Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-38/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ( hakim S.Mehrəliyev) İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, N.Nərimanov küçəsi, 11 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarına xitan verilməsi, Cavabdeh Bakı şəhəri Yasamal rayonu, N.Nərimanov küçəsi, 11 saylı evin 1 saylı mənzilindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Sarıyev, hakimlər E.Şamayev və Ş.Məhərrəmova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunması, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində ol an Bakı şəhəri Yasamal rayonu, N.Nərimanov küçəsi, 11 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarına xitan verilməsi, Cavabdeh Bakı şəhəri Yasamal rayonu, N.Nərimanov küçəsi, 11 saylı evin 1 saylı mənzilindən çıxarılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdehkassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia verərək, sonuncunun Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov küçəsi, 11 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.1984cü il tarixdə bağlanmış nikah Yasamal rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri, Nəriman Nərimanov küçəsində yeıiəşən 11 saylı evin 1 saylı mənzili özünün mülkiyyətindədir. Cavabdeh isə həmin mənzildə yaşayır. Belə ki, mübahisəli mənzili cavabdeh xx.xx.2003-cü il tarixdə ona bağışlamışdır. Sonradan cavabde h həmin bağışlama müqaviləsinin etubarsız hesab edilməsi barədə məhkəməyə müraciət etsə də, iddiası təmin edilməmişdir. Əlavə olaraq qeyd edir ki, cavabdehin mülkiyyətində başqa mənzillər var və o həmin mənzillərin birində pasport qeydiyyatındadır. Mülkiyyətçi kimi öz mənzilinə sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, həmin mənzilə başqa şəxslərin sahibliyınə yoi verməmək, özünə məxsus əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətlərı etmək hüququ vardır. Lakin cavabdehin həmin mənildə yaşaması onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Mülkiyyətində olan mənzildən hətta istifadə edə bilmir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kas sasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sovetski (N.Nərimanov) küçəsi, ev 11, 1 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Müşviq küçəsi, ev 28, 5 saylı mənzili ½ hissə ilə Cavabdeh mülkiyyətindədir. Lakin buna baxmayaraq Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə yaşayır. Beləliklə iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Sovetski (N.Nərimanov) küçəsi, ev 11, 1 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqularndan məhrum olmuşdur. Ona görə də iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzil üzərində pozulmiş mülkiyyət hüququnun bərpa edilməsi üşün Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Sovetski (N.Nərimanov) küçəsi, ev 11, 1 saylı mənzildən çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yu xarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-38/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-38/2020
10.01.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver