov) iddia təmin edilərək İddiaçı azyaşlı uşaqları ilə birlikdə iddia etdiyi fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək mübahisəli evin 05 avqust 2020-ci il tarixli Dövlət Reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona Cavabdeh2 məxsus olmasını, iddiaçının mübahisəli evdə uzun müddət yaşamasına razılıq verilməməsini, ailənin iddiaçının ərinə xəyanət nəticəsində dağılmasını, qətnamənin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun çıxarılmamasını və s. əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-145/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək Balakən Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(019)-516/2020 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin maddi hüquq normasının düzgün tətb iq edilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1 Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona m əxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı mübahisəli evə köçərkən həmin ev mülkiyyət hüququnun subyekti olmamışdır. Evin dövlət qeydiyyatı 2020-ci ildə aparılmış və evin tam mülkiyyət hüququ əsasında iddiaçının keçmiş qayınanası Cavabdeh2 məxsus olması barədə onun adına Dövlət Reyestrindən Çıxarış verilmişdir. Apellyasiya instansiyası məhkəməsinə görə mübahisəli ev özbaşına tikili olmaqla 1973-cü ildə cavabdehlərə rəsmi qaydada ayrılmış torpaq sahəsində inşa edilmiş və Xalatala kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitabında bu barədə müvafiq qeydiyyat aparılmışdır ki, bu da Balakən Rayon Dövlət Arxivi tərəfindən verilmiş və işin 128ci səhifəsində olan 21 dekabr 2020-ci il tarixli arxiv arayışı ilə təsdiq olunur. Göstərilən vəziyyətdə, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 mülkiyyət hüququ üzrə gözlənti hüququna malik olduğunu və bu hüququnu 2020-ci ildə reallaşdırdığını nəzərə alaraq, Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbinə müvafiq olaraq qanunun analogiyasından istifadə etməklə Mənzil Məcəlləsinin 30-cu maddəsinin qüvvəsini tətbiq edib, iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Mənzil Məcəll əsinin 30-cu maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. (30.1) Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyat a keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (30.4) Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə işdə olan sübutlara və qanunun tələbinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-145/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3799/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3799/2021
16.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver